Məhkəmə qərarları › İş №1(052)-2/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №1(052)-2/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 1(052)-2/2023 09.02.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru - Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Goranboy Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. 26 avqust 1991-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naftalan şəhəri, Nizami küçəsi 15-də qeydiyyatda olmaqla Naftalan şəhəri, “Muğanbağçılıq” yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 27 may 2019-cu il tarixdən başlayaraq 22 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Adıgözəlzadə (Şirinova) Səadət Füzuli qızına verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(051)-1170/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Naftalan Şəhər Məhkəməsi tərəfindən 20 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 28 dekabr 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 2280,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə ninmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, Adıgözəlzadə (Şirinova) Səadət Füzuli qızı ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və birgə nikahlarından 22 sentyabr 2013-cü il tarixdə Ayla adlı uşaqları doğulmuşdur. Daha sonra münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılarkən azyaşlı uşaq anasının yanında qalmış və onun saxlanılması üçün məhkəmə qərarı ilə alimentin tutulması qət edilmişdir. Lakin maddi vəziyyəti yaxşı olmadığı üçün alimentini vaxtında və tam şəkildə ödəyə bilməmişdir. Onun xx.xx.2021-ci il tarixə 2280,00 manat aliment borcu yaranmışdır ki, həmin məbləğə görə də barəsində cinayət işi açılmışdır. Hazırda cinayət işinin açılmasına səbəb olmuş 2280,00 manat aliment borcunu tam şəkildə ödəmişdir. Sonrakı dövrlər üçün yığılmış borclarını isə hissə-hissə olmaq şərti ilə ödəyəcəkdir. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi X2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Füzuli qızına 2280 manat dəymiş ziyan məbləği tam şəkildə ödənilmişdir. Bu səbəbdən cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Teleqramda həmçinin qeyd edilmişdir ki, sonrakı dövrlər üçün hesablanmış aliment borcları Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş qalmaqdadır. Cinayət işində olan Mingəçevir Şəhər Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(051)-1170/2019 saylı nömrəli qətnaməsindən görünür ki, 22 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120,00 manat sabit pul məbləğində alimentin hər ay cavabdeh Təqsirləndirilən şəxs tutularaq X3 verilməsi qət edilmişdir. Cinayət işində olan Mingəcevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X6 04 iyun 2019-cu il tarixli icraata başlama haqqında qərarına əsasən Mingəçevir Şəhər Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(051 )-1170/2019 saylı icra vərəqi üzrə icraata başlanmış, icra sənədində göstərilmiş tələbin dərhal icrasının təmin edilməsi üçün borcluya 04 iyun 2019-cu il tarixdə bildiriş göndərilmişdir. Cinayət işində olan Naftalan Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 3(052)- 28/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, sübutlara tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs aliment üzrə 2280,00 manat məbləğində olan borcunu tam şəkildə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.2.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar qəbul etmək səlahiyyəti vardır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar