Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 1(052)-2/2024 25.01.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru - Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, təqsirləndirilən şəxs – Məmmədlı̇ Ozal Adı̇ l oğlunun, müdafiəçi – Goranboy Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1992-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Naftalan şəhər X5 hissəsinin rəisi vəzifəsində işləmiş, Tərtər rayonu, Sarov kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Məmmədli̇ Ozal Adi̇ l oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidməti üzrə 2066/Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrlə Naftalan şəhər X5 hissəsinin rəisi, daxili xidmət mayoru rütbəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə ali təhsilli olması ilə əlaqədar olaraq zabit rütbəsi verilməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin mart ayının əvvəlində özünə müraciət etmiş Fövqəladə Hallar Nazirliyinin X4 Mühafizə hissəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu Zərərçəkmiş şəxs4 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs4 zabit rütbəsi almasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə, yəni zabit rütbəsi almasının təmin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin mart ayında Naftalan şəhərində 3-cü bina deyilən ərazidə görüşərək Zərərçəkmiş şəxs4 məxsus 5.000 manat məbləğində pul vəsaitini sonuncudan alıb öz şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib ziyan vurmaqla dələduzluq etmiş, eyni niyyətlə, təkrarən xx.xx.2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin X4 Mühafizə hissəsinin 65№-li Yanğından mühafizə bölməsinin manqa komandiri, daxili xidmət baş çavuşu Zərərçəkmiş şəxs2 1-ci yanğın növbəsində olduğu zaman Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsində şöbə rəisi vəzifəsində işləyən Nüsrət Qumaşov tərəfindən keçirilmiş xidməti yoxlama zamanı yatmış vəziyyətdə aşkar edilərək şifahi xəbərdarlıq edilməsi növündə tənbeh halını qabaqcadan bilib, həmin haldan istifadə edərək özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs2 işdən çıxarılmaması və intizam məsuliyyətinə cəlb edilməməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni işdən çıxarılmaması və intizam məsuliyyətinə cəlb edilməməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2021-ci il tarixdə kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən evin qarşısında Zərərçəkmiş şəxs2 1.000 manat məbləğində pul vəsaitini alıb öz şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirib ziyan vurmaqla təkrarən dələduzluq etmiş, eyni niyyətlə, təkrarən Fövqəladə Hallar Nazirliyinin X4 Mühafizə hissəsinin 65№-li Yanğından mühafizə bölməsinin yanğınsöndürəni, daxili xidmət baş çavuşu Zərərçəkmiş şəxs3 manqa komandiri vəzifəsinə təyin edilməsi ilə bağlı təqdimat verilməsinə baxmayaraq, 2021-ci ilin dekabr ayının əvvəlində Zərərçəkmiş şəxs3 guya 1.400 manat müqabilində onunla bağlı səlahiyyəti çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Baş İdarəsinə manqa komandiri vəzifəsinə təyin olunması ilə bağlı təqdimat verə biləcəyini bildirib, sonuncunun razılığını almaqla sövdələşib, 2021-ci ilin dekabr ayının əvvəlində ünvan 2-da yerləşən Naftalan şəhər Yanğından mühafizə hissəsinin inzibati binasının yaxınlığında qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 1.400 manat məbləğində pul vəsaitini alıb öz ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 1.400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ziyan vurmaqla təkrarən dələduzluq etmiş, eyni niyyətlə təkrarən 2022-ci ilin aprel ayının ortalarında Fövqəladə Hallar Nazirliyinin X4 Mühafizə hissəsinin böyük yanğınsöndürənləri, daxili xidmət baş çavuşları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 tərəfindən Fövqəladə Hallar Nazirliyinin xx.xx.2007-ci il tarixli 140№-li əmri ilə təsdiq edilmiş «Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları»nın tələbləri pozulduğu üçün barələrində Fövqəladə Hallar Nazirliyinin X5 Baş İdarəsi tərəfindən xidməti yoxlamanın aparılması halından istifadə edərək, özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə sonuncuların barələrində aparılmış xidməti yoxlamanın nəticəsində intizam tənbeh növündə “şiddətli töhmət” verilməməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs5 və İsa Heydərovun xeyrinə edəcəyi hərəkətə, yəni xidməti yoxlamanın nəticəsində “şiddətli töhmət” verilməməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə Zərərçəkmiş şəxs5 maddi nemət olan 1.500 manat məbləğində, İsa Heydərova 2.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onlarla razılaşmaqla sövdələşib, 2022-ci ilin aprel ayının ortalarında ünvan 2 ünvanında yerləşən X4 Mühafizə hissəsinin inzibati binasının yaxınlığında ayrı-ayrılıqda görüşməklə Zərərçəkmiş şəxs5 məxsus 1.500 manat pul vəsatini, Zərərçəkmiş şəxs1 məxsus 2.000 manat pul vəsaitini vahid niyyətlə alıb öz şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 və İsa Heydərova məxsus ümumilikdə 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, təqsirləndirilən şəxs Məmmədlı̇ Ozal Adı̇ l oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Məmmədlı̇ Ozal Adı̇ l oğlu ifadə verərək bildirdi ki, ona qarşı irəli sürülmüş ittihamlar ilə razıdır və özünü təqsirli bilir. Zərəçəkmiş şəxslərin hər birinə dəymiş maddi ziyanı tam şəkildə ödədiyindən onlarla barışmışdır. Bundan başqa dəymiz maddi ziyan məbləğinin 25 faizi miqdarında pul vəsaitini də, dövlət büdcəsinə ödəmişdir. İlk dəfə cinayət sayılan əməli törətməsini, səmimi peşman olmasını və zərərçəkmiş şəxslər ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməklə məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 hər biri ayrı-ayrılıqda ifadə verərək bildirdilər ki, onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxslər ilə barışmışlar. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məmmədlı̇ Ozal Adı̇ l oğlu əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri X3 18 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Məmmədlı̇ Ozal Adı̇ l oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Tərtər rayonu, Sarov kənd İcra ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2024-cü il tarixli, 20626 nömrəli qəbzdən görünür ki, Məmmədli̇ Ozal Adi̇ l oğlu tərəfindən 2725 manat pul vəsaiti cinayət məsuliyyətindən azad olma təyinati üzrə X2 ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Məmmədlı̇ Ozal Adı̇ l oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Məmmədlı̇ Ozal Adı̇ l oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Məmmədlı̇ Ozal Adı̇ l оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CMnin 73-1.2-ci maddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən və ödəniş qəbzindən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxslərə dəymiş maddi ziyаnı ödəmiş və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Məhkəmə hesab edir ki, Məmmədlı̇ Ozal Adı̇ l oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin müddəaları tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə başlanmış iş üzrə icraata xitam verilməli, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Məmmədlı̇ Ozal Adı̇ l oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Məmmədlı̇ Ozal Adı̇ l oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. X8
Məhkəmə qərarları › İş №1(052)-2/2024
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №1(052)-2/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver