Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-4/2023 13.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X15 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə. 23 avqust 1991-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, DOST MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri C.Məmmədquluzadə ev 47-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxxx 1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəl məhkum olunmuş, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 12 avqust 2022-ci il tarixdə saat 16 radələrində narkotik vasitə əldə etmək üçün ona müraciət etmiş tanışı Goranboy rayon sakini Şahid6 xahişi əsasında qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olan digər tanışı Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri H.Ərəblinski küçəsində yerləşən 3 nöməli evə gedib sonuncudan pulunu qısa müddətə ödəmək şərti ilə 80 manat müqabilində satış məqsədi olmadan, narkotik vasitə olan 0,389 qram heroini və hər bir həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla, ümumilikdə metadon təsiredici maddəsinin miqdarı 0,08 qram təşkil edən, üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli dairəvi formalı 2 ədəd metadon tərkibli dərman preparatını qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla həmin yerdən Yevlax şəhəri “Dəmir yolu vağzalı”nın yaxınlığında yerləşən “Şəki tayı” adlanan əraziyə gedərək həmin gün saat 16:30 radələrində orada tanışı Şahid6 ilə əvvəlcədən razılaşdıqları kimi qeyd olunan narkotik vasitələri sonuncuya verib 80 manat pulu alaraq aparıb Təqsirləndirilən şəxs2 çatdırmışdır. Həmin əməlinə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs2 ayrı-ayrı bükümlərdə qablaşdırılmaqla, təmiz çəkisi 0,512 qram narkotik vasitə olan heroini, təmiz çəkisi 1,243 qram psixotrop maddə olan metamfetamini və hər bir həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla, ümumilikdə metadon təsiredici maddəsinin miqdarı 0,08 qram təşkil edən, üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli dairəvi formalı 2 ədəd metadon tərkibli dərman preparatını istintaqa məlum olmayan mənbədən, şəraitdə və vaxtda, satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı Yevlax şəhəri H.Ərəblinski küçəsində yerləşən 3 nömrəli evdə saxlamış, 12 avqust 2022-ci il tarixdə saat 16 radələrində onun evinə gələrək narkotik vasitə əldə etmək üçün müraciət edən tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə göndərərək həmin gün saat 16:30 radələrində Yevlax şəhəri “Dəmir yolu vağzalı”nın yaxınlığında yerləşən “Şəki tayı” adlanan ərazidə ayrı-ayrı bükümlərdə qablaşdıraraq satış məqsədilə qanunsuz olaraq saxladığı narkotik vasitə olan 0,123 qram heroini və psixotrop maddə olan 0,035 qram metamfetamini Naftalan şəhər sakini Şahid7 qanunsuz olaraq 25 manata, həmçinin həmin vaxt, həmin yerdə narkotik vasitə olan 0,389 qram heroini və hər bir həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla, ümumilikdə metadon təsiredici maddəsinin miqdarı 0,08 qram təşkil edən, üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli dairəvi formalı 2 ədəd metadon tərkibli dərman preparatını Goranboy rayon sakini Şahid6 qanunsuz olaraq 80 manata satmış, həmin faktla bağlı Naftalan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 19 avqust 2022-ci il tarixdə saat 19-20 radələrində Yevlax rayonu ərazisində idarə etdiyi **-DG-*** dövlət qeydiyyat nişanlı Vaz-21099 markalı avtomobillə hərəkətdə olan zaman saxlanılıb Naftalan şəhər polis şöbəsinə gətirilmiş, həmin gün saat 21:50 dəqiqədə Naftalan şəhər polis şöbəsinin inzibati binasının həyətində avtomobilinə baxış keçirilərkən avtomobilin arxa oturacağının altında satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı psixotrop maddə olan 1,208 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Lakin onların satışı ilə məşgul olmur. 12 avqust 2022-ci il tarixdə tanışları Rəfail və Binyamin ona zəng edərək onlara narkotik vasitə lazım olduğunu və ondan tapmasını xahiş etmişlər. O da, Yevlax şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayaraq lazım olan maddələrin olub-olmadığını ondan soruşmuşdur. Elsevər isə adlarını sadaladığı narkotik vasitəri ümumilikdə 105 manata sata biləcəyini ona demişdir. Rəfail və Binyamin Yevlax şəhərinə gəldikdən sonra o, Elsevərdən narkotik və psixotrop maddəni götürmüş, Rəfail və Binyamin ilə görüşmüş, bir büküm heroini və bir büküm metamfetamini Rəfailə verib 25 manat, bir büküm heroini və metadon dərmanını Binyaminə verib 80 manat pul almışdır. Onlardan almış olduğu ümumilikdə 105 manat pulu isə Elsevərə çatdırmışdır. O, narkotik vasitəni hər hansı maddi marağı olmadan, Elsevərdən alaraq Rəfail və Binyaminə vermişdir. Əməlindən peşman olmasını və himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etdi ki, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Narkotik vasitələrin aludəçisidir. Mərhum qardaşı Sərxan Musayev də narkotik vasitələrin istifadəçisi olduğundan evlərind onda bir qədər narkotik maddələr qalmışdır. 12 avqust 2022-ci il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək yaxın tanışı olan iki nəfər şəxslərə narkotik vasitələr lazım olduğunu ona demiş, o da, Aruz ilə münasibətləri yaxşı olduğundan ona lazım olan narkotik vasitələri verə biləcəyini, həmin narkotik vasitələr olan heroin, metamfetamin və 2 ədəd m40 dərmanının ümumi dəyərinin isə 105 manat olacağını ona bildirmişdir. Aruz razılaşdıqdan sonra onun evinə gəlib qeyd edilən maddələri götürüb aparmış, bir müddət sonra isə razılaşdıqları kimi 105 manatı gətirib ona vermişdir. 19 avqust 2022-ci il tarixdə axşam saatlarında Yevlax şəhərində olan çayxanaların birində olan zaman Naftalan ŞPŞ-nin əməkdaşları yaxınlaşaraq onu Naftalan şəhər Polis Şöbəsinə aparmışlar. Naftalan şəhər Polis Şöbəsində vəkilin iştirakı ilə ona məxsus VAZ-21099 markalı avtomobilə baxış keçirilmiş, avtomobilinin arxa oturacağının altından sellofana bükülmüş metamfetamin aşkar edilərək götürülmüşdür. Törətdiyi əməldən səmimi peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətmələri onların özlərinin səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-də inspektor vəzifəsində işləyir, polis zabitidir. xx.xx.2022-ci il tarixdə Naftalan şəhər sakini Şahid7 və Goranboy rayonu Tapqaraqoyunlu kənd sakini Şahid6 saat 17:40 radələrində saxlanılaraq Naftalan şəhər polis şöbəsinə gətirilmişdir. Orada şəxsi axtarış zamanı Şahid6 əynində olan şalvarının cibindən narkotik vasitə olan heroin, həmçinin ona məxsus avtomobilin salonundan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Şahid6 narkotik vasitələri Şahid7lə birlikdə Yevlax şəhərindən Aruz adlı şəxsdən şəxsi istifadələri üçün aldıqlarını bildirmişlər. Sonradan Yevlax şəhər sakini Məmmədov X6 ŞPŞ-də Şahid6 və Şahid7 əvvəlcədən tanıdığı üçün onlara narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və metodon tərkibli 2 ədəd dərman preparatını tanışı Təqsirləndirilən şəxs2 alaraq verdiyini etira etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-nin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 avqust 2022-ci il tarixdə Naftalan şəhər sakini Şahid7 və Şahid6 üzərində narkotik vasitənin saxlanmasında şübhəli olması, həmçinin Yevlax şəhərindən Naftalan şəhəri istiqamətində hərəkətdə olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 17:30 radələrində, Naftalan ŞPŞ-nin əməliyyat müvəkili Şahid4 ilə birlikdə Naftalan şəhərinin girişinə getmişlər. H.Əliyev adına prospektdə olan zaman Şahid6 məxsus qara rəngli, VAZ 2107 markalı avtomobilin Naftalan şəhəri istiqamətində hərəkətdə olduğunu görmüşlər. Avtomobili saxladaraq Binyamin və Rəfaili üzərinə və avtomobilə baxış keçirilməsi üçün Naftalan ŞPŞ-nə gətirmişlər. Şöbədə keçirilən şəxsi axtarış zamanı Binyaminin əynində olan şalvarın cibindən narkotik vasitə heroin, ona məxsus avtomobildən isə heroin və metamfetamin aşkar edilmişdir. Binyamin və Rəfail narkotik vasitələri birlikdə gedərək Yevlax şəhərində Aruz adlı şəxsdən şəxsi istifadələri üçün aldıqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 avqust 2022-ci il tarixdə Şahid6 və Şahid7 narkotik vasitələri satmaqda şübhəli bilinən Yevlax şəhər sakini Məmmədov X6 ŞPŞ-də olarkən Şahid6 və Şahid7 əvvəlcədən tanıdığı üçün onlara narkotik vasitələri tanışı Elsevər adlı şəxsdən ümumilikdə 105 manata alaraq verdiyini etiraf etmişdir. Bundan sonra Yevlax şəhər sakini Təqsirləndirilən şəxs2 yeri müəyyən edilərək Naftalan ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs2 həmin gün şübhəli şəxs qismində tutularaq, müdafiəçinin və digər iştirakçıların iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən hər hansı maddə aşkar edilməmişdir. Ona məxsus avtomobilə baxış keçirilən zaman isə avtomobilinin arxa oturacağının altından psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 avqust 2022-ci il tarixdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışında şübhəli bilinən Yevlax şəhər sakini Təqsirləndirilən şəxs2 yeri müəyyən edilərək Naftalan ŞPŞ-nə gətirilmişdir. Müdafiəçinin və digər iştirakçıların iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qadağan edilmiş vasitə aşkar edilməmişdir. Daha sonra ona məxsus avtomobilə baxış keçirilən zaman avtomobilinin arxa oturacağının altından psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin həmin gün Təqsirləndirilən şəxs2 Rəfail və Binyaminə satılan narkotik vasitələri Aruza onun vermiş olduğunu və satışdan 105 manat gəlir əldə etdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadə verərək bildirdi ki, narkotik vasitələrin aludəçisidir. 12 avqust 2022-ci il tarixdə günorta saatlarında tanışı Binyamin ilə birlikdə Yevlax şəhərinə gedərək oradan şəxsi istifadələri üçün narkotik vasitə almaq qərarında gəlmişlər. Bu məqsədlə Binyaminə məxsus VAZ 2107 markalı avtomobil ilə Yevlax şəhərinə getmişlər. Naftalan şəhərindən çıxarkən isə köhnə tanışları Yevlax şəhər sakini Aruz ilə danışmış, Aruz onlara narkotik vasitə tapmaqda köməklik göstərəcəyini bildirmişdir. Yevlax şəhərində Aruz ilə görüşmüş, əvvəlcə o, Aruza yaxınlaşaraq heroin və metamfetamin almasını xahiş edərək ona 25 manat pul vermişdir. Daha sonra Binaymin Aruza yaxınlaşmış onunla söhbət etmişdir. Daha sonra Aruz narkotik vasitələri gətirib onlara vermişdir. Narkotik vasitəni aldıqdan sonra Yevlax şəhərindən çıxaraq Naftalan şəhərinə gələrkən Binyamin avtomobili yolun kənarında saxlamış və o, heroni hazırlayaraq istifadə etmişdir. Naftalan şəhərinin girişinə çatdıqdan sonra Naftalan ŞPŞ-nin əməkdaşları onları saxlayaraq şöbəyə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadə verərək bildirdi ki, 12 avqust 2022-ci il tarixdə günorta saatlarında tanışı Rəfail ilə birlikdə Yevlax şəhərinə gedərək narkotik vasitə almaq qərarına gəlmişlər. Bu məqsədlə tanışları Aruz adlı Yevlax şəhər sakininə zəng edərək onlara narkotik vasitə tapmasını xahiş etmiş, Aruz da onlara razılıq vermişdir. Yevlax şəhərində olarkən dəmir yolu vağzalının yaxınlığında hər ikisinin tanıdığı Aruz adlı şəxslə görüşmüşlər. X14 Aruzla görüşmüş, sonra isə o avtomobildən düşərək Aruzla görüşmüşdür. Ümumilikdə 80 manat qarşılğında Aruzdan m40 adlı dərmanı və bir büküm heroini almışdır. Naftalan şəhərinə qayıdarkən yolda Rəfail maşını saxladaraq heroindən istifadə etmış, daha sonra isə yola davam etmişlər. Naftalan şəhərinin girişində isə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Şöbədə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 2 ədəd dərmanı və iki bükümdə olan heroini könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması barədə 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 avqust 2022-ci il tarixdə, saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 21 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tutmadan azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması barədə 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 avqust 2022-ci il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Naftalan Şəhər Məhkəməsinin 21 avqust 2022-ci il tarixli, 4(052)-04/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 avqust 2022-ci il tarixdən hesablanmışdır. Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 4(039)-179/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Naftalan Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 4(052)-05/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və barəsində 01 yanvar 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 01 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 məxsus Vaz-21099 markalı avtomobilə axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair videogörüntüyə baxış keçirilən zaman aydın olur ki, baxış zamanı avtomobilin arxa oturacağının altından metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 bölməsi tərəfindən verilmiş 13 avqust 2022-ci il tarixli, 16/958 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtraış zamanı Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr.......” sözləri və imzalar olan kağız paketdəki: -2(iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.209 qram, 0156 qram, ümumi təmiz çəkisi 0.365 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Şahid6 məxsus VAZ 2107 markalı **-BJ-*** nömrəli avtomobildə axtraış keçirilərkən aşkar edilmiş iki ədəd şpris, birinin içərisində qəhvəyi maye olan əlavə bir ədəd falqa kağızın içərisində bir ədəd kağız bükümdə ağ rəngli kristal şəkilli maddə bir ədəd sellofan kəsiyinə bükülmüş qəhvəyi tozşəkilli maddə...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü rəngli kağız bükümdə; -1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.123 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -1(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.035 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -1(bir) ədəd 2ml-lik birdəfəlik şprisdə 0.7 ml həcmindəki məhlul heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz şəkisi 0.024 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 bölməsi tərəfindən verilmiş 20 avqust 2022-ci il tarixli, 16/986 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs2 məxsus avtomobildən aşkar edilərək götürülmüş kristallik quruluşa malik ağ rəngli maddə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1.208 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 1.208 qr, tədqiqata sərf edildi – 0.05 qr, qalıq qaldı - 1.158 qr. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 bölməsi tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli, 17/821 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid6 məxsus VAZ-2107 markalı **-BJ-*** nömrəli avtomobildə axtarış keçirilərkən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükmüdə olan metamfetamin ilə üzərində “Təqsirləndirilən şəxs2 məxsus avtomobildən aşkar edilərək götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1894 saylı rəydə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1895 saylı rəydə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məslisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanda qeydiyyatda olmaqla həyat yoldaşı X2, uşaqları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, həmçinin işin digər halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə eyni Məcəllənin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamlar üzrə təqsirli olmaları tam sübuta yetirilmişdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini daha ədalətli hesab edir. Belə ki, cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasa da, bir neçə növ maddəni digər Təqsirləndirilən şəxs2 alaraq başqa şəxslərə daşımaqla çatdırmış və bununla da, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində fəal iştirak etmişdir. Bu isə Təqsirləndirilən şəxs1 əməlinin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. Odur ki, hazırki vəziyyətdə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından həbs edilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbs və ev dustaqlığında olduğu 19 avqust 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək olan 04 (dörd) ay 13 (on üç) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalından həbs edilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkünlüyü məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji dispanseri tərəfindən verilmiş rəydə Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğu, lakin 3-cü qrup əlil olduğundan yalnız narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Belə ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il Qərarının 3.2-ci bəndində qeyd edilmişdir ki, əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Odur ki, Təqsirləndirilən şəxs2 3-cü dərəcəli əlil olması nəzərə alınmaqla barəsində məcburi müalicə təyin edilməməli, lakin ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan çəkisi 1.148 qram və 0.015 qram psixotrop maddələr olan metamfetamin, həmçinin çəkisi 0.073 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, psixotrop maddənin Təqsirləndirilən şəxs2 məxsus avtomobildən aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 104 manat 34 qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tayin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbs və ev dustaqlığında olduğu 19 avqust 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək olan 04 (dörd) ay 13 (on üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan çəkisi 1.148 qram və 0.015 qram psixotrop maddə olan metamfetamin, çəkisi 0.073 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 məxsus avtomobildən psixotrop maddənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 104 manat 34 qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxslər isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №1(052)-4/2023
Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-4/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver