Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 1(052)-4/2025 14.07.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi – Goranboy Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında, açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı olan birtərəfli sevgi münasibətlərinə əsaslanıb 16 aprel 2025-ci il tarixdə saat 16:34 dəqiqədə Naftalan-Səfikürd avtomobil yolunun Naftalan şəhəri, İslam Həsənzadə küçəsində yerləşən “İnşaat malları”mağazasının qarşısında, Naftalan şəhəri istiqamətində yolun sol tərəfində yerləşən səki ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs aralarında mövcud olan şəxsi münasibətləri pozub evlənmək məqsədi ilə iradəsinə zidd olaraq qucaqlayıb və qolundan tutub özünə məxsus **-DE-*** dövlət qeydiyyat nişanlı“Hyundai Sonata markalı avtomobilə əyləşdirmək istəyərkən sonuncuya sağ və sol bazunun, sağ budun, sağ diz nahiyyəsinin hematomaları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərək bildirdi ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir. Etdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bundan sonra zərəçəkmiş şəxsə yaxınlaşmayacağına söz verir. Odur ki, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdə saat 16:00 radələrində Naftalan şəhər ərazisində onu maşına otuzdurmaq istəyən zaman sağlamlığına yüngül xəsarət yetirmişdir. Lakin Təqsirləndirilən şəxs sonradan onu buraxdığı üçün hazırda ondan şikayətçi deyildir. Bundan sonra Nadirin ona yaxın gəlməməsini və narahat etməməsini istəyir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 25 aprel 2025-ci il tarixli 191 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ və sol bazunun, sağ budun, sağ diz nahiyyəsinin hematomaları, hərəkət məhdudluğu bərk KÜT əşyanın o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2025-ci il tarixdə fiziki zor tətbiq etmə zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(052)-01/2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi və həbsin əvvəli 17 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. 22 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin xitam verilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən dərhal azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Naftalan şəhər İcra Hakimiyyətinin başçısının Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, işdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncunun ondan hər hansı tələbi yoxdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin müddəaları tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməli, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №1(052)-4/2025
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №1(052)-4/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver