Məhkəmə qərarları › İş №1(052)-6/2025

Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-6/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-6/2025 08.12.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 1998-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Xocalı rayonu, Meşəli kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti ev 07, mənzil 45-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, şəraitdə və tarixdə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,056 qram narkotik vasitə olan heroini bir ədəd şəffaf rəngli sellefon bükümə qablaşdırılmış halda qanunsuz olaraq əldə edib üzərində saxlayaraq, həmin sellofan bükümü əynindəki boz rəngli şalvarının sağ yan cibinə qoyub daşıyarkən 16 oktyabr 2025-ci il tarixdə saat 14:59-da Naftalan şəhər polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Naftalan şəhəri, Həsən Kazımov küçəsində saxlanılaraq, üzərində yoxlama aparılan zaman xeyli miqdarda təmiz çəkisi 1,056 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək qeyd etdi ki, o, narkotik vasitələrin istifadəçisidir. 16 oktyabr 2025-ci il tarixdə, saat 11-12 radələrində Mingəçevir şəhəri, Stansiya Mingəçevir adlanan ərazidə piyada hərəkətdə olan zaman yerdən şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin tapmış və üzərində saxlamışdır. Daha sonra həmin gün Naftalan şəhərində yerləşən sanatoriyaların birində iş tapmaq məqsədi ilə Naftalan şəhərinə gəlmişdir. Günorta saatlarında Naftalan şəhərində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərində axtarış keçirəcəklərini demişlər. O da, əynində olan şalvarın cibindən bir ədəd bükümdə saxladığı narkotik vasitəni könüllü olaraq polislərə təqdim etmişdir. Daha sonra o, polis şöbəsinə aparılmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağı vardır. Lakin həmin uşaqların atalığı rəsmi qaydada müəyyən edilmədiyi üçün buna dair sənədlər təqdim edə bilmir. Odur ki, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 16 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 16 oktyabr 2025-ci il tarixdə saat 14:59 radələrində Naftalan şəhəri, Həsən Kazımov küçəsində saxlanılmışdır. Bu zaman videoçəkiliş həyata keçirilmişdir. Şöbənin əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etmiş, ona hüquq və vəzifələri elan edilmiş, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Bundan başqa Nicata üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməsi deyilmiş, Nicat isə əynində olan şalvarın sağ yan cibinə qoymuş olduğu bir ədəd sellefon bükümü onlara təqdim etmiş, içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Təqdim etdiyi kütləyə baxış keçirilmiş, sonra isə çəkisi müəyyən edilmişdir. Kütlənin sellefon bükümlə birgə çəkisi təxminən 1,07 qram olmuşdur. Nicat narkotik vasitəni həmin gün Mingəçevir şəhərində gəzərkən yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid2, Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: CD-də olan videogörüntüyə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofen bükümdə olan narkotik vasitəni təqdim edərək, 16 oktyabr 2025-ci il tarixdə Mingəçevir şəhərində yerdən tapdığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsi tərəfindən təqdim edilmiş 17 oktyabr 2025-ci il tarixli, 16/854 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqdim edilmiş əşyanın qablaşdırılaraq götürüldüyü kağız zərf’ yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,056 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” in siyahısına (1-ci siyahı) daxildir. (Heroinin təmiz çəkiləri – 1,056 qr, tədqiqata sərf edildi - 0.05 qr, qalıq - 1,006 qr. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 69.3, 177.2.1, 177.2.3-cü maddələri ilə təqsiriəndirilərək 01 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 68.1.1-1, 180.1-ci maddəsi ilə təqsiriəndirilərək 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının cəkilməmiş 01 ay, 01 gün hissəsi vaxtından əvvəl şərti olaraq azad edilmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 180.2.3-cü maddələri ilə təqsiriəndirilərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 02 ay, 06 gün vaxtından əvvəl şərti olaraq azad edilmışdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 21 oktyabr 2025-ci il tarixli, 1672 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsiin tutulması haqqında” 16 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2025 tarixdə, saat 14:59-da şübhəli şəxs qismində tutulmuşdur. Naftalan Şəhər Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 4(052)-4/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 16 oktyabr 2025-ci il tarixdən hesablanmışdır. Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşayış yerini mütəmadi dəyişdiyinə görə və nümayəndəliyin yerləşdiyi ərazidən kənarda yaşadığı üçün onun xasiyyəti haqqında dolğun məlumata malik deyilər. Nümayəndəlikdə olan məlumata görə Təqsirləndirilən şəxs əvvəllər oğurluq və soyğunçuluq maddəsi üzrə şübhəli şəxs kimi polis orqanları tərəfindən saxlanılıb. Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-51-1/3-2-148 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası-X3, anası-X4, bacısı-X1 ibarətdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı uşağın atası kimi qeyd edilməmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, həmçinin işin digər halları ilə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətlərin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikasının Cinayət Məcəlləsinin 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində qeyd edilmişdir ki, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 oktyabr 2025-ci il tarixdən hesablanmalı və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,006 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən CD iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351- 353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Naftalan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan ümumilikdə təmiz çəkisi 1,006 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD iş materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar