Azərbaycan Respublikası adından HÖKM Naftalan şəhəri İş № 1(052)-8/2024 25.07.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X16 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə saat 21 radələrində narkotik vasitə əldə etmək üçün qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olan tanışı X6 yaşadığı Mingəçevir şəhəri, Tekstilni adlanan əraziyə gedib 50 manat müqabilində satış məqsədi olmadan 12,83 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq, satış məqsədi olmadan, xeyli miqdarda əldə edib üzərində daşımaqla həmin yerdən Naftalan şəhərinə gələrək, həmin gün saat 22 radələrində orada tanışı Naftalan şəhər sakini X3 qeyd olunan narkotik vasitədən bir hissəsini vermiş, həmin faktla bağlı Naftalan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 aprel 2024-cü il tarixdə saat 02:25 dəqiqədə Rüstəmov X7 şəhəri ərazisində saxlanılıb, Naftalan ŞPŞ-nə gətirilərək üzərinə baxış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 1 ədəd kağız bükümdə şəxsi istehlak miqdarında təmiz çəkisi 3,05 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Belə ki, hazırda Mingəçevir şəhərində yerləşən Turizm kollecində təhsil alır. Həmin kollecdə təhsil aldığı müddətdə X12 adlı şəxs ilə tanış olmuşdur. Bundan sonra Fəqan onun üçün bir neçə dəfə marixuana təşkil etmişdir. Sonuncu dəfə marixuana əldə etmək üçün Mingəçevir şəhərinə getmiş, Fəqandan marixuana aldıqdan sonra Naftalan şəhərinə qayıtmışdır. Naftalan şəhərində olarkən dostu Baloğlan İsmayılov ilə görüşərək parkda oturmuş, bu zaman birlikdə marixuana çəkmişlər. Daha sonra üzərində olan marixuananın bir hissəsini Baloğlan İsmayılova vermiş, qalan hissəsini isə şəxsi istifadəsi üçün özündə saxlamışdır. Sonradan isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Artıq uzun müddətdir marixuanadan istifadə etmir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, Naftalan ŞPŞ-nin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. 09 aprel 2024-cü il tarixdə Naftalan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması, Naftalan şəhəri ərazisində üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə 02:55-də Naftalan şəhəri ərazisində saxlanılaraq Naftalan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və müdafiəcinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Bu zaman o, əynində olan şalvarının çibindən təxmini çəkisi 4 qaram olan qurudulmuş marixuana çıxararaq könüllü təqdim etmiş, marixuananı dostu Baloğlan İsmayılov ilə birlikdə istifadə etmək üçün Mingəçevir şəhərində yaşayan tanışı Fəqan adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsində cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 09 aprel 2024-cü il tarixdə Naftalan şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında qərar qəbul edilmiş və 10 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Naftalan şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə olarkən ona dövlət hesabına vəkil təyin edilmiş, videoçəkiliş aparılmaqla üzərinə baxış həyata keçirilmişdir. Bu zaman Azər könüllü olaraq şalvarının cibindən qurudulmuş marixuana çıxararaq təhvil vermiş və marixuananı Mingəçevir şəhərində yaşayan tanışı Fəqan adlı şəxsdən 50 manat qarşılığında dostu Baloğlan ilə birlikdə istifadə etmək üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Naftalan şəhər polis şöbəsinidə baş inspektor-kriminalist vəzifəsində işləyir. 10 aprel 2024cü il tarixdə Naftalan şəhər polis şöbəsində cinayət törətməkdə şübhəli olan şəxsin üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılması üçün təhqiqatçının otağına çağırılmışdır. Çəkiliş zamanı Təqsirləndirilən şəxs könüllü olaraq cibindən narkotik vasitəni çıxararaq təhvil verdiyinin, həmin narkotik vasitəni Mingəçevir şəhərindən aldığını dediyinin şahidi olmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 bölməsinin 10 aprel 2024-cü il tarixli, 16/434 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər bitki mənşəl kütlə .......” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 3.05 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 3.05 qr, tədqiqata sərf edildi – 0.02 qr, qalıq – 3.03 qr. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 bölməsi tərəfindən verilmiş 11 aprel 2024-cü il tarixli, 16/437 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “......şübhəli şəxs qismində tutulmuş, X1 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9.78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərlərində “......şübhəli şəxs qismində tutulmuş, X1 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə”, “......şübhəli şəxs qismində tutulmuş, X6 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş qara rəngli poletilen paketdə qablaşdırılmış narkotik vasitə marixuanaya bənzər kütlə .......”, Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər bitki mənşəl kütlə .......” yazılar olan kağız paketlərdəki qurudulmuş marixuanalar, tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 902 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxs statusuna xitam verilməsi və şəxsin azad edilməsi” barədə 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il saat 14:30da saxlanıldığı Naftalan ŞPŞ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 11 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavab arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3 may 2024-cü il tarixli, 438 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşaığı yer üzrə müsbət xarakterizə olunur. Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 439 saylı arayışdan görünür ki, Rüstəmov X7 şəhər, İslam Həsənzadə küçəsi ev 18, mənzil 05 ünvanında daimi pasport qeydiyyatındadır və ailə tərkibi atası xx.xx.1980-ci il təvəllüdlü X5, anası xx.xx.1983-cü il təvəllüdlü X9 və bacısı xx.xx.2004-cü il təvəllüdlü X2 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, peşman olmasını, əməlini səmimi etiraf etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs ilk dəfə cinayət törədir. Törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınarsa, onun cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünür. Odur ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin ediləcəyi təqdirdə də, təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il saat 03:35-də şübhəli şəxs qismində tutulmuş, həmin gün saat 14:30-da saxlanıldığı Naftalan ŞPŞ-nin MSY-dən azad edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri və Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi rəydən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsdən narkoloji ekspertizanın dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Naftalan Şəhər Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,97 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın həmçinin əlaqəli cinayət işləri üzrə (X4 və X6 təqsirləndirilmələrinə dair) maddi sübut olması nəzərə alınmalı, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən CD iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə məhkəməyədək icraat zamanı tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri və Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Naftalan Şəhər Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,97 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın həmçinin əlaqəli cinayət işləri üzrə maddi sübut olması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X18
Məhkəmə qərarları › İş №1(052)-8/2024
Naftalan Şəhər Məhkəməsi Hökm — İş №1(052)-8/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver