Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-1/2025 05.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1993-cü ildə Neftçala rayonu, 1№-li Mayak kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Yenikənd Ə/D-nin 1№-li Mayak kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 07 avqust 2024cü il tarixli axtarış qərarına əsasən 20 fevral 2025-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 17 mart 2024-cü il tarixdə, saat 20 radələrində Kür çayının Neftçala rayonu, 1 №-li Mayak kəndi ərazisindən keçən hissəsinə gələrək, orada özü ilə gətirdiyi 01 ǝdǝd taxta qayıq, 02 ədəd taxta avar və uzunluğu 4 metr, eni 1,5 metr, sapının diametrinin ölçüsü 0,27 mm, dəliklərinin daxili ölçüsü 20x20 mm olan, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş açıq qəhvəyi rəngli 01 ədəd torla həmin ərazidən Kür çayına daxil olub, qeyd olunan balıq ovlama vasitələrindən istifadə etməklə 18 mart 2024-cü il tarixə, saat 02 radələrinədək olan müddət ərzində hər biri 33 manat dəyərində olmaqla, ümumi dəyəri 1023 manat olan, 31 ədəd şamayı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1023 (bir min iyirmi üç) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 02:20-də X3 İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, uzunluğu 4 metr, eni 1.5 metr, sapının diametrinin ölçüsü 0,27 mm, dəliklərinin daxili ölçüsü 20x20 mm olan, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş açıq qəhvəyi rəngli 01 ədəd tor və 31 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, o, maddi vəziyyəti ağır olduğu üçün Neftçala rayonu, Mayak - 1 kəndi istiqamətində keçən Kür çayından balıq tutmaqla ailəsinə qida əldə etmişdir. Balıq tutmaq üçün 1 ədəd taxta qayıq, 02 ədəd taxta avar və uzunluğu 4 metr, eni 1.5 metr olan 01 ədəd tordan istifadə etmişdir. 17 mart 2024-cü il tarixdə növbəti dəfə balıq tutmaq məqsədi ilə saat 20:00-da Neftçala rayonu, Mayak - 1 kəndi istiqamətində Kür çayının sahilinə getmişdir. Orada özünə məxsus 1 ədəd taxta qayıqdan və 2 ədəd avardan istifadə etməklə Kür çayına daxil olmuşdur. Əvvəlcədən özü ilə götürdüyü uzunluğu 4 mefr, eni 1.5 metr olan toru suya səpmiş və gözləmişdir. Daha sonra balıq tutmağa başlamışdır. 18 mart 2024-cü il tarixdə, saat 02:00-a kimi 31 ədəd şamayı balıqları tutmuşdur. Toru və balıqları sudan çıxardıb sahilə çıxarkən, saat 02:20-də Su NPİ-nin Neftçala XPM-nin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 1 ədəd taxta qayığı, 2 ədəd taxta avarı və uzunluğu 4 metr, eni 1.5 metr olan 1 ədəd toru və həmin balıqovlama vasitəsindən istifadə etməklə Kür çayından qanunsuz tutduğu 31 ədəd şamayı balıqlarını aşkar edib maddi sübut kimi götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına Kür çayından balıq tutmağa rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Polis əməkdaşları ondan aşkar edilmiş balıqovlama vasitəsinə və həmin balıqovlama vasitəsindən istifadə etməklə Kür çayından qanunsuz tutduğu 31 ədəd şamayı balıqlarına baxış keçirib bu barədə müvafiq protokol tərtib etmişlər. Kür çayından balıq tutmanın qadağan edildiyini bilmiş, lakin, başqa çıxış yolu olmadığına görə, qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Maddi imkansızlığı ucbatından dəymiş ziyanı ödəyə bilməmişdir. Bundan sonra ziyanı hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində tanınmış Nümayəndə məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilməsinə baxmayaraq o, gəlməmiş və gəlməməsinin səbəbləri haqqında heç bir məlumat verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2015ci il tarixdən DİO-na xidmətə qəbul olmuş və həmin tarixdən Su NPİ-nin Neftçala XPM-nin polis nəfəri vəzifəsində xidmət edir. Qeyd edir ki, 18 mart 2024-cü il tarixdə X3 İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin rəisi, polis kapitanı Şahid1 və polis nəfəri Şahid3 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 02 radələrində Neftçala rayonu Mayak-1 kəndi istiqamətində Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, bundan sonra video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd eni 1.5 metr, uzunluğu 4 metr olan tor və 31 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 31 ədəd şamayı balıqlarını tor vasitəsilə Kür çayından tutmuşdur. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 yuxarıda göstərilən şahidin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1759 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd edilir ki, «tədqiqata təqdim edilmiş, üzərində «...HK-1/28....” yazı əlavəsi olan bağlamada olan açıq qəhvəyi rəngli torun sapının diametri təxminən -0,27 mm, ilgəliklərin daxili ölçüsü 20x20 mm, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. Qeyd: Qərarda qeyd edilən “1, 6 və 7”-ci suallar maddə və materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə (predmetinə) aid olmadığından cavablandırılmadı». Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 31 ədəd şamayı balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1023 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-256/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Neftçala Rayon Məhkəməsinin hökmündən görünür ki, Neftçala Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin 30 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinib Neftçala Rayon Məhkəməsinin 1(53)-54/2016 saylı 22 iyun 2016-cı il tarixli hökmünə əsasən 200 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cəriməni tam olaraq ödəmişdir. Neftçala Rayon Məhkəməsinin 1(053)-52/2024 nömrəli iş üzrə 07 avqust 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və iş üzrə icraat təqsirləndirilən şəxs tapılıb, bununla bağlı məhkəməyə məlumat verilənədək dayandırılmışdır. Neftçala Rayon Polis Şöbəsinin 20 fevral 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci ildə tutularaq Neftçala RPŞ-nin NH-nə təhvil verilmiuşdir. Neftçala Rayon Məhkəməsinin 1(053)-1/2025 nömrəli iş üzrə 20 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bütün bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, X3 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avarla və uzunluğu 4 metr, eni 1.5 metr ölçüdə olan 01 (bir) ədəd tor dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 31 (otuz bir) ədəd şamayı balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X2 təhvil verildiyi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxslərə (mülki cavabdehlərə) qarşı mülki iddiasına münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur”, “Mülki Prosessual Qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda Mülki Prosessual Qanunvericiliyin normalarının tətbiqinə yol verilir” və “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir”. İşin faktiki hallarından görünür ki, cinayət nəticəsində balıq ehtiyatlarına 1023 manat miqdarında ziyan vurulmuş, həmin məbləğdən heç bir ödəniş edilməmişdir. Göstərilənləri, o cümlədən cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilmədyini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixi üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, X3 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avarla və uzunluğu 4 metr, eni 1.5 metr ölçüdə olan 01 (bir) ədəd tor dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 31 (otuz bir) ədəd şamayı balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X2 təhvil verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlansın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 1023 (min iyirmi üç) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-1/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-1/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver