Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-10/2023 01.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi X3 iştirakı ilə xx xxxxxx 1982-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktik olaraq ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əsgərov X7 rayon İcra Hakimiyyəti başçısının 07 iyul 2017-ci il tarixli 125 saylı əmri ilə 08 iyul 2017-ci il tarixdən Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə və vəzifə təlimatına əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada şəhərsalma və memarlıq məsələləri ilə məşğul olmaq, öz səlahiyyəti daxilində mövcud qaydalar əsasında təsdiq edilmiş memarlıq layihəsini qeydiyyatdan keçirmək, memarlıq obyektlərinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını, memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla mövcud qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri hüdudlarında fikir bildirmək, qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə öz səlahiyyətləri hüdudlarında fikir bildirmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olduğu halda, vəzifə təlimatına əsasən, memarlıq obyektlərinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını, memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla mövcud qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri hüdudlarında təsdiq etmək, qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə öz səlahiyyətləri hüdudlarında razılıq vermək, müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək, ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq, rayonun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanması, həyata keçirilməsini təşkil etmək və rayon ərazisində aparılan tikililərin layihələrini və titul siyahılarını qanunvericilikdə müəyyən olunmuş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktlar qəbul etmək vəzifələrinin Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - Baş memarın səlahiyyətlərinə aid olmasına və həmin vəzifənin icrasının ona həvalə edilməməsinə, buna dair hər hansı rəsmi sənədləşmə aparılmamasına baxmayaraq, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni səlahiyyətlərinə aid olmadığı halda, habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2003-cü il tarixli, 109 saylı Qərarı ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 6.2.2 və 16.3-cü bəndlərinə, həmçinin “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 12 və 22-ci bəndlərinə əsasən, su buraxma qabiliyyətli kanallar və kollektorlar boyu minimum 5 metr enində məsafənin su mühafizə zonası hesab edilməklə həmin mühafizə zonasında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan tikinti işlərinin aparılmasının qadağan edilməsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən, sifarişçi olan fiziki şəxs tərəfindən tikintiyə icazə almaq üçün ərizə və torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti və digər sənədləri təqdim etməklə yerli icra hakimiyyəti orqanına (quruma) müraciət etdikdən sonra, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, yerli icra hakimiyyəti orqanlarının tikintiyə icazə verməli olmasına, habelə, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 saylı Fərmanına əsasən, yerli icra hakimiyyəti orqanlarının yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verməsinə baxmayaraq, rayon sakinlərinin qarşısında nüfuz qazanmaq niyyəti ilə torpaq sahəsinin ayrılaraq qeyriyaşayış obyektinin tikilməsinə icazə verilməsi barədə ayrı-ayrı şəxslərin özünə müraciəti ilə əlaqədar, o cümlədən, Neftçala rayonu, Aşağı Surra kənd sakini Şahid5 həmin kəndin ərazisində sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə torpaq sahəsinin ayrılaraq qeyriyaşayış obyektinin tikilməsinə icazə verilməsi barədə 2020-ci ilin sonlarında özünə şifahi formada müraciəti ilə əlaqədar, sonuncunun torpaq sahəsinə dair tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlər, tikinti layihəsi, müvafiq dövlət qurumlarının rəyi olmadan, cinayətkar niyyətinə uyğun olaraq, səlahiyyətlərinə aid olmadığı halda Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində Neftçala-Salyan avtomobil yolunun sol tərəfində şor suların axıdılması üçün nəzərdə tutulan Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyətinin balansında olmaqla dövlət mülkiyyətində olan kanalın mühafizə zonasında qeyri-yaşayış sahəsinin tikintisinə 2020-ci ilin sonlarında Neftçala rayonunda şəxsən şifahi olaraq icazə verib, Şahid5 tərəfindən 2021-ci ilin yanvar ayından həmin ilin mart ayının sonlarınadək olan müddət ərzində həmin sahədə mişar daşları ilə cəmi 170 m2 sahədə 2.4 metr hündürlüyündə tikinti işlərini aparmasına şərait yaratmaqla, eyni niyyətlə, Neftçala rayonu, Aşağı Surra kənd sakini Şahid7 həmin kəndin ərazisində sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə torpaq sahəsinin ayrılaraq qeyri-yaşayış obyektinin tikilməsinə icazə verilməsi barədə 2020-ci ilin sonlarında özünə şifahi formada müraciəti ilə əlaqədar, sonuncunun torpaq sahəsinə dair tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlər, müvafiq dövlət qurumlarının rəyi olmadan, cinayətkar niyyətinə uyğun olaraq, səlahiyyətlərinə aid olmadığı halda Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində Neftçala-Salyan avtomobil yolunun sol tərəfində şor suların axıdılması üçün nəzərdə tutulan Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyətinin balansında olmaqla dövlət mülkiyyətində olan kanalın mühafizə zonasında qeyri-yaşayış sahəsinin tikintisinə 2020-ci ilin sonlarında Neftçala rayonunda şəxsən şifahi olaraq icazə verməklə Şahid7 tərəfindən 2021-ci ilin yanvar ayından həmin ilin mart ayının sonlarınadək olan müddət ərzində həmin sahədə mişar daşı ilə cəmi 105 m2 sahədə bir mərtəbəli qeyri-yaşayış sahəsi inşa etməsinə şərait yaradıb, bununla bağlı sonuncunun oğlu - Cəmil Kərimovun adına tikiləcək obyekt üzrə işlədiyi İcra hakimiyyəti aparatına hər hansı rəsmi müraciət daxil olmamasına baxmayaraq, sonuncunun adına “memarlıq-planlaşdırma bölməsi”ni ondan alıb həmin rayon İcra Hakimiyyəti Aparatında bununla bağlı sənədləşmənin guya qaydasında olmasına dair əminlik yaratmaqla üzərində “Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi” sözləri yazılmış dairəvi möhürlə həmin müddətdə Neftçala şəhəri, Heydər Əliyev prospekti 25 ünvanında yerləşən İcra Hakimiyyətinin inzibati binasında təsdiq etdirib Şahid7 təqdim etməklə, Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyətinin yerüstü su obyektlərinin istifadəsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarı, mühafizəsi və suvarılan torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirməsi ilə əlaqədar normal fəaliyyətini pozmaqla, su mühafizə zonalarındakı torpaqların istifadəsinə razılıq verilməsi və bu ərazidəki fəaliyyətə nəzarəti səlahiyyətləri daxilində həyata keçirməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 05 oktyabr 2016-cı ildən Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsində aparıcı məsləhətçi (mühəndis) vəzifəsində stajçı kimi, 08 iyul 2017-ci il tarixdən isə daimi dövlət qulluğuna qəbul edilməklə həmin vəzifədə işləyir. Vəzifə təlimatına uyğun olaraq öz səlahiyyəti daxilində mövcud qaydalar əsasında təsdiq edilmiş memarlıq layihəsini qeydiyyatdan keçirmək, memarlıq obyektlərinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını, memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla mövcud qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri hüdudlarında fikir bildirmək, qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə öz səlahiyyətləri hüdudlarında fikir bildirmək, habelə vətəndaşların İcra Hakimiyyətinə daxil olmuş müraciətlərinə baxılması, rəhbərliyin tapşırıqlarının icrası və digər bu kimi funksiyaları icra edir. 2020-ci ilin fevral ayından İH-də baş memar vəzifəsi vakant olaraq qalır. Bu səbəbdən bəzi hallarda baş memarın bəzi funksiyalarının icrası ona həvalə edilir. 2020-ci ilin oktyabr-noyabr ayları ərzində Neftçala rayonu, Aşağı Surra kəndinin sakinləri, o cümlədən Şahid7 və Şahid5 rayon İcra Hakimiyyətinə şifahi olaraq müraciət edərək kənd ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsini xahiş etmişlər. Həmin şəxsləri özü icra Hakimiyyətinin inzibati binasında qəbul etmişdir. Həmin şəxslərin tikinti işlərinin aparılmasına dair sənədlərinə baxdıqda onların torpaq sahələrinə dair heç bir mülkiyyət, istifadə və ya icarə sənədləri mövcud olmamışdır. Müraciət edən şəxslərin arasında həmçinin şəhid ailələrinin üzvləri və qazilər də olmuşdur. X2 və Şahid7 bu kateqoriyadan olan şəxslər deyil. Şahid7 onun qəbulunda olaraq artıq ərazidə yarımçıq tikinti işlərini apardığını, oğlu X1 adına tikintini tamamlamaq istədiyini bildirmişdir. Özü Cəmaləddinə əgər tikinti işlərini başlamışdırsa onu tamamlamağa icazə vermişdir. Lakin tez bir zamanda torpağı sənədləşdirmək üçün bələdiyyəyə müraciət etməyi tapşırmışdır. Həmçinin Cəmaləddinə layihə üçün müraciət etməyi, layihəni özünə təqdim etməyi tapşırmışdır. Bir müddət sonra Şahid7 "xxxx" MMC tərəfindən oğlu Cəmil Kərimovun adına tərtib edilmiş layihəni təqdim etmişdir. Özü də həmin layihənin təsdiq edilməsi üçün İcra Hakimiyyətinin başçısına təqdim etmiş, sənədlərin qaydasında olduğunu bildirdiyinə görə, sonuncu tərəfindən həmin layihə “Neftçala rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti" şöbəsi sözləri yazılmış göy rəngdə əks olunmuş möhürlə təsdiq edildikdən sonra özünə təqdim edilmiş, özü də layihəni Cəmaləddinə qaytarmışdır. Şahid5 da ona müraciət edərək tikili inşa etmək istədiyini demişdir. Sadiq qardaşı Şahid6 ilə birlikdə ona tikili inşa etmək üçün müraciət edərkən onların özləri yaşadıqları Aşağı Surra kəndində tikilməsi nəzərdə tutulan şəhid üçün abidəyə köməklik etmək istədiklərini, tikinti materialı olaraq 3.000-4.000 manat civarında tikinti materialı ala biləcəklərini demişlər, özü də onlara əgər imkanları varsa öz sənədlərini qaydaya salmağı məsləhət görmüşdür. Daha sonra özü Sadiqə tikinti işlərini aparmağa icazə versə də qısa zamanda bələdiyyəyə rəsmi müraciət etməyi, sənədləri qaydasına salmağı tapşırmışdır. Sonradan isə əraziyə baxış zamanı Şahid5 bələdiyyəyə müraciət etmədiyini görüb tikilini yarımçıq saxlatdırmışdır. Həmçinin, Şahid5, Şahid7 müraciətləri əsasında, bələdiyyə sədri Şahid4la əraziyə baxış keçirilərək, Aşağı Surra kəndi ərazisində kanalın kənarında onlara tikili inşa etmək üçün torpaq sahəsi müəyyən edilmişdir. Onlara bələdiyyəyə tez bir zamanda müraciət etmək tövsiyə edilmişdir. Lakin əraziyə tərəfindən səthi baxış keçirilərək digər qurumların nümayəndələri ora dəvət edilməmiş, əsas olaraq yolun mühafizə zonasını və kollektorun mühafizə zonasını gözləmək tapşırılmışdır. Kollektorun mühafizə zonası olan dövlət torpağının sahəsinin dəqiq koordinatlarının dəqiqləşdirilməsi ərazinin xəritəsi olmadığından müəyyənləşdirmək mümkün olmamışdır. Müraciət edən zaman Sadiq Sadiqov tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Şahid7 tərəfindən isə sənədlər natamam təqdim edilmişdir. Qanunvericiliyə zidd olaraq, qeyd olunan şəxslər torpaq sahəsinə dair çıxarış əldə etmədən, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə hər hansı müraciət olunmadan, kollektorunun mühafizə zonası olan dövlət torpağında tikililərin inşa olunmasına icazənin verilməsi üçün "xxxx" ASC ilə razılaşdırılmadan, şikayət etməsinlər deyə, onlara tikintiyə şifahi olaraq icazə verdiyini, lakin tez bir zamanda torpağı sənədləşdirmək üçün bələdiyyəyə müraciət etməyi tapşırdığını etiraf edir. Həmçinin etiraf edir ki, Neftçala RİH-nin aparatında baş memarın hər hansı vəzifəsinin ona həvalə edilməsinə dair əmr və ya başqa rəsmi göstəriş verilməmişdir. Vətəndaşlar müraciət edərkən, ilkin olaraq onların qanunvericilikdə nəzərdə tutulmuş sənədləri hazır olduqdan sonra prosedura uyğun olaraq tikintiyə icazə verilməli olduğu halda, özü rayon sakinlərinin narazılığının qarşısını almaq üçün tikinti işlərinin aparılmasına icazə vermiş, lakin eyni zamanda sənədlərin qaydasına salınmasını da tapşırmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddia və tələbinin olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 421 nömrəli fərmanı ilə təsdiq edilmiş «Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında» Əsasnamənin 9.5-ci yarımbəndinə əsasən torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsi, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Həmin Əsasnamədən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2021-ci ilin mart ayında Neftçala rayonu, Aşağı Surra kənd bələdiyyəsinin mülkiyyətinə aid olan torpaqların təyinatı və faktiki istifadə vəziyyəti ilə bağlı monitoring aparılmışdır. Monitoring zamanı müəyyən edilmişdir ki, Aşağı Surra kəndi ərazisində torpaq sahələrində, yəni Salyan-Neftçala şosesinin, Aşağı Surra kəndi ərazisindən keçən hissəsinin kənarında həmin kəndin sakinləri tərəfindən şor suların axıdılması üçün qazılmış kanalın (kollektorun) mühafizə zolağına girməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün heç bir torpaq ayırma sənədi olmadan, zəbt edərək, qanunsuz olaraq tikinti işləri aparılmışdır. Həmin faktla əlaqədar, özünün, ƏMDX-nin Şirvan Ərazi şöbəsinin baş məsləhətçisi Şahid2, həmin şöbənin aparıcı məsləhətçisi X5, Aşağı Surra bələdiyyəsinin sədri Şahid4 və həmin vətəndaşlar, yəni Şahid5, Şahid7 və digər vətəndaşların iştirakı ilə 18 mart 2021-ci il tarixli müvafiq aktlar tərtib edilmiş və onlara tikintinin aparılmasının qanunsuz olması barədə xəbərdarlıq edilərək, qanunvericiliyin tələbləri izah edilmişdir. Lakin, vətəndaşlar aktları imzalamaqdan imtina etdiyindən bu barədə aktlarda qeyd aparılmışdır. Həmçinin qeyd olunan qanun pozuntuları ilə əlaqədar hüquq-mühafizə orqanına müraciət edilmişdir. Qeyd edilən halların araşdırılması ilə əlaqədar Neftçala rayon Prokurorluğunun 01 dekabr 2021ci il tarixli müraciəti əsasında 2021-ci ilin dekabr ayında tərəfindən qeyd olunan mübahisəli ərazidə qanunsuz tikililərin GPS aləti vasitəsilə koordinatları və ölçüləri təyin edilmişdir. Çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq elektron kadastr məlumatı bazasına əsasən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Aşağı Surra kənd sakinləri Şahid5 və Şahid7 istifadəsində olan tikililər dövlət mülkiyyətinə aid olmaqla kollektorun mühafizə zolağında inşa edilmişdir. Bu barədə tərəfindən müvafiq mütəxəssis rəyi hazırlanaraq Neftçala Rayon Prokurorluğuna təqdim edilmişdir. Belə ki, vətəndaşlar tərəfindən inşa edilmiş tikililərin altındakı torpaq sahəsinin çox hissəsi dövlət torpağı olmaqla kanalın mühafizə zonasına, az hissəsi isə bələdiyyə torpağına aiddir. Tikililərin mühafizə zolağına aid hissələri barədə rəydə ətraflı qeyd olunmuşdur. Həmçinin həmin kanalın sahili torpaqdan ibarət olduğundan sərhədinin mütəmadi olaraq dəyişməsi səbəbindən, kanalın sahil xəttini yerində dəqiq müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, kanalın mühafizə zonası Daşınmaz Əmlakın Dövlət Kadastrı reyestri elektron kadastr məlumatı bazasına əsasən müəyyən edilmişdir. Tərəfindən tərtib edilmiş rəy də, həmin məlumat bazasına əsaslanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Meliorasiya və Su təsərrüfatı ASC-nin Aşağı X4 istismarı idarəsində Meliorasiya şöbəsinin rəisi vəzifəsində işləyir. Vəzifəsi suvarılan torpaqların meliorativ vəziyyətinə nəzarət işinin və balansda olan meliorativ sistemlərin istismarının mövcud təlimatları və texniki istismar qaydalarına uyğun şəkildə həyata keçirilməsinin təmin edilməsi, suvarılan torpaqların və meliorativ sistemlərin vəziyyəti barədə istismarı və rejim müşahidə sahələrində daxil olan məlumatların təhlil edilməsi, təhlillər əsasında torpağın meliorativ vəziyyəti, kollektordrenaj şəbəkəsinin lildən təmizlənməsi, qrunt sularının axıdılması barədə təklifləri baş mühəndisə təqdim edilməsi və digər bu kimi işlərdən ibarətdir. Neftçala rayonu, Aşağı Surra kəndində “YK-1” adlanan kənd daxili drenaj kanalı keçir. Həmin kanal İdarənin balansındadır. İdarənin vəzifə funksiyalarına həmin kanalda su axının keçməsi, vaxtıvaxtında kanalın təmizlənməsi, kanalda qrunt sularının axıdılmasına nəzarət edilməsi və sair işlər daxildir. Kanal vasitəsilə şor su axıdılması həyata keçirilir. 2021-ci ilin fevral ayında Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində “YK-1” kanalının mühafizə zolağına müdaxilə olunduğu, Neftçala-Salyan yolunun sol tərəfində yerləşən torpaq sahəsində Şahid5 və Şahid7 tərəfindən sahibkarlıq məqsədilə tikililərin inşa edildiyi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında tərəfindən adları qeyd olunan şəxslərin tikdiyi obyektlərə baxış keçirilmişdir. Baxış zamanı tikililərin “YK-1” kanalının mühafizə zolağında inşa edildiyi aşkar olunmuşdur. Həmin tikililərin mühafizə zolağında qanunsuz olaraq tikilməsi barədə qeyd olunan şəxslərə dəfələrlə şifahi xəbərdarlıqlar olunmuş, eləcə də 03- 05 fevral 2021-ci il tarixlərdə həmin vətəndaşlar, özünün və şöbənin digər əməkdaşlarının iştirakı ilə tikilinin qadağan olması barədə aktlar tərtib edilmişdir. Həmçinin, qeyd olunan obyektlər tikildikdən sonra Aşağı Surra kəndində şor su kanalının mühafizə zolağında məcburən tərəfindən kanaldan suyun maneəsiz axınını təmin etmək məqsədilə, kanalın əks tərəfindən qazıntı işləri aparılmışdır. Eyni zamanda, həmin tikililərin inşa edilməsi səbəbindən kollektorun mühafizəsini, istismarını mövcud təlimatlar və texniki istismar qaydalarına uyğun şəkildə həyata keçirilməsinin təmin edilməsi, kanalın mütəmadi olaraq lildən, qamışdan və digər su bitkilərindən təmizlənməsini həyata keçirərək maneəsiz fəaliyyətini təmin etmək işlərinin görülməsini çətinləşdirir, bəzən isə qeyri-mümkün edir. Bu isə öz növbəsində kollektorun su buraxma qabiliyyətinə ciddi təsir göstərir və ətraf ərazilərdə qrunt sularının süni şəkildə qalxmasına gətirib çıxarır ki, ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2003-cü il tarixli, 109 saylı qərarı ilə təsdiq edilmiş «Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları»nın 6.2-ci maddəsinə əsasən, Yerli əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektlərində mühafizə zonasının ölçüsü, kanallarda və digər xətti qurğularda hər iki sahildən götürülməklə 5 metr məsafədə qəbul edilir, yəni Neftçala rayonu, Aşağı Surra kəndindən keçən “YK-1" kollektorunun mühafizə zolağının ölçüləri hər iki tərəfdən 5 metr təşkil edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 2000ci ildən Neftçala rayonu, Aşağı Surra bələdiyyəsinin sədri vəzifəsinə işləyir. 2020-ci ilin oktyabr ayı ərzində Neftçala rayonu, Aşağı Surra kəndinin bir neçə sakinləri, o cümlədən Şahid5, Şahid7 və digər sakinlər tərəfindən ona müraciət olunaraq, Neftçala-Salyan yolunun Salyan rayonu istiqamətində yolun sol tərəfində mülkiyyətə torpaq sahəsi almaq istədiklərini şifahi şəkildə bildirmişlər. Həmin şəxslərin bəziləri Qarabağ müharibəsində iştirak edərək qazi olduqlarını, həmçinin maddi vəziyyətlərinin çətin olduğunu deyərək sahibkarlıq obyekti inşa etmək istədiklərini, sonradan isə tikilinin torpaq sahəsini bələdiyyədən alacaqlarını bildirmişlər. Özü həmin şəxslərə inşa etmək istədikləri tikililərin qeyri-qanuni olduğunu, əvvəlcə torpaq sahələrinin mülkiyyətinə keçirmələrini, bununla bağlı hərrac və müsabiqədə iştirak etməyin lazım olduğunu demiş, lakin həmin şəxslərin narazı qaldıqlarını görüb onlara Neftçala RİH-nə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra təxminən 2020-ci ilin oktyabr ayının sonu noyabr ayının əvvəllərində Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsində aparıcı məsləhətçi-mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs Neftçala rayonu, Aşağı Surra kəndinin ərazisinə gəlmiş, onunla da əlaqə saxlamış, birlikdə əraziyə baxış keçirərək Neftçala-Salyan yolunun kənarında Şahid5 və Şahid7 torpaq sahəsində tikili inşa etməyə Elton müəllim onun yanında razılıq vermiş, onun göstərişi ilə tikili inşa etmək üçün yerlər ayrılmışdır. Həmçinin həmin vətəndaşlara inşa edəcəkləri tikilinin torpaq sahəsi ilə bağlı bələdiyyəyə tez bir zamanda müraciət etmək tövsiyə edilmişdir. Lakin əraziyə ilkin olaraq səthi baxış keçirilərək digər qurumlarla razılaşdırılmamış, vətəndaşlara əsas olaraq yolun və kollektorun mühafizə zonasını gözləmək tövsiyə edilmişdir. Kollektorun mühafizə zonası olan dövlət torpağının sahəsinin dəqiq koordinatlarının dəqiqləşdirilməsi ərazinin xəritəsi olmadığından həmin vaxt mümkün olmamışdır. Bundan sonra isə həmin şəxslər tərəfindən tikililər inşa edilmişdir. Hazırda isə Şahid5 tərəfindən tikilinin inşası yarımçıq dayandırılmış, Şahid7 və digər sakinlər tərəfindən tikilin inşası tamamlanmışdır. Aşağı Surra bələdiyyəsi tərəfindən Şahid7 şifahi müraciəti əsasında, 30 yanvar 2021-ci il tarixli 04 saylı iclas protokolu ilə onun adına 80 m2 torpaq sahəsinin və 10 mart 2021-ci il tarixli 06 saylı iclas protokolu ilə Şahid5 (atası Səxavət Sadıqovun şifahi müraciəti əsasında) adına 50 m2 torpaq sahəsinin sahibkarlığın inkişaf etdirilməsi məqsədilə mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin keçirilməsi üçün, torpaq sahəsi üzrə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədəmüvafiq hesab edilmiş və həmin torpaq sahələrinin ölçülməsi üçün ƏMDX-nin Şirvan Ərazi şöbəsinə və DƏDRX 13 saylı Ərazi idarəsinə müraciət edilmişdir. Lakin, həmin torpaq sahələrinin mühafizə zolağına aid olduğundan bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmamışdır. Həmçinin, 2021-ci ilin mart ayında Neftçala rayonu, Aşağı Surra kənd bələdiyyəsinin mülkiyyətinə aid olan torpaqların təyinatı və faktiki istifadə vəziyyəti ilə bağlı ƏMDX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən aparılan monitorinq zamanı Salyan-Neftçala şosesinin, Aşağı Surra kəndi ərazisindən keçən hissəsinin kənarında Şahid5 və Şahid7 tərəfindən şor suların axıdılması üçün qazılmış kanalın (kollektorun) mühafizə zolağına girməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün heç bir torpaq ayırma sənədi olmadan, zəbt edərək, qanunsuz olaraq tikinti işləri aparılması ilə əlaqədar həmin şəxslərin, o cümlədən qanunsuz tikililər inşa etmiş Şahid5 və Şahid7 iştirakı ilə 18 mart 2021-ci il tarixli müvafiq aktlar tərtib edilərək, onlara tikintinin aparılmasının qanunsuz olması barədə xəbərdarlıq edilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir. Lakin, Şahid5 və Şahid7 aktları imzalamaqdan imtina etdiyindən bu barədə aktlarda qeyd aparılmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, təxminən 2020-ci ilin sonlarında Neftçala rayonu, Aşağı Surra kəndində qardaşı Şahid6 köməyi ilə, sahibkarlıq məqsədilə tikili inşa etmək üçün Neftçala rayonu İcra Hakimiyyətinin yanında Memarlıq və Tikinti şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs müraciət etmişdir. Həmin torpaq sahəsinə görə nə qədər pul ödəməli olduğunu soruşduqda, Elton müəllim hər hansı ödənişə ehtiyac olmadığını, lakin, Aşağı Surra kəndində 2-ci Qarabağ müharibəsində şəhid olan Xalid Orucova bulaq tikiləcəyini, istədiyi halda, həmin bulağın tikintisi üçün köməklik etməyi təklif etmişdir. Özü də könüllü olaraq şəhid adına olan bulağın tikintisi üçün təxminən 3.000-4.000 manat pul köməklik etmək istədiyini bildirmişdir. Lakin, hazırda həmin abidənin yeri müəyyən olunmadığı üçün tikinti başlamadığından, heç kimə pul ödəməmişdir. Bundan sonra Elton müəllim, kənd bələdiyyəsinin sədri Mahir müəllim və digər tanımadığı şəxslərlə Aşağı Surra kəndinə gəlmiş, ona Neftçala-Salyan avtomobil yolunun Salyan istiqamətində sol tərəfində təxminən 70-80 m2 torpaq sahəsi ayıraraq onun göstərdiyi ərazidə mağaza kimi istifadə etmək üçün tikili inşa etməyə şifahi olaraq icazə vermişdir. Elton müəllim ona əgər kimsə tikintiyə mane olsa Neftçala RİH-nin bununla bağlı məlumatı olduğunu, tikintiyə icazə verildiyini bildirmişdir. Bundan sonra yanındakı digər obyekt sahibləri kimi özü də Elton müəllimin razılığı əsasında torpaq sahəsində qardaşı Elmarın köməkliyi ilə təxminən 2021ci ilin yanvar ayının sonlarından mart ayının sonlarınadək tikinti işləri aparmışdır. Qeyd olunan torpaq sahəsinin ayrılması və tikintinin aparılması ilə bağlı ona heç bir sənəd təqdim edilməmiş, buna baxmayaraq Elton müəllimin özünün göstərdiyi torpaq sahəsində tikilinin aparılmasına şifahi olaraq icazə verdiyindən tikilini inşa etmişdir. Həmçinin Şahid5, Təqsirləndirilən şəxs tərəfindən ona 70 m2 sahədə tikintiyə icazə verildiyi halda, tikilialtı torpaq sahəsinin 170 m2 təşkil etməsi və dövlət mülkiyyətinə aid olmaqla kollektorun mühafizə zolağına aid olması ilə bağlı bildirmişdir ki, həmin tikilini Təqsirləndirilən şəxs göstərdiyi torpaq sahəsində inşa etmiş, hətta tikilinin inşa etdikdən bir müddət sonra Təqsirləndirilən şəxs və kəndin bələdiyyə sədri Mahir müəllim gəlib tikilinin yerinə nəzarət etmişlər. Həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmaqla kollektorun mühafizə zolağı olması və tikilinin qanunsuz olması barədə məlumatı olmayıb. Həqiqətən də, 2021ci ilin fevral ayında qardaşı Elmar ona aparılan tikintinin kanalın mühafizə zolağında inşa edilməsi barədə X4 İstismarı İdarəsinin əməkdaşları tərərəfindən bildirmələri haqqında məlumat vermişdir. Qardaşı Elmara həmin tikilinin İcra Hakimiyyətinin işçisi Elton müəllim tərəfindən icazə verildiyini bildirmişdir. Həmçinin 18 mart 2021-ci il tarixdə ƏMDX-nin Şirvan ərazi şöbəsinin əməkdaşları və kəndin bələdiyyə sədri Şahid4 tərəfindən tikilinin kanalın mühafizə zolağına aparılması barədə ona xəbərdarlıq edilmişdir. Həmin ərazidə tikinti işlərinin aparılması Elton müəllim tərəfindən icazə verildiyinə görə özü tikinti işlərini davam etdirmişdir. Buna baxmayaraq, sonradan sənədləri hazırlaya bilmədiyi üçün və maddi çətinliklərlə əlaqədar 10-12 daş tikilinin divarlarını qaldırdıqdan sonra tikinti işlərini dayandırmışdır. Şahid qismində dindirilmiş Şahid6 Şahid5 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, təxminən 1990-cı ildən Neftçala rayonu Aşağı Surra kəndində Mədəniyyət evinin qarşısında istifadəsində 150 m2 sahəsi olan qeyri-yaşayış sahəsi olmuş, həmin obyekti çayxana kimi işlətmişdir. Qeyri-yaşayış sahəsi özünün istifadəsində olsa da, həmin sahənin ona məxsus olması barədə hər hansı sənəd mövcud olmamışdır. 2011-ci ildə rayonda aparılan abadlıq işləri ilə bağlı həmin obyekt sökülmüş və əvəzində Neftçala- Salyan avtomobil yolunun Salyan istiqamətində sol tərəfində şifahi olaraq 81 m2 ərazi ayrılacağı ona bildirilmişdir. Həmin sahədə hər hansı tikinti işləri aparmasa da sonradan, yəni təxminən 2021-ci ilin yanvar ayında orada tikinti işləri aparmağa başlamaq üçün Neftçala rayon icra Hakimiyyəti başçısının Memarlıq və Tikinti şöbəsinin işçisi Təqsirləndirilən şəxs müraciət etmişdir. Müraciəti əsasında "xxxx" MMC tərəfindən layihə hazırlanmışdır. Həmin layihə Neftçala RİH-nin Memarlıq və Tikinti Şöbəsinin möhürü ilə təsdiqlənmişdir. Obyekti oğlu Cəmil Kərimovun adına rəsmiləşdirmək istədiyindən, layihə də oğlunun adına yazılmışdır. Tərəfindən 200 manat rüsum “Azərpoçt" MMC vasitəsilə layihəçinin adına ödənmişdir. Elton müəllim həmin layihəni təsdiq etdikdən sonra obyekti tikməyinə icazə verildiyini bildirmişdir. Qeyd olunan sahədə ərzaq dükanı inşa etsə də, halhazırda istifadəsinə başlamamışdır. Həmin torpaq sahəsi və tikili ilə əlaqədar ona başqa heç bir sənəd verilməmiş, torpaq sahəsinə dair özündə çıxarış, habelə icarə, mülkiyyət və istifadə hüququna dair hər hansı rəsmi sənədi olmamışdır. Obyekti tikdiyi torpaq sahəsinə Elton müəllim baxıb, tikilinin inşa ediləcəyi yeri isə özləri göstərmiş, hətta tikilinin inşa etdikdən bir müddət sonra Təqsirləndirilən şəxs və kəndin bələdiyyə sədri Mahir müəllim gəlib tikilinin yerinə nəzarət etmişlər. Həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmaqla kollektorun mühafizə zolağı olması barədə məlumatı olmayıb, qeyd olunan şəxsin şifahi razılığı əsasında, onun tərəfindən göstərilən həmin sahədə 2021-ci ilin yanvar ayının əvvəllərindən may ayının sonlarınadək olan müddət ərzində tikinti işləri aparmışdır. Həmin torpaq sahəsinin ona ayrılmasına, mağazanın tikintisi üçün layihənin alınmasına görə hər hansı şəxsə pul və başqa maddi nemət verməmişdir. Sözü gedən Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində Salyan-Neftçala avtomobil yolunun kənarında tikinti işləri onun tərəfindən aparılmış, həmin tikilinin oğlu Cəmili Kərimov və ya başqa şəxsə aidiyyəti olmamışdır. Lakin obyekti gələcəkdə oğlu Cəmilə miras qoymağı nəzərdə tutduğu üçün, oğlunun adına tikmək gərarına gələrək, sənədlər, yəni obyektin layihəsi oğlu Cəmilin adına rəsmiləşdirilmişdir. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxsin etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini və peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, iş və yaşayış yerləri üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən «Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir». Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə əsasən «Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir», «Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə cinayət qanunun yuxarıda qeyd olunan müddəalarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq belə qənaətə gəlir ki, cərimə cəzası hazırkı halda cəzanın CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədini təmin edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə cərimə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsi» sözləri yazılmış möhür ilə təsdiq edilmiş X1 adına olan «Memarlıq-planlaşdırma bölməsi» cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsi» sözləri yazılmış möhür ilə təsdiq edilmiş X1 adına olan «Memarlıq-planlaşdırma bölməsi» cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-10/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-10/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver