Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-10/2024 31.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi-vəkil Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1972-ci il tarixdə Neftçala rayonu, Xəzər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan, barəsində Neftçala Rayon Məhkəməsinin 4(053)-53/2023 nömrəli iş üzrə 26 oktyabr 2023-cü il tarixli qərarı ilə əvvəli 26 oktyabr 2023-cü il tarixindən hesablanmaqla “Həbs” növündə qətimkan tədbiri seçilmiş və həmin tarixdən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, audio-video yazı istifadə edilməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 17 oktyabr 1994-cü il tarixdən rəsmi nikah əsasında ər-arvad münasibətində olmaqla ondan maddi və mənəvi cəhətdən faktiki olaraq asılı vəziyyətdə olmuş arvadı X14 1995-ci ilin yay aylarından başlayaraq istintaqla dəqiq müəyyən edilməmiş tarixlərdə ailə münaqişəsi zəmində, aralarında baş vermiş mübahisə zamanı Neftçala rayonunun Xəzər kəndində yerləşən yaşadıqları evdə Qızqayıd Xəlilovaya qarşı nalayiq ifadələr işlədib, ləyaqətini mütəmadi alçaldaraq və bədəninin müxtəlif nahiyələrinə əli ilə vuraraq zor tətbiq edib, amansız rəftar etməklə istifadə etdiyi siqaretin közlərini bədən səthinə basmaqla siqaret közünün bədənə basılması nəticəsində əmələ gəlməyə xarakterik döş qəfəsinin ön səthinin, sağ baldırın yuxarı 1/3 hissəsinin ön səthinin çapıq toxumaları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə əzab və işgəncə vermiş, həmçinin 07 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində həmin yaşadığı evinin həyətində ailə münaqişəsi zəminində əli və ayağı ilə Qızqayıd Xəlilovanın bədəninin müxtəlif nahiyələrinə vuraraq, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid sol qaşüstü nahiyənin yarası, sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən əlamətlərə aid sol bazunun, sag budun yuxarı 1/3 hissəsinin bayır səthinin qançırları ilə müşayət olunan xəsarətlər yetirməklə mütəmadi olaraq amansız rəftarı, ləyaqətini mütəmadi olaraq alçaltması, təhqir olunması, əzab və işgəncələrə məruz qalması nəticəsində Qızqayıd Xəlilovada ölümündən əvvəlki dövrdə frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin, dözüm iradi səviyyəsindən üstün olması vəziyyəti) halının yaranması ilə əlaqədar sonuncunu özünü öldürmə həddinə çatdırması səbəbindən yaşadığı evində yataq otağında aşkar olunmuş 1 ədəd kağız parçasına “Ajdın demirdin sen olmasan јaxşı јaşaјaram indi јaşa mən də kedirəm bu dunјadan Şүkүr balalarım beјik kişdir ALA qorsun opirəm balalarım һeçinə eləmij mənçin bidənə baс̧turun Mənə bəs eləјər” məzmunlu yazıları yazıb, yataq otağında döşəyin altında aşkar olunmuş 1 ədǝd kağız parçasına “əzizim valalarım məndən inҹməјin kedin јaşaјın daj mən dezəmirəm şykir anım açıqdip” məzmunlu yazıları yazıb imza etməklə, əynindəki şalvarının sol cibində aşkar olunmuş 1 ədəd kağız parçasına “əzizim valalarım məndən inçməјin kedin јaşaјın ALA xoşvəx elasin daj mən dezəmirəm şukur anım açıqdir” məzmunlu yazıları yazıb imza etməklə 10 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı evin hayətində yerləşən metal borudan təsərrüfat ipi ilə özünü asaraq intihar etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, kənd təsərrüfatı ilə məşğul olur. 17 oktyabr 1994-cü il tarixdə Xəlilova (qızlıq soyadı Ağayeva) Qızqayıd Alı qızı ilə 350713 nömrəli, həmin tarixli Neftçala rayonunun Xəzər Kənd Nümayəndəliyində qeydə alınmış nikah bağlanması haqqında şəhadətnamə əsasında rəsmi nikaha girmişdir. Birgə nikahdan 1995-ci ilin təxminən yay aylarında qız övladı kənd xəstəxanasında dünyaya gəlmiş, doğumla bağlı 2-3 gün xəstəxanada qaldıqdan sonra yaşadıqları evə gəlmiş, təxminən 2-3 saat sonra qızdırma xəstəliyi səbəbindən rəhmətə getmişdir. Bundan sonra birgə nikahdan 1997-ci il təvəllüdlü Şahid2 və 2003-cü il təvəllüdlü Şahid1 dünyaya gəlmişdir. Mərhum arvadı X23 ilə 1995-ci il tarixdə "ayaq açdı" dedikləri, yəni yeni evləndikdən sonra anası Dünyaxanım Həsənova tərəfindən ata evinə qonaq çağırılması zamanı həmin vaxt o, çöldə heyvan otardığı üçün sonuncu icazəsi olmadan onun valideyinləri ilə birlikdə getdiyinə görə, aralarında sözlü mübahisə olmuşdur. Bu ona çox pis təsir etmişdir. O da hər dəfə yadına düşən zaman Qızqayıd Xəlilova ilə mübahisə etmiş, əsəbləşədiyi üçün arvadı Qızqayıdı döymüşdür. Çünki bunu özünə qəbul edə bilməmiş, ondan icazəsiz getdiyinə görə 1995-ci il tarixdən etibarən mütəmadi olaraq, yəni hər dəfə yadına düşəndə arvadı Qızqayıdı döymüş, söyərək təhqir etmişdir. Son zamanlar da bu səbəbdən aralarında münaqişələr olmuş, o da əsəbləşərək arvadı Qızqayıdı döyərək təhqir etmişdir. Oğlu Murad xx.xx.2023-cü il tarixdə qanunsuz erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən terror təxribatları nəticəsində yaralandığı üçün məzuniyyətə buraxıldığından xx.xx.2023-cü il tarixdə yaşadıqları Neftçala rayonu, Xəzər kəndində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Murad evə gəldiyi üçün digər oğlu Ələsgər də xx.xx.2023-cü il tarixdə yaşadıqları Xəzər kəndində yerləşən evə gəlmişdir. Oğlu Murad yaralandığı üçün məzuniyyətə gəldiyinə görə xx.xx.2023-cü il tarixdə təxminən günorta saatlarında, təxminən saat 11-12 radələrində qaynanası Dünyaxanım, baldızı Şahid3, Şahid4, baldızı Cahanın oğlu Şahbaz və sonuncunun kürəkəni Nurlan onlara gəlmişlər. Həmin vaxt qaynanası Dünyaxanım ilə ümumiyyətlə görüşməmiş, digərləri ilə sadəcə olaraq salamlaşaraq evdən çıxaraq kənd ərazisinə getmişdir. Çünki qaynanası Dünyaxanım onun mərhum atası Yadulla rəhmətə gedən zaman yas mərasiminə gəlmədiyinə görə, heç vaxt onlara gəlməyini istəməmişdir. Bundan da əlavə onun qaynanası ilə münasibəti olmamış, iki dəfə ailə həyatı qurduğuna görə sonuncuya qarşı içində nifrət yaranmışdır. Bununla bağlı da həmişə arvadı Qizqayıdı əsəbləşərək döymüş, söyərək təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə oğlu Ələsgərə zəng vuraraq qaynanasıgilin getdiyini öyrənmiş və evə qayıtmışdır. Evə qayıtdıqdan sonra arvadı Qızqayıd ilə sözlü mübahisə etməyə başlamışdır. Belə ki, mübahisə edərək anası Dünyaxanımın nə səbəbə mərhum atası Yadullanın yas mərasiminə, eləcə də övladları Murad və Ələsgərin hərbi xidmətə gedib-gələn zaman yaşadıqları evdə təşkil olunan məclislərə gəlmədiyini, indi yadına düşüb onlara gəldiyini soruşmuşdur. Qızqayıd isə həmin vaxt ona xəbəri olmadığını, Dünyaxanımın anası olduğunu demişdir. Həmin vaxt Qızqayıdla sözlü mübahisə etsələr də Murad və Ələsgər evdə olduğu üçün Qızqayıdı vurmamışdır. Bundan sonra həmin gün, təxminən saat 22 radələrində Ələsgər evdən kənd ərazisinə tanışları ilə görüşmək üçün çıxmış, Murad isə xəstə olduğuna görə Qızqayıd onun kürəyinə banka qoymuş, Murad yatdıqdan sonra Qızqayıdı yaşadıqları evin həyətinə çağırmış, əsəbi keçmədiyinə görə yenə də anası Dünyaxanımın nə səbəbə onlara gəldiyini soruşmuş və ayağına təpiklə vurmuşdur. Həmçinin əsəbi olduğuna görə bədən nahiyyələrinə müxtəlif zərbələr vurmuş, lakin əsəbi olduğuna görə konkret olaraq hansı nahiyyəsinə zərbə vurduğunu xatırlamır. Həmin vaxt həmçinin Qızqayıdın anasının və özünün ünvanına söyüşlər söymüşdür. O, Qızqayıdı vurduğu üçün Qızqayıd ağlamışdır. Həmin vaxt Ələsgər həyətə girmiş, sonuncunu görən zaman Qızqayıdı döyməyi dayandırmışdır. Ələsgər onun üstünə gələrək, nə səbəbə anasını döyməsini soruşmuş və qardaşı Muradı oyandırmışdır. Murad da oyandıqdan sonra anası Qızqayıdın yanına gəlǝrǝk anasını bir daha döyməməsini bildirmişdir. Bundan sonra 08-09 oktyabr 2023-cü il tarixlərdə də hər dəfə anası Dünyaxanımın onlara gəldiyi yadına düşən zaman Qızqayıdla sözlü mübahisə etmiş, övladları evdə olmayan zaman isə döyərək təhqir etmişdir. Hadisə olmamışdan əvvəlki gün, yəni 09 oktyabr 2023-cü il tarixdə yerində uzanmış və Qızqayıd Xəlilovadan bir stəkan çay istəmişdir. Sonuncu ona çay vermiş, həmin çayı içdikdən sonra təxminən 00:30 radələrində yatmışdır. 10 oktyabr 2023-cü il tarixdə, saat təxminən 10 radələrində yuxudan oyanmış və evdə heç kimin olmadığını gördüyündən arvadı Qızqayıdı çağırmağa başlamışdır. Həmin vaxt ona cavab verdmədiyini görüb həyətə çıxmışdır. Həyətə çıxan zaman arvadı Qızqayıd Xəlilovanın yaşadıqları evin həyətində olan dəmir borudan özünü iplə asaraq öldürdüyünü görmüşdür. Qızqayıdı nə qədər çağırsa da ona cavab verməmişdir. O da dərhal Neftçala RİHB-nın Xəzər kənd İƏD üzrə nümayəndəsi İlhama məlumat vermiş, sonuncu ona polis və prokurorluq işçilərinə xəbər verəcəyini demişdir. Həmin vaxt Qızqayıd Xəlilovanı ipdən açmamış, hüquq mühafizə orqanın əməkdaşlarının gəlməsini gözləmişdir. Bundan sonra, yaşadıqları evə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş və X28nın meyitini daxili müayinə olunması üçün Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sonradan oğlu Murad və Ələsgərin həmin gün saat 4 radələrində evdən marşurtla getdiklərini öyrənmişdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, arvadı Qızqayıd Xəlilovanın özünü asaraq intihar etməsində özünü təqsirli bilir. Belə ki, Qızqayıd Xəlilova onun tərəfindən dəfələrlə döyülərək təhqir olunduğu üçün dözməyərək intihar etmişdir. Qızqayıd Xəlilova ilə ilə son zamanlar aralarında tez-tez sözlü mübahisələr olmuşdur. Sonuncu dəfə 07 oktyabr 2023-cü il tarixdə də ifadəsində qeyd etdiyi hadisə baş vermişdir. X28 07 oktyabr 2023-cü il tarixdə olan hadisələrə görə, yəni döyərək ana və bacısının ünvanına nalayiq söyüşlər söydüyünə görə intihar etmişdir. Ona təqdim edilmiş hadisə yerinə, meyitə baxış keçirilməsi zamanı aşkar edilərək götürülmüş, üzərində əlyazmalar və imza nümunələri olan kağız parçaları üzərində olan yazı və imzalar arvadı X28 tərəfindən icra edilmişdir. Çünki həmin əlyazmalar arvadı Qızqayıd Xəlilovanın xətti ilə oxşardır. Onunla X28 arasında 1995-ci il tarixdən etibarən hər dəfə ondan icazəsiz anası Dünyaxanım Həsənovagilə getdiyi yadına düşən zaman sözlü mübahisə edərək döymüş, eləcə də sonuncunu və anası Dünyaxanımı söyərək təhqir etmişdir. Son zamanlar da bununla bağlı aralarında xeyli sözlü mübahisələr olmuşdur. Hətta o, Qızqayıdı əsəbiləşərək döyərək sillələr, təpik və yumruq zərbələri də vurmuşdur. Qızqayıd Xəlilova əvvəllər özünü öldürməyə cəhd etməmişdir. Ondan başqa kiminsə X28 ilə mübahisəsi olmamışdır. Qızqayıd Xəlilova hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Qızqayıd Xəlilova evdar qadın olmuş, hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Gündəlik ev ehtiyaclarının hər birini həmişə o, təmin edir. 09 oktyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində yatmaq üçün otağına getmişdir. 10 oktyabr 2023-cü il tarixdə, saat təxminən saat 10-da yuxudan oyanmışdır. Həmin vaxt evdə heç kimin olmadığını görüb arvadı Qızqayıdı çağırmağa başlamışdır. Lakin ona cavab vermədiyini görən zaman həyətə çıxmış və yaşadıqları evin həyətində olan dəmir borudan arvadı Qızqayıdın özünü iplə asdığını görmüş və bu barədə dərhal Xəzərkənd icra nümayəndəsi İlhama məlumat vermişdir. Qızqayıd Xəlilovanın sol qaşüstü nahiyyəsində yaranmış yara xəsarətlərini sonuncunun ona deməsinə görə evdə ev işləri görən zaman mətbəx mebelinin qapısına dəyməsi nəticəsində yaranmışdır. Digər xəsarətlər isə Qızqayıd Xəlilovanın ölümündən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə aralarında olan müxtəlif vaxtlarda mübahisələr və mübahisə zamanı sonuncunun ayağına təpik zərbəsi, üzünə və bədənin müxtəlif yerlərinə isə sillə zərbəsi vurması zaman yaranmışdır. Lakin, həmin vaxt əsəbi olduğuna görə konkret olaraq bədəninin hansı nahiyyələrinə zərbə vurmasını xatırlamır. Hadisə baş verməmişdən əvvəl də hazırda konkret xatırlamadığı tarixdə də ailə daxili məsələrlə bağlı onların aralarında mübahisə olmuş və o, Qızqayıd Xəlilovanı döymüş, özünün və qohumlarının ünvanına söyüşlər söymüşdür. Heç vaxt X28nın bədən nahiyəsinə siqaret közləri basmamış, həmin xəsarətlərin hansı şəraitdə yaranması barədə məlumatı olmamışdır. O, heç vaxt arvadı Qızqayıda açıq geyinməyə icazə verməmişdir. Ona görə də mərhum həmişə qapalı geyinmişdir. Qızqayıd Xəlilova ilə aralarında ailə daxili məsələrlə bağlı mübahisə olmuş və o, bir neçə dəfə Qızqayıd Xəlilovanı döymüşdür. Lakin o, heç vaxt Qızqayıd Xəlilovanın sinə və qol nahiyələrinə siqaret közləri basmamışdır. X7 icazəsi olmadan evdən heç bir yerə çıxa bilməmiş, belə hal olan zaman Qızqayıd əziyyət çəkməli olmuşdur. Necə ki, onun icazəsi olmadan 1995-ci ildə anası Dünyaxanımgilə ayaqaçdı dedikləri qonaqçağırma mərasiminə getməsi hələ də onun yadından çıxmır, yadına düşən zaman əsəbləşir. Bu hadisə həmişə onun yadına düşən zaman əsəbləşmiş, özünü saxlaya bilməyərək Qızqayıd Xəlilovanı döymüşdür. Əsəbləşdiyinə görə əsəblərini sakitləşdirmək üçün Qızqayıdı döyərək təhqir etmişdir. Qeyd edir ki, X11, Nəcəfova Minurǝ Alı qızı, Şahid4 ifadələrində ilk övladı ilə bağlı göstərdikləri tamamilə yalandır. Onların ilk övladları qız olsa da övladını yastıqla boğaraq öldürməmiş, belə bir hal heç vaxt baş verməmişdir. Qızqayıd Xəlilova ilə aralarında olan, demək olar ki, hər bir mübahisə zamanı o, əsəbiləşərək özündə olmayaraq Qızqayıd Xəlilovaya qarşı nalayiq ifadələr işlədərək təhqir etmiş, özünün və anasının ünvanına söyüşlər söymüşdür. Həmin mübahisələr əsasən Qızqayıd Xəlilovanın 1995-ci il tarixdə anası Dünyaxanımgilə ondan icazəsiz qonaq getməsinə, həmçinin anası Dünyaxanımın atası Yadullanın yas mərasiminə gəlməməsinə görə baş vermişdir. Həmçinin qaynatası Alı vəfat edən zaman ögey baldızı Əzizə mərhum arvadı Qızqayıd Xəlilovanı təhqir edərək yas mərasimindən onunla birlikdə getməsini bildirmiş, bundan acıqlanmış və yas mərasimindən Qızqayıd ilə birlikdə gedərək sonuncunu bir daha yas mərasiminə getməsinə icazə verməmişdir. Həmin vaxt Dünyaxanım ögey qızı Əzizənin tərəfini saxlamışdır. Bütün bunlar onun yadına hər dəfə düşən zaman Qızqayıd Xəlilova ilə mübahisə edərək döymüş, həmçinin söyərək təhqir etmişdir. Qızqayıd Xəlilova adətən mübahisələri olduqdan sonra evdə bir küncə çəkilər və ya həyətdə olan zaman fərdi yaşayış evinin kənarında sakitcə oturar, bir qədər ağladıqdan sonra sakitləşərdi. Qızqayıd Xəlilova heç vaxt döyməsi, təhqir etməsi barədə heç kimə bir söz deməmiş, dediyini belə ondan gizlətmişdir. 10 oktyabr 2023- cü il tarixində hadisə yerinə, yəni yaşadığı Neftçala rayonu, Xəzər kəndində yerləşən yaşayış evinə onun iştirakı ilə baxış zamanı yataq otağında rəfin üzərində bir büküm marixuanaya bənzər kütlə aşkar edilmişdir. Qeyd edir ki, həmin narkotik vasitə ona məxsusdur, lakin həmin narkotik vasitǝni haradan əldə etməsini hazırda xatırlamır. Əvvəllər narkotik vasitə istifadə etsə də son zamanlar narkotik vasitə istifadə etmir. Toy və məclislərdə spirtli içki qəbul edir. Bildirir ki, Qızqayıd Xəlilovanı dəfələrlə döyərək təhqir etdiyi üçün həyat yoldaşı Qızqayıd bezib, özünü asaraq intihar etmişdir. Əməlindən peşmandır. Göstərilənlərə əsasən ona müvafiq köməklik göstərilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi kimi dindirilmiş X11 bildirmişdir ki, X2 onun doğma qızı olmuş, Xəlilova Qızqayıd əri Təqsirləndirilən şəxs ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşamışdır. Sonuncunun övladları Murad və Ələsgər isə işlədikləri üçün başqa ünvanda yaşamışlar. Belə ki, Murad hərbçi olduğuna görə Gəncədə, Ələsgər isə fəhlə işlədiyi üçün Bakı şəhərində yaşayır. Lakin, qızının övladları istirahət vaxtlarında gələrək bir müddət anası ilə yaşamışlar. Qızqayıd Xəlilovanın yaşadığı evlə onun yaşadığı ev arasında təxminən 8 kilometr məsafə vardır. X36 və ya ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Qızqayıd Xəlilova evdar qadın olmuşdur. Qızqayıd Xəlilovanın onunla münasibəti həmişə yaxşı olmuşdur. O, iki dəfə ailə həyatı qurmuş, birinci dəfə təxminən 1958-ci ildə X4 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2 qız övladı 1960-cı il təvəllüdlü X10, 1961-ci il Şahid4 Alahbaxış qızı dünyaya gəlmişdir. Əri Allahbaxış rəhmətə getdiyindən, 1970-ci il tarixdə X41 ilə qeyri rəsmi ailə həyatı qurmuşdur. Həmin münasibətdən də 1972-ci il təvəllüdlü Şahid3, 1974-cü il təvəllüdlü X26, 1976-cı il təvəllüdlü X23, 1979-cu il təvəllüdlü Nəcəfova Minurǝ Alı qızı dünyaya gəlmişdir. Bundan başqa əri Allahbaxış Həsənov onunla evli olduğu müddətdə hazırda xatırlamadığı tarixdə Mikayılova Minǝxanım Mirsüleyman qızı ilə ailə həyatı quruğundan həmin nikahdan da 1961-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir, həmçinin digər əri X41, X9 ilə ailə həyatı qurduğu üçün birgə nikahdan X42, X34, X35, X31, X38 dünyaya gəlmişdir. Eyvaz Əliyev və İxtiyar Əliyev rəhmətə getmiş, qalan övladları isə sağdır. Övladları ögey və doğma olsalar da aralarında həmişə mehriban münasibətlər olmuşdur. X37 təxminən 1994-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. X40 evləndikdən sonra əri tərəfindən mütəmadi olaraq işgəncəyə məruz qalmış, dəfələrlə heç bir səbəb olmadan döyülmüşdür. Ümumiyyətlə Təqsirləndirilən şəxs tüfeyli həyat keçirmiş, spirti içki aludəçisi olmuş, həmçinin narkotik istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs X25 birinci övladı qız olduğuna görə dəqiq xatırlamadığı tarixdə 1994-1995-ci illərdə dünyaya gəlmiş 2-3 günlük qız övladını, qızı Qızqayıdın gözü önündə ağzına yasdıq basaraq öldürmüşdür. Aydın həmin uşağı öldürdükdən sonra qızı Qızqayıdı döyərək öldürməklə hədələdiyindən bu barədə qorxusundan heç kimə deyə bilməmişdir. Bu barədə həmin vaxt Neftçala rayonu, Xəzər kəndində yaşayan hər kəsin məlumatı olmuşdur. Lakin, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilməmişdir. Qızı Qızqayıdın övladı göstərdiyi tarixlərin birində Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən doğum evində mama-ginekoloq Neftçala rayonu, Xolqarabucaq kəndində yaşayan Şahxanım tərəfindən dünyaya gətirilmişdir. Hətta uşağı Aydın boğaraq öldürdükdən sonra bəlkə həkimlər tərəfindən orada müdaxilə edildikdən sonra dirilə bilər deyə Xolqarabucaq xəstəxanasına aparmış, orada hazırda xatırlamadığı həkimlər baxdıqdan sonra uşağın öldüyünü bildirmişlər. X37 əri Aydın tərəfindən dəfələrlə döyülməsi, işgəncə görməsi səbəbindən dözə bilmədiyi üçün özünü asaraq öldürmüşdür. Qızı Qızqayıd evləndiyi gündən əri Aydın tərəfindən döyülmüşdür. O və digər övladları Qızqayıdın əri Aydın tərəfindən döyülməsi nəticəsində üzündə və bədənində olan xəsarətlərini dəfələrlə görmüşlər. Aydın qızı Qızqayıdı onunla və digər övladları ilə münasibət qurmağını qadağa eləmiş, onlarla münasibət quran zaman, adi görüşüb salamlaşdıqları zaman dərhal döyüb təhqir etmişdir. O, dəfələrlə qızı Qızqayıddan boşanmasını, əri Aydından şikayət etməsini tələb etsə də qızı qorxduğu üçün boşanmamış, eləcə də şikayət etməmişdir. Hətta oğlu Xudayar qızı ilə qonşu olsalar da Xudayar və qızı Qızqayıd ilə görüşüb salamlaşa bilməmişlər. Çünki görüşüb salamlaşdığı zaman Aydın qızı Qızqayıdı döyərək işgəncə vermişdir. Təxminən 10 il bundan əvvəl Aydın qızı Qızqayıdı Xəzər kəndində küçədə döymüş, qonşuluqda yaşayan ögey oğlu Xudayar buna dözməyərək Aydını döyərək dişlərini sındırmışdır. Bunu Xudayar da təsdiq edə bilər. Aydın qızı Qızqayıdı işgəncə verərək sinəsinə və bədənin hissələrinə siqaret közləri basaraq xəsarət yetirmişdir. O, dəfələrlə qızı Qızqayıdın sinəsində həmin izləri görmüşdür. Lakin, qızı Qızqayıd qorxduğu üçün heç bir yerə şikayət etməmişdir. Qızı Qızqayıd ǝri Aydından qorxuduğu üçün ona harasa şikayət etdiyi halda əri Aydından heç bir şikayətinin olmadığını bildirəcəyini demişdir. X51 təxminən 10 il bundan öncə vəfat edən zaman əri Aydın qızı Qızqayıdı yas mərasiminə getməyə qoymamış, qızı dəfn mərasiminə 1 saatlıq gəldiyi üçün döymüşdür. Qızı Qızqayıd toy, yas mərasimlərində, eləcə hardasa bir yerdə bacı və qardaşları ilə əri Aydının qorxusundan görüşə bilməmiş, əli ilə görüşməmələrini, uzaq getmələrini işarə etmişdir. O və digər övladları qızı Qızqayıdgilə əri Aydının ucbatından gedə bilmədiklərindən sonuncunun konkret olaraq nə vaxt, hansı şəraitdə əri Aydın tərəfindən döyüldüyünü, işgəncə verildiyini deyə bilmir. Çünki onlar Qızqayıdgilə gedib evə qayıdandan sonra, hətta küçədə onunla və bacıları ilə görüşəndə belə dərhal əri Aydın sonuncunu döymüş, onlar da bu səbəbdən gedə bilməmişlər. Qızı Qızqayıd övladlarına görə Aydından boşana bilməmiş, eləcə də şikayət də edə bilməmişdir. Çox çarəsiz durumda qalmışdır. Təqsirləndirilən şəxs qızı Qızqayıdı heç bir səbəb olmadan əsassız yerə, adi şeylərin üstündə təhqir etmiş, döymüş, siqaretin yanmış közünü bədəninə basaraq söndürmüş, bundan zövq alıb gülmüş, ona görə də qızı bu təhqir və işgəncələrdən bezib, özünü asaraq intihar etmişdir.X18 hərbçi olduğuna görə vətən uğrunda döyüşlərdə yaralandığı üçün xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində baş çəkmək üçün qızı Qızqayıdgilə digər övladları Şahid4, Şahid3, nəvəsi Şahbaz və yeznəsi Nurlan Kərimovun avtomobili ilə getmişlər. Baş çəkmək üçün qızı Qızqayıdgilə digər övladları Şahid4, Cahan Qızqayıdın günü qara olacağından, döyülüb işgəncə görəcəyindən əslində yenə getmək istəməmişdir. Amma nəvəsinin döyüşdən sağ-salamat gəlməsinə sevinmiş, evdə dayana bilməmiş, yaşlı adam olduğundan ölməsindən ehtiyat edərək lənət şeytana deyib getmişdir. Oraya gedən zaman qızı Qızqayıdın üzündə heç bir xəsarət olmamışdır. Lakin, geyimi köhnə və səliqəsiz olmuşdur. Qızı Qızqayıd həmişəki kimi çox kefsiz olmuşdur. Qızqayıdgilin həyətinə girən zaman əri Aydınla birlikdə otursalar da qızı onunla görüşmək üçün qarşılamağa gəlməmişdir. O, həmin vaxt Aydının Qızqayıdı onunla görüşməsinə yenə icazə vermədiyini başa düşmüşdür. Həmin vaxt Aydın onlarla görüşməyərək oradan uzaqlaşmış və getmişdir. Orada bir müddət orada oturduqdan sonra getmişlər. O, oradan getdikdən sonra Aydının qızı Qızqayıdı döydüyünə, işgəncə verdiyinə əmindir. O, qızının meyitinə baxmış, sifətində xəsarət olduğunu görmüşdür. Həmçinin o, ifadəsində göstərmişdir ki, X25 intihar etməsinin səbəbi əri Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə döyülməsi, təhqir olunması olmuşdur. Qızqayıd Xəlilova hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. xx.xx.2023-cü il tarixdə X25 üzündə heç bir xəsarət və ya xəsarət izi olmamışdır. Bədənində hansı xəsarətlərin olmasını qızı qapalı paltar geyindiyinə görə bilməmişdir. Sifətində olan xəsarəti xx.xx.2023-cü il tarixdə onlar Aydının evindən qayıdandan sonra sonuncu döyərək yetirmişdir. X25 əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi, eləcə də sonuncudan boşanması və ya digər hər hansı səbəbdən polis şöbəsinə və ya məhkəməyə müraciəti təxminən 10 il bundan əvvəl olmuşdur. Belə ki, qızı Qızqayıd əri tərəfindən döyülməsi ilə bağlı Neftçala rayon polis şöbəsinə müraciət etmiş, lakin sonradan barışmışlar. X37 əri tərəfindən döyülməsi, işgəncə görməsi səbəbilə onun mərhum X51 rəhmətə gedənə kimi bir neçə dəfə acıq edib gəlmişdir, Alı Əliyev rəhmətə getdikdən sonra isə bir daha gəlməmiş, həm də Qızqayıd onların evə gəlməyə qorxmuş, həm də utanmış, gəlin paltarı ilə getdiyi Aydının evindən yalnız kəfənlə çıxa biləcəyini hesab etmiş, tək çarəni özünü öldürməkdə görmüşdür. Qızı Qızqayıd dəfələrlə əri tərəfindən döyülmüş, təhqir olunmuş, işgəncəyə məruz qalmışdır. Bunu onun bütün övladları, eləcə də qızı Qızqayıdla qonşuluqda yaşayan şəxslər təsdiq edə bilər. Qızı Qızqayıd əvvəllər heç vaxt intihara cəhd etməmiş, hər hansı əmək fəaliyyəti ilə məşğul olmamış, evdar qadın olduğundan, evin gündəlik xərclərini və digər şəxsi ehtiyacları əri Təqsirləndirilən şəxs qazandığı vəsait hesabına qarşılanmışdır. Övladları isə işləyərək özlərini güclə dolandırmışdır.Təqsirləndirilən şəxslə barışmayıb, ona ömürlük həbs cəzası təyin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2021-ci ilin iyul ayının 3-dən 2023-cü ilin yanvar ayının 5-dək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2023-cü ilin fervral ayının sonlarında Bakı şəhərinə işləmək üçün getmişdir. Həmin tarixdən Bakı şəhərində müxtəlif tikinti yerlərində fəhlə işləyir. X2 onun doğma anası olmuşdur, sonuncu atası Təqsirləndirilən şəxs ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşamışdır. Qardaşı Murad hərbiçi olduğuna görə işi ilə bağlı müxtəlif rayonlarda yaşayır, lakin istirahət vaxtları Xəzər kəndinə anasıgilin yaşadığı evə qonaq kimi gəlmişdir. X32 təbiətcə sakit tǝbitǝli, mehriban adam olmuşdur. Atası Təqsirləndirilən şəxs tüfeyli həyat yaşamağa meyilli olmuş, mütəmadi olaraq spirtli içki qəbul edən şəxsdir. Atası Təqsirləndirilən şəxs hələ onların uşaq vaxtlarından, onların yanında mərhum X32nı heç bir səbəb olmadan döyüb təhqir etmişdir. Sonradan qardaşı Muradla o, böyüdükdən sonra onların yanında anası Qızqayıdı döyə bilməsə də onlar olmadıqları vaxtlarda anası Qızqayıdı döymüşdür. Belə ki, dəfələrlə o, anası Qızqayıdın yanına gələn zaman sonuncunun üzündə göyərmə və döyülmə izləri görmüş, bunun səbəbini soruşanda sonuncu ona heçnə olmadığını deyərək atası Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. O, atasına dəfələrlə anası Qızqayıdı döyməməsini bildirsə də sonuncu ona əhəmiyyət vermǝyǝrǝk yenidən o, olmadığı vaxtlarda anası Qızqayıdı döyməkdə davam etmişdir. Atası Aydın bir neçə gün anası Qızqayıdla mehriban münasibətdə olsa da sonradan günlərlə anası ilə heç bir səbəb olmadan sözlü mübahisə etmiş, döyərək şəxsiyyətini alçaltmış, barəsində və ölmüş qohumlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Atası Aydın anası Qızqayıdı tək sərxoş olduğu hallarda deyil, spirtli içki qəbul etmədiyi vaxtlarda da döyərək əzabəziyyət vermişdir. Həmçinin atası Aydın anası Qızqayıdı qapalı vəziyyətdə saxlamış, qohumları və qonşuları ilə münasibət qurmağa qoymamışdır. Anası Qızqayıd həmişə atasının qorxusundan öz anası, bacısı və digər qohumları ilə görüşə bilməmiş, həmçinin toy və yas məclislərində iştirak edə bilməmişdir. Yadına gəldiyi qədəri ilə atası Aydın anası Qızqayıdı dayısı Eyvaz Əliyevin, babası Alı Alıyevin yas mərasimində iştirak etməsinə icazə verməmişdir. Qardaşı Murad xx.xx.2023-cü il tarixdə qanunsuz erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən terror təxribatları nəticəsində yaralandığı üçün məzuniyyətə buraxıldığından xx.xx.2023-cü il tarixdə yaşadıqları Neftçala rayonu, Xəzər kəndində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Murad evə gəldiyi üçün o da görüşmək məqsədilə xx.xx.2023-cü il tarixdə yaşadıqları Xəzər kəndində yerləşən evlərinə gəlmişdir. Evə gəldikdən sonra anası Qızqayıd və atası Aydınla görüşmüşdür. Gəldiyi günün axşamı atası Aydın səbəbsiz yerə anası Qızqayıdla sözlü mübahisə etməyə başlamış, ünvanına nalayiq söyüşlər söymüş, hətta üzərinə hücum edərək vurmaq istəsə də qardaşı ilə birlikdə buna icazə verməmişlər. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında ana nənəsi Dünyaxanım, xalası Cahan, digər xalası Adilə və Cahan xalasının oğlu Şahbaz və sonuncunun yeznəsi Nurlan onlara gəlmişdir. Həmin vaxt atası Aydın, anası Qızqayıd, qardaşı Ələsgər və o, evdə olmuşlar. Nənəsigil onlara gələn zaman atası Aydın evdən çıxaraq bilmədiyi ünvana getmiş və nənəsigil ilə görüşməmiş, ümumiyyətlə danışmamış, nənəsigil getdikdən sonra isə yenidən evə qayıtmışdır. Nənəsigil bir müddət onlarda oturduqdan sonra, saat təxminən 16 radələrində getmişlər. Həmin şəxslər getdikdən sonra atası Aydın nənəsi Dünyaxanımın və xalası Cahamın nə səbəbə onlara gəldiklərini, nəyə görə babası Yadullanın yas mərasiminə gəlmədiklərini deyərək anası Qızqayıd ilə yenə də sözlü mübahisə etməyə başlamışdır. Həmin vaxt qardaşı Murad xəstə olduğuna görə anası onun sağalması üçün kürəyinə banka qoymaqla məşğul olmuşdur. Həmin vaxt atası Aydın bir xeyli müddət bu tərzdə sözlü mübahisə etməkdə davam etmiş, daha sonra isə qardaşı Murad və o, müdaxilə edərək atasına anası ilə səbəbsiz mübahisə etməməsini bildirmişlər. Bundan bir müddət sonra o, kənd ərazisinə gedərək tanışları ilə görüşmüşdür. Həmin gün saat təxminən 22 radələrində evə qayıdarkən yaşadıqları evin həyətində atası Aydının anası Qızqayıdı döydüyünü görmüşdür. Həmin vaxt dərhal yaxınlaşmış və atası Aydın anasını buraxaraq evə getmişdir. Bu vaxt Qızqayıdın sol qaşından qan axdığını görmüş, sonuncudan nə səbəbə atası Aydının onu döydüyünü soruşanda ona nənəsi Dünyaxanımgil onlara gəldikləri üçün döydüyünü bildirmiş, həmçinin ona and verǝrǝk atası Aydına heç bir söz deməməsini xahiş etmişdir. Bundan sonra o, evdə yatmış olan qardaşı Muradı oyadaraq olanlara dözmədiyini, burada yaşamaq istəmədiyini bildirərək Bakıya getməsi üçün yol pulu istəmişdir. Murad ondan nə baş verdiyini soruşan zaman atası Aydının anası Qızqayıdı döydüyünü bildirmişdir. Qardaşı Murad da oyandıqdan sonra atası ilə söhbət etməyə başlamış və səbəbsiz yerə anası Qızqayıdı döyməməsini, mehriban olmalarını bildirmişdir. Atası Aydın da heç bir söz deməyərək yatmaq üçün yatağına getmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə də yenə həmişə olduğu kimi atası Aydın sözlü mübahisə edərək səbəbsiz yerə anası Qızqayıdı günahlandırmaqda davam etmişdir. xx.xx.2023-cü il tarixdə, gecə saatlarında atası Aydın, anası Qızqayıd və qardaşı Murad ilə evdə olmuşlar. xx.xx.2023-cü il tarixdə, saat təxminən 04:40 radələrində qardaşı Murad ilə birlikdə sonuncu Gəncə şəhərinə xidmət yerinə, o isə Bakı şəhərinə iş yerinə getmək məqsədilə evdən çıxmışlar. Evdən çıxan zaman anası Qızqayıd onlara şəkil çəkdirmək istədiyini bildirmiş və qardaşı Muradin mobil telefonu vasitəsilə şəkil çəkdirmişlər. Həmin vaxt onları anası Qızqayıd yola salmışdır. Evdən çıxaraq Neftçala rayonu, Xolqarbucaq kəndində yaşayan Telmanın “Ford” markalı avtobusuna minərək yola düşmüşlər. Murad Ələt qəsəbəsində Gəncəyə getmək üçün digər avtobusa minmək məqsədilə düşmüş, o isə Bakı şəhərinə Telmanın avtobusu ilə getmişdir. Həmin gün saat 11 radələrində qardaşı Murad ona zəng edərək anası Qızqayıdın yaşadıqları evda özünü asaraq intihar etdiyini bildirmiş, o da dərhal yaşadıqları evə gəlmişdir. X32 atası Təqsirləndirilən şəxs tərəfindən amansız rəftar edilməklə döyüldüyü, təhqir edildiyi, əzab-əziyyət gördüyü üçün bezərək özünü asaraq öldürmüşdür. Həmçinin o, ifadəsində göstərmişdir ki, izahat verən zaman X22 intihar edərək özünü öldürməsi ona pis təsir etdiyindən, eləcə də yas mərasiminin dağılmaması üçün Təqsirləndirilən şəxs tərəfindən Qızqayıd Xəlilovun döyülmədiyini, təhqir olunmadığını bildirmişdir. Atası Təqsirləndirilən şəxs anası Qızqayıdı dəfələrlə döyərək, əziyyət verərək özünü öldürmə həddinə çatdırmış, nəticədə anası Qızqayıd özünü asaraq intihar etmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il saat 04:40-dək anası Qızqayıdın onunla söhbət edən zaman əhval-ruhiyyəsi yaxşı olmuş, deyib-gülmüşdür. Lakin, anası ilə atası Aydının arasında həmin müddət ərzində dəfələrlə sözlü mübahisə olmuş, hətta atası Aydın onların yanında anasını vurmaq üçün üzərinə hücum etmiş, lakin anası Qızqayıdı vurmasına icazə verməmişlər. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində evə qayıdan zaman atası Aydını anası Qızqayıdı yaşadıqları evin həyətində döydüyünü görmüşdür. Həmin vaxt qardaşı Murad xəstə olduğu üçün evdə yatmışdır. Ona görə də atası Aydın anası Qızqayıd ilə tək qalan kimi nənəsi Dünyaxanimgilin gəlməsini bəhanə edərək döymüş, nəticədə anası Qızqayıd müxtəlif yerlərindən, eləcə da sol qaşından xəsarət almışdır. Anası əvvəllər intihar etməyə cəhd etməmişdir. Anası Qızqayıd dəfələrlə, heç bir səbəb olmadan, adi şeylərin üstündə atası Aydın tərəfindən döyülmüş, təhqir olunmuşdur. Belə bir halın dəfələrlə şahidi olmuş, eləcə də mərhum anası Qızqayıddan bu barədə eşitmişdir. Anası təbiətcə qorxaq adam olduğu üçün, eləcə də atası Aydının onlara zərər yetirməyindən qorxduğuna görə bu barədə şikayət etməmiş, boşanmamışdır. O və qardaşı Murad bu barədə məlumatlı olsalar da tədricən hər şeyin düzəlməsinə ümid etdiklərindən bu barədə heç kimə məlumat verməmişlər. Anası Qızqayıddan və atası Aydından eşitdiyinə görə təxminən 1995-ci il tarixdə bacısı dünyaya gəlmiş, lakin 2-3 gün sonra xəstə olduğuna görə ölmüşdür. Bacısı yeni doğulduğu üçün ad qoyulmamış, eşitdiyinə görə xəstə olduğuna görə doğulduqdan təxminən 2-3 gün sonra ölmüşdür. Ona təqdim edilmiş 3 ədəd kağız parçalarında yazılmış yazı nümunələri anası Qızqayıd tərəfindən yazılmışdır. Çünki, həmin yazılardakı xətt nümunələri anası Qızqayıdın xətti ilə oxşardır. Atası Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edir. O, dəfələrlə atasının spirtli içki içdiyindən sərxoş halda olduğunun şahidi olmuşdur. Lakin, atası Aydının narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmasından məlumatı olmamış, eləcə də bunun şahidi olmamışdır. X22 intihar etməsinə səbəb atası Aydın tərəfindən dəfələrlə döyülməsi, təhqir olunması, əzab-əziyyətlərə məruz qalması, qohumları ilə münasibət qurmasının qadağan olunması olmuşdur. Ona görə də anası Qızqayıd bunlara dözməyərək özünü asaraq intihar etmişdir. X22 intihar edərək özünü öldürməsi barədə atası Təqsirləndirilən şəxs təqsirli bilir, anası Qızqayıdı döyərək, əzab əziyyət verərək özünü öldürmə həddinə çatdırmışdır. Hazırkı iş üzrə atasını təqsirli hesab etsə də ondan şikayətçi olmadığını bildirir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qardaşı Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə verərərək hazırkı iş üzrə atasını təqsirli hesab etsə də ondan şikayətçi olmadığını bildirir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, X2 onun doğma bacısı olmuşdur. Bacısı Qızqayıd, əri Təqsirləndirilən şəxs ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşamışdır. Sonuncunun övladları Murad və Ələsgər isə işlədikləri üçün başqa ünvanda yaşamışlar. Belə ki, Murad hərbiçi olduğuna görə Gəncədə, Ələsgər isə fəhlə işlədiyi üçün Bakı şəhərində yaşamışdır. X36 və ya ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Qızqayıd Xəlilova evdar qadın olmuşdur. Qızqayıdın onunla münasibəti həmişə yaxşı olmuşdur. Bacısı Qızqayıd təxminən 1994-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. X33 evləndikdən sonra əri tərəfindən mütəmadi olaraq işgəncəyə məruz qalmış, dəfələrlə heç bir səbəb olmadan döyülmüşdür. Ümumiyyətlə Təqsirləndirilən şəxs tüfeyli həyat keçirmiş, spirti içki aludəçisi olmuş, həmçinin narkotik istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs X30nın birinci övladı qız olduğuna görə dəqiq xatırlamadığı tarixdə, 1993-1994-cü illərdə dünyaya gəlmiş 5-6 günlük qız övladını, bacısı Qızqayıdın gözü önündə ağzına yastıq basaraq öldürmüşdür. Aydın həmin uşağı öldürdükdən sonra bacısı Qızqayıdı döyərək öldürməklə hədələdiyindən bacısı bu barədə qorxusundan heç kimə deyə bilməmişdir. Bu barədə həmin vaxt Neftçala rayonu, Xəzər kəndində yaşayan hər kəsin məlumatı olmuşdur. Lakin, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilməmişdir. Bacısı Qızqayıdın övladı göstərdiyi tarixlərin birində Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən Doğum evində mama-ginekoloq olan, Neftçala rayonu, Xolqarabucaq kəndində yaşayan Şahxanım tərəfindən dünyaya gətirilmişdir. Bacısı Qızqayıd əri Aydın tərəfindən dəfələrlə döyülməsi, işgəncə görməsi səbəbindən dözə bilmədiyi üçün özünü asaraq öldürmüşdür. Belə ki, bacısı Qızqayıd evləndiyi gündən əri Aydın tərəfindən döyülmüşdür. Aydın bacısı Qızqayıdı onunla və digər qohumları ilə münasibət qurmağını qadağa etmiş, onlarla münasibət quran zaman, adi görüşüb salamlaşdıqları zaman dərhal döyüb təhqir etmişdir. O, dəfələrlə Qızqayıddan boşanmasını, əri Aydından şikayət etməsini tələb etsə də bacısı qorxduğu üçün boşanmamış, eləcə də şikayət etməmişdir. Hətta qardaşı Xudayar bacısı Qızqayıdla qonşu olsalar da Xudayar və Qızqayıd görüşüb salamlaşa bilməmişlər. Çünki görüşüb salamlaşdığı zaman Aydın bacısı Qızqayıdı döyərək işgəncə vermişdir. Təxminən 10 il bundan əvvəl Aydın bacısı Qızqayıdı Xəzər kəndində küçədə döymüş, qonşuluqda yaşayan ögey qardaşı Xudayar buna dözməyərək Aydını döyərək dişlərini sındırmışdır. Bunu Xudayar da təsdiq edə bilər. Aydın bacısı Qızqayıdı işgəncə verərək sinəsinə və bədənin hissələrinə siqaret közləri basaraq xəsarət yetirmişdir. O, dəfələrlə bacısı Qızqayıdın sinəsində həmin izləri görmüşdür. Lakin, Qızqayıd qorxduğu üçün heç bir yerə şikayət etməmişdir. Ona görə də bacısı Qızqayıd sinəsi bağlı paltarlar geyinmişdir.Aydın bacısı Qızqayıdı atası və qardaşlarının yas mərasimində iştirak etməyə getməsini qadağan etmiş, ümumiyyətlə qohumları ilə görüşməsini, münasibət qurmasına icazə verməmiş, qohumları ilə görüşdüyü zaman isə bunu bəhanə edərək döyüb təhqir etmişdir. O, bacısı Qızqayıd ilə toy, yas mərasimlərində, eləcə hardasa bir yerdə Aydının qorxusundan görüşə bilməmişdir. Çünki bacısı Qızqayıd əli ilə görüşməməsini, uzaq getməsini işarə etmiş, görüşən zaman isə ona əri Aydının görüşdüyü halda döydüyünə artıq dözə bilmədiyini, övladlarına görə yaşadığını demişdir. O və digər bacı və qardaşı Qızqayıdgilə əri Aydının ucbatından gedə bilmədiklərindən sonuncunun konkret olaraq nə vaxt hansı şəraitdə əri Aydın tərəfindən döyüldüyünü, işgəncə verildiyini deyə bilmir. Çünki onlar Qızqayıdgilə gedən zaman dərhal əri Aydın sonuncunu döymüş, onlar da bu səbəbdən gedə bilməmişlər. Qızqayıd övladlarına görə Aydından boşana bilmir, eləcə də şikayət edə bilməmişdir. Təqsirləndirilən şəxs Qızqayıdı heç bir səbəb olmadan əsassız yerə, adi şeylərin üstündə təhqir edərək, həyatdan bezdirmiş, Qızqayıdın hüquqlarını mədudlaşdıraraq cəmiyyətdən təcrid etmişdir. X13 hərbiçi olduğuna görə sonuncu döyüşlərdən yaralandığına görə evə gəldiyini bilmiş və baş çəkmək üçün xx.xx.2023-cü il tarixdə, saat təxminən 11 radələrində bacısı Qızqayıdgilə anası Dünyaxanım, bacısı Şahid4, oğlu Şahbaz ilə birlikdə yeznəsi Nurlan Kərimovun avtomobili ilə getmişlər. Oraya gedən zaman Qızqayıdın üzündə heç bir xəsarət olmamışdır. Lakin, geyimi köhnə və səliqəsiz olmuşdur. Qızqayıd həmişəki kimi çox kefsiz olmuşdur. Qızqayıdgilin həyətinə girən zaman əri Aydınla birlikdə otursalar da Qızqayıd Aydından qorxduğu üçün görüşmək üçün qarşılamağa gəlməmişdir. O, həmin vaxt Aydının Qızqayıdı onlarla görüşməyə icazə vermədiyini başa düşmüşdür. Həmin vaxt Aydın onlarla görüşməyərək oradan uzaqlaşmış və getmişdir. Orada bir müddət oturduqdan sonra getmişlər. O, oradan getdikdən sonra Aydının Qızqayıdı döyməsinə əmindir. Həmçinin o, ifadəsində göstərmişdir ki, X30nın intihar etməsinin səbəbi əri Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə döyülməsi, təhqir olunması olmuşdur. Təxminən bir ay bundan əvvəl bacısı Qızqayıd onun əri Əhməd xəstə olduğuna görə oğlu Muradla birlikdə onlara gəlmişlər. Həmin vaxt Qızqayıd ona əri tərəfindən yenə də döyüldüyünü, təhqir olunduğunu demişdir. Sonra da əli ilə ağzına işarə edərək susmasını, oğlu Muradın eşitməməsini bildirmişdir. O, Qızqayıda yenə də boşanmasını, şikayət etməsini bildirmişdir. Lakin, ona Aydının onu hədələyərək boşanacağı halda uşaqları ilə birlikdə körpə qızını öldürdüyü kimi öldürəcəyini bildirdiyini, ona görə qorxduğundan boşana bilmədiyini bildirmişdir. Qızqayıd Xəlilova hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Bacısı Qızqayıd əvvəllər heç vaxt intihar etməyə cəhd etməmişdir. xx.xx.2023-cü il tarixdə X30nın üzündə heç bir xəsarət və ya xəsarət izi olmamışdır. Bədənində nə olduğunu sonuncu paltar geyindiyinə görə görə bilməmişdir. Ona görə də bədənində xəsarət olub-olmadığını konkret olaraq bilmir. Bacısı Qizqayıd dəfələrlə əri tərəfindən döyülmüş, təhqir olunmuş, işgəncəyə məruz qalmışdır. Bunu Qızqayıdın övladları Murad və Ələsgər, onun bacı qardaşları, eləcə də bacısı Qızqayıdla qonşuluqda yaşayan şəxslər və digər qohumlar təsdiq edə bilər. Qızqayıd Xəlilova hər hansı əmək fəaliyyəti ilə məşğul olmamış, evdar qadın olmuşdur. Qızqayıd Xəlilova evdar qadın olduğundan, evin gündəlik xərclərini və digər şəxsi ehtiyacları əri Təqsirləndirilən şəxs qazandığı vəsait hesabına qarşılanmışdır. Təqsirləndirilən şəxs spirtli içki, narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı maddə qəbul etməsinin şahidi olmamışdır. Lakin, dəfələrlə spirtli içki qəbul etməsindən sərxoş olduğunu görmüş və eşitmişdir. Həmçinin bacısı Qızqayıd ona əri Aydının spirtli içki içərək sərxoş olub döydüyünü demişdir. Qızqayıd Xəlilovanın onunla münasibəti həmiş yaxşı olmuşdur. Lakin, əri Aydının qorxudundan onlarla ictimaiyyət içərisində görüşüb danışa bilməmiş, çünki ərinin gördüyü halda döyəcəyindən qorxmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Quliyeva X5 Cahan Alı qızının bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, X2 onun doğma bacısı olmuşdur. Qızqayıd əri Təqsirləndirilən şəxs ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşamışdır. Onun Qızqayıd və ya ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Qızqayıd Xəlilova evdar qadın olmuş, onunla münasibəti həmişə yaxşı olmuşdur. Bacısı Qızqayıd təxminən 1994-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. X33 evləndikdən sonra əri tərəfindən mütəmadi olaraq işgəncəyə məruz qalmış, dəfələrlə heç bir səbəb olmadan döyülmüşdür. Ümumiyyətlə Təqsirləndirilən şəxs tüfeyli həyat keçirən, spirti içki audəçisi olmuş, həmçinin narkotik istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs X30nın birinci övladı qız olduğuna görə dəqiq xatırlamadığı tarixdə təxminən 1994-1995-ci illərdə dünyaya gəlmiş 5-6 günlük qız övladını, bacısı Qızqayıdın gözü önündə ağzına yastıq basaraq öldürmüşdür. Aydın həmin uşağı öldürdükdən sonra bacısı Qızqayıdı döyərək öldürməklə hədələdiyindən bacısı bu barədə qorxusundan heç kimə deyə bilməmişdir. Bu barədə həmin vaxt Neftçala rayonu, Xəzər kəndində yaşayan hər kəsin məlumatı olmuşdur. Lakin, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilməmişdir. Bacısı Qızqayıdın övladı göstərdiyi tarixlərin birində Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən Doğum evinda mama-ginekoloq işləmiş, Neftçala rayonu, Xolqarabucaq kəndində yaşayan Şahxanım tərəfindən dünyaya gətirilmişdir. X30 əri Aydın tərəfindən dəfələrlə döyülməsi, işgəncə görməsi səbəbindən dözə bilmədiyi üçün özünü asaraq öldürmüşdür. Belə ki, bacısı Qızqayıdla və əri Aydınla onun münasibəti həmişə yaxşı olmuş, sonuncular tez-tez onunla telefonla əlaqə saxlayır, yaşadığı evə gəlmişlər. Yəni Aydın bacısı Qızqayıdı döydükdən sonra könlünü almaq üçün onlara gətirmişdir. Onlara gələn zaman həmişə bacısı Qızqayıdın üz və bədən nahiyələrində göyərmə izləri görmüşdür. Bacısı Qızqayıd bu barədə ona yaşadıqları evin mətbəxində gizlin danışaraq əri tərəfindən döyüldüyünü, siqareti yandıraraq qoluna və sinəsinə basaraq işgəncələr verdiyini demiş və ona həmin yerləri göstərərək zülm çəkdiyini demişdir. Bunları ona deyən zaman inanc yerlərinə and verərək bu barədə heç kimə deməməsini, əri Aydının bunları ona deməsindən xəbər tutmamasını xahiş etmişdir. Sonuncu dəfə bacısı Qızqayıd təxminən 3 ay bundan əvvəl, təxminən iyul ayında əri Aydınla birlikdə onlara gəlmişlər. Həmin vaxt bacısı Qızqayıd yay olsa da qolu uzun sinəsi bağlı paltar geyinmişdir. Həmçinin üzündə göy va qara rəngli izlər olmuşdur. Qızqayıdla salamlaşıb görüşən zaman ona işarə edərək nəyə görə gəldiklərinin səbəbini soruşmamasını bildirmişdir. Həmin vaxt o, Qızqayıdın əri Aydından qorxduğu üçün elə dediyini başa düşmüşdür. Bundan sonra bacısı Qızqayıdla yenə də mətbəxdə söhbət edən zaman sonuncu asta səslə danışaraq ona əri Aydının heç bir səbəb olmadan onu döydüyünü, siqareti yandıraraq qoluna və sinəsinə basdığını, buna baxaraq güldüyünü, sonradan könlünü almaq üçün onlara gətirdiyini bildirmişdir. O da Qızqayıdın əynindəki uzunqol koftanı çəkərək qollarına baxan zaman qollarının göy rəngli döyülmə izlərinin olduğunu görmüşdür. Qızqayıd ona Aydının onun bədənini də vuraraq göyərtdiyini, bədəninin ağrısından gecələr yata bilmədiyini bildirmişdir. Qızqayıd bunları ona danışarkən qorxu içərisində olmuş, əri Aydının bunları danışdığını bilməməsini xahiş etmişdir. O, yenə də Qızqayıda boşanmasını, canını qurtarmasını demiş, Qızqayıd da ona Aydının boşanacağı halda uşaqları ilə birlikdə körpə qızını öldürdüyü kimi onları öldürəcəyi ilə hədələdiyini bildirmişdir. Ona bunları danışdıqdan sonra Qızqayıd ondan bu barədə Aydına heçnə deməməsini xahiş etmişdir. O da əri Qızqayıdı döyməsin deyə heç kimə deməmişdir. Təqsirləndirilən şəxs bacısı Qızqayıdı heç bir səbəb olmadan əsassız yerə, adi şeylərin üstündə təhqir edərək, həyatdan bezdirmiş. Qızqayıdın hüquqlarını mədudlaşdıraraq cəmiyyətdən təcrid etmişdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, X30nın intihar etməsinin səbəbi əri Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə döyülməsi, təhqir olunması olmuşdur. Qızqayıd Xəlilovanın hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Bacısı Qızqayıd əvvəllər heç vaxt intihar etməyə cəhd etməmişdir. Bacısı Qızqayıd dəfələrlə əri tərəfindən döyülmüş, təhqir olunmuş, işgəncǝyǝ məruz qalmışdır. Bunu bacısı Qızqayıdın övladları Murad və Ələsgər, onun bacı-qardaşları, eləcə də bacısı Qızqayıdla qonşuluqda yaşayan şəxslər və digər qohumlar təsdiq edə bilər. Qızqayıd evdar qadın olmuş, hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Bacısı Qızqayıd evdar qadın olduğundan işləməmiş, evin gündəlik xərclərini və digər şəxsi ehtiyacları əri Aydının qazandığı vəsait hesabına qarşılanmışdır. Aydın spirtli içki, narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı madda qəbul etməsinin şahidi olmamışdır. Lakin, dəfələrlə spirtli içki qəbul etməsindən sərxoş olduğunu görmüş və eşitmişdir. Qızqayıdın onunla münasibəti həmişə yaxşı olmuşdur. Lakin, əri Aydının qorxusundan digər bacı va qardaşları ilə ictimaiyyət içərisində görüşüb danışa bilməmiş, çünki əri gördüyü halda sonucunu döyməsindən ehtiyat etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X26 bildirmişdir ki, X2 doğma bacısı olmuşdur. Bacısı Təqsirləndirilən şəxs ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşamışdır. Qızqayıd Xəlilova və ya ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Qızqayıd evdar qadın olmuşdur. Qızqayıdın onunla münasibəti həmişə yaxşı olmuşdur. Bacısı Qızqayıd təxminən 1994-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. X33 evləndikdən sonra əri tərəfindən mütəmadi olaraq işgəncəyə məruz qalmış, dəfələrlə heç bir səbəb olmadan döyülmüşdür. Ümumiyyətlə Təqsirləndirilən şəxs tüfeyli həyat keçirən, spirti içki aludəçisi olmuş, həmçinin narkotik istifadəçisi olmuşdur. X15 dəfələrlə birinci övladı qız olduğuna görə 1993- 1994-cü illərdə dünyaya gəlmiş 5-6 günlük qız övladını, gözü önündə ağzına yastıq basaraq öldürdüyünü bildirmişdir. Aydın həmin uşağı öldürdükdən sonra bacısı Qızqayıdı döyərək öldürməklə hədələdiyindən bacısı bu barədə qorxusundan heç kimə deyə bilməmişdir. Bacısı Qızqayıd ǝri Aydın tərəfindən dəfələrlə döyülməsi, işgəncə görməsi səbəbindən dözə bilmədiyi üçün özünü asaraq öldürmüşdür. Belə ki, bacısı Qızqayıdla Bakı şəhərində yaşadığı üçün ancaq yas və toy mərasimlərində görüşə bilmişlər, eləcə də Təqsirləndirilən şəxs bacısı Qızqayıdı onlarla görüşməyə qoymayaraq qapalı şəraitdə saxlamışdır. Qızqayıdla görüşən zaman sonuncu həmişə ona əri Aydın tərəfindən səbəbsiz yerə döyüldüyünü, siqaret közlərini bədəninin sinə və qol nahiyyələrinə basaraq əziyyət verdiyini, uşaqlarını öldürməklə hədələdiyi üçün boşana bilmədiyini, eləcə də şikayət edə bilmədiyini deyərək ağlayır, ərinin onlarla görüşməyindən xəbəri olmamasını, bildiyi halda əri tərəfindən döyüləcəyini demişdir. Bacısı Qızqayıdla telefon vasitəsilə danışan zaman əri Aydın öz telefonu ilə mikrofona qoyaraq danışmalarına icazə verir, qulaq asdığına göra rahat danışa bilməmişdir. Həmçinin o, bacısı Qızqayıdın intihar etməsinin səbəbinin əri Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə mütəmadi olaraq döyülməsi, təhqir olunmasını qeyd edir. O, Aydın tərəfindən bacısı Qızqayıdın konkret olaraq hansı tarixdə və şəraitdə döyülməsini bilmir. Bu barədə bacısı Qızqayıd ona demişdir. Bacısı Qızqayıd əvvəllər heç vaxt intihar etməyə cəhd etməmişdir. Qızqayıd evdar qadın olmuş, hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Bacısı Qızqayıd evdar qadın olduğundan işləməmiş, evin gündəlik xərclərini və digər şəxsi ehtiyacları əri Aydının qazandığı vəsait hesabına qarşılanmışdır. Qızqayıd hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmiş, psixi sağlam olmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, X2 onun ögey bacısı olmuşdur. X30 1992-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Qızqayıd Aydınla evləndikdən sonra əri tərəfindən mütəmadi olaraq işgəncəyə məruz qalmış, dəfələrlə heç bir səbəb olmadan döyülmüş, işgəncələrə məruz qalmışdır. Ümumiyyətlə Aydın tüfeyli həyat keçirən, spirti içki aludəçisi, həmçinin narkotik istifadəçisi olmuşdur. Aydın bacısı Qızqayıdın birinci övladı qız olduğuna görə dəqiq xatırlamadığı tarixdə, təxminən 1993-1994-cü illərdə dünyaya gəlmiş 5-6 günlük qız övladını, Qızqayıdın gözü önündə ağzına yastıq basaraq öldürmüşdür. Aydın həmin uşağı öldürdükdən sonra bacısı Qızqayıdı döyərək öldürməklə hədələdiyindən bu barədə qorxusundan heç kimə deyə bilməmişdir. Bu barədə həmin vaxt Neftçala rayonu, Xəzər kəndində yaşayan hər kəsin məlumatı olmuşdur. Bacısı Qızqayıd yeni doğulmuş uşağını Aydının öldürməsi barədə ögey anası Dünyaxanıma danışmışdır. Qızqayıdın övladı göstərdiyi tarixlərin birində Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən Doğum evində mama-ginekoloq işləmiş, Neftçala rayonu, Xolqarabucaq kəndində yaşayan Şahxanım tərəfindən dünyaya gətirilmişdir. Hətta uşağı Aydın boğaraq öldürdükdən sonra yardım etməsi üçün Şahxanımın yanına aparılmış, lakin artıq gec olduğundan uşaq rəhmətə getmişdir. Bu barədə həmin tarixlərdə Neftçala rayonu, Xəzər kəndinin kənd soveti işləmiş Solmazın da məlumatı vardır. Bacısı Qızqayıd əri Aydın tərəfindən dəfələrlə döyülməsi, işgəncə görməsi səbəbindən dözə bilmədiyi üçün özünü asaraq öldürmüşdür. Qızqayıd evləndiyi gündən əri Aydın tərəfindən döyülmüşdür. O, Qızqayıdgilin yaşadığı evlə qonşu evdə yaşayır. Dəfələrlə bacısı Qızqayıdın əri Aydın tərəfindən yaşadığı evdə döyülməsinin eşitmişdir. Hətta dəfələrlə bacısı Qızqayıda boşanmasını, ərinin döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməsini bildirsə də bacısı Qızqayıd ona qorxduğunu, şikayət edəcəyi halda əri Aydının onu tikə-tikə edərək öldürəcəyini demişdir. Aydın bacısı Qızqayıdı onunla və digər qohumları ilə münasibət qurmağını qadağan eləmiş, münasibət quran zaman, adi görüşüb salamlaşdıqları halda belə dərhal döyüb təhqir etmişdir. O, bacısı Qızqayıdla qonşu olsa da görüşüb salamlaşa bilməmişdir. Çünki görüşüb salamlaşdığı zaman Aydın bacısı Qızqayıdı döyərək işgəncə vermişdir. Təxminən 10 il bundan əvvəl Aydın bacısı Qızqayıdı Xəzər kəndində küçədə döydüyünü görmüş, buna dözməyərək Aydını Qızqayıdı döyməsinin qarşısını almaq üçün vurmuşdur. Aydın bacısı Qızqayıdı işgəncə verərək sinəsinə və bədənin hissələrinə siqaret közləri basaraq xəsarət yetirmişdir. Aydının bacısı Qızqayıda işgəncə verməsini dəfələrlə bacılarından və anasından eşitmişdir. Buna görə də Qızqayıd həmişə görünməsin deyə sinəsi bağlı paltarlar geyinmişdir. Onlar bacısı Qızqayıdla küçədə, toyda və ya yasda bir- birilərini görən zaman sonuncu onlara əli ilə gəlməmələrini, əli ilə ağzını tutaraq danışmamalarını bildirmişdir. Aydın bacısı Qızqayıdı ümumiyyətlə bütün qohumları ilə görüşməkdən, münasibət qurmaqdan təcrid etmişdir. X50, qardaşı Eyvaz Əliyev rəhmətə gedən zaman Aydın bacısı Qızqayıdı yas mərasiminə getməyə qoymamış, dəfnə 1 saatlıq gəldiyi üçün döyərək təhqir etmişdir, o, bunu həmin vaxt qonşu olduqları üçün həm özü eşitmiş, həm də bacıları bu barədə ona demişdir. Onlar Aydının ucbatından Qızqayıdgilə gedə bilmədiklərindən sonuncunun konkret olaraq nə vaxt hansı şəraitdə əri Aydın tərəfindən döyüldüyünü, işgəncə verildiyini deyə bilmir. Çünki onlar Qızqayıdgilə gedən zaman dərhal əri Aydın döymüş, onlar da bu səbəbdən gedə bilməmişlər. Qızı Qızqayıd övladlarına görə, eləcə də Aydının onu öldürməklə hədələdiyinə görə sonuncudan boşana bilmir, eləcə də şikayət edə bilməmişdir. Aydın bacısı Qızqayıdı heç bir səbəb olmadan əsassız yerə, adi şeylərin üstündə təhqir edərək, həyatdan bezdirmiş, bacısı Qızqayıdın hüquqlarını mǝdudlaşdıraraq cəmiyyətdən təcrid etməklə özünü öldürmə həddinə çatdırmışdır. X13 hərbçi olduğuna görə sonuncu döyüşlərdə yaralandığından baş çəkmək üçün bacısı Qızqayıdgilə anası Dünyaxanım, bacısı Şahid4 və Şahid3 ilə getmişlər. Anasıgil oradan çıxdıqdan sonra o, Qızqayıdgillə qonşuluqda yaşadığına görə evlərində dava-dalaş səslərinin gəldiyini eşitmişdir. Həmin zaman anasıgilə bacısı Qızqayıdgilə getdiyinə görə əri Aydın döyərək cəzalandırdığını bildirmişdir. Lakin həmin vaxt bacısı Qızqayıdın övladları Murad və Ələsgər evdə olduğuna görə bir şey olduğu halda Murad və Ələsgər anaları Qızqayıdı qoruyar deyə müdaxilə etməmişdir. Həmçinin o, sonuncu dəfə bacısı Qizqayıdı təxminən bir ay bundan əvvəl aşura vaxtı məsciddən qayıdan zaman yaşadıqları Xəzər kəndi ərazisində küçədə görmüşdür. Həmin vaxt bacısı Qızqayıd ondan uzaq gedərək başı ilə ona salam vermiş və əli ilə yaxınlaşmaması ilə bağlı işarə etmişdir. O, Qızqayıda onunla birlikdə yaşadığı evə getməyi dəvət etsə də sonuncu ona əli ilə işarə edərək sakit olmasını bildirmişdir. Çünki onunla görüşməkdən, eləcə də onlara getməkdən qorxmuş, onunla görüşdüyü, eləcə də onlara getdiyi halda əri Aydının onu döyərək təhqir edəcəyini bilirdi. Bacısı Qızqayıd mütəmadi olaraq əri Aydın tərəfindən işgəncələrə məruz qalmış, evdə ac saxlanılmış, döyülərək təhqir edilmişdir, buna görə bacısı Qızqayıd özünü öldürmək həddinə çatdığından intihar etmişdir. Onlar bununla bağlı bacısı Qızqayıddan boşanmasını tələb etsələr də sonuncu ǝri Aydının belə bir şey olduğu halda onu tikətikə edərək öldürəcəyini bildirmiş və qorxduğu üçün müraciət etməmişdir. Təxminən 20 dəfədən çox Qızqayıd əri tərəfindən döyülməsi, işgəncə görməsi səbəbilə acıq edərək mərhum atası Alımın yaşadığı evə getmişdir, lakin sonradan övladlarına görə yenidən əri ilə birlikdə evinə qayıtmışdır. X50 rəhmətə getdikdən sonra bir daha acıq edib gəlməmişdir. Bacısı Qızqayıd hec vaxt intihar etməyə cəhd etməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, X2 onun bibisi, yəni mərhum atası Eyvaz Əliyevin bacısı olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 11 radələrində yaşadığı Neftçala rayonu, Xəzər kəndində olan zaman bibisi Qızqayıd Xəlilovanın özünü asaraq öldürdüyünü eşitmişdir. Dərhal bibisi Qızqayıdın yaşadığı evə getmiş və sonuncunun yaşadığı evin həyətində dəmir borudan iplə özünü asdığını görmüşdür. Həmin vaxt orada xeyli adam olmuşdur. Bundan sonra o, bibisi Qızqayıdın yaşadığı evə daxil olmuş və evə girdikdən sonra soldaki birinci otaqda yorğan döşək yığılan yerin yanında vedrə olduğunu, həmin vedrənin içərisində isə sabun və müxtəlif parçaların olduğunu həmin parçaların üzərində də göy diyircəkli qələmlə sözlər yazılmış kağız parçası olduğunu görmüş və həmin kağız parçasını götürərək cibinə qoymuşdur. Bundan sonra hadisə yerinə prokurorluq və polis əməkdaşları gələn zaman həmin kağız parçasını təqdim etmişdir. Bundan sonra hadisə yerinə baxış keçirilmiş və bibisi Qızqayıdın meyiti morqa aparılmışdır. Aydın bibisi Qızqayıdı dəfələrlə həm təklikdə həm də ictimaiyət içərisində, toyda-yasda döyərək, təhqir etmiş, şəxsiyyətini alçaltmışdır. O, bunu dəfələrlə digər bibilərindən, nənəsindən və başqa qohumlarından eşitmişdir. Bibisinin əri Aydın tüfeyli həyat sürən, spirtli içki aludəçisi və narkotik istifadəçisidir. Aydın spirtli içki və narkotik vasitənin təsiri altında heç bir səbəb olmadan dəfələrlə bibisi Qızqayıdı döyərək həyatdan bezdirmiş, özünü öldürmə həddinə çatdırmışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, bibisi Qızqayıdın əvvəllər intihar etməyə cəhd etməsinin şahidi olmamış, bu barədə heç kimdən eşitməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid10 bildirmişdir ki, mərhum Qızqayıd onun baldızıdır. Aydın baldızı Qızqayıdı dəfələrlə həm təklikdə həm də ictimaiyət içərisində, toyda-yasda döyərək, təhqir etmiş, şəxsiyyətini alçaltmışdır. O, bunun dəfələrlə şahidi olmuşdur. Belə ki, təxminən 1996-cı ildə bacısı Zəminənin toyunda Aydın toyda spirtli içki içdikdən sonra arvadı Qızqayıdı toyda iştirak edən şəxslərin içərisində, heç bir səbəb olmadan möhkəm şəkildə döymüş, təhqir edərək şəxsiyyətini alçaltmışdır. Hətta o, dözə bilmədiyi üçün Aydına sillə ilə vuraraq arvadı Qızqayıdı vurmasının qarşısını almışdır. Həmin tarixdən hazıradək Aydın onunla danışmır, münasibət saxlamır. Aydın özü tüfeyli həyat keçirən şəxsdir, spirtli içki və narkotik aludəçisidir. Şəxsən şahidi olmasa da dəfələrlə Aydının arvadı Qızqayıdı mütəmadi olaraq spirtli içkinin təsiri altında, heç bir səbəb olmadan döydüyünü, təhqir etdiyini və şəxsiyyətini alçatdığını sonuncunun qohumlarından eşitmişdir. Həmçinin o, qeyd edir ki, baldızı Qızqayıdın əri Aydın tərəfindən dəfələrlə, mütəmadi olaraq döyüldüyünə, təhqir edilərək şəxsiyyəti alçaldığına görə bezǝrǝk özünü asaraq öldürmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid13 bildirmişdir ki, Neftçala rayonu, Xəzər kəndində ailə üzvlərimlə birlikdə yaşayır. X2 əri Təqsirləndirilən şəxs birlikdə Neftçala rayonu, Xəzər kəndində onlarla qonşuluqda yaşamışdır. Qızqayıdın yaşadığı fərdi yaşayış evi ilə onun yaşadığı ev arasında təxminən 50 metr məsafə olmuşdur. Onun Qızqayıd və ya ailə üzvləri ilə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Bildiyinə görə, Qızqayıdın əri Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olmamışdır. Belə ki, əri Təqsirləndirilən şəxs arvadı Qızqayıd Xəlilovanı həmişə qapalı vəziyyətdə saxlamış, qonşularla eləcə də qohumları ilə münasibət qurmağa icazə verməmişdir. O, kənd təsərrüfatı ilə məşğul olduğuna görə günün əksər vaxtı evdə yox, əkin sahəsində və ya heyvan örüşlərində olur. Lakin evə gələn zaman eləcə də, kənd camaatı ilə söhbət edən zaman həmişə Aydının arvadı Qızqayıdı dəfələrlə döydüyünü, əziyyət verdiyini, evdən bayıra çıxmağa qoymadığını eşitmişdir. Ancaq o, Təqsirləndirilən şəxs Qızqayıd Xəlilova ilə sözlü mübahisə etməsinin və ya sonuncunu döyməsinin şahidi olmamışdır. 10 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində işləri ilə əlaqədar Masallı rayonuna gedən zaman qonşusu Qızqayıd Xəlilovanın əri tərəfindən döyülərək dəfələrlə əziyyət gördüyü üçün özünü asaraq intihar etməsini eşitmişdir. Hadisə ilə bağlı eşitdiyinə görə, Qızqayıd Xəlilova əri tərəfindən dəfələrlə döyüldüyü, əziyyət gördüyü üçün özünü asaraq intihar etmişdir. O, bu barədə kənd əhalisi arasında yayılan söz-söhbətdən eşitmişdir. Qızqayıdın nə vaxt intihar etməsi, həyətdə kimin aşkar etməsi, hansı səbəbə intihar etməsi və ya digər xüsasatlarla bağlı hər hansı bir məlumatı yoxdur. Qızqayıd Xəlilovanın əri Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki içən adamdır. Sonuncunun demək olar ki, əksər qonşularla münasibəti yaxşı deyildir. Həmçinin o, ifadəsində göstərmişdir ki, Qızqayıd Xəlilovanın intihar etməsinin səbəbi barədə məlumatı yoxdur. Bildiyinə görə Qızqayıd Xəlilova əri Təqsirləndirilən şəxs ilə tez-tez sözlü mübahisələr etmiş, bir neçə dəfə əri Təqsirləndirilən şəxs sonuncunu döymüşdür. Lakin o, Təqsirləndirilən şəxs və ya hər hansısa şəxsin Qızqayıd Xəlilova ilə sözlü mübahisə etməsinin və ya sonuncunun döyülməsinin şahidi olmamışdır. Qızqayıd Xəlilova çox abırlı, həyalı qadın olmuşdur, əri Aydının qorxusundan evdən bayıra çıxmır, qonşuları, eləcə də qohumları ilə münasibət qurmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı maddə qəbul edib-etməməsi barədə məlumatı yoxdur, lakin Təqsirləndirilən şəxs tez-tez spirtli içki qəbul edir. Qızqayıd Xəlilovanın əvvəllər özünü öldürməyə cəhd etməsi barədə eşitməmiş, heç bir məlumatı yoxdur. Bildiyinə görə Qızqayıd Xəlilova hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Qızqayıd evdar qadın olmuş, hər hansı əmək fəaliyyəti ilə məşğul olmamış, eləcə də sonuncunun işləməsinin şahidi olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid11 bildirmişdir ki, 2020-ci il tarixdən hazıradək Neftçala rayon Xəzər kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. X1 Neftçala rayonu, Xəzər kənd sakini kimi tanımışdır. Sonuncu əri Təqsirləndirilən şəxs ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşamış, övladları Murad və Ələsgər isə işlədikləri üçün valideynləri ilə birlikdə yaşamırlar. Belə ki, Murad hərbiçi olduğuna görə Gəncədə, Ələsgər isə fəhlə işlədiyi üçün Bakı şəhərində yaşayır. Qızqayıd Xəlilova evdar, xeyirxah, əxlaqlı qadın olmuşdur. Belə ki, əri Təqsirləndirilən şəxs atası Yadulla Xəlilov ölməmişdən əvvəl yaşlı olduğuna görə özünə baxa bilmədiyindən sonuncunun saxlanılması, qayğısına qalınması Qızqayıd Xalilova tərəfindən edilmişdir. Bu barədə dəfələrlə Aydın və bacılarından eşitmişdir. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Xəzər kənd sakini Təqsirləndirilən şəxs ona telefon vasitəsilə zəng edərək arvadı Qızqayıd Xəlilovanın yaşadığı evin həyətində dəmir borudan iplə özünü asaraq intihar etməsini bildirmişdir. O da Aydına nə baş verdiyini, nəyə görə arvadı Qızqayıdın özünü asaraq intihar etdiyini soruşmuşdur. Həmin vaxt Aydın ona "günah məndədir, mənim səhvim o olub ki, xx.xx.2023-cü il tarixdə oğlum Murad yaralanıb gəldiyinə görə Qızqayıdın anası və bacıları bizə gəldikdən sonra mən onlarla görüşmədim, Qızqayıdla da sözlü mübahisə edərək dava-dalaş etdim" demişdir. Aydın həmçinin atası Yadulla 2001-ci il tarixdə rəhmətə gedən zaman Qızqayıdın anası və yaxın qohumları həmin yas mərasiminə gəlmədiyinə görə Qızqayıdla sözlü mübahisə edərək həmin şəxslərin yaşadığı evə gəlmələrinə narazı olduğunu deməsini də bildirmişdir. Təqsirləndirilən şəxs qəddar adam kimi, spirtli içki aludəçisi kimi tanıyır. Təqsirləndirilən şəxs arvadı Qızqayıd Xəlilovanı qapalı şəraitdə saxlamış, qonşuları və qohumları ilə münasibə qurmasına icazə verməmişdir. Aydın ümumiyyətlə öz yaxın qohumları ilə də soyuq münasibətdədir, belə ki, qardaşı ilə küsülüdür. Eşitdiyinə görə Qızqayıd Xəlilova əri Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə döyüldüyü üçün intihar etmişdir. 09 oktyabrdan 10 oktyabra keçən gecə X6 və Ələsgər də evdə olmuş, xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində hər ikisi evdən çıxmış, Qızqayıd da Murad və Ələsgəri yola salmışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, Qızqayıdın intihar etməsinin səbəbi əri Təqsirləndirilən şəxs dəfələrlə döyülməsi, təhqir edilərək incidilməsi olmuşdur. Qızqayıd Xəlilovanın əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi, işgəncəyə məruz qalmasının şahidi olmamış, sadəcə bu barədə həm kənd əhalisi arasında danışılan söhbətlərə, həm də öz düşüncələrinə görə Qızqayıd Xəlilovanın özünü öldürməsinə yalnız əri tərəfindən döyülməsi və incidilməsi səbəb ola bilər deyə düşünür. Çünki əri Təqsirləndirilən şəxs da ona arvadı Qızqayıd Xəlilovanın özünü asaraq öldürməsində təqsiri olduğunu, qaynanasıgil yaşadıqları evə gəldiyinə görə günahlandıraraq dava-dalaş etdiyini, arvadı Qızqayıdı döydüyünü bildirmişdir. Qızqayıd Xəlilova hər hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Qızqayıd Xəlilova əvvəllər intihara cəhd etmasini eşitməmiş, belə bir halın da şahidi olmamışdır. Qızqayıd Xəlilova hər hansı məsələ ilə bağlı bələdiyyəyə müraciət etməmişdir. Qızqayıd Xəlilova evdar qadın olmuş, hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı maddə qəbul etməsinin şahidi olmamışdır. Lakin, dəfələrlə Aydının spirtli içki qəbul etməsi barədə eşitmiş, eləcə də sərxoş vəziyyətdə bir neçə dəfə görmüşdür. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs əksər vaxtlarda, demək olar ki, mütəmadi olaraq yaşadığı evdə spirtli içki qəbul edir. Qızqayıd Xəlilovanın iki oğul övladı vardır. Lakin, bildiyinə görə sonuncunun təxminən 1995-ci ildə qız övladı dünyaya gəlmiş, lakin 2-3 gün sonra həmin qız övladı ölmüşdür. Deyilənə görə həmin qız övladı diri doğulsa da sonradan ölmüşdür. Qızqayıd Xəlilovanın intihar etməsindən sonra sonuncunun yaxın qohumlarının deməsinə görə həmin qız övladını atası Təqsirləndirilən şəxs boğaraq öldürmüşdür. Lakin bu barədə o, əvvəllər heç vaxt heç kimdən eşitməmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Cinayət işinin materiallarına əlavə edilmiş «Meyitin ekspertizası» ilə bağlı 10 oktyabr 2023cü il tarixli, 17 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1976-cı il tarixdə anadan olmuş X12 meyitinin məhkəmə tibbi müayinəsinə, əlavə müayinələrin cavabına və qərarda qoyulan sualları nəzərə alıb meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: «Boynun yuxarı 1/3-nin çəp qalxan istiqamətdə təkqatlı stranqulyasiya şırımı. Daxili müayinədə boynun yumuşaq toxumalarına qansızmalar, daxili üzvlərdə doluqanlılıq, urək boşluğunda tündləşmiş duru qanın olması, eləcə də ümumi asfiktik əlamətlər. Bu xəsarətlər boyun üzvlərinin ilgǝklə ola bilsin ki, ekspertizaya təqdim olunmuş, yuxanda təsvir olunan bərk xassəli iplə sıxılması nəticəsində əmələ gəlmişdir; törənmə müddəti qərarda qeyd olunan hadisə gününə xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə mexaniki asfiksiya ilə müşayət olunduğuna görə həyat üçün əhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Sol qaşüstü nahiyənin yarası, sol bazunun orta 1/3-nin iç səthinin, sağ budun aşağı 1/3-nin qançırları küt əşya(əşyalar) təsirindən törənmiş müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir. Sol qaşüstü nahiyənin yarası sağlamlığın gisa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya, sol bazunun, sağ budun yuxarı 1/3-nin bayır səthinin qançırları sağlamlığa zərərvurmayan xəsarǝtlərə aiddir. Döş qəfəsinin ön səthinin, sağ baldırın yuxarı 1/3-nin ön sətninin çapıq toxumaları müxtəlif şəraitlərdə müxtəlif vaxtlarda siqaret közünün bədənə basılması nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. X12 ölümünə səbəb- Boyun üzvlərinin iplə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. X12 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddə aşkar edilməmişdir». «Məhkəmə-xətşünaslıq ekspertizası» nın 02 noyabr 2023-cü il tarixli 4/1776 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertizaya təqdim edilmiş, cədvəl vərəqi üzərindəki “Adın demirdin sən olmasan јaxşı јaşaјaram indi јaşa mən də kedirəm bu dunјadan Şүkүr balalarım beјik kişdir ALA qorsun opirǝm balalarım һeçinǝ eləmij mənçin bidənə basturun Mənə bəs eləјər” əlyazmaları; kənarları qeyri-hamar olan 20 sm X 12,6 sm ölçülü cədvəl vərəqinin parçası üzərindəki “ǝzizim valalarım məndən inçməјin kedin јaşaјın ALA xoşvax elǝsin daj mən dozəmirəm şukir anım açıqdir Q” əlyazmaları və “..Q” hərfi qarşısındakı imza; kənarları qeyri-hamar olan 20 sm X 15,5 sm ölçülü cədvəl vərəqi parçasının üzərindəki "Əzizim valalarım məndən inçmǝјin kedin јaşaјın daј mən dezəmirəm şukir anım açıqdir”ǝlyazmaları və “...açıqdır” əlyazması qarşısındakı imza - EYNİ ŞƏXS XƏLİLOVA QİZQAYİD ALİ qızı tərəfindən icra olunmuşdur». «Məhkəmə-psixoloji ekspertizasının» 06 noyabr 2023-cü il tarixli, 11/594 nömrəli rəyindən görünür ki, «X12 ölümündən əvvəlki dövrdə fərdi-psixoloji xüsusiyyətlərində bəzi psixogendepressiv reaksiya əlamətləri müəyyən olunur. X23 ölümündən əvvəlki dövrdə frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin, dözüm iradi səviyyəsindən üstün olması vəziyyəti) halında olmuşdur. Həmin halın yaranması onun qarşılaşdığı şəraitlə - həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən mütəmadi olaraq döyülməsi, təhqir olunması, əzab-əziyyət və işgəncələrə məruz qalması ilə səbəbli-nəticə əlaqəsində olmuşdur». «Kompleks Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 27 noyabr 2023-cü il tarixli, 3292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və ya 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək, öz maraqlarını üstün tutmaq və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman psixi-emosionalvəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayəti törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. Neftçala rayonu İHB-nin Xəzər kənd İƏDN-nin 14 noyabr 2023-cü il tarixli, 5-67-18/2- 58/2023 nömrəli məktuba əlavə edilmiş arayış və xasiyyətnaməsindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi 4 nəfərdən ibarət olmaqla yaşadığı yer üzrə mənfi xarakterizə edilməklə, qaraqabaq, ünsiyyətcil olmayan, fərdi həyat tərzi keçirən, özü və ailə üzvlərini qohumları və kənd sakinləri ilə ünsiyyətdən uzaq tutmağa çalışan spirtli içkiyə meyilli insandır. Təqsirləndirilən şəxs barəsində Xəzər kənd İƏDÜ nümayəndəliyinə inzibati və cinayət xarekterli əməlləri ilə bağlı sakinlər və inzibati orqanlar tərəfindən məlumat daxil olmamışdır. Neftçala Rayon Məhkəməsinin 3(053)-537/2023 nömrəli iş üzrə 29 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılmış tələbnamədən görünür ki, Xəlilov X16 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-3 maddəsinin 2-ci hissəsi ilə (köhnə redaksiya) 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 128-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 128-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 269,74 (iki yüz altmış doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon prokurorluğunda saxlanılan 01 (bir) ədəd təsərrüfat ipi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarına əlavə edilmiş X1n şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Neftçala rayon qeydiyyat şöbəsinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrumetmə cəzasının əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 269,74 (iki yüz altmış doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon prokurorluğunda saxlanılan 01 (bir) ədəd təsərrüfat ipi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarına əlavə edilmiş X1n şəxsiyyət vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Neftçala rayon qeydiyyat şöbəsinə təhvil verilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-10/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-10/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver