Məhkəmə qərarları › İş №1(053)-11/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-11/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-11/2025 15.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Al Market”-də satıcı-kassir vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Neftçala rayonu, Kürkənd kəndində yaşayan, 18 dekabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Tağıyev X1 rayonunun Kürkənd kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169 7332 2654 9264 nömrəli elektron məlumat daşıyıcısı hesab olunan plastik kartdan istifadə edib vahid niyyətlə 11 yanvar 2024-cü il tarixdə 0,03 manat dəyərində sellofan torba, 10 iyun 2024-cü il tarixdə Bakı şəhərində "İydə" parfumeriya mağazasından 99 manat, 59 manat, 99 manat və 80 manat olmaqla cəmi 337 manat dəyərində ətir, 12 iyun 2024-cü il tarixdə Bakı şəhərində "Tam Store" mağazasından 20,94 manat dəyərində ərzaq məhsulları, 20 iyun 2024-cü il tarixdə Neftçala şəhəri ərazisində mağazadan 9,70 manat dəyərində ərzaq məhsulları, həmin gün "Oryad" marketdən 4,20 manat və 2 manat dəyərində siqaretlər, həmin gün "Oryad" marketdən 15,90 manat dəyərində ərzaq məhsulları, həmin gün "Neftçala" marketdən 1 manat dəyərində saqqız, həmin gün "Sarıoğulları" marketdən 4,32 manat dəyərində siqaret, həmin gün Neftçala şəhəri ərazisində mağazadan 2 manat dəyərində siqaret, həmin gün Neftçala şəhərində "Zeytun" aptekdən 41 manat dəyərində müxtəlif adda dərmanlar, 24 iyun 2024-cü il tarixə Neftçala şəhərində "Oryad" marketdən 36,60 manat dəyərində siqaret və ərzaq məhsulları, həmin gün Neftçala şəhərindəki “Azpetrol” yanacaq doldurma məntəqəsindən 17 manat dəyərində benzin, həmin gün Neftçala şəhərində "AL" marketdən 6,04 manat dəyərində şirniyyat, həmin gün Neftçala şəhərində "AL" marketdən 22,46 manat dəyərində ərzaq məhsulları, ümumilikdə 520,19 manat dəyərində nağdsız alver edib, Zərərçəkmiş şəxs plastik kart hesabında olan həmin məbləğdə pulunu vahid niyyətlə gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuşdur. O, 2020-ci ilin avqust ayının 25-dən Neftçala şəhəri, 20 yanvar küçəsində yerləşən “AL” marketdə satıcı kassir vəzifəsində işləyir. 2023-cü ilin dekabr ayının sonlarında Neftçala şəhəri, 20 yanvar küçəsində yerləşən “AL” marketin qarşısında yerdən bir ədəd 4169 7332 2654 9264 nömrəli plastik kart tapmış və ətrafdakı insanlara bu barədə məlumat vermişdir. Lakin heç kim kartın kimə məxsus olduğunu bilməmişdir. O da kartın sahibinin nə vaxtsa gələcəyini düşünüb kartı işlədiyi mağazaya qoymuşdur. Bundan sonra 02 yanvar 2024-cü il tarixdə təhsil almaq üçün Bakıya getmiş, 14 yanvar 2024-cü il tarixdə Neftçala rayonuna qayıtmışdır. Mağazaya gedib kartın hələ də orada olduğunu görmüşdür. Kartın sahibi bəlkə görüb gələr deyə həmin kart ilə 0,03 qəpiklik sellofan torba almışdır. 15 yanvar 2024-cü il tarixdə yenə Bakı şəhərinə qayıtmışdır. 24 aprel 2024-cü il tarixdə Neftçalaya gəlmişdir. Kartın sahibinin gəlmədiyini, kartında qoyduğu yerdə olduğunu görmüşdür. 14 may 2024- cü il tarixdə Bakı şəhərinə getmiş, 30 may 2024-cü il tarixdə Neftçalaya qayıtmış, həmin müddətdə 4169 7332 2654 9264 nömrəli hesab kartı Neftçala şəhəri, 20 Yanvar küçəsində yerləşən “AL” marketdə qalmışdır. O, görmüş ki, kartın sahibi tapılmamışdır. Ehtiyacı olduğu üçün kartdan istifadə etmək qərarına gəlmişdir. Kartın kodunu bilmədiyi üçün kartda nə qədər pul olmasını bilməmiş, həm də kod olmadığı üçün kartdan pul çıxartmaq mümkün olmamışdır. Buna görə 4169 7332 2654 9264 nömrəli hesab kartı ilə ödəniş etmək yəni alış-veriş etmək qərarına gəlmişdir. Kartı da götürüb Bakı şəhərinə getmişdir. 10 iyun 2024-cü il tarixdə Bakı şəhərində "İydə" parfumeriyadan iki ədəd ətir almışdır. Ödənişi də tapdığı 4169 7332 2654 9264 nömrəli hesab kartı ilə etmək qərarına gəlmişdir. Aldığı ətirlər ümumilikdə 337 manat dəyərində olmuşdur. Kart ilə ödəniş etdikdə 99 manatdan çox pul çıxartdıqda kod tələb etdiyi üçün o, ödənişi 4 dəfəyə yəni, 99 manat, 59 manat, 99 manat və 80 manat olmaqla etmişdir. 12 iyun 2024-cü il tarixdə Bakı şəhərində "Tam Store" mağazasından 20,94 manat dəyərində ərzaq məhsulları, 20 iyun 2024-cü il tarixdə Neftçala şəhəri ərazisində mağazadan 9,70 manat dəyərində ərzaq məhsulları, həmin gün "Oryad" marketdən 4,20 manat və 2 manat dəyərində siqaretlər, həmin gün "Oryad" marketdən 15,90 manat dəyərində ərzaq məhsulları, həmin gün "Neftçala" marketdən 1 manat dəyərində saqqız, həmin gün "Sarıoğulları" marketdən 4,32 manat dəyərində siqaret, həmin gün Neftçala şəhəri ərazisində mağazadan 2 manat dəyərində siqaret, həmin gün Neftçala şəhərində "Zeytun" aptekdən 41 manat dəyərində müxtəlif adda dərmanlar, 24 iyun 2024- cü il tarixə Neftçala şəhərində "Oryad" marketdən 36,60 manat dəyərində siqaret və ərzaq məhsulları, həmin gün Neftçala şəhərindəki “Azpetrol” yanacaq doldurma məntəqəsindən 17 manat dəyərində benzin, həmin gün Neftçala şəhərində "AL" marketdən 6,04 manat dəyərində şirniyyat, həmin gün Neftçala şəhərində "AL" marketdən 22,46 manat dəyərində ərzaq məhsulları almışdır. Nəticədə o, həmin kartdan ümumilikdə 520,19 manatlıq ödəniş etmişdir. 25 iyun 2024-cü il tarixdə “Oryad“ marketdə olduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq 4169 7332 2654 9264 nömrəli kartın onda olub-olmadığını soruşmuşlar. O da həmin kartın üzərində olduğunu bildirmişdir. Polislər onun barəsində şikayət olduğunu buna görə də polis şöbəsinə getməli olduğunu demişlər. O da polislərlə birlikdə Neftçala Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində ifadə verərək etdiyi əməli etiraf etmişdir. Yol verdiyi əməlin cinayət olduğunu bilməmişdir. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. Həmin kartı heç kimə istifadə etmək üçün verməmiş, özü istifadə etmişdir. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala rayonunun Kürkənd kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır və təqaüdçüdür. Neftçala şəhər sakini Təqsirləndirilən şəxs üzdən tanımışam, Mehmanla heç bir qohumluq əlaqəsi olmamış, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Onun özünə məxsus Kapital Banka aid 4169 7332 2654 9264 nömrəli bir kartı olmuşdur. Onun başı çıxmadığı üçün həmin kartı evləri üçün alver etməsi üçün gəlini Turaya vermişdir. Təxminən 2024-cü ilin dekabr ayının sonlarında gəlini Tura həmin kartı Neftçala şəhərində hansısa marketin qarşısında itirdiyini bildirmişdir. Buna görə də o, kartının itməsi barədə "xxxx"a müraciət etmiş və eyni hesabda 4169 7388 4026 5296 nömrəli kart almışdır. Təxminən 3 ay əvvəl 4169 7332 2654 9264 və 4169 7388 4026 5296 nömrəli kartları ilə alver edilməsi barədə ona SMS gəlmiş və o, itirdiyi kartı kiminsə tapıb alver etdiyini başa düşmüşdür. Belə ki, itirdiyi 4169 7332 2654 9264 və yeni aldığı 4169 7388 4026 5296 nömrəli kartlar hər ikisi “birbank” tətbiqində aktiv qalmış və lakin hər ikisində eyni məbləğ olmuşdur. O, 4169 7388 4026 5296 nömrəli kartı ilə alver etmiş və eyni zamanda 4169 7332 2654 9264 nömrəli köhnə kartdan kiminsə alver etməsi barədə ona SMS-lər gəlmiş, başı çıxmadığı üçün nə baş verdiyini bilməmişdir. 21 iyun 2024-cü il tarixdə o, mobil telefonunda “birbank” tətbiqinə baxanda görmüş ki, 4169 7332 2654 9264 nömrəli köhnə hesabından naməlum şəxs tərəfindən Bakı və Neftçala şəhərindəki müxtəlif marketlərdə alverǝ ödəniş edilmişdir. O, buna görə "xxxx"a gedib bunun necə baş verdiyini soruşmuşdur. Orada ona itirdiyi 4169-7332-2654-9264 saylı kart hesabının bloklanmadığını və təzə verilmiş 4169 7388 4026 5296 saylı kartla eyni hesaba malik olduğunu demişlər. O, bankın işçisinə 4169- 7332-2654-9264 saylı kart hesabının çıxarışını istəmişdir. Bankın işçisi də 4169 7388 4026 5296 saylı kart hesabının çıxarışını verərək, hər iki kartın eyni hesaba malik olduqlarını, digər kartla edilmiş alverin bu kartın çıxarışında da görsəndiyini demişdir. O, həmin çıxarışa baxdıqda itirmiş olduğu 4169 7332 2654 9264 saylı plastik kart ilə 11 yanvar 2024-cü il tarixdə 0,03 manat, 10 iyun 2024-cü il tarixdə Bakı şəhərində "lydə" parfumeriya mağazasından 99 manat, 59 manat, 99 manat və 80 manat olmaqla cəmi 337 manat, 12 iyun 2024-cü il tarixdə "Tam Store" mağazasından 20,94 manat, 20 iyun 2024cü il tarixdə Neftçala şəhəri ərazisində mağazadan 9,70 manat, həmin gün "Oryad" marketdən 4,20 manat və 2 manat, həmin gün "Oryad" marketdən 15,90 manat, həmin gün "Neftçala" marketdən 1 manat, həmin gün "Sarıoğulları" marketdən 4,32 manat, həmin gün 2 manat, həmin gün Neftçala şəhərində "Zeytun" aptekdən 41 manat, 24 iyun 2024-cü il tarixə Neftçala şəhərində "Oryad" marketdən 36,60 manat, həmin gün “Azpetrol” yanacaq doldurma məntəqəsindən 17 manat, həmin gün Neftçala şəhərində "AL" marketdən 6,04 manat, həmin gün Neftçala şəhərində "AL" marketdən 22,46 manat olmaqla ümumilikdə 520,19 manatlıq alver ödəniş edildiyi ona məlum olmuşdur. O, bundan sonra Neftçala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bir neçə gün sonra polis əməkdaşları ona kartı taparaq alver edən şəxsin Neftçala şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Belə ki, Təqsirləndirilən şəxs onun 4169 7332 2654 9264 kartını tapıb və 520,19 manat dəyərində alver edərək pulunu oğurlamışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, barışdığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar