Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-111/2022 28.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxx 1983-cü ildə Neftçala rayonu Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Surra kəndində qeydiyyatda olan və yaşayan, 02 – 04 aprel 2022-ci il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 04 aprel 2022-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx xxxx 1978-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq 2022-ci il fevral ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə gecə saatlarında həmkəndlisi Zərərçəkmiş şəxs8 Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla həyətdə olan hidroforla birlikdə 200 manat dəyərində bir ədəd elektrik su mühərrikini və 30 manat dəyərində 30 metr uzunluğunda tərkibi mis materialından olan elektrik naqilini, ümumilikdə 230 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,966 qram narkotik vasitə olan heroini və 02 ədəd içərisində heroinin izi olan 2 qramlıq şprisləri əldə edib əynindəki qırmızı rəngli gödəkcənin sağ yan cibində saxlayaraq daşıyarkən Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 aprel 2022-ci il tarixdə saat 16 radələrində Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində saxlanılaraq X2 gətirilmiş, Polis Şöbəsinin növbətçi hissəsində saat 17:15 dəqiqədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qırmızı rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,966 qram narkotik vasitə olan heroin və 02 ədəd içərisində heroinin izi olan 2 qramlıq şprislər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq 2022-ci il fevral ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə, gecə saatlarında həmkəndlisi Zərərçəkmiş şəxs8 Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla həyətdə olan hidroforla birlikdə 200 manat dəyərində bir ədəd elektrik su mühərrikini və 30 manat dəyərində 30 metr uzunluğunda tərkibi mis materialdan olan elektrik naqilini, ümumilikdə 230 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 03 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixə keçən gecə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində çayın sahilindən Zərərçəkmiş şəxs7 məxsus 200 manat dəyərində elektrik su mühərrikini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 06 mart 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində çayın sahilindən Zərərçəkmiş şəxs1 məxsus 250 manat dəyərində elektrik su mühərrikini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 10 mart 2022-ci il tarixdən 11 mart 2022-ci il tarixə keçən gecə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində çayın sahilindən Zərərçəkmiş şəxs2 Adıgözəl oğluna məxsus 250 manat dəyərində "Markus" markalı elektrik su mühərrikini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixə keçən gecə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində çayın sahilindən Zərərçəkmiş şəxs3 məxsus elektrik su mühərrikinə birləşdirilmiş 200 manat dəyərində 50 metr uzunluğunda mis materialdan olan elektrik naqilini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixə keçən gecə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində çayın sahilindən Zərərçəkmiş şəxs4 məxsus elektrik su mühərrikinə birləşdirilmiş 120 manat dəyərində 30 metr uzunluğunda mis materialdan olan elektrik naqilini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixə keçən gecə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində çayın sahilindən Zərərçəkmiş şəxs5 məxsus elektrik su mühərrikinə birləşdirilmiş 160 manat dəyərində 40 metr uzunluğunda mis materialdan olan elektrik naqilini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixə keçən gecə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində çayın sahilindən Zərərçəkmiş şəxs6 məxsus elektrik su mühərrikinə birləşdirilmiş 120 manat dəyərində 30 metr uzunluğunda mis materialdan olan elektrik naqilini gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitə istifadəçisidir. Yuxarıda göstərilən ünvanda, yəni Neftçala rayonunun Aşağı Surra kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Narkotik vasitə aludəçisi olduğu üçün arabir narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs1 Ağasadiq oğlunu tanıyır, onunla heç bir qohumluq əlaqəsi yoxdur, əvvəllər münaqişəsi, ədavəti olmamışdır. Hər ikisi narkotik vasitələrin istifadəçisidir. 2022ci ilin təxminən fevral ayının əvvəllərində Elçinlə birlikdə Salyan şəhərinə getmişlər. Salyan şəhərindən qayıtdıqdan sonra yaşadığı kəndə gəlmiş və həmin kənddən keçən Kür çayının yaxınlığında oturub söhbət etmişlər. Söhbət zamanı hər ikisi qərara almışdır ki, narkotik vasitələrə olan tələbatlarını ödəmək üçün oğurluq etsinlər. Bu məqsədlə həmin yerin yaxınlığında yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs8 həyətinə girib oradan su mühərrikini oğurlayıb aparıb satmağı planlaşdırmışlar. Bu məqsədlə həmin gün sutkanın axşam saatlarında, saat 20 radələrində həmin həyətə yaxınlaşmış, Elçin orada gözləmiş, o, da hasardan aşma yolu ilə gizlincə həyətə daxil olmuşdur. Həyətdə olan su hovuzunun yanındakı su mühərrikini hidroforu ilə birlikdə oradan götürmüş, üzərinə bağlanmış şlanqı əli ilə açaraq elektrikdən ayırmış, həmin mühərrikə birləşmiş təxminən 15-20 metr uzunluğunda naqili də götürüb həyətdən çıxmışdır. Həmin vaxt hǝyǝtdə heç kim olmamış və tam sakitlik olmuşdur. O, mühərriki və naqili oradan çıxarıb Elçinin yanına gəlmiş və birlikdə yaxınlıqda yerləşən onun evinə tərəf gəlmişlər. Mühərriki öz evində gizlətmişdir Naqili isə özləri ilə götürüb birlikdə Elçinin qardaşı İlhamın evinin həyətinə gəlmişlər. Həyətin içərisindən keçərək Kür çayının sahilində olan zibillik sahəyə gəlib naqili orada yandıraraq içərisində olan mis materialı təmiz halda götürmüşlər. Mis materialın təmiz çəkisi təxminən 2 kiloqram olmuşdur. Əldə etdikləri 2 kq mis materialı Salyan rayonuna aparıb orada olan metal qəbul edən şəxslərə 20 manata satmışlar. Səhəri gün o, həyətində olan Möhübbətin evindən oğurladığı bir ədəd hidroforlu su mühərrikini və öz evində olan bir ədəd ət çəkən maşını zənbilə qoyub evdən çıxarmış və Elçinlə Salyan rayonuna satmağa aparmışlar. Salyan rayonunda "Arbatan yolu" deyilən yerdə o, gözləmişdir. Elçin həmin su mühərrikini və ətçəkən maşını aparıb onun tanımadığı şəxslərə satmışdır. Təqsirləndirilən şəxs2 həmçinin qeyd etmişdir ki, 02 aprel 2022-ci il tarixdə saat 09.10-da yaşadığı kənddən qonşuluqda yerləşən Salyan rayonunun Ərəbqardaşbəyli kəndinə gedərkən onların kəndindən keçən Salyan-Neftçala avtomobil yolunun kənarında dayanıb avtomobil gözləməli olmuş, həmin vaxt yolun kənarında torpağın üzərində, yerdə sellofan bükülü görmüş, həmin sellofan bükülü diqqətini cəlb etdiyindən ətrafda heç kimin olmadığını görüb həmin sellofan bükülünü götürüb cibinə qoymuşdur. Sellofan bükülüyə baxanda narkotik vasitə istifadəçisi olduğundan içərisində narkotik vasitə heroin olduğunu bilmişdir. Həmin vaxt ətrafda, yan-yörədə heç kim olmadığından yerdən tapdığı narkotik vasitə olan heroini gələcəkdə özü istifadə etmək məqsədilə siqaret qutusunun içərisinə qoyub əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Həmin gün saat 16 radələrində yaşadığı Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində küçədə olarkən mülki geyimdə olan bir qrup polis əməkdaşları onu saxlayaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Neftçala Rayon Polis Şöbəsində təhqiqatçı özünü ona təqdim etmiş və ona üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı qəbul olunacağını bildirmişdir. Həmçinin ona müdafiəçi hüquqları izah olunmuş, müdafiəçilərin siyahısı və Müdafiəçi1 təqdim edilmişdir. Maddi imkanı olmadığından Müdafiəçi1 hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra isə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa təqdim etsin. O, da üzərində narkotik vasitə olduğunu bildirib, əynindəki qırmızı rəngli gödəkcənin sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd siqaret qutusunu və iki ədəd 2 qramlıq istifadə olunmuş şprisləri təqdim etmişdir. Həmin bükülüdə olan heroin və 2 ədəd şprislər bir ədəd kağız zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o, da protokola və narkotik vasitə qoyulan zərfə imza etmişdir. Bundan əlavə üzərindən «limon duzu» da aşkar olunaraq götürülmüşdür. Törətdiyi cinayət əməllərinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində yaşayır. Təqsirləndirilən şəxs2 tanıyır, onunla heç bir qohumluq əlaqəsi yoxdur, aralarında heç bir münaqişə və ya ədavət olmamışdır. 2022-ci ilin təxminən fevral ayının əvvəllərində Elməddinlə birlikdə Salyan şəhərinə getmişlər. Salyan şəhərindən qayıtdıqdan sonra yaşadıqları kəndə gəlmiş və kəndin ərazisindəki Kür çayının sahilində oturub söhbət etmişlər. Həmin vaxt Elməddin ona demişdir ki, narkotikə olan tələbatlarını ödəmək üçün oğurluq etmək istəyir və bu məqsədlə həmin yerin yaxınlığında yaşayan həmkəndliləri Zərərçəkmiş şəxs8 həyətinə girib oradan motor oğurlayıb aparıb satmağı planlaşdırıb. Eyni məqsədlə onlar həmin gün saat 20 radələrində həmin həyətə yaxınlaşmışlar. Elməddin hasardan aşma yolu ilə gizlincə həyətə daxil olmuş, o, isə sadəcə olaraq ətrafında Elməddini gözləmişdir. Bir qədər keçdikdən sonra Elməddin hidroforlu su mühərrikini üzərinə bağlanmış naqili ilə birlikdə oradan gətirmişdir. Beləliklə oğurluğu o, deyil, Elməddin edib. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, başqa hər hansı bir oğurluq etməyib. Zərərçəkmiş şəxslərə məxsus olan və ittiham aktında göstərilən digər əşyaları oğurlamamış, həmçinin ona ittiham olunan digər epizodlar üzrə cinayət əməllərini törətməmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxs3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç kimlə ədavəti olmayıb. Yaşadığı evi Kür çayının təxminən sahilində yerləşir. Ona görə də çayın sahilində evləri yerləşən digər sakinlər kimi o, da içməli və məişətdə istifadə olunan su təchizatını Kür çayından su motoru vasitəsi ilə suyu həyətyanı sahəsində yerləşən su çəninə vurub doldurmaqla əldə edir. Su mühərrikini işlətmək üçün içərisindən 3 elektrik naqili keçən elektrik kabelindən istifadə etmişdir. 26 mart 2022-ci il tarixində saat 10 radələrində suyun səviyyəsini bilmək üçün Kür çayının sahilinə getmişdir. Bu vaxt ona məxsus su mühərrikinin 50 metr uzunluğunda olan elektrik kabelinin yerində olmadığını-oğurlandığını görmüşdür. 50 metr kabelin alınmasına 1 metri 4 manatdan hesablanmaqla ümumilikdə 200 manat xərci çıxmışdır. Sonuncu dəfə kabelinin 25 mart 2022-ci il tarixində saat 12 radələrində yerində olduğunu görmüşdür. Oğurluq hadisəsi 25 mart 2022-ci il tarixindən 26 mart 2022-ci il tarixinə keçən gecə törədilmişdir. Su mühərrikinin həmkəndlisi Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanması polis əməkdaşlarının keçirdikləri tədbirlərdən sonra ona məlum olmuşdur. Törədilmiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs1 şikayətçidir və onun qanunamüvafiq şəkildə cəzalandırılmasını xahiş edir. Zərərçəkmiş şəxs4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Heç kimlə ədavəti və ya ziddiyyəti yoxdur. Yaşadığı ev Kür çayının sahilində yerləşir. Kür çayının sahilində evləri yerləşən digər sakinlər kimi o, da içməli və məişətdə istifadə olunan su təchizatını Kür çayından su mühərriki vasitəsi ilə suyu həyətyanı sahəsində yerləşən su çəninə vurub doldurmaqla əldə edir. Su mühərrikini işlətmək üçün isə hamı kimi o, da su mühərrikindən elektrik ayrıcına kimi içərisindən 3 elektrik naqili keçən elektrik kabeli istifadə etmişdir. 26 mart 2020-ci il tarixdə saat 09 radələrində su çəninə su vurmaq üçün Kür çayının sahilinə gedəndə 30 metr uzunluğunda kabelin yerində olmadığını görmüşdür. 30 metr kabelin alınmasına 1 metrinin qiyməti 4 manatdan hesablanmaqla ümumilikdə 120 manat xərcləmişdir. Sonuncu dəfə kabelini yerində bir gün əvvəl, yəni 25 mart 2022-ci il tarixdə görmüşdür. Oğurluq hadisəsi 25 mart 2022-ci il tarixindən 26 mart 2022-ci il tarixinə keçən gecə olmuşdur. Oğurluq əməli nəticəsində ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs1 şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs5 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Heç kimlə ədavəti və ya ziddiyyəti olmayıb. Yaşadığı ev Kür çayının sahilində yerləşir. Çayın sahilində evləri yerləşən digər sakinlər kimi o da içməli və məişətdə istifadə olunan su təchizatını Kür çayından suyu mühərrik vasitəsilə həyətyanı sahəsində yerləşən su çəninə vurub doldurmaqla təmin edir. Su mühərrikini işlətmək üçün hamı kimi o, da su mühərrikindən elektrik ayrıcına kimi içərisindən 3 elektrik naqili keçən elektrik kabeli istifadə etmişdir. Həmin kabelin uzunluğu 40 metr olmuşdur. 26 mart 2022-ci il tarixdə saat 09 radələrində Kür çayının sahilindən 40 metr kabelinin oğurlandığını bilmişdir. Bundan sonra əmisi oğlu Faiqə hadisə barədə bildirmiş və ondan hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verməsini xahiş etmişdir. Faiq də hadisə barədə Azərbaycan Respublikası DİNnin 102 xidmətinə məlumat vermişdir. Oğurlanmış kabeli vaxtilə bir metrinin qiyməti 4 manat olmaqla 160 manata almışdır. Sonuncu dəfə kabelini yerində bir gün əvvəl, yəni 25 mart 2022-ci il tarixdə saat 14 radələrində görmüşdür. Oğurluq hadisəsi 25 mart 2022-ci il tarixindən 26 mart 2022-ci il tarixinə keçən gecə olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona dəymiş 160 manat həcmində maddi ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs6 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Heç kimlə ədavəti və ya ziddiyyəti olmayıb. Yaşadığı ev Kür çayının sahilində yerləşir. Çayın sahilində evləri yerləşən digər sakinlər kimi o, da içməli və məişətdə istifadə olunan su təchizatını Kür çayından suyu mühərrik vasitəsilə həyətyanı sahəsində yerləşən su çəninə vurub doldurmaqla təmin edir. Su mühərrikini işlətmək üçün hamı kimi o, da su mühərrikindən elektrik ayrıcına kimi içərisindən 3 elektrik naqili keçən elektrik kabeli istifadə etmişdir. Cəlal Rəhimov onun qardaşıdır. Onlar qonşudurlar. Cəlal da onun kabelindən istifadə edib su mühərriki vasitəsilə Kür çayından həyətindəki su çəninə su vurur. 26 mart 2022-ci il tarixində saat 10.30-da su çəninə mühərrik vasitəsilə su vurmaq üçün Kür çayının sahilinə gedəndə 30 metr kabelin yerində olmadığını, oğurlandığını görmüşdür. 30 metr kabelin alınmasına 1 metri 4 manatdan hesablanmaqla ümumilikdə 120 manat xərci çıxmışdır. Sonuncu dəfə kabelini yerində 25 mart 2022-ci il tarixdə saat 14 radələrində görmüşdür. Görünür oğurluq hadisəsi isə 25 mart 2022-ci il tarixindən 26 mart 2022-ci il tarixinə keçən gecə törədilmişdir. Kabelin oğrulanma xəbərini qardaşı Cəlala zəng edərək məlumat vermişdir. Cəlal da bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmçinin Cəlal hadisə barədə Neftçala Rayon Polis Şöbəsinə də şikayət ərizəsi ilə müraciət etmişdir. Su mühərrikinin polis əməkdaşlarının keçirdikləri tədbirlərdən sonra Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığı barədə məlumat əldə etmişdir. Hadisə nəticəsində ona dəymiş maddi ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs7 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Heç kimlə ədavəti və ya ziddiyyəti olmayıb. Yaşadığı ev Kür çayının sahilində yerləşir. Çayın sahilində evləri yerləşən digər sakinlər kimi o, da içməli və məişətdə istifadə olunan su təchizatını Kür çayından suyu mühərrik vasitəsilə həyətyanı sahəsində yerləşən su çəninə vurub doldurmaqla təmin edir. 04 mart 2022-ci il tarixdə saat 10 radələrində həyətindəki su çəninə suyun vurulması üçün Kür çayının sahilinə getmişdir. Həmin vaxt çayın sahilində quraşdırdığı 2 kv-lıq adını bilmədiyi «Aqadel» markalı su mühərrikinə oxşar su mühərrikinin yerində olmadığını görmüşdür. Başa düşmüşdür ki, su mühərriki oğurlanmışdır. Həmin su mühərrikini 2019-cu ildə Bakı şəhərindən 200 manata almışdır. Su mühərrikinin sonuncu dəfə 03 mart 2022-ci il tarixdə saat 14 radələrində yerində olduğunu görmüşdür. Güman edir ki, oğurluq hadisəsi 03 mart 2022-ci il tarixindən 04 mart 2022-ci il tarixinə keçən gecə törədilmişdir. Su mühərrikinin polis əməkdaşlarının keçirdikləri tədbirlərdən sonra Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığı barədə məlumat əldə etmişdir. Oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın məbləği 200 manatdır. Həmin ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs8 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən fərdi yaşayış evində tək yaşayır. Yaşadığı evin həyətində sudan istifadə zamanı bir ədəd üzərində hidrofor olan su mühərriki və onun da elektrik xəttinə qoşulması üçün içərisi mis materialdan olan 30 metr uzunluğunda naqili olmuşdur. Həmin mühərrik və üzərində olan hidrofor, eləcə də naqil istifadəyə yaralı vəziyyətdə olmuşdur. Təxminən 2022-ci ilin fevral ayının birinci ongünlüyündə səhər saatlarında yuxudan oyanıb həyətə düşərkən su mühərrikinin yerində olmadığını görmüşdür. Ona məlum olmuşdur ki, su mühərriki üzərində olan hidroforu ilə birlikdə, həmçinin 30 metr uzunluğu olan naqili ilə birlikdə oğurlanmışdır. Su mühərrikinin qiyməti 200 manat, naqilinin isə 30 manat qiyməti olmuşdur. Məlum oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 230 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin ziyan təqsirləndirilən şəxslərin ailə üzvləri tərəfindən tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını və onu bağışladığını bildirmişqdir. Zərərçəkmiş şəxs2 Adıgözəl oğlu məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək şikayətindən imtina etdiyini, heç bir şikayətinin olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Aşağı Surra kəndində yaşayan Təqsirləndirilən şəxs2 Neftçala rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 02 aprel 2022-ci il tarixdə saat təxminən 16.35 radələrində Əliyev X1 rayonu, Aşağı Surra kəndi ərazisində saxlanılmışdır. Həmin vaxt ətrafda kənar şəxslərin çox olması səbəbindən, həmçinin sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığından Təqsirləndirilən şəxs2 Neftçala RPŞ-nə gətirmişlər. Rəhbərliyə raportla məruzə edildikdən sonra E.X3 təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs2 tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və Müdafiəçi1 iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynindəki qırmızı rəngli gödəkcənin sağ yan cibindən «ARG» markalı siqaret qutusunun içində olan bir ədəd politilen bükülüdə bir bükümü və 2 ədəd 2 qramlıq şprisi təqdim edərək, bükümün içərsindəkinin narkotik vasitə heroin olduğunu bildirmişdir. Onun təqdim etdiyi büküm açılıb-baxıldıqda içərisində heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı "limon duzu" da aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı digər cinayət xarakterli hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Salyan şəhərində yaşayır. Özünə məxsus «VAZ 2104» markalı **-DV-*** qeydiyyat nişanlı avtomobillə ailəsi üçün çörək pulu qazanır. Bu məqsədlə Salyan şəhərində və Neftçala rayonu ərazisində sərnişin və onlara məxsus kiçik qabaritli yükləri daşımaqla məşğul olur. Neftçala rayonu, Aşağı Surra kəndində yaşayan Təqsirləndirilən şəxs1 Ağasadiq oğlunu əvvəllər tanımamış, onunla heç bir yaxınlıq və qohumluq əlaqəsi və ya aralarında əvvəllər münaqişə və ədavətləri olmamışdır. 2022-ci ilin təxminən fevral ayında idarə etdiyi avtomobili ilə Salyan şəhərində Neftçala dairəsi deyilən yerdə dayanmışdır. Həmin vaxt adını sonradan bildiyi Elçin adlı şəxs ona yaxınlaşıb Neftçala rayonu, Aşağı Surra kəndində yaşadığı evdə yükü olduğunu, onu Salyan şəhərinə gətirmək lazım olduğunu bildirmişdir. Onun sifarişini qəbul etmiş və onunla birlikdə Neftçala rayonu, Aşağı Surra kəndinə onun yaşadığı həyət evinə gələrək müxtəlif növ metal hissələrini, o cümlədən tor, boru, naqillər, su mühərrikləri və s. digər metal hissələrini avtomobilə yükləmişdir. Bundan sonra onlar Salyan şəhərində Çuxanlı yolunda olan metal qəbulu yerinə gedərək, əşyaları təhvil vermişlər. Bunun müqabilində Elçin ona 15 manat pul vermişdir. Ondan 3 gün sonra Elçin ona zəng edib yenə də metal aparmağı sifariş vermiş, o, da yenə idarə etdiyi avtomobillə Elçingilin Neftçala rayonu, Aşağı Surra kəndində olan evinə gedib oradan müxtəlif növ metal hissələrini yükləyərək yenə də Salyan şəhərində Çuxanlı yolunda olan metal qəbulu yerinə təhvil vermişlər. Bunun müqabilində Elçin ona 13 manat pul vermişdir. Bundan təxminən 4-5 gün sonra Elçin yenə da onun telefon nömrəsinə zəng edib evinə gəlməyi sifariş vermişdir. O, da Elçinin yaşadığı evə gələrək, yenə də həmin qayda ilə avtomobilə müxtəlif metal hissələri yüklədikdən sonra Elçin ilə birlikdə Salyan şəhərinə Çuxanlı yolunda olan metal qəbulu yerinə gəlib metal hissələri təhvil vermişlər. Təhvil verdikdən sonra Elçin ona 30 manat pul vermiş, bundan 4-5 gün sonra Elçinin sifarişi ilə 4cü dəfə onun həyətindən eyni qayda ilə metal yükləyib Salyan şəhərində Çuxanlı yolunda olan metal qəbulu yerinə aparmışdır. Ancaq həmin metalların oğurluq olmasını bilməmişdir. Çünki həmin yükləri Elçin həyətində sərbəst şəkildə anasının yanında yükləmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə istintaqında araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bildiyinə baxmayaraq hər iki təqsirləndirilən şəxsin onlara ittiham olunan cinayət əməllərini törətməsi faktı iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 iş üzrə ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə özünü ona ittiham olunan cinayət əməllərini törətməkdə təqsirli bilmiş və buna uyğun ifadələr vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkəməyə bildirdikləri onun ibtidai istintaq dövründə verdiyi ifadələrlə ziddiyyət təşkil etməklə yanaşı, digər Təqsirləndirilən şəxs2 həm istintaq dövründə, həm də işin məhkəmə baxışı zamanı verdiyi ifadələrə, o cümlədən məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi ilə təkzib olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin xüsusatları ilə bağlı məhkəməyə bildirdikləri (cinayət əməllərini törətməsini etiraf etməməsi) qeyri-səmimi olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməllərini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 03 aprel 2022-ci il tarixli 18/386 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs2….» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,966 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 2 ədəd şprisin içərisində heroin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və müqayisəli tədqiqatın aparılması mümkün olmadığından təqdim edilən maddə nümunəsi ilə eyniliyini müəyyən etmək mümkün deyildir. Heroin – 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (ı siyahı). Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənildiyini, ona ittiham olunan oğurluq cinayəti üzrə Zərərçəkmiş şəxs8 ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olduğunu, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Adıgözəl oğlunun və Zərərçəkmiş şəxs8 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hidroforla birlikdə 01 (bir) ədəd elektrik su mühərriki Zərərçəkmiş şəxs8 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,916 qr təşkil edən narkotik vasitə heroin, həmçinin 02 (iki) ədəd 02 ml-lik şpris məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 02 – 04 aprel 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 dekabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 dekabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hidroforla birlikdə 01 (bir) ədəd elektrik su mühərriki Zərərçəkmiş şəxs8 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,916 qr təşkil edən narkotik vasitə heroin, həmçinin 02 (iki) ədəd 02 ml-lik şpris məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-111/2022
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-111/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver