Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-114/2022 23.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1964-cü ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)- 37/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (26 sentyabr 2022-ci ildə həmin cəzasının sonu ilə azad olunub), barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 oktyabr 2022-cı ildə saat 21 radələrində, Neftçala şəhəri, S.Vurğun küçəsi, ev 46 ünvanında birgə yaşadıqları evin həyətində anası Zərərçəkmiş şəxs aralarında yaranmış münaqişə zəminində qəsdən sol gözaltı nahiyəsinə yumruqla vuraraq ona sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, zərərçəkmiş şəxs onun anasıdır. O, anası ilə uzun müddətdir küsülü olmasına baxmayaraq, onunla eyni ünvanda – ünvan 3r səbəb olmadan ona tikanlı sözlər deyərək öz-özünə danışır. Bu səbəbdən dəfələrlə anası ilə aralarında mübahisələri olmuşdur. 06 oktyabr 2022-cı ildə saat 20 radələrində yaşadıqları evdə öz otağında yemək yediyi vaxt bir qədər spirtli içki içmişdir. Həmin vaxt yenə də anası ona tikanlı sözlər demiş, lakin o, mübahisə etməmiş, anasını vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Qeyd edir ki, anasının ona qarşı şikayətlər etməkdə məqsədi onun evdən çıxarmaqdır. Elə bu məqsədlə də anası polisə mütəmadi müraciətlər etməklə onu şərləyir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin onun oğlu olduğunu bildirmişdir. Münasibətləri yaxşı olmadığına baxmayaraq eyni ünvanda, yəni ünvan 4 mütəmadi olaraq mübahisə və münaqişələr yaradır, onu nalayiq sözlərlə təhqir edir, hədə-qorxu gəlir və döyür. Bundan əvvəl də təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı polisə müraciət etmiş və nəticə olaraq təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lakin bundan sonra da təqsirləndirilən şəxsin ona qarşı qərəzli hərəkətləri səngiməyib. 06 oktyabr 2022-cı ildə evdə tək olduğu vaxt Elşad həmişəki kimi, yenə də evə sərxoş vəziyyətdə gəlmiş, onu (zərərçəkmiş şəxsi) görən kimi üstünə qışqıraraq evdən çıxmasını tələb etmişdir. Mübahisə zamanı Elşad onu həyətə çıxararaq yumruqla sol gözaltı və qaş nahiyəsinə vurmuş, o, zərbənin təsirindən müvazinətini itirərək yerə yıxılmışdır. Təqsirləndirilən şəxslə barışmayıb və ona qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayəti törətməsi faktı zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 10 oktyabr 2022-ci il tarixli 583 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – sol paraorbital nahiyədə şişkinlik-qançır, sol göz yarığının daralması, sol gözün ağlı qişasında qansızma – küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 06 oktyabr 2022-cı il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər". Qeyd olunur ki, təqsirləndirilən şəxs iş üzrə ibtidai araşdırma dövründə verdiyi yazılı izahat və ifadəsində müvafiq cinayət əməlini törətdiyini etiraf etmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin işin məhkəmə baxışı dövründəki ifadəsi isə işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. İş üzrə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, Gözəlov X1 Rayon Məhkəməsinin 1(053)-37/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 sentyabr 2022-ci ildə həmin cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxsin həmin iş üzrə məhkumluğu ödənilmədiyinə baxmayaraq əməlində Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin qüvvəsinə görə residiv yoxdur. Məhkəmə cəza ilə bağlı məsələni həll edərkən eyni zamanda Azərbaycan Respublikası CM-nin 16-cı maddəsini nəzərdən keçirir və hesab edir ki, təqsirləndirilən barəsində əvvəlki iş üzrə məhkəmənin ittiham hökmü mövcud olduğundan onun əməlində təkrarlıq da yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək hər hansı başqa hal da işin məhkəmə baxışı zamanı müəyyən edilməyib. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 noyabr 2022-ci ildən hesablansın. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan olunduqdan dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-114/2022
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-114/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver