Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-116/2022 07.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan, Salyan Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzası 10 (on) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarixi üçün çəkilməmiş 10 (on) ay 04 (dörd) günlük hissəsi 06 (altı) ay azaldılmış, Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində əvvəli 25 avqust 2022-ci il tarixdən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,022 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış, 25 avqust 2022-ci il tarixdə saat 09.20 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Şorkənd kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ üst yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,022 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Salyan şəhəri, T.Davudzadə küçəsi ev 9-da yaşayır. 23 avqust 2022-ci il tarixdə yaşadığı Salyan şəhərində küçədə olduğu vaxt yerdə şəffaf sellofan büküm diqqətini cəlb etmiş, həmin sellofanı yerdən götürüb açdıqda içərisindən psixotrop maddə olan ağ rəngli toz halında metamfetamin olmasını görmüşdür. Narkotik istifadəçisi olduğu üçün metamfetamini dərhal tanımış, həmin metamfetamindən qəbul etmiş, onun həqiqətən metamfetamin olduğuna əmin olmuşdur. Qalan metamfetamini isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin metamfetamini əynindəki tünd boz rəngli cins şalvarın sağ üst yan cibinə qoyub 25 avqust 2022-ci il tarixdə saat 09.20 radələrində Salyan şəhərinə yaxın Neftçala rayonunun Şorkənd kəndi ərazisində piyada gedərkən, mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxladığı barədə məlumatları olduqlarını bildirib onu avtomobilə əyləşdirərək, Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra polis şöbəsində təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilib, üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməyi təklif edilmişdir. O, bu vaxt üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, şalvarının sağ üst yan cibində şəffaf sellofan bükümdə olan narkotik maddə metamfetamini təqdim etmiş, həmin narkotik maddə qablaşdırılmış və möhürlənmişdir. Bununla bağlı protokol tərtib olunmuşdur. İştirakçılar kimi o, da protokola imza etmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala RPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Hadisə ilə əlaqədar bildirir ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs Alǝddin oğlunun qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə aldıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. 25 avqust 2022-ci il tarixdə saat təxminən 09:20 radələrində daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Alǝddin oğlu Neftçala rayonu, Şorkǝnd kəndi ərazisində saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilərək ona müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nin Növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs Alǝddin oğlu şalvarının sağ üst yan cibində olan bir ədəd şəffaf sellofan bükümdə olan narkotik maddə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şalvarının sağ üst yan cibində olan bir ədəd şəffaf sellofan bükümü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açılıb-baxıldıqda içində ağ rəngli, toz halında metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu sellofan bükümdə ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilərək, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş X2 və Şahid3 Fizuli oğlu Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 25 avqust 2022-ci il tarixli 18/921 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 1,022 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. 09 sentyabr 2022-ci il tarixli 5098 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs psixostumlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür”. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyinə baxmayaraq, əməlində Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə residiv yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək hər hansı digər hal da müəyyən olunmur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,972 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 avqust 2022-ci il tarixindən hesablansın. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,972 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-116/2022
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-116/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver