Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-120/2022 28.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi X2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədilə ilə 28 sentyabr 2022-ci ildə saat 11 radələrində Neftçala rayonu, Haqverdilər kəndi istiqamətində Yuxarı Qarabağ kanalına gələrək orada özü ilə gətirdiyi, uzunluğu 7 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm olan, jilka adlandırılan sintetik sapdan toxunmuş 01 ədəd tordan istifadə edərək hər biri 11 manat olmaqla, ümumilikdə 1034 manat dəyərində 94 ədəd kefal, 22 manat dəyərində 01 ədəd çəki və 11 manat dəyərində 01 ədəd dabanbalığı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1067 (min altmış yeddi) manat məbləğində maddi ziyan vurmuş, həmin tarixdə saat 14 radələrində X4 İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 7 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm olan 01 ədəd tor, 94 ədəd kefal, 01 ədəd çəki və 01 ədəd dabanbalığı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində balıq tutmaq məqsədi ilə Neftçala rayonu, Haqverdilər kəndi istiqamətində Yuxarı Qarabağ kanalının sahilinə gəlmiş, kanala girib jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 7 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 1 ədəd toru kanalda qurduqdan sonra sahilə çıxıb orada gözləməyə başlamışdır. Saat 14 radələrində kanalda qurduğu toru sudan çıxıb yoxlayarkən çoxlu sayda balıq tutduğunu görmüşdür. Tutduğu balıqları tordan ayırarkən X4 idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına Yuxarı Qarabağ kanalında balıq tutmaq üçün rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona məxsus olan jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 7 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm olan 1 ədəd toru və həmin balıqovlama vasitəsi ilə Yuxarı Qarabağ kanalından tutduğu balıqları götürmüş, dəvət olunmuş hal şahidlərinin iştirakları ilə ona məxsus balıqovlama vasitələrinə və tutduğu balıqlara baxış keçirilərkən məlum olmuşdur ki, 94 ədədi kefal, 1 ədəd çəki və 1 ədəd dabanbalığı balıqlarını tutmuşdur. Polis əməkdaşları bu barədə protokol tərtib etmişlər və həmin protokolu imzalamışdır. Əməlindən peşmandır. Həmçinin qeyd edir ki, cinayət nəticəsində balıq ehtiyatlarına vurduğu ziyanın əvəzi olaraq dövlət büdcəsinə 1067 miqdarında ödəniş edib. Hazırda mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional ekologiya və təbii sərvətlər idarəsinin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional ekologiya və təbii sərvətlər idarəsi nümayəndəsi qismində dindirilmiş X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində balıq ehtiyatlarına 1067 miqdarında ziyan vurulmuşdur. Nümayəndə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq dövlət büdcəsinə işin məhkəmə baxışı zamanı 1067 ödəniş etmişdir. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə X4 idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 14 radələrində Neftçala rayonu, Haqverdilər kəndi istiqamətində Yuxarı Qarabağ kanalında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Dəvət olunmuş hal sahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 7 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm olan tor, 94 ədəd kefal, 01 ədəd çəki və 01 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 94 ədǝd kefal, 01 ədəd çəki və 01 ədəd dabanbalığı balıqlarını özünə məxsus 01 ədəd jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 7 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm olan tor vasitəsi ilə rəsmi icazəsi olmadan Neftçala rayonu, Haqverdilər kəndi istiqamətində Yuxarı Qarabağ kanalından tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Neftçala rayonu, Haqverdilər kəndi istiqamətində Yuxarı Qarabağ kanalından balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə X4 idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün saat 14 radələrində Neftçala rayonu, Haqverdilər kəndi istiqamətində Yuxarı Qarabağ kanalında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 7 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm olan tor, 94 ədəd kefal, 01 ədəd çəki və 01 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 94 ədəd kefal, 01 ədəd çəki və 01 ədəd dabanbalığı balıqlarını 01 ədəd jilka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 7 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm olan tor vasitəsi ilə Neftçala rayonu, Haqverdilər kəndi istiqamətində Yuxarı Qarabağ kanalından tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, balıq tutmağa onun icazəsi yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar polis əməkdaşları tərəfindən götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 yuxarıda göstərilən şahidlərin bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, mülki iddiaçının və şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə olunmuş digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, mülki tələbi ödədiyini və mülki iddiaçının ona qarşı şikayətinin və tələbinin olmadığını, həmçinin evli olmaqla himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Su NPİ-nin Neftçala XPM-də saxlanılan habelə balıq ovunda istifadəsi qadağan edilmiş, 01 (bir) ədəd «jilka» adlandırılan, sintetik sapdan toxunmuş, uzunluğu 07 (yeddi) metr, eni 02 (iki) metr, gözlərinin ölçüsü 28x28 mm olan 1 ədəd balıq toru dövlət nəfinə keçirilməli, qanunsuz olaraq tutulmuş 94 (doxsan dörd) ədəd kefal, 01 (bir) ədəd çəki və 01 (bir) ədəd dabanbalıqlarının iş üzrə ibtidai araşdırma dövründə fiziki şəxs təhvil verildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsi iş üzrə ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsə qarşı mülki iddia vermiş, məhkəmədə işə baxılarkən iddia tələbinin ödənildiyi nəzərə alınaraq mülki iddiaçının heç bir şikayət və tələbi olmamış, bununla əlaqədar nümayəndə X3 məhkəməyə ərizə təqdim etmişdir. Ona görə də mülki iddiaçının ziyanın ödənilməsi ilə bağlı ərizəsi məhkəmə tərəfindən qəbul olunmalı və mülki iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 02 (iki) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «jilka» adlandırılan, sintetik sapdan toxunmuş, uzunluğu 07 (yeddi) metr, eni iki 02 (iki) metr, gözlərinin ölçüsü 28x28 mm olan tor dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 94 (doxsan dörd) ədəd kefal, 01 (bir) ədəd çəki və 01 (bir) ədəd dabanbalığı balıqlarının iş üzrə ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi nəzərə alınsın. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası rədd edilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-120/2022
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-120/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver