Məhkəmə qərarları › İş №1(053)-13/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-13/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-13/2024 31.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1985-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 09 yanvar 2021-ci il tarixindən hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 4-cü bəndi tətbiq olunaraq yuxarıda göstərilən hökm üzrə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 ay 14 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş (09 yanvar 2023-cü ildə probasiya qurumunun qeydiyyatından çıxarılıb), Salyan Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 23 noyabr 2023-cü il tarixindən hesablanmaqla 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin hökm üzrə cinayət cəzası çəkən, Neftçala Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1978-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, Neftçala Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 15 dekabr 2021-ci il tarixindən hesablanmaqla 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Neftçala Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 21 oktyabr 2023-cü ildən hesablanmaqla 03 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 12 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Neftçala rayonunun Xıllı qəsəbəsindəki yaşayış olmayan evin həyətinə qanunsuz olaraq hasardan aşmaqla daxil olaraq Təqsirləndirilən şəxs1 gözətçilik etməsi şəraitində evin pəncərəsinin şüşəsini sındırıb evə qanunsuz daxil olub evin ikinci mərtəbəsindəki otaqdan 1 ədəd 15 manat dəyərində işıq gücləndiricisini, 1 ədəd 10 manat dəyərində «AKA DDR HS4» markalı kişi saçqırxan aparatını, evin birinci mərtəbəsindəki otaqdakı dolabdan 1 ədəd 200 manat dəyərində nərd oyun dəstini, 1 dəst 50 manat dəyərində yataq dəstinin üzlüklərini, 1 ədəd 100 manat dəyərində su səhəngini, 1 ədəd misdən olan 80 manat dəyərində teşti, 1 ədəd 50 manat dəyərində taxta ağardan aparatı, 1 ədəd 30 manat dəyərində «VEF-201» markalı radionu, 1 ədəd 3 manat dəyərində «TOLY» markalı radionu, 1 ədəd 35 manat dəyərində «SMENA-2» markalı fotoaparatı, 5 ədəd hər birinin dəyəri 1 manat olan mexaniki saçqırxanları, 1 ədəd 2 manat dəyərində olan ülgücü, 1 ədəd 3 hissəli dəyəri 10 manat olan 10 metrlik elektrik uzadıcısını və dəyəri 12,80 manat olan 16 metr uzunluğundakı ipi, ümumilikdə 602 manat 80 qəpik dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 15 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Neftçala rayonunun Xıllı qəsəbəsindəki evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdəki toyuq-cücə saxlanılan hindən 30 baş hər birinin dəyəri 3 manat olan cücələri və 10 baş hər birinin dəyəri 12 manat olan toyuqları, ümumilikdə 210 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar, 17 oktyabr 2023-cü il tarixdə saat 20.15 radələrində Zərərçəkmiş şəxs3 məxsus Neftçala rayonunun Xıllı qəsəbəsindəki evin qarşısında küçədən 1 ədəd 120 manat dəyərində «START-COOPERİER city stile» markalı, 26 təkər diametri olan qara rəngli velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar, 19 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Neftçala rayonunun Xıllı qəsəbəsindəki evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdəki toyuq-cücə saxlanılan hindən 6 baş hər birinin dəyəri 10 manat olan toyuqları və 6 baş hər birinin dəyəri 20 manat olan xoruzları, ümumilikdə 180 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 12 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Neftçala rayonunun Xıllı qəsəbəsindəki yaşayış olmayan evin həyətinə qanunsuz olaraq hasardan aşmaqla daxil olaraq gözətçilik etməsi şəraitində Təqsirləndirilən şəxs2 evin pəncərəsinin şüşəsini sındırıb evə qanunsuz daxil olub evin ikinci mərtəbəsindəki otaqdan 1 ədəd 15 manat dəyərində işıq gücləndiricisini, 1 ədəd 10 manat dəyərində «AKA DDR HS4» markalı kişi saçqırxan aparatını, evin birinci mərtəbəsindəki otaqdakı dolabdan 1 ədəd 200 manat dəyərində nərd oyun dəstini, 1 dəst 50 manat dəyərində yataq dəstinin üzlüklərini, 1 ədəd 100 manat dəyərində su səhəngini,1 ədəd misdən olan 80 manat dəyərində teşti, 1 ədəd 50 manat dəyərində taxta ağardan aparatı, 1 ədəd 30 manat dəyərində «VEF-201» markalı radionu, 1 ədəd 3 manat dəyərində «TOLY» markalı radionu, 1 ədəd 35 manat dəyərində «SMENA-2» markalı fotoaparatı, 5 ədəd hər birinin dəyəri 1 manat olan mexaniki saçqırxanları, 1 ədəd 2 manat dəyərində olan ülgücü, 1 ədəd 3 hissəli dəyəri 10 manat olan 10 metrlik elektrik uzadıcısını və dəyəri 12,80 manat olan 16 metr uzunluğunda ipi, ümumilikdə 602 manat 80 qəpik dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir və fəhləlik edərək dolanır. 17 oktyabr 2023-cü il tarixdə saat 20.15 radələrində həmyerlisi Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısından tək piyada gəzə-gəzə keçmiş və bu zaman sonuncunun yaşadığı evin qarşısında «START-COOPERİER city stile» markalı, 26 təkər diametri olan qara rəngli velosipedin dayandığını görmüşdür. Həmin velosipedin Bilala məxsus olduğunu təxmin etmişdir, çünki onu velosiped idarə edərkən görmüşdür. Qeyd edir ki, narkotik vasitə aludəçisidir və əldə etdiyi halda mütəmadi olaraq onu qəbul edir. Velosipedi görən kimi qərara gəlmişdir ki, onu oğurlayaraq aparıb satsın və puluna özü üçün qəbul etməyə narkotik vasitə olan heroin əldə etsin. Velosipedi oradan oğurlayıb və onu Kür çayının sahilindəki bəndin üzəri ilə sürə-sürə təxminən saat 23 radələrində Salyan şəhərinə gəlib çatmışdır. Salyan şəhərində «kolxoz» bazarının yaxınlığında həmin oğurladığı velosipedi satmaq istəsə də müştəri tapa bilmədiyi üçün onu sata bilməmiş və yenə də sürə-sürə yaşadığı Neftçala rayonu, Xıllı qəsəbəsinə gətirib evinin həyətyanı sahəsində saxlamışdır. 19 oktyabr 2023-cü il tarixdə səhər saat 11 radələrində Salyan şəhərində məhkəmənin yaxınlığında olarkən Neftçala RPŞ-nin əməkdaşları onu saxlayaraq Neftçala RPŞ-nə gətirmişlər. Orada törətdiyi oğurluq cinayəti barədə tam və ətraflı olaraq məlumat vermiş, həmçinin oğurladığı velosipedi də istintaq orqanına təqdim etmişdir. Orada protokol tərtib olunaraq 3 ədəd fotoşəkil çəkilmişdir. O, protokolu öz imzası ilə təsdiqləmişdir. Bundan başqa 12 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Xıllı qəsəbəsində yaşayan həmyerlisi Zərərçəkmiş şəxs1 yaşayış olmayan evinin hasarını aşaraq həyətə daxil olmuş, evin şüşə pəncərəni sındırıb evə daxil olmuşdur. Evi axtarmağa başlamış, oradan iki ədəd radionu, fotoaparatı, udinliteli (elektrik uzadıcısını), 1 ədəd kişi saçqırxanını, 5 ədəd sadə mexaniki saçqırxanı, 1 ədəd ülgücü, 10 metr uzunluğunda olan ipi, 1 ədəd səhəngini, 1 ədəd işıq gücləndiricisini, 1 ədəd teşti və 1 ədəd taxta ağardan aparatı oğurlayaraq bayıra çıxmışdır. Evin həyətində həmin oğurladıqları əşyaları kisələrə yığıb oradan uzaqlaşmışdır. Həmin əşyalardan iki ədəd radionu, fotoaparatı, udinliteli (elektrik uzadıcısını), 1 ədəd kişi saçqırxanını, 5 ədəd sadə mexaniki saçqırxanı, 1 ədəd ülgücü və 10 metr uzunluğunda olan ipi aparıb tanışı Təqsirləndirilən şəxs1 bir müddət saxlaması üçün vermişdir. Həmin əşyalar köhnə olduğu üçün onların pula getməyəcəyini düşünmüşdür. Qalan əşyaları isə səhəri günü tanımadığı yol maşını ilə Salyan şəhərinə aparmış və orada dəmir məmulatları yığan tanımadığı şəxsə 28 manata satmışdır. Bundan başqa 15 oktyabr 2023cü il tarixdə saat 02 radələrində özü-özlüyündə qərarlaşdırmışdır ki, həmyerlisi Zərərçəkmiş şəxs2 evinin həyətinə daxil olsun və oradan bir şeylər oğurlaya biləcəyinə baxsın. Bu məqsədlə də Zərərçəkmiş şəxs2 yaşadığı evinin yaxınlığına gəlmişdir. Evin hasarından aşaraq həyətə daxil olmuş, bundan sonra evin həyətyanı sahəsində olan toyuq-cücə saxlanılan hindən 40 ədəd toyuq-cücə oğurlamışdır. Həmin oğurladığı quşların təxminən 30 ədədi cücə, 10 ədədi isə toyuq olub. Hadisənin səhəri günü tezdən tanımadığı yol maşını ilə toyuqları Salyan şəhər avtovağzalına aparıb orada onları tanımadığı bir nəfər qadına ümumən 150 (yüz əlli) manata satmışdır. Əldə etdiyi pulları öz şəxsi məqsədləri üçün xərcləyərək istifadə etmişdir. Bundan başqa 18 oktyabr 2023-cü il tarixdə pulsuzluq ucbatından yenə də oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də 2023-cü il oktyabr ayının 18-dən 19-nə keçən gecə həmyerlisi Zərərçəkmiş şəxs4 məxsus olan evin həyətyanı sahəsinə toyuq-cücə oğurlamaq niyyəti ilə hasardan aşaraq daxil olmuş, evin həyətyanı sahəsindəki hinə girib, oradan 6 ədəd xoruzla 6 ədəd toyuğu oğurlayaraq iplə ayaqlarını bağlamış, bundan sonra da hasardan aşaraq küçəyə çıxmışdır. Həmin vaxt saat 02 və ya 03 radələri olmuşdur. Birbaşa oradan Neftçala-Salyan magistral yoluna çıxaraq tanımadığı yol maşını ilə səhərə yaxın Salyan şəhərinə gəlib çatmışdır. Salyan şəhər avtomobil dairəsindəki «Salyan şəhər avtovağzal» bazarında həmin toyuqları və xoruzları 5 manatdan tanımadığı bir qadına satmış və bundan sonra da oradan uzaqlaşaraq yaşadığı Neftçala rayonu, Xıllı qəsəbəsinə qayıtmışdır. Törətdiyi oğurluq hadisələrinin hamısını polis əməkdaşlarına etiraf etmiş, danışmışdır. Qeyd etdiklərindən başqa oğurluq etməmişdir. Natiq və ya başqa şəxslər onunla oğurluqda olmamış, bütün oğurluq əməllərini yalnız özü, təkbaşına törətmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, heç bir yerdə işləmir və fəhləlik edərək dolanır. Təqsirləndirilən şəxs2 onun həmyerlisidir. Onunla həmişə yaxşı və səmimi münasibətləri olub, lakin Babakişi ilə hər hansı bir oğurluq hadisəsində iştirak etməyib. Qeyd edir ki, Babakişi ona 12 oktyabr 2023-cü il tarixdə içərisində iki ədəd radio, fotoaparat, udlinlitel, 1 ədəd kişi saçqırxanı, 5 ədəd sadə mexaniki saçqırxan, 1 ədəd ülgüc və 10 metr uzunluğunda ip olan kisəni saxlaması üçün ona vermişdir. Həmin əşyaların oğurluq olmasını, onları Babakişinin hansı yolla əldə etməsini həmin vaxt bilməyib. Sonradan ona məlum olub ki, Babakişi ona saxlaması üçün verdiyi əşyalar oğurluq olub. Həmin əşyaları yaşadığı evə aparmamış, onları satmamış, elə kisədəcə aparıb yaşadığı evin yaxınlığındakı zibillikdə, yulğun ağaclarının yanında gizlətmişdir. Sonradan isə Babakişi həmin əşyaları özü gəlib ondan təhvil alıb. İlkin istintaq zamanı polis əməkdaşlarına sadəcə əşyaları gizlətdiyi yeri göstərmişdir. İş üzrə heç bir təqsirinin olmadığını bildirərək ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır, evdar qadındır. Yaşadığı qəsəbədə ata yurdu var. Ailədə 3 bacı olublar və üçü də ailə quraraq həmin evdən gəlin köçüblər. 2021-ci ildə anası Solmaz, 2022-ci ildə isə atası Sədi vəfat etdikdən sonra Xıllı qəsəbəsində olan ata yurdu sahibsiz qalmışdır. Lakin, atası Sədi dünyasını dəyişməzdən əvvəl Xıllı qəsəbəsindəki fərdi yaşayış evini əşyaları ilə birlikdə ona vermişdir. Hərdən bir o, gedib həmin evə nəzarət edərək baxmışdır. Axırıncı dəfə bacısı Gülşad ilə 07 oktyabr 2023-cü il tarixdə evə baxmağa gedərkən bütün əşyalar yerində olub. 14 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində yenə də bacısı Gülşad ilə evə baxmağa gedərkən, evə giriş qapısının şüşəsinin çıxardılıb yerə qoyulduğunu görmüşdür. Qapını açıb evə çıxarkən evin 2-ci mərtəbəsindəki 2-ci otağın pəncərələrindən birinin şüşəsinin sındığını, pəncərələrinin də açıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxarkən hər iki otaqda dolabların açlıdığını, içərisində olan əşyaların isə yerə dağıdıldığını görmüşlər. Heç nəyə əl vurmayıb və gec olduğu üçün evə qayıtmışlar. Səhəri gün yəni, 15 oktyabr 2023-cü il tarixdə bu barədə DİN-nin «102» xidmətinə zəng edərək məlumat vermiş və yalnız polislər gəldikdən sonra onlarla birlikdə evə girmişlər. Evə baxış zaman məlum olmuşdur ki, evin 2-ci mərtəbəsindəki otaqdan 15 manat dəyərində işıq gücləndiricisi, 10 manat dəyərində atasından qalmış kişi saçqırxan aparatı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış, evə giriş qapısının və evin pəncərələrinin şüşəsinin sındırılması nəticəsində 15 manat maddi ziyan dəymişdir. Ümumilikdə naməlum şəxs və ya şəxslər ona 40 manat ziyan vurmaları barədə ərizə ilə Neftçala RPŞ-nə müraciət etmişdir. Lakin Neftçala rayonu, Qaçaqkənd kəndində yaşayan bacısı Güllər gələndən sonra təkrar evə baxanda evin 1-ci mərtəbəsindəki otağın dolabından isə 1 ədəd 200 manat dəyərində olan nərdtaxtanın, 50 manat dəyərində yataq dəsti üzlüklərinin, 1 ədəd 100 manat dəyərində su səhənginin, 1 ədəd misdən olan 80 manat dəyərində teştin, 1 ədəd 50 manat dəyərində taxta ağardan aparatın, 1 ədəd 3 manat dəyərində «Toly» markalı radionun, 1 ədəd 30 manat dəyərində «VEF» markalı radionun, 1 ədəd 35 manat dəyərində fotoaparatın, 5 ədəd hər biri təxminən 1 manat olan mexaniki saçqırxanların, 1 ədəd 2 manat dəyərindəki kişi üzqırxan ülgücünün, 13 manat dəyərində ağ rəngli ipin və 10 manat dəyərində elektrik uzadıcısının oğurlandığını aşkar etmişlər. Oğurluq hadisəsi nəticəsində onun ata evindən ümumilikdə 618 (altı yüz on səkkiz) manat dəyərində əşyalar oğurlanıbdır. Evindən oğurluq edən şəxslərin həmyerliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması sonradan ona məlum olubdur. Oğurlanmış əşyalardan bəziləri, o cümlədən «AKA DDR HS4» markalı saçqırxan aparatı, «VEF-201» markalı radio, «TOLY» markalı radio, «SMENA-2» markalı fotoaparat, 5 ədəd saçqırxan, 16 metr uzunluğunda ip və 10 metr uzunluğunda elektrik uzadıcısı ona qaytarılıb. Nərd dəsti, yataq dəstinin üzlükləri, su səhəngi, mis teşt, taxta ağardan aparatı və üzqırxan ülgücdən ibarət nisbətən bahalı əşyaları isə satılmışdır. Həmin əşyaların pulu ödənilməyib. Təqsirləndirilən şəxslərdən ona vurulmuş zərərin ödənilməsini tələb edir, əks təqdirdə onların layiqli şəkildə cəzalandırılmasını xahiş edir. Zərərçəkmiş şəxs3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir və fəhləlik edərək dolanır. Onun özünə məxsus olan «START-COOPERİER city stile» markalı, 26 təkər diametri olan qara rəngli velosipedi var və həmin velosipedi özü idarə edir. Həmin velosipedi 600 (altı yüz) manata təxminən 2023-cü ilin iyun ayında Bakı şəhərindən almışdır. 17 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı qəsəbədəki evinə gəlmiş və idarə etdiyi velosipedini yaşadığı evin küçə tərəfində yəni, darvazadan çöldə saxlamışdır. Evdə təxminən yarım saat qaldıqdan sonra saat 20.30 radələrində küçəyə çıxmışdır. Bu zaman velosipedinin yerində olmadığını görmüş və başa düşmüşdür ki, velosipedi oğurlanıbdır. İlk dəfə belə bir halla rastlaşdığı üçün özünü itirmiş və polisə müraciət etməmişdir. Velosipedini özü axtarmağa başlamışdır. Lakin heç bir nəticə əldə edə bilmədiyi üçün 19 oktyabr 2023-cü il tarixdə Neftçala RPŞ-nə ərizə ilə müraciət edərək baş verənlər barədə bildirmişdir. Neftçala RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək orada lazımı sənədləşmə və protokollaşdırma işləri aparmışlar. Sonradan ona məlum olmuşdur ki, velosipedi həmyerlisi Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanıb. Velosipedi tapılaraq özünə qaytarılıbdır. Ona görə də Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Bakı şəhərində fərdi əməklə məşğul olaraq dolanır. 19 oktyabr 2023-cü il tarixdə saat 07 radələrində yaşadığı evin həyətyanı sahəsində olan toyuq-cücə saxladığı hinə baxarkən hindən 6 (altı) ədəd hər birinin qiyməti təxminən 20 (iyirmi) manat olan xoruzların və 6 (altı) ədəd hər birinin qiyməti təxminən 10 (on) manat olan toyuqların yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən naməlum şəraitdə oğurlandığını bilmişdir. Bu barədə polisə müraciət etməmiş və ev quşlarını özü axtarmağa başlamışdır. Lakin onları tapa bilmədiyi üçün məcbur qalaraq 24 oktyabr 2023-cü il tarixdə Neftçala RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən hadisə yerində lazımı sənədləşmə işləri aparılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 180 (yüz səksən) manat məbləğində maddi zərər dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onun yaşadığı evin həyətyanı sahəsindəki hindən toyuqlarını və xoruzalarını oğurlayan şəxs həmyerlisi və qonşusu olan Təqsirləndirilən şəxs2dur. Qeyd edir ki, cinayət hadisəsi nəticəsində ona dəymiş zərər ödənilməyib. Buna baxmayaraq, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 işin məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəmə baxışı iclasına gəlməmiş, lakin məhkəməyə ərizə verərək ona dəymiş maddi zərərin ödənilmədiyini, zərərin ödənilməsini tələb etdiyini, həmçinin işin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini məhkəmə iclaslarının və məhkəmə çıxışlarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Səfadər oğlu bildirmişdir ki, Neftçala RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala RPŞ-nin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 21 oktyabr 2023-cü il tarixdə Neftçala rayonu, Xıllı qəsəbə sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisində saxlayaraq Neftçala RPŞ-nə gətirilmişlər. Həmin əməliyyatda onunla birlikdə CAB-in əməliyyat müvəkkili, polis mayoru Şahid2 da iştirak etmişdir. Neftçala RPŞ-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində onların qəsəbə sakini Zərərçəkmiş şəxs1 yaşadığı evdən ev əşyalarını oğurladıqları və həmin əşyaları Salyan şəhərində dəmir məmulatlarının ticarəti ilə məşğul olan tanımadıqları şəxsə satdıqları müəyyən edilmişdir. Həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 qəsəbə sakinləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətyanı sahəsindəki hinlərdən ev quşlarını oğurlayaraq Salyan şəhəri ərazisindəki «Avtovağzal bazarı» deyilən ərazidə tanımadığı adamlara satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsəbə sakini Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında küçədə saxladığı velosipedi oğurlayaraq aparıb özünə məxsus olan evin həyətyanı sahəsində gizlətdiyi də müəyyən edilmişdir. Aparılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 oğurladığı Zərərçəkmiş şəxs3 məxsus olan velosipedi, Təqsirləndirilən şəxs1 isə Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisindəki yulğun ağaclarının yaxınlığındakı zibillikdə gizlətdiyi əşyaları polis əməkdaşlarına təqdim etmişlər. Onların hər biri törətdikləri cinayət əməllərini etiraf etmişlər. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 Səfadər oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə istintaqında araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmədiyinə baxmayaraq hər iki təqsirləndirilən şəxsin onlara ittiham olunan cinayət əməllərini törətməsi faktı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 iş üzrə ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə özünü ona ittiham olunan cinayət əməllərini törətməkdə təqsirli bilmiş və buna uyğun ifadələr vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkəməyə bildirdikləri onun ibtidai istintaq dövründə verdiyi ifadələrlə ziddiyyət təşkil etməklə yanaşı, digər Təqsirləndirilən şəxs2 işin ibtidai istintaqı dövründə verdiyi ifadələrə, o cümlədən məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri ilə təkzib olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin xüsusatları ilə bağlı məhkəməyə bildirdikləri qeyri-səmimi olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməllərini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 13 dekabr 2023-cü il tarixli 9/8511 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 225,80 manat müəyyən olunur. Qərarda göstərilən 1 ədəd kişi ülgücü təqdim edilmədiyindən və haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, habelə ona ittiham olunan oğurluq cinayətləri üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs2 Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 09 yanvar 2021-ci il tarixindən hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 4-cü bəndi tətbiq olunaraq yuxarıda göstərilən hökm üzrə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 04 ay 14 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (09 yanvar 2023-cü ildə probasiya qurumunun qeydiyyatından çıxarılıb). Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayəti yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs2 Salyan Rayon Məhkəməsinin 1(057)- 153/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 23 noyabr 2023-cü il tarixindən hesablanmaqla 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin hökm üzrə cəza çəkir. Bu səbəbdən təqsirləndirilən şəxsin Salyan Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzası ilə hazırkı hökmlə təyin ediləcək cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada – cinayətlərin məcmusu üzrə toplanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən «qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi» müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hazırda Salyan Rayon Məhkəməsinin 1(057)- 153/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli hökmünə əsasən hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində qətimkan tədbiri seçilməsi lüzumsuzdur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Qeyd olunur ki, Abuşov X3 Rayon Məhkəməsinin 1(053)111,2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 15 dekabr 2021-ci il tarixindən hesablanmaqla 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «START- COOPERİER city stile» markalı velosiped Zərərçəkmiş şəxs3 qaytarıldığından həmin zərərçəkmiş şəxsin sərəncamına, həmçinin iş üzrə digər maddi sübut kimi tanınmış «AKA DDR HS4» markalı saçqırxan aparatı, «VEF-201» markalı radio, «TOLY» markalı radio, «SMENA-2» markalı fotoaparat, 5 ədəd saçqırxan, 16 metr uzunluğunda ip və 10 metr uzunluğunda elektrik uzadıcısı Zərərçəkmiş şəxs1 qaytarıldığından həmin zərərçəkmiş şəxsin sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Salyan Rayon Məhkəməsinin 1(057)-153/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 oktyabr 2023cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hazırda Salyan Rayon Məhkəməsinin 1(057)-153/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli hökmünə əsasən hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 oktyabr 2023cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınmış “START-COORİER city stile” markalı velosiped Zərərçəkmiş şəxs3 qaytarıldığından həmin zərərçəkmiş şəxsin sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış “AKA DDR HS4” markalı saçqırxan aparatı, “VEF-201” markalı radio, “TOLY” markalı radio, “SMENA-2” markalı fotoaparat, 5 ədəd saçqırxan, 16 metr uzunluğunda ip və 10 metr uzunluğunda elektrik uzadıcısı Zərərçəkmiş şəxs1 qaytarıldığından həmin zərərçəkmiş şəxsin sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar