Məhkəmə qərarları › İş №1(053)-14/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-14/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-14/2024 03.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Qanuni nümayəndə1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, 22 avqust 1960-cı il tarixdə Neftçala rayonu, Qədimkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Kür- Araz çaylarında bəndlərin istismarı idarəsində sahə rəisi işləyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Boyat kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 14 dekabr 2023-cü il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə saat 13 radələrində Neftçala- Salyan avtomobil yolunun Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisindən keçən 15-ci km-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinə məxsus “Chevrolet Niva” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə 70 km/saat sürətlə Neftçala şəhəri istiqamətindən Salyan şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət edərək 1.1 üfüqi nişanlama xəttini kəsib keçməməli, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əsasən avtomobili sərxoş vəziyyətdə idarə etməməli, həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən 3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə avtomobili idarə etməməli olduğu halda, həmin tələblərə əməl etməyərək ehtiyatsızlıqdan idarə etdiyi “Chevrolet Niva” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağında Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hyundai i30” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilində olan sərnişinlər X1 döş qəfəsinin əzilməsi, qarnın küt travması ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət, Zərərçəkmiş şəxs5 qapalı kəllə beyin travması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət, Zərərçəkmiş şəxs4 sağ bud sümüyünün aşağı 1/3-nin açıq qəlpəli yerini dəyişən sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət, “Hyundai i30” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ sirkə kasasının arxa kənarının qapalı qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət və həmin avtomobildə olan sərnişin Əsgərov Yasǝr Baba oğlunun sağ budun və sağrı nahiyəsinin qançırı, sağ V qabırğanın yerini dəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almalarına və Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinə məxsus “Chevrolet Niva” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə 5.099 manat məbləğində və Zərərçəkmiş şəxs1 məxsus “Hyundai i30” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilə 16.500 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Boyat kəndində qeydiyyatda olmaqla orada yaşayır. Kür və Araz çaylarında bəndlərin istismar idarəsində rəis müavini işləyir. Həmin idarəyə məxsus “Chevrolet Niva” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü Nuhi idarə edir. Onun isə sürücülük vəsiqəsinin müddəti bitmişdir. Onlar həmin avtomobillə xidməti işlə əlaqədar olaraq müxtəlif əraziləri gəzirlər. O, 03 avqust 2023-cü il tarixdə axşam saatlarında evdə olanda bir qədər spirtli içki qəbul etmişdir. Səhəri günü, yəni 04 avqust 2023-cü il tarixdə səhər saatlarında nəvələrini avtomobillə dəniz sahilinə aparmaq qərarına gəlmişdir. Həmin günü Nuhi olmadığı üçün avtomobili özü idarə etmək istəmişdir. Buna görə o və həyat yoldaşı Yeganə nəvələri Leyla və Humayı da götürərək Neftçala rayonu, Şirvanlı kəndinə dəniz sahilinə getmişlər. Dəniz sahilində bir qədər vaxt keçirdikdən sonra həmin günü saat 13 radələrində evə gəlmişlər. Ondan başqa hamı arxa oturacaqda əyləşmişdir. Bu vaxt onun sürəti təxminən 70 km/saat olmuşdur. O, Xıllı körpüsü deyilən yerə çatmağına bir qədər qalmış bir baş it yolun solundan birdən onun yoluna qaçmışdır. O, həmin iti vurmamaq üçün sükanı sola çəkmişdir. Bu vaxt o, qarşı sol hərəkət hissəsinə keçmiş və həmin vaxt bir ağ rəngli avtomobilin körpüdən keçib gəldiyini görmüşdür. Bunu görən kimi o, dərhal sükanı nisbətən sola çəksə də o, qarşı hissədə təxminən 6-7 metr məsafə qət etdikdən sonra onun avtomobilinin sağ tərəfi ilə həmin avtomobilin sağ tərəfi toqquşmuşdur. Bu vaxt onlar hamısı xəsarət almışlar. Ətrafa adamlar yığışıb onlara kömək etmişlər. Daha sonra təcili yardım avtomobili gəlib onları xəstəxanaya aparmışdır. Hadisədən bir gün əvvəl bir qədər pivə içmişdir. O, qeyd etdiyi kimi it birdən onun yoluna qaçmışdır. O da həmin iti vurmamaq üçün qarşı sol hərəkət hissəsinə çıxmışdır. Bu vaxt isə bir avtomobil körpüdən çıxıb öz yoluyla gəldiyi üçün heç birisi avtomobili qaçıra bilməmiş və toqquşma baş vermişdir. O, həmin iti vurmamaq üçün qarşı sol hərəkət hissəsinə çıxmışdır. Hadisədən qabaq idarə etdiyi avtomobil saz vəziyətdə olmuşdur. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tam ödəmişdir. Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Boyat kəndində yaşayır. Kür-Araz çaylarında Bəndlərin istismarı İdarəsinin sürücüsü işləyir. Həmin idarəyə məxsus “Chevrolet Niva” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında o, idarə edir. O, və idarənin rəis müavini Təqsirləndirilən şəxs həmin avtomobillə xidməti işlə əlaqədar olaraq müxtəlif əraziləri gəzirlər. Nazimin sürücülük vəsiqəsinin müddəti qurtardığı üçün avtomobili o, idarə edir. Avtomobili o, idarə etsə də avtomobil bir qayda olaraq xidmətdən sonra Nazimdə qalır. 03 avqust 2023-cü il tarixdə də işdən sonra avtomobil Nazimdə qalmışdır. O, 04 avqust 2023-cü il tarixdə günorta saatlarında eşitmişdir ki, Nazim avtomobillə öz yaxınlarını götürərək dənizə getmiş və evə gələndə yol nəqliyyat hadisəsi baş vermişdir. Hazırda avtomobilə vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq idarəyə ödənilmişdir. Bu barədə heç bir şikayətləri və tələbləri yoxdur. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Onun özünə məxsus “Hyundai i30” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili və sürücülük vəsiqəsi vardır. O, həmin avtomobillə fərdi olaraq Bakı- Neftçala avtomobil yolunda taksi fəaliyyəti ilə məşğul olur. 04 avqust 2023-cü il tarixdə o, Bakı şəhərindən Neftçala şəhərinə gəlmişdir. Bu vaxt yolda müxtəlif yerlərdə sərnişinləri düşürdükdən sonra Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində adının sonradan Yasər olduğunu bildiyi bir nəfər şəxsi avtomobilə götürmüş və həmin şəxs arxa oturacaqda əyləşmişdir. Həmin günü saat təxminən 13 radələrində Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisində hərəkətdə olmuşdur. Bu vaxt sürəti təxminən 80-90 km/saat olmuşdur. O, Xıllı körpüsü deyilən yerə qalxdıqdan sonra təxminən 6-7 metr məsafədən yolunda bir avtomobilin gəldiyini görmüşdür. Bu vaxt o, tormozu sıxıb avtomobili əvvəl sağ tərəfə qaçırmaq istəmişdir. Həmin vaxt sağ tərəf beton olduğu üçün o, sükanı sola çəkmişdir. Bu vaxt onun yolunda avtomobilinin sağ tərəfi ilə həmin avtomobilin sağ tərəfi toqquşmuşdur. O və sərnişini xəsarət almışlar. Daha sonra təcili yardım avtomobili gəldikdə onları xəstəxanaya yola salmışlar. Hadisədən əvvəl sərxoş olmamışdır. O, umumiyyətlə içki içmir. Qeyd etdiyi kimi özü yolu ilə getmişdir. Körpünü keçən kimi təxminən 6-7 metr məsafədən həmin avtomobilin onun yolu ilə gəldiyini görmüşdür. O, hadisədən yayınmaq istəsə də toqquşma baş vermişdir. Hadisədən qabaq idarə etdiyi avtomobil saz vəziyətdə olmuşdur. Əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında dəymiş ziyanın ödənilməsi ilə bağlı vaxt istəmiş və onlar arasında razılaşma olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam olaraq ödədiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqdim etdiyi ərizəsinin nəzərə alınmaqla təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla orada yaşayır. 04 avqust 2023-cü il tarixdə o, şəxsi işiylə əlaqədar olaraq Neftçala şəhərinə gəlməli olmuşdur. O, bu məqsədlə Salyan-Neftçala avtomobil yolunun kənarında durub gözləməyə başlamışdır. Bu vaxt ağ rəngli bir avtomobil yanında saxlayıb sərnişin kimi onu götürmüşdür. Həmin vaxt ön tərəfdə başqa bir sərnişin əyləşmişdir. O, arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. Neftçala rayonu, Kürqarabucaq kəndindən keçəndə qabaqda oturan sərnişin avtomobildən düşmüşdür. Onlar yollarına davam etməyə başlamışlar. O, yolda söhbət vaxtı sürücünün adının Elşən olduğunu bilmişdir. Saat təxminən 13 radələri olmuşdur. Onlar Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisindən keçəndə körpünün üstün keçən kimi bir avtomobilin üstlərinə tərəf gəldiyini görmüşlər. Elşən nisbətən avtomobili sola çəkmişdir. Elşən nə qədər avtomobili qaçırmaq istəsə də, onların yollarında toqquşma baş vermişdir. Bunun nəticəsində onlar xəsarət almışlar. Bundan sonra ətrafa adamlar yığışmağa başlamışdır. Bir müddət sonra təcili yardım avtomobili gəlmişdir. Ona köməklik göstərib xəstəxanaya yola salmışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Boyat kəndində qeydiyyatda olmaqla orada yaşayır. Təqsirləndirilən şəxs onun əridir. 04 avqust 2023-cü il tarixdə səhər saatlarında onlar nəvələri Leyla və Humayı da götürərək Nazimin idarə etdiyi “Chevrolet Niva” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu, Şirvanlı kəndinə dəniz sahilinə getmişlər. Qayıdanda Xıllı körpüsü deyilən yerə çatmaqlarına bir qədər qalmış bir baş it yolun solundan birdən yollarına qaçmışdır. Nazim həmin iti vurmamaq üçün sükanı sola çəkmişdir. Bu vaxt onlar qarşı sol hərəkət hissəsinə keçmiş və qarşıdan gələn bir ağ rəngli avtomobillə toqquşmuşlar. Əlavə olaraq qeyd edir ki, onlar yol gələrkən sürətləri yüksək olmamışdır. Əri Nazimin sürücülük vəsiqəsi olmuş, lakin vaxtının bitməsini bilməmişdir. Onlar ailə qurandan ərinin sürücülük vəsiqəsi olmuşdur. İbtidai istintaqa verdiyi ifadəni dəqiqliyi ilə xatırlamır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İşin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Boyat kəndində qeydiyyatda olmaqla orada yaşayır. Təqsirləndirilən şəxs onun əridir. 04 avqust 2023-cü il tarixdə səhər saatlarında onlar nəvələri Leyla və Humayı da götürərək Nazimin idarə etdiyi “Chevrolet Niva” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu, Şirvanlı kəndinə dəniz sahilinə getmişlər. Onlar dəniz sahilində bir qədər vaxt keçirdikdən sonra həmin günü saat 13 radələrində evə gəlmişlər. O, nəvələri ilə arxa oturacaqda əyləşmişdir. Onlar Xıllı körpüsü deyilən yerə çatmaqlarına bir qədər qalmış bir baş it yolun solundan birdən yollarına qaçmışdır. Nazim həmin iti vurmamaq üçün sükanı sola çəkmişdir. Bu vaxt onlar qarşı sol hərəkət hissəsinə keçmiş və qarşıdan gələn bir ağ rəngli avtomobillə toqquşmuşlar. Bu vaxt onlar hamısı xəsarət almışlar. Bu vaxt ətrafa adamlar yığışıb kömək etmişlər. Daha sonra isə təcili yardım avtomobili gəlib onları xəstəxanaya aparmışdır. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs4 atası (qanuni nümayəndəsi) qismində dindirilmiş Qanuni nümayəndə1 bildirmişdir ki, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs4 isə qızıdır. Onlara dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs5 və anası (qanuni nümayəndəsi) Qanuni nümayəndə2 məhkəməyə gəlməmiş, lakin ərizə göndərərk Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Neftçala rayon polis şöbəsinin dövlət yol polis bölməsinin yol-patrul xidmətinin inspektoru vəzifəsində işləyir. 04 avqust 2023-cü il tarixdə saat təxminən 13 radələrində xidmətdə olduğu vaxt ona məlumat daxil olmuşdur ki, Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. O, bundan sonra dərhal əməliyyat istintaq qrupu ilə hadisə yerinə getmişdir. Orada hadisə yeri tərəflərindən müayinə olunmuşdur. Onlar orada müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə saat 13 radələrində idarə etdiyi “Chevrolet Niva” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala şəhəri istiqamətindən Salyan şəhəri istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağında Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hyundai i30” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sürücülər və avtomobillərdə olan sərnişinlər xəsarət almışlar. Hadisə yerinin müayinəsi zamanı orada protokol tərtib olunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və yuxarıda təsvir olunmuş ifadələrlə yanaşı iş üzrə toplanmış sübutlar, o cümlədən işə əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 18 avqust 2023-cü il tarixli 167 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1974-cü il təvəllüdlü Əsgərov Yasǝr Baba oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - Sağ budun və sağrı nahiyəsinin qançırı, sağ V qabırğanın yerini dəyişən sınığı küt aşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir”. 07 noyabr 2023-cü il tarixli 221 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət - Sağ sirkə kasasının arxa kənarının qapalı qəlpəli yerdəyişən sınığı küt əşya təsirindən törənmiş, qərarda göstarilən müddət və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir”. 07 noyabr 2023-ci il tarixli 222 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət Qapalı kəllə beyin travması küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərvurmaya aiddir”. 07 noyabr 2023-ci il tarixli 223 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət - Sağ bud sümüyün aşağı 1/3-nin açıq qəlpəli yerini dəyişən sınığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir”. 07 noyabr 2023-ci il tarixli 224 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət Döş qəfəsinin əzilməsi qarnın küt travması küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”. 07 noyabr 2023-ci il tarixli 224 A nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - Sağ İİ, İİİ, İV, V, və sol İİ, İİİ, İV, Vİ, Vİİ qabırğaların yerini dəyişən sınıqları küt əşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir”. 12 dekabr 2023-cü il tarixli 8/3526 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Niva markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinın tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Məmmədov avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə Hyundai i30 markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini əlavə hesabat aparmaqla texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs1 avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin Zərərçəkmiş şəxs1 məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur». “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu” dan görünür ki, Zərərçəkmiş şəxs1 sərxoşluq hallarının təyini məqsədilə tibbi müayinədən keçirilmiş, sürücünün ayıq olması və onda alkoqol əlamətlərinin olmaması müəyyən edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu” dan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq hallarının təyini məqsədilə tibbi müayinədən keçirilmiş, sürücünün orta dərəcəli sərxoş olması və onda alkoqol əlamətlərinin olması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Neftçala şəhərində fəaliyyət göstərən X3 maxsus avto təmir sexi tərəfindən təqdim olunmuş qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Hyundai i30” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobila 16.500 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş Neftçala şəhərində fəaliyyət göstərən X3 məxsus avto təmir sexi tərəfindən təqdim olunmuş qüsur aktından görünür ki, Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinə məxsus “Chevrolet Niva” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə 5.099 manat məbləğində maddi ziyan dəymişdir. Neftçala RPŞ-nin DYPB-nin 04 oktyabr 2023-cü il tarixli, 3-13-100/1- 10594/2023 nömrəli məktubunun qoşmasında olan DİN DYP WEB Portalından çıxarışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına AB 625882 B kateqoriyalı sürücülük vəsiqəsi vardır, lakin 17 mart 2021-ci il tarixdə sürücülük vəsiqəsinin müddəti bitmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Neftçala rayonu, İHB-nin Boyat kǝnd İƏDÜN-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 390 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X2 rayonunun Boyat kəndində yaşayır. Yaşayış yerindən verilən xasiyyətnamədə müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərlə və ailəsi ilə barışıq əldə etdiyini, dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, hadisədən bilavasitə sonra və daha sonralar zərərçəkmiş şəxslərə zəruri tibbi və s. yardım göstərilməsi üçün özündən asılı olan bütün tədbirləri gördüyünü, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs5 və qanuni nümayəndəsi Qanuni nümayəndə2 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını, yaşayış yerindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübüt kimi tanınmış “Chevrolet Niva” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün Nümayəndə məsul saxlanışa verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edəlməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübüt kimi tanınmış “Chevrolet Niva” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün Nümayəndə məsul saxlanışa verilməsi nəzərə alınsın. Hökmdən elan edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar