Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-15/2023 22.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, 03 - 05 avqust və 12 dekabr 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs oğlu, Şahid2 7.000 manat pul müqabilində “Neft Daşları”na işə düzəldəcəyini vəd verərək inandırıb, 02 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Neftçala şəhəri, 5-ci məhəllədəki evində 5.000 manat məbləğində pulunu, 25 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasında olan “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə ilə keçmiş arvadı Məhərrəmova (Abbasova) Nərmin Fətulla qızının adına olan "xxxx" KB ASC-də olan kart hesabına ödədiyi 2.000 manat məbləğində pulunu, vahid niyyətlə ümumilikdə 7.000 manat məbləğində, xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Neftçala şəhəri, 5-ci məhəllə ünvanında yaşayan Zərərçəkmiş şəxs tanıyır. 2019-cu ilin təxminən noyabr ayının axırları və ya dekabr ayının əvvəllərində Neftçala səhəri, 5-ci məhəllə ünvanında yaşayan Sakit onun mobil telefonuna zəng edərək onun «Neft Dasları»na işçi götüzdürmək imkanının olub-olmadığını soruşmuş, oğlunu həmin yerdə isə düzəltdirmək istədiyini bildirmişdir. Sakitə demişdir ki, adam var 7.000 manata düzəltdirə bilər, əslində həmin vaxt belə bir adam olmamışdır. Niyyəti isə bu idi ki, pulu alıb özü üçün xərcləsin. Bundan bir müddət sonra Sakit ona zəng edib ki, pulun 5.000 manatı hazır olduğunu bildirmişdir. O, da 5.000 manat pulu Sakitdən götürmək üçün 02 dekabr 2019-cu il tarixdə saat 19 radələrində taksi ilə Sakitin yaşadığı ünvana gedib, evində oturub söhbət etmişdir. Sakitə işə başlaması üçün 5.000 manatı indi, qalan 2.000 manatı da 1 ay ərzində verməli olduğunu demişdir. Həmin vaxt Sakitin ailə üzvləri - uşaqları və arvadı evdə olmuşlar. Sakit ailə üzvlərinin hamısının yanında 5.000 manat pulu ona vermişdir. O, da 5.000 manat pulu və pulla bərabər Sakitin oğlu Elnurun şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin də surətini onlardan alıb götürüb Salyan şəhərinə gəlmişdir. Həmin gün Salyandan taksi ilə Bakı şəhərinə getmiş, Bakı şəhərində həmin pulu 1-2 həftə ərzində özü üçün xərcləmişdir. Sakitin oğlunun işə düzəlməsi üçün hər hansı bir cəhd etməmişdir. Bundan sonra təxminən 2020-ci ilin yanvar ayında Sakit ona zəng vurub demişdir ki, oğlu Elnurun işə düzəldiləcəyi müqabilində qalan 2.000 manat pul hazırdır. O, da demişdir ki, göndər. Həmin vaxtı Salyan şəhərində olmuşdur. Buna görə keçmiş arvadı Şahid3 adına olan “5243-7544-1096-6335” nömrəli “albalı” kartın nömrəsini Sakitə vermişdir. Sakit də həmin gün axşam saatlarında keçmiş arvadı Nərminin adına olan kart hesabına 2.000 manat pul yükləmişdir. Həmin pulu "xxxx" KB ASC-nin Salyan filialında olan bankomatından çıxarıb Bakı şəhərinə getmiş və həmin pulu da öz istirahəti üçün 3-4 günə xərcləmişdir. Sonradan Sakit işi soruşmaq üçün zəng etdikdə demişdir ki, iş düzələcək. Problemlərdən qaçmaq üçün 05 fevral 2020-ci il tarixdə Türkiyə Respublikasına getmişdir. Orada 1 il 3 ay qalmışdır. Türkiyənin İstanbul şəhərində kafedə işləmiş, sonra qayıdıb Azərbaycana gəlmişdir. Fikirləşmişdir ki, imkanı olduqca həmin pulu hissə-hissə qaytarar. O, pulu almaq üçün arvadı Nərminin kartından istifadə etmişdir. Nərminin isə bunlardan xəbəri olmamışdır. Həmin pulları evə xərcləməmiş və hər dəfə pulu alanda işi var bəhanəsi ilə Bakı şəhərinə gedib orada özü üçün xərcləmişdir. Nərmin isə bu işlərdən o, Türkiyədə olanda xəbər tutmuşdur. Orada olanda ona demişdir ki, pul aldığı adamlar qapıya gəlmiş və pullarını tələb etmişlər. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala şəhəri 5-ci məhəllədə ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2019-cu ilin sentyabr ayında həmyerlisi Namik oğlu Elnura bildirmişdir ki, Xıllı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs hər gün onunla işə gedib-gəlir, “Neft Daşları»na işə düzəlmək istəyən varsa köməklik edə bilər. X3 Ramilin telefon nömrəsini alaraq evə gələndə ona bu barədə bildirmişdir. O, Ramilə zəng edərək onunla iş barəsində danışmışdır. Ramil ona bildirmişdir ki, “Neft Daşları»na oğlu Elnuru 7.000 manata işə düzəldə bilər. Evində o qədər pul olmadığından, o, 2019-cu ilin noyabr ayında qardaşı Yaşarın rayonun Boyat kəndində yaşayan qaynı İlhamdan 5.000 manat məbləğində borc pul almışdır ki, oğlu Elnuru işə düzəltmək üçün Ramilə versin. 02 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Ramil taksi ilə onun yaşadığı evə gəlmişdir. Onlar çay içərkən Ramil bildirmişdir ki, «5.000 verin, mən işə başlayım 2.000 manatı da bir aya verərsiniz». O, evdə oğlu Elnurun və arvadı Arifənin yanında Ramilə 5.000 manat pul vermişdir. 2020-ci ilin yanvar ayının ortalarında Ramil ona demişdir ki, qalan 2.000 manat pulu da vermək lazımdır. Həmçinin demişdir ki, 2.000 manat pulu nömrəsi yadında qalmayan kart hesabına köçürmək lazımdır. Həmin kart hesabı "xxxx"a məxsus Nərmin adlı şəxsə aid olmuşdur. 25 yanvar 2020-ci il tarixdə o, özündə olan 2.000 manat pulu götürüb, həmin gün saat 20 radələrində Neftçala şəhəri Heydər Əliyev prospektində yerləşən ərzaq mağazasının içərisində olan “MilliÖn” elektron ödəmə terminalına yaxınlaşıb Ramilə zəng etmişdir. Ramil telefonla ona kart hesabı nömrəsi demiş və ödəməni izah edərək 2.000 manatı onun dediyi kart hesabına ödəmişdir. Ramil ondan 2.000 manatı alandan 2 gün sonra Elnurun nə vaxtdan işə çıxacağını soruşmaq məqsədi ilə ona zəng etmişdir. Lakin onun telefonu bağlı olmuşdur. Onun yaşadığı ünvana getmiş, anası onu qarşılamışdır. Ramilin harada olduğunu soruşanda, bildirmişdir ki, Ramil Türkiyə Respublikasına gedib. Nə vaxtı gələcəyini də bilmir. Həmin anda bilmişdir ki, Ramil onu aldadaraq 7.000 manat pulunu alaraq vədinə əməl etməyərək oğlu Elnuru işə düzəltməmişdir. X1 Respublikasından qayıdandan sonra dəfələrlə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ondan pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxtdan sonra Ramil telefona cavab verməmiş və onun pulunu da qaytarmamışdır. Ona görə də məcbur olub 30 noyabr 2020-ci il tarixdə "xxxx"dan 5.000 manat kredit götürüb İlhama olan borcunu qaytarmışdır. Ramil ara-sıra ona zəng edib pulu qaytaracağını desə də heç bir ödəniş etməmişdir. Bundan sonra “Unibank»dan öz adına 01 sentyabr 2021-ci il tarixdə 8.000 manat pul götürmüşdür. Görmüşdür ki, bankın faizləri çoxdur, ödəyə bilmir. “Unibank»ın faizləri çox olduğundan Neftçala şəhərində yerləşən “Xalq Bank”dan 2022-ci ilin yanvar ayında 22.000 manat kredit götürüb “Unibank»a olan borcunu ödəmişdir. Kredit götürməsi ilə bağlı bank sənədlərinin surətini ibtidai istintaq zamanı müstəntiqə təqdim etmişdir. Təqsirləndirilən şəxs oğlu Elnuru işə düzəltmək üçün pul verərkən, verdiyi pulu hər hansı vəzifəli şəxsə verəcəyini deməmişdir. Ramil təxminən 1 ildən artıq müddətdə Türkiyədə olmuşdur, onlara demişdir ki, gələn kimi pulu verəcəkdir, ona inanıb gözləmişlər. O, gələndən sonra da bir müddət müxtəlif bəhanələr etmiş, onlar da Ramilin vədlərinə inanmışlar. Nəhayət Ramilin yalan danışdığını görüb, ondan şikayət etmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs ilə razılıq əldə edib və hazırda ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alıb təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, oğlu Elnur 2019-cu ilin sentyabr ayında evdə bildirmişdir ki, Namiq adlı şəxs deyir ki, «Neft Daşları»nda işləyən və onun tanıdığı Təqsirləndirilən şəxs adında birisi işə adam düzəldə bilir. Həmin gün axşam əri Sakit evə gələndə onunla bu barədə məsləhətləşmişlər. Razılığa gəlmişlər ki, Ramili tapıb, ona pul verib Elnuru işə düzəltsinlər. Sakit 2019-cu ilin noyabr ayında rayonun Boyat kəndində yaşayan qohumları İlhamdan Ramilə verilməsi üçün 5.000 manat pulu borc olaraq almışdır. 02 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Ramil taksi ilə onların yaşadığı evə gəlmişdir. Ramil onlarda çay içmiş və həmin vaxt demişdir ki, «5.000 manat verin mən işə başlayım, qalıq 2.000 manatı da 1 əy ərzində verərsiniz». Əri Sakit 5.000 manat pulu onun və oğlu Elnurun yanında sayaraq Ramilə vermişdir. Bildirir ki, pul verdiyi günü də özü üçün qeyd etmişdir. Ramil pulu və Elnurun şəxsiyyət vəsiqəsi ilə hərbi biletinin surətini alıb çıxıb getmişdir. 25 yanvar 2020-ci il tarixdə Ramil Sakitə zəng edərək Elnurun işə düzəldiyini bildirib, qalan 2.000 manatı ödəmək lazım olduğunu demişdir. Sakit də evdə olan 2.000 manat pulu götürüb, karta ödəmək üçün həmin gün saat 20 radələrində evdən çıxmışdır. Qayıtdıqdan sonra isə pulu ödədiyini bildirmişdir. Ödəniş qəbzinin şəklini telefona çəkdikdən sonra qəbzi ona vermişdir. Qəbzi sonradan itirmişlər, şəkil isə telefondan necə olubsa silinmişdir. Pulu köçürəndən iki gün sonra Elnurun hansı tarixdən işə çıxacağını soruşmaq məqsədilə Sakit Ramilə zəng etmiş, Ramil telefonu açmamışdır. Belə olduqda Sakit onun anasının yaşadığı ünvana getmişdir. Evə gələndə bildirib ki, Ramil Türkiyəyə gedib, nə vaxt gələcəyini anası da bilmir. O, pulu da götürüb aradan çıxmışdır. 30 noyabr 2020-ci il tarixdə əri Sakit Salyan şəhərində yerləşən "xxxx"dan 5.000 manat kredit götürüb İlhama olan borcunu verdi. Dəfələrlə pulu qaytaracaqlarına dair Ramilin anası və özü vədlər versələr də, qaytarmadıqları üçün Sakit Neftçala Rayon Polis Şöbəsinə şikayət etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxsin və Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs 10 ildən çoxdur ki, tanıyır. “SOCAR”-ın avtobus sürücüsü olduğundan Ramili də mütəmadi olaraq işə aparıb gətirmişdir. O, da Neft Şirkətində qaz anbarında işləmişdir. 2019-cu ildə avtobusda eşitmişdir ki, Ramil işə adam düzəldir. Hətta eşitmiş və bilmişdir ki, avtobusdakı işçilərdən və onların qohumlarından işə düzəlmək məqsədilə Ramilə pul verənlər var. Bu söhbətlər 2019-cu ilin sentyabr-dekabr, 2020-ci ilin yanvar ayının axırlarına kimi olmuşdur. Zərərçəkmiş şəxs çoxdan tanıyır. Sakit və onun oğlu Elnur ona yaxınlaşıb bildirmişlər ki, Ramil adında Neftdə işləyən bir şəxs «Neft Daşları»na işə adam düzəldir. Bu barədə ondan soruşmuşlar. O, da bu haqda eşitdiyini və Ramilin telefon nömrəsini özləri danışması üçün ona vermişdir. Bu hadisə 2019-cu ilin sentyabr ayında olmuşdur. Daha sonra onlardan bir xəbəri olmamışdır. Həmin ilin dekabr ayının sonlarında X2 Rayon Mərkəzi Xəstəxanasında görmüşdür. Onlar qapıda rastlaşmışlar. İşin vəziyyətini soruşduqda Elnur Namiqə 5.000 manat pulu evdə Ramilə verdiyini, indi Ramilin 2.000 manatı istədiyini, işə çıxmaq üçün həmin pulu göndərəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayının 1-də eşitmişdir ki, Ramil məzuniyyətə çıxıb. Ondan sonra da Ramilin daha işə gəldiyini görməmişdir. Eşitmişdir ki, Ramil Türkiyəyə gedib. Daha sonra da pandemiya olduğundan Ramili görməmişdir. Lakin, telefonla əlaqə saxlayıb Sakitin pulunu qaytarmasını tələb etsə də, Ramil işi qaydasına qoyacağını bildirmişdir. Hətta bildirmişdir ki, «Elnurun bu işi alınmadı onu başqa işə düzəldəcək. Sən söhbətə qarışma». Ondan sonra Ramil onu heç bir işə düzəltməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Neftçala rayonu, Boyat kəndində ailəsi ilə birlikdə yaşayır. Sakit onun yeznəsinin qardaşıdır. Sakiti yaxşı insan kimi tanıyır. 2019-cu ilin noyabr ayında Sakit ona demişdir ki, oğlu Elnuru Ramil işə düzəltmək istəyir. Ancaq ona 7.000 manat pul lazımdır. O, da demişdir ki, heyvanları satmış və ona kömək edə bilər. Amma 7.000 manat yox, 5.000 manat pul verə bilər. Həmin gün öz evində oğlu Elnurun yanında Sakitə 5.000 manat pul vermişdir. Sakit demişdir ki, pulunu tezliklə qaytaracaq. O, pulu verdikdən sonra çıxıb getmişlər. Sonra Sakitlə söhbət edəndə o, demişdir ki, Ramil onları aldadıb və 7.000 manat pulunu alıb qaçıbdır. Daha sonra Sakit 2021-ci ilin qış vaxtı təxminən dekabr ayında onun 5.000 manat pulunu qaytarmışdır. Xatırlayır ki, Sakit onun pulunu qaytarmağa Ramilin evindən gəlmişdir. O, da Boyat kəndinə yola çıxmış və Sakit də gəlib yolüstü onun pulunu verib çıxıb getmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, iki nəfər yetkinlik yaşına çatmayan uşağının olduğunu, zərərçəkmiş şəxslə razılıq əldə etdiyini və sonuncunun ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 - 05 avqust və 12 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-15/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-15/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver