Məhkəmə qərarları › İş №1(053)-16/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-16/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-16/2023 22.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1993-cü ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala şəhəri, Köhnə qəsəbə, nömrəsiz ünvan üzrə qeydiyyatda olan və həmin yerdə yaşayan, əvvəllər məhkum olunmamış (Neftçala Rayon Məhkəməsinin l(053)-127/2022 nömrəli iş üzrə 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən azad edilib və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilib), Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan başqa bir cinayət işi ilə əlaqədar olaraq Neftçala Rayon Məhkəməsinin 4(053)- 2/2023 nömrəli iş üzrə 22 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində əvvəli 20 yanvar 2023-cü il tarixindən hesablanmaqla 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırkı iş üzrə barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü ildə saat 23 radələrində Neftçala şəhəri, Köhnə qəsəbədə birgə yaşadıqları evdə aralarında baş vermiş ailə-məişət münasibətləri zəminində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruqla üz nahiyəsinə, qayçı ilə isə sağ diz nahiyəsinə vurmaqla döyərək ona sağ budun aşağı 1/3 hissəsinin ön səthinin yarası ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək, qeyd etmişdir ki, Neftçala şəhəri, Köhnə qəsəbədə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 2008-ci ildən evlidir. Birgə nikahlarından 2022-ci il təvəllüdlü 11 aylıq Əli adlı bir uşağı var. Yeganə ilə son zamanlar ailədə yola getmədikləri, aralarında dəfələrlə mübahisə və münaqişələri olduğu üçün münasibətləri pozulmuş, hətta boşanma həddinə çatmışdır. Bundan əvvəl də 21 noyabr 2022-ci il tarixdə Yeganə ilə aralarında baş vermiş mübahisə zamanı Yeganəni döyərək xəsarət yetirmişdir. Həmin tarixdə Yeganənin şikayəti əsasında Neftçala Rayon Polis Şöbəsinin Təhqiqat qrupunda araşdırma aparılmış barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi məhkəməyədək sadələşdirilmiş icraat materialı toplanaraq baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Yeganə ilə barışdıqları üçün məhkəmə tərəfindən işə xitam verilmişdir. Sonuncu dəfə 31 dekabr 2022-ci il tarixdə aralarında mübahisə olduğu üçün evdən çıxmış, həmin vaxtdan da Neftçala şəhərində yaşayan bacısı Minarənin evində qalmışdır. Yeganə isə azyaşlı oğlu ilə birlikdə evdə tək qalmışdır. Sonradan isə Yeganənin başqa bir şəxslə əlaqəsindən şübhələndiyi üçün onu izləməyə başlamışdır. 03 yanvar 2023-cü il tarixdə saat 22.30 radələrində Yeganə ilə birgə yaşadıqları evə gəldikdə evdə Yeganənin Neftçala şəhər sakini kimi tanıdığı Eşqin adlı şəxslə olduğunu görmüşdür. Həmin vaxt aralarında baş vermiş mübahisə zamanı Eşqin adlı şəxs evdən bayıra çıxaraq oradan uzaqlaşmışdır. Yeganə ilə aralarında baş vermiş mübahisə zamanı yumruqla onun sifətinin sol nahiyəsinə, əlində olan qayçı ilə isə sağ diz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Sonra isə qayçını cibinə qoyaraq evdən çıxıb əsəbi halda bacısının evinə getmişdir. Yolda gedərkən bacısı Elnarənin evinin yaxınlığında qayçını orada olan kanala tullamışdır. Hadisə yaşadıqları evdə baş vermişdir. Yeganəyə xəsarət yetirən zaman tək olmuş və orada başqa heç kəs olmamışdır. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala şəhəri, Köhnə qəsəbədə ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxslə 2018-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 2022-ci il təvəllüdlü 11 aylıq Əli adlı uşağı var. Amidlə son zamanlar ailədə münaqişələri olduğu üçün bundan əvvəl də Amidin 21 noyabr 2022-ci il tarixdə onu döyərək xəsarət yetirməsi ilə bağlı Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında aparılan araşdırma nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Amidlə barışdığı üçün məhkəmə tərəfindən sadələşdirilmiş icraat materialına xitam verilmişdir. Sonradan isə Amidlə yenə ailə həyatlarına davam etməyə başlasalar da aralarında mübahisələri olduğu üçün ondan ayrılacağını qərarlaşdırmışdır. 31 dekabr 2022-ci il tarixdə Amidlə aralarında mübahisələri olduğu üçün Amid evdən çıxmış və həmin vaxtdan da Neftçala şəhərində yaşayan bacısının evində yaşamışdır. Neftçala şəhər sakini Şahid uzun müddətdir ki, tanıyır və sinif yoldaşı olmuşlar. Eşqinlə münasibətləri çox yaxşı olmuşdur. 03 yanvar 2023-cü il tarixdə ona 100 manat pul lazım olduğu üçün Eşqinə zəng edərək ondan 100 manat borc pul istəmişdir. Həmin gün saat 21.30 radələrində Eşqin onun yaşadığı ünvana gələrək küçə qapısından səsləndiyini eşidib bayıra çıxmışdır. Eşqin ona 100 manat pulu vermişdir və demişdir ki, nə vaxt imkanı olarsa onda qaytarar. O, da Eşqini çay içmək məqsədilə evə dəvət etmişdir. Eşqinlə evdə əyləşib çay içərkən saat 22:30 radələrində Amidin evə daxil olduğunu görmüşlər. Bu zaman Amid onlarla mübahisə edərək Eşqini evdən bayıra çıxarıb yola saldıqdan sonra onunla mübahisə etməyə başlamışdır. Aralarında baş vermiş mübahisə zamanı Amid qəfildən yumruqla onun sifətinin sol nahiyəsinə bir dəfə vurub, əlində olan qayçı ilə isə sağ diz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Sonra isə qayçını da götürüb evdən bayıra çıxaraq harasa getmişdir. Diz nahiyəsinin kəsilmişdeşilmiş hissəsinin qanını saxlamaq üçün özünə ilkin tibbi yardım göstərsə də, səhəri gün 04 yanvar 2023-cü il tarixdə diz nahiyəsinin şişdiyini və ağrılarının çoxaldığını görüb Neftçala Rayon Mərkəzi Xəstəxanasına müayinə olunmaq üçün getmişdir. Orada həkimlər diz nahiyəsini müayinə edərək tibbi yardım göstərdikdən sonra onu müalicəsini davam etdirilməsi üçün evə buraxmışlar. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində ailəsi ilə birlikdə yaşayır. Neftçala şəhəri. Köhnə qəsəbədə yaşayan Təqsirləndirilən şəxs və onun arvadı Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuşdur. Onun üçün də həmişə rastlaşdıqda görüşərək bir-birləri ilə hal-əhval tutmuşlar. Yeganə ilə onun əri Təqsirləndirilən şəxs arasında hər hansı bir münaqişənin olmasını bilməmişdir. 03 yanvar 2023-cü il tarixdə Yeganə ona zəng edərək qısa müddət ərzində qaytarmaqla 100 manat borc pul istəmişdir. Həmin vaxt özündə pul olmadığı üçün anasından alaraq həmin gün saat 21.30 radələrində Yeganənin yaşadığı ünvana gələrək küçə qapısından bayırda dayanıb Yeganəyə 100 manat pulu uzadaraq vermiş və nə vaxt imkanı olarsa qaytaracağını bildirmişdir. Həmin vaxt Yeganə israr edərək onu evə dəvət edib bir stəkan çayını içməsini xahiş etmişdir. Onun sözünü yerə salmayıb evə keçərək çay içərkən Yeganə ona əri Amidlə aralarında mütəmadi olaraq münaqişələrinin olduğunu danışdığı zaman Amidin evə daxil olduğunu görmüşdür. Bu zaman Amid onu evdə görərək mübahisə xarakterli söhbətlər etməyə başlasa da Amidə sinif yoldaşı kimi Yeganəyə borc olaraq pul vermək üçün gəldiyini bildirmişdir. Sonra isə Amid onu qapıdan yola salaraq ötürmüşdür. Oradan çıxdıqdan sonra evə gəlmişdir. Sonra isə Yeganə ilə Amidin arasında nə baş verdiyini bilməmişdir. Onların arasında baş vermiş mübahisə zamanı orada olmamış hadisənin hansı şəraitdə baş verdiyini görməmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 07 yanvar 2023-cü il tarixli 8 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi-müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Sağ budun aşağı 1/3-nin ön səthinin yarası deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni 03 yanvar 2023-cü il tarixdə qayçıyla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir". Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq olduğunu qeyd etməklə yanaşı vurğulayır ki, Niftiyev X1 Rayon Məhkəməsinin l(053)-127/2022 nömrəli iş üzrə 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən azad edilmiş və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Bu səbəbdən iş üzrə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin yenidən tətbiqi həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən mümkün deyil. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayətin ailə-məişət mübahisəsi zəminində törədildiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırda istintaqı aparılan başqa bir cinayət işi ilə əlaqədar Neftçala Rayon Məhkəməsinin 4(053)-2/2023 nömrəli iş üzrə 22 yanvar 2023-cü il tarixli qərarına əsasən həbsdə saxlanıldığı nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar