Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-17/2023 22.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Məmmədova Sədaqət Səadət qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1975-ci ildə Neftçala rayonu, Kür Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Neftçala rayonu, Kür Qarabucaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə, təxminən saat 16:30 radələrində Kür Qarabucaq kəndi ərazisində, aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı başı ilə qonşusu Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vurmaqla onu döyərək sonuncuya «Burunun yumuşaq toxumalarının şişkinliyi, gançırı, sıyrığı, burun sümüyünün sıngı» ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Neftçala rayonu, Kür Qarabucaq kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun uzaq qohumu, həm də qonşusudur. Zərərçəkmiş şəxsla bundan əvvəl də aralarında mübahisələri olduğu üçün uzun müddətdir ki, danışmayıb, küsülü qalmışlar. Təxminən 27 dekabr 2022-ci il tarixdə həyətində olan ağac parçalarını Bəxtiyarın hasarının kənarına atmışdır. 13 yanvar 2023-cü il tarixdə, saat təxminən 16:30 radələrində Bəxtiyarla küçədə rastlaşdıqda Bəxtiyar ona yaxınlaşaraq ağac parçalarını onun hasarının üzərinə atdığı üçün ağac parçalarından ibarət olan hasarının aşdığını bildirərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Bəxtiyar onun ailəsinin ünvanına əxlaqsız deyərək onu təhqir etdiyi üçün əsəblərini cilovlaya bilməyib başı ilə bir dəfə onun sifət nahiyyəsinə vuraraq ona xəsarət yetirib döymüşdür. Sonra isə oradan uzaqlaşaraq həyətinə getmişdir. Bəxtiyar isə bir neçə dəqiqə küçədə dayanıb onu təhqir etdikdən sonra ona əhəmiyyət vermədiyi üçün Bəxtiyarın hara getdiyini bilməmişdir. Hadisə Neftçala rayonu Kür Qarabucaq kəndində yaşadığı ünvanda, küçədə baş vermişdir. Həmin vaxt ətraf və yaxında kənar şəxslər olmamışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirsə də onu söyməmiş, təhqir etməmişdir. Törətdiyi əməlindən peşmandır. Hazırda barışdıqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2023-cü il tarixli, 12 saylı ekspertiza rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Burunun yumşaq toxumalarının şişkinliyi, qançırı, sıyrığı, burun sümüyünün sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş ilə vurma nəticəsində əmələ gələ bilərdi. Göstərilən əməl sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, eyni zamanda onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPMnin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-17/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-17/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver