Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-17/2024 13.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1972-ci il tarixdə Neftçala rayonu, 1-ci Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Neftçala rayonunun 1-ci Qaralı kəndində yaşayan, 09 fevral 2024-cü il tarixdə barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə, saat təxminən 23:00 radələrində Neftçala rayonunun 1-ci Qaralı kəndində yaşadıqları evdə məişət zəminində mübahisə zamanı, qəsdən yumruqla həyat yoldaşı Zərərçəkmiş şəxs vurub, ona sol göz orbitasının, sağ gözaltı nahiyyənin qançırları, sol gözün ağlı qişasının qansızması, burunun yumşaq toxumalarının şişkinliyi ilə nəticələnən və onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, arvadı Nəcabət evdə onun dostları ilə yeyib içməyini öz anasına dediyi üçün aralarında mübahisələr olmuşdur. Onun həyat yoldaşı Nəcabətdən heç bir narazılığı yoxdur. O, əvvəllər heç vaxt arvadı Nəcabəti döyməyib. Qaynı Rüfət onun haqqında pis söz demiş və ona görə də o, 02 yanvar 2024-cü il tarixdə, saat təxminən 23:00 radələrində 1-ci Qaralı kəndində yaşadıqları evdə arvadı Nəcabətə demişdir ki, “zəng elə qardaşın Rüfəti çağır, mənim haqqımda pis söz deyib”. Nəcabət də bildirmişdir ki, çağırmır. Ona görə də aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, əsəbləşib yumruqla arvadı Nəcabətin sifətindən vurmuşdur. Hadisə vaxtı evdə o və arvadı Nəcabət olmuş, başqa heç kim olmamışdır. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2000-ci ildə qonşusu 1-ci Qaralı kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş, 21 yaşlı Aysun adlı qızı, 22 yaşlı Abdulla adlı oğlu vardır. Əri Əlibaba daim spirtli içki içib evdə onunla mübahisə etdiyi üçün münasibətləri yaxşı olmayıb. Hazırda da həmin vəziyyətdədir. Əvvəllər bir neçə dəfə əri Əlbaba sərxoş vəziyyətdə onunla mübahisə edib münaqişə yaradıb, lakin ailəsi dağılmasın deyə şikayət etməyib. 02 yanvar 2024-cü il tarixdə, saat təxminən 23:00 radələrində 1-ci Qaralı kəndində yaşadıqları evdə yatdığı vaxt sərxoş vəziyyətdə olan əri Əlbaba onu yuxudan oyadıb onunla mübahisə edərək demişdir ki, “zəng elə qardaşın Rüfəti çağır, sən ona arxalanırsan”. O, qardaşını çağırmayıb, bundan sonra əri Əlbaba onunla mübahisə edərək yumruqla burnundan və sifətindən vurub ona xəsarətlər yetirmişdir. Hadisə vaxtı evdə o və əri Əlbaba olmuş, başqa heç kim olmamışdır. Hadisədən sonra hər gün əri Əlibaba onun evdən çıxmağını tələb etmiş, ona görə də 05 yanvar 2024-cü il tarixdə o, Qədimkənd kəndində yaşayan anası Nigarın evinə getmiş və hazırda da oradadır. Zərərçəkmiş şəxs, həmçinin, qeyd etmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə barışmasa da, həyat yoldaşının tutulmasını istəmir. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 09 yanvar 2024-cü il tarixli, 3 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Sol göz orbitasının, sağ gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasının qansızması, burnun yumşaq toxumalarının şişkinliyi küt əşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zǝrǝrvurmaya aiddir». Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli düzgün tövsif olunmuşdur. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin öz əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayətin ailə-məişət mübahisəsi zəminində törədildiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası daxilində cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-17/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-17/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver