Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-17/2025 09.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 10 fevral 2025-ci il tarixdə barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxışı iclasında, audio-video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisində yerləşən evində qohumu (bibisi) Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sinəsinə əli ilə bir dəfə zərbə vurub yerə yıxaraq Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin hematoması və qapalı kəllə-beyin travması ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, heç bir yerdə işləmir və İİ Qarabağ müharibəsi iştirakçısıdır. 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilmiş əməliyyatlar zamanı şəhid olmuş X3 onun bibisi Zərərçəkmiş şəxs oğludur. Camal və onun bacısı Şahid3 2016-ci ildə ailə qurmuşlar. Həmin nikahdan onların 2 qız övladları var. Camal şəhid olana qədər ailələrində heç bir narazılıq olmamışdır. Camaldan sonra qaynatası Şahid2 bacısı Həcərlə şəhidin pensiyasına və digər əmlaklara görə mübahisə etməyə başlamışlar. Həcər 22 sentyabr 2024-cü il tarixdə bütün bu səbəblərə görə qaynatasının evindən çıxıb onların yanına gəlmişdir. Bibisi Şəfiqə və Vüqar bundan sonra bacısı barəsində guya kiminləsə münasibətdə olması barədə əsassız sözlər danışmağa başlamışlar. Həmçinin nəvələrini görməyə gəlməsələr də Həcərin uşaqları bilərək onlara göstərmədiklərini iddia etmişlər. Bibisi Şəfiqə 27 noyabr 2024-cü il tarixdə, saat təxminən 14 radələrində qışqıraraq evlərinə gələrək Həcəri söyməyə başlayaraq evdə bir neçə əşyanı yerə ataraq dağınıq hala saldıqdan sonra masanı aşıraraq sındırmışdır. Bir neçə dəqiqə sonra atası özünü evə çatdırmışdır. Atası da Şəfiqənin hərəkətlərini görüb qolundan tutub evin qapısından həyətə çıxartmışdır. Onlar da arxasınca çıxmışlar. Həyətdə olanda Şəfiqə əlini atıb yerdən daş götürüb Həcǝrǝ atmaq istəyəndə o, əlindən tutub qoymamışdır. Lakin mübahisə vaxtı bibisi Şəfiqənin yaxasından tutaraq itələməmiş, yerə yıxmamış və onu döyməmişdir. Həyətdə olanda da Şəfiqə ilə Həcər bir-birlərini təhqir etmişlər. Sonra isə atası hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin «102» xidməti - zəng sistemləri mərkəzinə müraciət edərək polisin gəlməsini istəmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib Şəfiqəni sakitləşdirib aparmışlar. Hadisə zamanı orada o, bacısı Həcər, arvadı Xatirə, anası Ruhəngiz və bacısının qaynanası Şəfiqə olmuşdur. Hadisə təxminən 15-20 dəqiqə ərzində baş vermiş və hadisə zamanı o, heç bir bədən xəsarəti almamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, özü heç bir yerdə işləmir və evdar qadındır. O, Vətən Müharibəsi şəhidi X1 anasıdır. Onun qardaşı Şahid1 qızı Həcər onun gəlinidir. Belə ki, Həcər onun şəhid olan oğlunun arvadıdır. Onların birgə nikahından iki azyaşlı uşaqları var. 2024-cü ilin 22 sentyabr tarixidən etibarən gəlini Həcər onun evindən uşaqlarını da götürüb gedmiş və kənddə atasına məxsus olan evdə valideynləri ilə birlikdə yaşayır. Gəlini Həcər evdən getdiyi vaxtdan etibarən onun nəvələrini ona göstərməmiş və uşaqları da ondan gizlədir. 27 noyabr 2024-cü il tarixdə, günorta saat təxminən 13 radələrində o, qardaşı Şahmarın evinə zəng vurub və gəlini Həcərlə telefonla danışıb başa salmaq istəmişdir ki, nəvələrini görmək istəyir. Telefonu qardaşının gəlini Xatirə götürmüşdür. Xatirə telefonun dəstəyini danışmaq üçün Həcərə versə də Həcər ona hörmətsizlik edib onunla daşımayıb və telefonun dəstəyini yerə atmışdır. Həmin gün o, saat 14 radələrində tək nəvələrini görmək üçün kənddə yaxınlıqda yaşayan qardaşının evinə getmişdir. Evə gedib çatan kimi nəvələri üçün darıxdığını və onlarla görüşmək istədiyini demişdir. Bu zaman qardaşı oğlu İlqar evin içində iki əli ilə onun sinəsinə vurmuş və zərbənin təsirindən o, yerə yıxılmışdır. Bu zaman onun başı əzilmişdir. Lakin o, ayağa dura bilmiş, bundan sonra qardaşı Şahmar ani olaraq evin içində peyda olmuş və onun qollarından tutaraq onu evdən kənara çıxarmaq üçün onu vurub itələmişdir. Bu zaman da o, bədənində möhkəm ağrı hiss etmişdir. Bundan sonra hadisə yerinə Neftçala RPŞ-in əməkdaşları gəlmiş və onu yaşadığı evə gətirmişlər. Hadisə zamanı orada o, qardaşı Şahmar, qardaşı oğlu İlqar, onun arvadı Xatirə, qardaşı arvadı Ruhəngiz və gəlini Həcər olmuşlar. Hadisə təxminən 30 dəqiqə ərzində baş vermişdir. Hadisə zamanı o, başından, sinəsindən və qollarından bədən xəsarəti almışdır. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs bildirdikləri ilə eyni məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, özü heç bir yerdə işləmir və 1992-ci il İ Qarabağ Müharibəsi iştirakçısıdır. Neftçala rayonu Xolqarabucaq kəndndə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır və qızı Şahid3 qaynanası olmaqla onunla eyni kənddə yaşayır. Kürəkəni həm də ki, bacısı oğlu Camal Səmədov “Vətən Müharibəsi” şəhididir. Camal şəhid olduqdan sonra qızı Hǝcǝr iki azyaşlı qızı ilə qaynana və qaynatasının himayəsində bir müddət yaşamışdır. Həcər 2024cü ilin sentyabr ayından qaynatası Şahid2 və qaynanası Zərərçəkmiş şəxs ilə yola getmədiyi üçün həmin vaxtdan da onun himayəsində yaşayır. 27 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində onunla eyni kənddə yaşayan qaynatasının evində olduğu zaman Həcər ona zəng edərək Şəfiqənin onlara gəlib uşaqları tələb edərək münaqişə yaratdığını bildirmişdir. Dərhal oradan çıxaraq evinə gəldikdə Şəfiqənin Həcərlə mübahisə etdiyini və yaşadığı evdə olan əşyaları yəni, masa və oturacağı dağıdaraq sındırıb ona maddi ziyan vurduğunu aşkar etmişdir. Qeyd olunan masanın sınması nəticəsində ona 350 (üç yüz əlli) manat maddi ziyan dəymişdir. Mübahisə zamanı bacısı Şəfiqəni sakitləşdirməyə çalışmışdır. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs Şəfiqənin yaxasından tutaraq itələyib onu yerə yıxmamış, vurmamış və döyməmişdir. Mübahisə zamanı Şəfiqənin qolundan tutaraq evdən bayıra çıxarsa da onu itələməmiş, yerə yıxmamış və döyməmişdir. Mübahisə zamanı Həcərlə Şəfiqə bir-birlərini təhqir etmişlər. Həmin vaxt Şəfiqəni sakitləşdirə bilmədiyi üçün Azərbaycan Respublikası DİN-nin “102” xidməti - zəng sistemləri mərkəzinə müraciət edərək polisin yaxınlaşmasını istəmişdir. Bir neçə dəqiqə sonra ərazinin polis əməkdaşları yaşadığı ünvana yaxınlaşaraq Şəfiqəni evinə aparmışlar. Hadisə yaşadıqları ünvanda, evdə baş vermişdir, həmin vaxt evdə ailə üzvlərindən başqa heç kəs olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsnın müvafiq cinayət əməlini törətməsi faktı özünün səmimi etirafı olmasa da, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 05 dekabr 2024-cü il tarixli, 241 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxsnun «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Başın ənsə nahiyəsinin hematoması, qapalı kəllə beyin travması küt əşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə,yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasın səbəb olan yüngül zərərvurmaya aiddir». Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Neftçala Rayon Məhkəməsinin 1(053)-76/2022 nömrəli hökmündən görünür ki, Səfərov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsilə təqsirli bilinib, ona 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə üzərində 06 ay sınaq müddəti müəyyən edilməklə ona təyin olunan 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin 07 fevral 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, Neftçala rayonu Xolqarabucaq kəndində anadan olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli ,1(053)-76/2022 saylı hökmü ilə 01 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum edilmiş, barəsində Azərbaycan Respublikası 70-ci maddəsi tətbiq edilməklə üzərində 06 ay sınaq müddəti müəyyən edilməklə ona təyin olunan 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatdığından Neftçala RİPŞ-da qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, eləcə də barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344–348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-17/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-17/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver