Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-18/2023 26.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 2000-ci ildə Neftçala rayonu, Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və həmin yerdə yaşayan, 09 – 10 noyabr 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının sonlarında, günü istintaqa məlum olmayan tarixdə gecə saatlarında həmkəndlisi – 23 avqust 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində 16 yaşının tamam olmadığını bilərək onunla könüllü olaraq anus dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını təmin edib seksual xarakterli hərəkətlər etmiş, daha sonra 2020-ci ilin noyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə gecə saatlarında Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində Kür çayının sahilindəki bəndin yaxınlığında Zərərçəkmiş şəxs ilə idarə etdiyi «Vaz 21074» markalı 10VH471 dövlət qeydiyyat nişanlı avtomobildə 16 yaşının tamam olmadığını bilərək onunla könüllü olaraq təbii yolla cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını pozub cinsi ehtirasını təmin etmiş, bundan başqa 2021-ci ilin mart ayında günü istintaqa məlum olmayan tarixdə Neftçala rayonu, Qaraqaşlı kəndində Zərərçəkmiş şəxs ilə öz yaşadığı evin həyətində 16 yaşının tamam olmadığını bilərək könüllü olaraq təbii yolla cinsi əlaqədə olaraq cinsi ehtirasını təmin etmiş, həmçinin 2021-ci ilin aprel ayından 2021-ci ilin avqust ayının əvvəlinə kimi olan müddət ərzində günü istintaqa məlum olmayan tarixlərdə Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində idarə etdiyi «Vaz 21074» markalı 90EE683 dövlət qeydiyyat nişanlı avtomobildə 16 yaşının tamam olmadığını bilərək Zərərçəkmiş şəxs ilə könüllü olaraq təbii yolla cinsi əlaqədə olaraq cinsi ehtirasını təmin etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ailəsi ilə birlikdə Neftçala rayonu, Qaraqaşlı kəndində yaşadığını bildirmişdir. Qeyd edir ki, 2020-ci ilin may ayında hərbi xidmətini başa vurub yaşadığı kəndə qayıtmışdır. Bir müddət sonra, təxminən yay aylarında kəndlərində Aysunu görmüş və ondan xoşu gəlmişdir. O, bir dəfə əvvəllər istifadə etdiyi öz instaqram hesabından Aysuna mesaj yazıb onu sevdiyini bildirmişdir. Aysun da həmin vaxt onu gördüyünü və bəyəndiyini demişdir. Beləliklə, onların münasibətləri yaranmışdır. Onlar mütəmadi olaraq mobil telefonda və sosial şəbəkələrdə danışmağa başlamışlar. Daha sonra Aysunla gizlin görüşmüşdür. Həmin vaxtlar sürdüyü «Vaz 2107» markalı, 10VH471 nömrəli avtomobildə Aysunla kənddə, Kür çayı sahilində görüşüb söhbət etmişlər. Bir dəfə təxminən 2020-ci ilin sentyabr ayının sonlarında Aysun görüşmək üçün onu öz həyətlərinə çağırmışdır. O, saat 01 radələrində Aysungilin həyətinə getmişdir. Bu vaxt onlar həyətdə olan daşdan hörülmüş su hovuzunun yaxınlığında öpüşməyə başlamışlar. O, həmin vaxt şalvarını dizinə qədər çəkmiş, həmçinin Aysun da öz şalvarını dizinə qədər çəkmişdir. Aysun arxasını ona çevirmiş və Aysunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt cinsi əlaqələri təxminən 5 dəqiqə ərzində davam etmişdir. Daha sonra o, çıxıb evinə getmişdir. Bundan sonra da Aysunla münasibətləri davam etmişdir. Aysunla 2021-ci ilin mart ayında da evdə heç kim olmayanda öz evlərinin həyətində görüşüb onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra o, avtomobilini dəyişib «Vaz 2107» markalı 90EE683 dövlət qeydiyyat nişanlı avtomobil alanda görüşmüşlər. Təxminən 2021-ci ilin aprel ayından başlayaraq həmin avtomobildə kəndlərində Kür çayının sahilindəki bəndin yaxınlığında görüşüb yenə də qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra Aysunun anası Məryam onların münasibətlərindən xəbər tutmuşdur. Məryam bir neçə dəfə onun anası Fəridə ilə danışıb onunla qızı Aysunu evləndirməyi anasına demişdir. Anası isə buna razı olmamışdır. 2022-ci ilin oktyabr ayından Aysunla münasibətləri kəsilmiş, bir də ona zəng etməmişdir. Sonradan Məryam haradansa Aysunla onun cinsi əlaqədə olduğunu eşitmişdir. O, özü heç kəsə bu barədə bir söz deməmişdir. Düzdür o, həmin vaxtlar idarə etdiyi «Vaz 2107» markalı 10VH471 avtomobilində Aysunla bir neçə dəfə görüşüb söhbət etmişdir, lakin onunla təbii yolla cinsi əlaqədə olmayıb. Ümumiyyətlə Aysunla yalnız qeyritəbii yolla cinsi əlaqələri olmuşdur. Lakin Aysun təxminən 3 ay əvvəl ona içkili halda onunla təbii yolla cinsi əlaqədə olduğunu demişdir. Özü isə Aysunla təbii yolla cinsi əlaqədə olduğunu xatırlamır. O, Aysunla onun razılığı və istəyi ilə cinsi münasibətdə olmuşdur və həmin vaxt ona qarşı hər hansı bir zor tətbiq etməmiş, lakin Aysunun 15 yaşında olduğunu bilmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, taksi sürücüsüdür və ailənin maddi ehtiyaclarını həmin fəaliyyətlə məşğul olmaqla ödəyir. Başqa bir qadınla qeyri-rəsmi olaraq ailə qurub, hazırda həmin qadınla və yaşlı anası ilə birlikdə yaşayır. Uşağı yoxdur və arvadı hamilə deyil. Atası vəfat edib. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Qeyd edir ki, arvadı onun barəsində cinayət işi başlandığını bildiyinə baxmayaraq, məhz hansı əmələ görə cinayət məsuliyyətinə cəlb edildiyini hazırda bilmir. Əgər bilərsə, çox güman ki, ailəsində də müəyyən narazılıqlar yaranacaq. Zərərçəkmiş şəxslə və sonuncunun anası ilə barışıq əldə etmiş, onlara müəyyən məbləğdə pul vermiş, həmçinin zərərçəkmiş şəxs ərə gedərkən ona cehiz əşyaları almışdır. Göstərilənləri, habelə əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş 23 avqust 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bildirmişdir ki, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq Neftçala rayonu, Qaraqaşlı kəndində ailəsi ilə birlikdə yaşayır. Hələ uşaq ikən valideynləri ayrılmış və o, boşanmadan sonra anasının yanında qalmışdır. Hazırda da anası ilə birlikdə yaşayır. 2011-ci ildən 2020-ci ilə qədər Salyan şəhərində yerləşən internat məktəbində 9-cu sinifə qədər təhsil almışdır. Təxminən 2020-ci ilin iyun ayında kənddə mağazaya və ya digər yerlərə gedərkən Murad özünə məxsus avtomobili ilə onun qarşısına çıxmışdır. Beləliklə, Muradı demək olar ki, hər gün görmüşdür. Sonradan o, bir neçə nəfərdən eşitmişdir ki, Muradın ondan xoşu gəlir. O, isə Murada xəbər göndərmişdir ki, bir də qarşısına çıxsa avtomobilinin şüşəsini sındıracaq. Murad bir dəfə onun əvvəllər istifadə etdiyi instaqram hesabına yazaraq ona tanışlıq təklif etmişdir. O, əvvəl razı olmasa da, onların danışdıqca münasibətləri yaranmış və beləcə Muradla mütəmadi olaraq danışmağa başlamışlar. Daha sonra o, Salyan şəhərində tibb bacısı kursuna getməyə başlamışdır. Həmin vaxtlar Muradla kəndlərində gizlin görüşmüşlər. Bir dəfə təxminən 2020-ci ilin sentyabr ayının sonlarında axşam vaxtı həyətlərində Muradla görüşmüşdür. Həmin vaxt Muradın həyətə gəlməsini heç kim görməmişdir. Murad onu öpməyə başlamış, o, da qarşılıq vermişdir. Daha sonra Murad paltarlarını soyundurmuşdur. Həmçinin özü də soyunmuşdur. Bundan sonra Murad onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra Murad çıxıb getmişdir. Bir müddət sonra, təxminən 2020-ci ilin noyabr ayının əvvəlində onlar Muradla kəndlərində dövlət nişanını xatırlamadığı avtomobildə Kür çayının sahilindəki bənd tərəfdə görüşmüşlər. O, hiss etmişdir ki, Murad bir qədər içkilidir. Həmin vaxt Murad onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan əvvəl heç kimlə cinsi əlaqədə olmamış, ilk dəfə olaraq Muradla təbii yolla cinsi əlaqədə olmuşdur. O, bir qədər ağrı hiss etsə də, avtomobilin içərisi qaranlıq olduğundan ondan qan gəldiyini görə bilməmişdir. Bundan başqa da o, 2021-ci ilin mart ayında heç kim olmayanda Muradın həyətinə getmiş və Murad onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Onlar 2021-ci aprel ayından 2021-ci ilin avqust ayının əvvəllərinə kimi mütəmadi olaraq Murada məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı başqa bir avtomobildə görüşüb təbii yolla cinsi əlaqədə olmuşlar. Onların bütün əlaqələri Neftçala rayonu, Qaraqaşlı kəndində olmuşdur. Bundan sonra bir müddət görüşməmişlər. Çünki həmin vaxtlar anası Məryam ondan şübhələnmişdir. Bir dəfə hətta Murad cinsi əlaqədə olduqdan sonra onu evə aparıb qoyub çıxanda anası təsadüfən gəlib görmüşdür. Həmin vaxt anası Muradla olan münasibətlərindən xəbər tutmuşdur. Anası bundan sonra Muradın anası Fəridəyə mobil telefonla zəng edib bu barədə xəbər vermişdir. Münasibətdə olduqları müddətdə Muradla bir neçə dəfə küsüb-barışmışlar. Hər dəfə mübahisələri Muradın tanımadığı başqa qızlarla danışmasına görə olmuşdur. 2022-ci ilin oktyabr ayında eyni səbəbə görə Muraddan ayrılmış və onunla danışmamışdır. Murad bundan sonra kənddə onun arxasınca danışmağa başlamışdır ki, bəs Aysunla cinsi əlaqədə olub. Bu söz də haradansa anasının qulağına çatmışdır. Anası ondan bu barədə xəbər aldıqda o, da hər şeyi olduğu kimi anasına danışmışdır. Murad onunla cinsi əlaqədə olarkən ona qarşı hər hansı zor tətbiq etməmiş və ya hədə-qorxu gəlməmişdir. Hər şey könüllü olmuşdur. Murad onunla cinsi əlaqədə olan dövrdə onun 16 yaşına çatmadığını bilmişdir. Bunu bir neçə dəfə söhbətləri zamanı Murada özü demişdir. Zərərçəkmiş şəxs qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı həmçinin zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Şəxsiyyət vəsiqəsinin (AA seriyalı ******* nömrəli) surətindən görünür ki, Zərərçəkmiş şəxs 23 avqust 2005-ci ildə Salyan şəhərində doğulmuşdur. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 10 noyabr 2022-ci il tarixli 240 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün hesab olunmasa da, müayinə olunanın göstərdiyi tarixdə pozulması inkar olunmur. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində, sfınktorda, düz bağırsağın girəcəyində hər hansı bir xəsarət aşkar olunmasa da onunla tək-tək hallarda cinsi əlaqədə olma inkar olunmur. Arxa keçəcəyin sfinktorun tonusunun bir qədər zəifləməsi bu nəticəyə gəlməyə əsas verir. Zərərçəkmiş şəxs cinsi nöqteyi-nəzərdən yetkindir. Xarici cinsiyyət üzvlərinin tam formalaşması, süd vəzilərinin kafi inkişafda olması və ikincili cinsi əlamətlərin inkişafı bunu sübut edən əlamətlərdən hesab olunur və o, cinsi əlaqəyə girmə qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olma sualına gəlincə isə «zorlama» hüquqi termin olduğuna görə onun müəyyən edilməsi məhkəmə tibbekspertinin səlahiyyətlərinə aid deyildir. Həmin xüsusatların dəqiqləşdirilməsində təhqiqat və ya istintaq materialları əhəmiyyət kəsb edə bilər». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslə və sonuncunun qanuni nümayəndəsi (anası) ilə barışıq əldə etdiyini, sonuncuların ona qarşı şikayətlərinin və tələblərinin olmadığını (onlara müəyyən məbləğdə pul vermiş, həmçinin zərərçəkmiş şəxs ərə gedərkən ona cehiz əşyaları almışdır), yaşlı anasının onunla birlikdə yaşadığını, deməsinə görə başqa bir qadınla qeyri-rəsmi ailə qurduğunu və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 – 10 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 aprel 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-18/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-18/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver