Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-19/2023 15.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2007-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, Ş.Orucov adına Neftçala rayonu, Həsənabad qəsəbə tam orta məktəbinin 9-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2022-ci ilin noyabr ayının əvvəlində, günü istintaqa məlum olmayan tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin pəncərələrindən birinin şüşəsini çıxarıb evə qanunsuz daxil olaraq, evdən dəyəri 50 (əlli) manat olan üz qırxmaq üçün nəzərdə tutulmuş dəsti, dəyəri 30 (otuz) manat olan 1(bir) ədəd "X2" markalı ətiri, hər birinin dəyəri 5 (beş) manat olan 2 (iki) ədəd dezodorantı, dəyəri 5 (beş) manat olan 1(bir) ədəd "Farmasy Tasty" markalı dezodorantı, dəyəri 500 (beş yüz) manat olan 1 (bir) ədəd "SWC" markalı qol saatını və dəyəri 70 (yetmiş) manat olan 1 (bir) ədəd bijuteriya boyunbağını, ümumilikdə isə 665 (altı yüz altmış beş) manat dəyərində olan əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ş.Orucov adına Neftçala rayonu, Həsənabad qəsəbə tam orta məktəbinin 9-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs onların qonşularıdır. Onların Şamillə hər hansı ədavətləri və ya qərəzli münasibətləri yoxdur. Həmişə bir qonşu kimi münasibətləri yaxşı olmuşdur. Şamil və yaxınları adətən Bakı şəhərində yaşayır, arabir isə yuxarıda qeyd olunan ünvandakı evlərinə gəlib-gedirlər. Təxminən 2022-ci il noyabr ayının əvvəlində o, Şamilgilin evinə oğurluğa girməyi qərara almışdır. Fikirləşmişdir ki, evdən nə tapsa satıb özü üçün xərcləyəcək. Saat 15 radələrində, küçədə gəzəndə heç kimin olmadığını görüb, hasardan Şamilin evinin həyətinə tullanmışdır. Evə yaxınlaşan zaman evin mətbəxinin qapısının açıq olduğunu görüb, içəri daxil olmuşdur. Orada evin pəncərələrindən birinin şüşəsinin mismarlarını əli ilə dartıb çıxarmış, şüşəni kənara qoymuş, evə girmiş, evi axtarmağa başlamışdır. Evin hamam otağından bir neçə üz qırxanı götürüb cibinə qoymuş, daha sonra evin yataq otağına keçmişdir. Orada dolabın üzərində bir ədəd saat, bir ədəd ətir, dezodorantlar və bir ədəd boyunbağı görmüşdür. O, əşyaları da cibinə yığmış, daha sonra evdən çıxmış, çıxartdığı şüşəni də yerinə keçirmişdir. Həmin vaxt şüşə bir qədər zədələnmişdir. Evdən götürdüyü əşyaları gətirib gizlincə həyətlərinin arxa tərəfində gizlətmişdir. Dezodorantın 2 (iki) ədədinin istifadə olunduğunu görüb həmin əşyaları qəsəbədə zibilliyə atmış, onda yalnız 1 (bir) ədədi qalmışdır. O, valideynlərinin qorxusundan həmin əşyaları qoyduğu yerdən çıxara bilməmişdir. 12 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onlara gəlmişdir. Ondan Şamilgildə baş vermiş hadisə barədə maraqlanmışlar. O, dərhal hər şeyi olduğu kimi etiraf edərək danışmışdır. Onu oğurluğ etməyə heç kim məcbur etməmişdir. Törətdiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü tək olmuşdur. Hazırda etdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxs işin 01 mart 2023-cü il tarixə təyin olunmuş məhkəmə baxışı zamanı bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. SOCAR-ın baş ofisinin operativ idarəetmə xidmətində böyük mühəndis vəzifəsində işləyir. Onlar arabir gəlib Neftçala rayonu, Həsənabad qəsəbəsindəki evlərinə baş çəkirlər. Sonuncu dəfə 23 sentyabr 2022-ci il tarixdə rayondakı evində olmuşlar. Həmin tarixdən sonrakı dövrdə evdə olmamışlar. Onlar 04 noyabr 2022-ci il tarixdə axşam rayondakı qeyd olunan evə gəlmişlər. Əvvəl evdə heç bir şeyə fikir verməmişdir. Səhəri günü, yəni 05 noyabr 2022-ci il tarixdə o, üzünü qırxmaq istədikdə görmüşdür ki, üz qırxmaq üçün olan dəst hamamda yoxdur. O, bu vaxt evǝ ətraflı baxmağa başlamış, mətbəxin pəncərəsinin şüşəsi çıxarılıb daha sonra da yerinə salındığını və yerinə salınanda da şüşənin bir qədər zədələndiyini aşkar etmişdir. Başa düşmüşdür ki, evə həmin yerdən girilmişdir. Evə daxil olmuş şəxs evin yataq otağındakı dolabdan 500 (beş yüz) manat dəyərində 1 (bir) ədəd Swc markalı kişi qol saatını, 30 (otuz) manat dəyərində 1 (bir) ədəd qadın ətrini, hər biri 5 (beş) manat dəyərində 3 (üç) ədəd dezodorantı, 70 (yetmiş) manat dəyərində gümüş boyunbağını, evin hamam otağından isə 50 (əlli) manat dəyərində üz qırxmaq üçün nəzərdə tutulmuş dəsti oğurlamışdır. Baş vermiş oğurluq nəticəsində ona təxminən 665 (altı yüz altmış beş) manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra polis əməkdaşları tərəfindən evində baş vermiş oğurluq hadisəsini qonşuları Təqsirləndirilən şəxs törətdiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Neftçala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 06 noyabr 2022-ci il tarixdə Neftçala RPŞ-nin məsul növbətçisi onu və CAB-nin digər əməkdaşlarını çağıraraq bildirmişdir ki, Neftçala rayonu, Həsənabad qəsəbə sakini Nağıyev X1 RPŞ-nə ərizə ilə müraciət edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Onlar dərhal əməliyyat istintaq qrupu ilə birlikdə hadisə yerinə getmiş, orada hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilmişdir. Baş vermiş hadisə barədə dərhal tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində tərəflərindən müəyyənləşdirilmişdir ki, baş vermiş cinayət hadisəsini yetkinlik yaşına çatamayan şəxs, Təqsirləndirilən şəxs törətmişdir. Odur ki, həmin şəxs atası Qanuni nümayəndə ilə birgə dindirilməsi üçün tərəflərindən Neftçala RPŞ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş materialları ilə də təsdiq edilir. 19 yanvar 2023-cü il tarixli, 9/333 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 122,80 (yüz iyirmi iki manat səksən qəpik) müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (“Gillete” markalı 3 (üç) ülgüclü birdəfəlik üzqırxan 1 (bir) ədəd 1 (bir) manat; “Gillete” markalı 2 (iki) ülgüclü birdəfəlik üzqırxan 3 (üç) ədəd 1,80 (bir manat səksən qəpik) manat; “X2” markalı ətir 1 (bir) ədəd 25,0 (iyirmi beş) manat; “Farmasi Tasty” markalı dezodorant 1 (bir) ədəd 5,0 (beş) manat, istifadə olunmuş “SWC” markalı qol saatı 1 (bir) ədəd 80,0 (səksən) manat, istifadə olunmuş bijuteriya boyunbağı 1 (bir) ədəd 10 (on) manat”). İş materiallarında olan şəxsiyyəti təstiq edən sənədlər üzrə axtarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2007-ci il tarixdə Neftçala şəhərində anadan olmuşdur. İş materiallarında olan və Neftçala rayonu İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məktəbli olmaqla intizamlı və əməksevər bir şəxs kimi kimi xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış, 21 noyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş, 01 mart 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənildiyindən heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslər cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 87.1-ci maddəsinə əsasən xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, məhkəmə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Həmin Qərarın 18-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinə əsasən məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə həmin şəxsləri cinayət məsuliyyətindən azad edə bilər. Yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk dəfə az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayan, Təqsirləndirilən şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunması mümkün olduğuna görə barəsində Azərbaycan Respublikası CM-nin 88-ci maddəsi tətbiq olunmaqla Xəbərdarlıq növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilməli, həmçinin o, müvafiq dövlət orqanının (yerli icra hakimiyyəti orqanı) nəzarətinə verilməklə cinayət məsuliyyətindən azad edilməlidir. Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışlarına nəzarəti həyata keçirmək vəzifəsi qoyulmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş cinayəti təkrar törədəcəyi halda yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyi izah edilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Gillete” markalı, 3 ülgüclü birdəfəlik üzqırxan, 03 (üç) ədəd “Gillete” markalı, 2 ülgüclü birdəfəlik üzqırxan, 01 (bir) ədəd “X2” markalı ətir, 01 (bir) ədəd “Farmasi Tasty” markalı dezodorant, 01 (bir) ədəd istifadə olunmuş “SWC” markalı qol saatı, 01 (bir) ədəd istifadə olunmuş bijuteriya boyunbağı Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 88-ci maddəsi tətbiq olunmaqla Xəbərdarlıq növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilsin, həmçinin o, Müvafiq dövlət orqanının (yerli icra hakimiyyəti orqanı) nəzarətinə verilməklə cinayət məsuliyyətindən azad edilsin. Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışlarına nəzarəti həyata keçirmək vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş cinayəti təkrar törədəcəyi halda yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyi izah edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Gillete” markalı, 3 ülgüclü birdəfəlik üzqırxan, 03 (üç) ədəd “Gillete” markalı, 2 ülgüclü birdəfəlik üzqırxan, 01 (bir) ədəd “X2” markalı ətir, 01 (bir) ədəd “Farmasi Tasty” markalı dezodorant, 01 (bir) ədəd istifadə olunmuş “SWC” markalı qol saatı, 01 (bir) ədəd istifadə olunmuş bijuteriya boyunbağı Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tutularaq dövlət nəfinə keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-19/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-19/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver