Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-20/2023 31.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə, 28 avqust 1980-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Nefçala şəhəri, E.Bağırov küçəsi ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 10 – 12 dekabr 2022-ci il tarixləri üzrə tutulmuş, 12 dekabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Cəlal Qurbanov küçəsi ilə Etibar Bəkirov küçələrinin kəsişməsində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun sol qolunun bazu nahiyyəsindən əli ilə tutub sıxaraq və həmin qolunun said nahiyyəsindən dəfələrlə yumruqla vuraraq Zərərçəkmiş şəxs sol bazunun şişkinlik və qançırı (hematoması), həmin nahiyyənin, sol saidin qançırlarından ibarət, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İş üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs “01 noyabr 2022-ci il tarixdə, saat 15:40 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində, Neftçala Rayon Məhkəməsinin qarşısında həmin gün məhkəmədə Zərərçəkmiş şəxs ilə aralarında rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxx 2008-ci il təvəllüdlü Şahid5 və xx xxx 2009-cu il təvəllüdlü Şahid6 ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi ilə bağlı qətnamə çıxarıldığı üçün Zərərçəkmiş şəxs övladları Şahid5 və Mənǝfova Gülay Elçin qızını özü ilə evlərinə aparmaq istəyərkən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yaxın qohumu hesab olunan atası X2, anası Şahid1, övladları Mənǝfov Nihat Elçin oğlu və Şahid6 gözlərinin qarşısında aşkar surətdə onlara əzab və işgəncə verdiyini dərk etməklə müstəsna qəddarlıq nümayiş etdirib xüsusi amansızlıqla Zərərçəkmiş şəxs sol ǝl nahiyəsinə yumruqla qəsdən vuraraq, ona sol əlin İV barmağında qançır və şişkinliyi, falanqasının yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur”. İttiham aktının nəticəvi hissəsində həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 127.2.2 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törədib. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə, saat 15:40 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində, Neftçala Rayon Məhkəməsinin qarşısında həmin gün məhkəmədə Zərərçəkmiş şəxs ilə aralarında rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxx 2008-ci il təvəllüdlü Şahid5 və xx xxx 2009-cu il təvəllüdlü Şahid6 ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi ilə bağlı qətnamə çıxarıldığı üçün Zərərçəkmiş şəxs övladları Şahid5 və Mənǝfova Gülay Elçin qızını özü ilə evlərinə aparmaq istəyərkən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yaxın qohumu hesab olunan atası X2, anası Şahid1, övladları Mənǝfov Nihat Elçin oğlu və Şahid6 yanında Zərərçəkmiş şəxs sol ǝl nahiyəsini sıxaraq ona sol əlin İV barmağında qançır və şişkinliyi, falanqasının yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, həmin Məcəllənin 127.2.2-ci maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, hazırda Neftçala şəhəri, E.Bağırov küçəsində yaşayır. İşi ilə əlaqədar Bakı şəhərinə gedib gəlir. Keçmiş arvadı Zərərçəkmiş şəxs ilə 2005-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2008-ci il tarixdə Nihat, 2009-cu il tarixdə isə Gülay adlı övladları olmuşdur. Ona məlum olmayan səbəblərdən Fatimə Mənǝfova ondan boşanmaqla bağlı təxininən bir ildir ki, Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin zaman iş məhkəmənin icraatında olmuşdur. O da həmin vaxtdan uşaqlarını özü ilə götürüb evdən çıxmış və başqa ünvanlarda kirayədə yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində idarə etdiyi "Opel Astra” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman Qaraçuxur qəsəbəsində yerləşən "Maşallah" marketin yaxınlığında Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. Həmin vaxtı Fatimə "Mitsubishi Pajero 10" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, söhbət etmək üçün idarə etdiyi avtomobillə Fatimənin avtomobilinə yaxınlaşmışdır. Belə ki, o, Fatimənin tək olmasından istifadə edərək boşanma səbəbini öyrənmək üçün onunla söhbət etmək istəmişdir. Fatimə boşanma ilə bağlı məhkəməyə müraciət etdiyindən onunla rastlaşdığı həmin vaxtadək heç vaxt təklikdə söhbət edə bilməmişdir. Elçin ona işarə etdikdən sonra Fatimə avtomobili saxlamış və o, Fatiməyə yaxınlaşmışdır. Bu zaman Fatimə Elçinin onu vurub xəsarət yetirəcəyini zənn edərək ayağını əyləcdən götürdüyü üçün idarə etdiyi avtomobilin ön tərəfi ilə Elçinin avtomobilinin arxa hissəsinə toxunmuşdur. Bu zaman oğlu Nihad onun idarə etdiyi avtomobildən düşüb yanına gəlmişdir. Fatimə ilə söhbət etdiyi zaman Fatimə qışqırmağa başlamışdır. Əvvəlcə avtomobilin şüşəsi yarım açılmış vəziyyətdə olsa da, sonradan Fatimə pəncərənin şüşəsini tam açmışdır. O, Fatimə ilə onun idarə etdiyi avtomobilin sürücü tərəfin pəncərəsindən içəri uzanıb qabaq sərnişin oturacağında olan Fatimənin mobil telefonunu götürüb avtomobilə toxunmazdan əvvəl kimlə danışdığını soruşmuşdur. Fatimə maşından düşüb dalınca gəlmişdir. Ətrafda olan camaat avtomobillərin toqquşması səbəbindən Fatimə ilə mübahisə etdiklərini düşündüklərindən o, utanaraq Fatimənin telefonunu özünə qaytarmışdır. Belə ki, onun mobil telefonuna baxaraq kiminlə danışdığını öyrəndikdən sonra telefonu özünə qaytaracaqmış. Sonra o, hadisə yerindən uzaqlaşmışdır. O Fatiməni vurmamışdır. Ona hər hansı bir bədən xəsarəti yetirməmişdir. Sonradan o, Suraxanı RPİ-nin 32-ci PB-nə çağırılmış və hadisə ilə bağlı izahat vermişdir. O, zərərçəkmiş Fatimə Mənǝfovanın yalan ifadə verdiyini, hadisənin öz ifadəsində göstərdiyi kimi baş verdiyini bildirmişdir. Qeyd edir ki, keçmiş arvadı Mənǝfova Fatimə Eynulla qızı ilə 2005-ci ildə ailə həyatı qurmuş, birgǝ nikahlarından 2008-ci il tarixdə Nihat, 2009-cu il tarixdə isə Gülay adlı övladları olmuşdur. 2021-ci ilin noyabr ayında xasiyyətləri düz gəlmədiyi üçün Fatimə Neftçala Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 15-də sonuncu məhkəmə iclası olmuşdur. Məhkəmə azyaşlı övladlarını Fatiməyə vermişdir. Belə ki, faktiki olaraq uşaqların onun yanında qaldığına baxmayaraq məhkəmə zamanı onların kimin yanında qalmaq barədə fikirləri öyrənilməmiş və hakim onları ananın himayəsinə vermişdir. Məhkəmə bitdikdən sonra onlar küçəyə çıxmışlar. Bu zaman övladları da onunla getmiş, küçədə qaynatası Eynulla ilə, keçmiş arvadı övladlarını özləri ilə aparmaq istəmişlər. Uşaqlar isə onlarla getmək istəmədiklərini bildirmiş, lakin onları zorla aparmaq istəmişlər. Ona görə də uşaqlar qışqırıb onu köməyə çağırmışlar. Bu zaman mübahisə yaranmışdır. Bunu görən qaynatası Eynulla onun qoluna girərək mübahisəni davam etdirmək üçün yolun əks istiqamətində yerləşən Mədəniyyət Evi tərəfə aparmaq istəmişdir. Qızı Gülay ilə oğlu Nihatın qışqırıq səsini eşidərək geri dönmüşdür. Görmüşdür ki, qaynanası Samura qızının qolundan tutaraq zorla avtomobilə mindirmək istəyir. Qızı isə qışqıraraq onu köməyə çağırmışdır. O, qaynatasının əlindən çıxaraq onlara yaxınlaşıb qızı ilə oğlunu götürüb oradan uzaqlaşmaq istərmişdir. Daha sonra keçmiş qaynatası ilə aralarında mübahisə yaranmış və qarışıqlıq olmuşdur. Bu zaman Fatimə qaçaraq onun yaxasından tutmuş, o, Fatimənin əlini yaxasından kənarlaşdırmış və kimsə də onu arxadan itələmiş, o da yerǝ yıxılmışdır. Sonra da oğlunun köməyi ilə oradan uzaqlaşıb getmək istəyən zaman ərazidə xidmət aparan polislər onu saxlamışlar. Qaynatası Eynulla və arvadı Fatimə övladları onlarla getmədiyinə görə ona böhtan atırlar. Hadisə vaxtı orada qarma-qarışıqlıq olmuşdur. Onlar tərəfdən qaynanası Samura, qaynatası Eynulla, arvadı Fatimə uşaqlarının və anası Sənəmin üzərinə hücum edərək uşaqları onlardan almaq istəmişlər. Həmin zaman ailə daxili mübahisə yaranmışdır. Hamı bir-birinə qarışmışdır. O, uşaqlarını götürərək oradan uzaqlaşmışdır. Eynulla ilə mübahisə olan zaman yəqin ki, o əzilib, amma onu döyməmiş, hansı şəraitdə xəsarət aldığını bilməmişdir. Arvadı Fatimənin isə ehtimal ki, qarışıqlıqda onun yaxasından tutduqda, o da onun əlini kənarlaşdırmaq istədikdə əli harasa ilişib barmağı sınmışdır. Bunu qəsdən, ona iztirab vermək niyyəti ilə etməmişdir. O, qaynatası Eynullanı və arvadı Fatiməni döyməmişdir. Sonradan polislər gələrək onları Neftçala RPŞ-nə gətirmişlər. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada kimsənin olduğuna fikir verməmişdir. Tanıdığı kimsə olmamışdır. Ərazi mərkəzi küçə olduğundan kənardan kimlərsə gəlib keçmişdir. Onun mübahisə etmək fikri olmamışdır. Uşaqlar ataları ilə yaşamaq istədikləri halda məhkəmə uşaqları analarına vermişdir. Lakin, məhkəmədən sonra uşaqlar onunla gedərkən qarşı tərəfin onları zorla aparmaq istəməsi mübahisənin orada yaranmasına səbəb olmuşdur. O, məhkəmənin qarşısında əsəbi halda uca səslə danışsa da ucadan söyüşlər söyüb ətrafa hörmətsizlik etməmişdir. Aralarında dava-dalaş olan zaman polis əməkdaşı onlara yaxınlaşanda sakitləşib ərazidən getmişdir. O, onları vurmadığını, məhkəmədən çıxan zaman da əlində hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Sonda o, məhkəmədən ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Hazırda fərdi əməklə məşğul olur. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində dərzi işləyir. O, 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, həmin nikahdan 2008-ci il təvəllüdlü Nihad və 2009-cü il təvəllüdlü Gülay adlı övladları anadan olmuşdur. Əvvəllər Elçinlə münasibəti normal olsa da, sonradan aralarında tez-tez mübahisələr olmuş, 2021-ci ilin noyabr ayından boşanmaq üçün məhkəməyə müraciət etmiş və onun qaldırdığı iddia əsasında məhkəmə prosesləri boşanma ilə nəticələnmişdir. 18 avqust 2022-ci il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində dərzi fəaliyyəti ilə məşğul olduğu ünvana həmin vaxt idarə etdiyi "Mitsubishi Pajero-10" markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi ilə üzü Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman həmin küçədə yerləşən "Maqa" marketin qarşısına çatdıqda ondan arxada hərəkətdə olmuş Təqsirləndirilən şəxs idarə etdiyi "Opel" markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq hissəsi ilə onun avtomobilinin arxa sol hissəsinə vuraraq onun yanından ötüb keçdikdən sonra bir qədər qabaqdakı yol ayrıcında olan işıqfora çatdıqda, Elçin qarşısında idarə etdiyi avtomobili qəflətən saxladığı üçün onun avtomobilinin ön hissəsi özünün avtomobilinin arxa hissəsinə toxunmuşdur. Bundan sonra o, avtomobilindən düşüb onun üzərinə gəlmiş, sürücü tərəfdən avtomobilə yaxınlaşıb həmin vaxtı qabaq sağ oturacağın üstündə olan mobil telefonunu götürmək üçün avtomobilin pəncərəsindən içəri daxil olmağa çalışmışdır. Pəncərədən mobil telefonu götürə bilməyəcəyini gördüyü üçün o, avtomobilin qabaq sol qapısını açıb ona zor tətbiq etməyə başlamışdır. Belə ki, o, Elçinə müqavimət göstərib onu özündən uzaqlaşdırıb avtomobilin qapısını bağlamağa çalışdığı üçün Elçin onun sol qolundan tutub sıxmış və həmin qoluna dəfələrlə yumruqla vuraraq xəsarət yetirmişdir. Artıq ona müqavimət göstərə bilmədiyi üçün Elçin onun mobil telefonunu əlindən almışdır. Bu zaman işıqforda dayanmış avtomobillərdən tanımadığı 3-4 nəfər sürücülər onlara yaxınlaşıb Elçini ondan uzaqlaşdırmış, onun mobil telefonunu alıb ona geri qaytarmışlar. Elçin öz avtomobilinə ǝyləşib getdikdən sonra o da oradan uzaqlaşmışdır. Həmin gün axşam sol qolunun qançır olduğunu gördüyü üçün xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nə hadisə barədə ərizə ilə müraciət etmiş, izahat verdikdən sonra məhkəmə-tibbi ekspertizasından keçmişdir. Təqsirləndirilən şəxsla aralarında baş vermiş hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin vaxtı o, avtomobildə tək olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində hər hansı bir kəsiçi-deşici alət olmamış, hadisə zamanı o, Elçinə hər hansı bir bədən xəsarəti yetirməmişdir. Vətəndaşlar mobil telefonunu Elçindən alıb ona qaytardıqdan sonra telefonunda hər hansı bir nasazlıq aşkar etməmişdir. Evə getdikdən sonra avtomobilinə baxdıqda sol arxa hissəsinin əzildiyini görmüş və hazırkı vaxtadək onu təmir etdirmədiyindən və bununla bağlı ziyan aktı əldə etmədiyindən ona hansı məbləğdə maddi ziyan dəydiyini dəqiq bilməmişdir. O, həmin tarixdə həkimə müraciət etdiyi zaman bədəninin üzərində olan xəsarətləri hansı şəraitdə və kimin tərəfindən almağı ilə bağlı hazırda ifadəsində qeyd etdiyi kimi bildirmişdir. Lakin xəstəxana tərəfindən hansı səbəbdən polis bölməsinə onun yaşadığı evdə döyülməyini bildirmələri ona məlum deyildir. Hadisə özünün ifadəsində qeyd etdiyi kimi olmuşdur. Təqsirləndirilən şəxs hadisə ilə bağlı yalan izahat vermişdir. Qeyd edir ki, 2022-ci il tarixdə xasiyyətləri düz gəlmədiyi üçün Neftçala Rayon Məhkəməsinə boşanmaq barəsində ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 15:00-da sonuncu məhkəmə iclası olmuşdur. Məhkəmə qətnaməsinə əsasən övladları onun himayəsinə vermişdir. Məhkəmənin qərarından narazı qalan Elçin məhkəmə iclasından sonra məhkəmə binasının qarşısında onunla atası Eynullanın üzərinə hücum etmişdir. Atası Eynullanın baş və sağ göz nahiyəsinə yumruqla vuraraq ona xəsarətlər yetirmişdir. Hadisə vaxtı Elçin ilə gələn anası Sənəm, iki azyaşlı uşaqları, atası Eynulla və anası Samura hadisə vaxtı orada olmuşlar. Elçinin verdiyi məlumat yanlışdır və özünü müdafiə xarakterlidir. O, Elçinlə atası Eynullanın dava etmələrinin qarşısını almaq, onları aralaşdırmaq üçün Elçinin yaxasından tutmuş və bu zaman Elçinin onun əlini sıxması nəticəsində barmağı əzilmişdir. Uşaqlarının fikrinə hörmətlə yanaşmışdır. Heç kimi zorla heç yerə aparmamış və belə fikri olmamışdır. Sonradan həkim müayinəsi zamanı müəyyən olunmuşdur ki, barmağı mübahisə zamanı sınmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmır və ona cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yaşayır və elektrik vəzifəsində işləyir. Qızı Zərərçəkmiş şəxs 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 2008-ci il tarixdə Nihat, 2009-cu il tarixdə isə Gülay adlı övladları olmuşdur. Qızı xasiyyətləri düz gəlmədiyi üçün Neftçala Rayon Məhkəməsinə boşanmaq barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 15:00-da sonuncu məhkəmə iclası olmuşdur. Məhkəmə onların azyaşlı övladlarını qızına vermişdir. Məhkəmənin qərarından narazı qalan Elçin məhkəmə iclasından sonra məhkəmə binasının qarşısında onunla qızı Fatimənin üzərinə hücum etmişdir. Elçinin anası Sənəm də orada olmuşdur. Aralarında yaranan mübahisə dava ilə nəticələnmişdir. Həmin zaman arvadı Samura da orada olmuşdur. Elçin qızının üstünə hücum çəkmişdir. O, da Elçini ayırmaq üçün dartanda Elçinin anası Sənəm də üzərinə hücum çəkmişdir. Baş verən mübahisə zamanı Elçin əli ilə qızını vuraraq barmağını sındırmışdır. Mübahisə zamanı Elçin və anası onu da vurmuşdur. Hadisə vaxtı orada Elçin, Sənəm, iki nəvəsi, Samura, kənarda olan şəxslər və polislər olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Neftçala rayonu, Xilli qəsəbəsində yaşayır və Neftçala RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Neftçala şəhəri, H.Əliyev prospektində xidmətdə olmuşdur. Həmin gün saat 15:40 radələrində Neftçala RPŞ-nın dövlət yol polisi əməkdaşı Şahid4 ona zəng edərək Neftçala Rayon Məhkəməsinin qarşısında bir qrup şəxsin mübahisə etdiyini bildirmişdir. O da ona bildirmişdir ki, hadisə yerinə yaxındır. Hər ehtimala qarşı avtopatrul çağırmışdır. Neftçala Rayon Məhkəməsinin qarşısına çatanda 3-4 nəfər şəxsin bir-biri ilə mübahisə etdiyini görmüşdür. Sonradan onların mübahisəsindən aydın olmuşdur ki, aralarında ailə münaqişəsi vardır. Orada sonradan tanıdığı Elçin, anası və iki azyaşlı övladı qarşı tərəfdən adlarını bilmədiyi iki xanım və bir kişi olmuşdur. Onlar oraya yaxınlaşanda hər iki tərəf birbirinə əl qol ataraq mübahisə etdiyinin şahidi olmuşdur. Elçin uşaqlarının onunla getmək istədiyini, məhkəmənin qərarından narazı olduğunu bildirmişdir. O, oraya yaxınlaşanda Elçin orada sonradan adını bildiyi keçmiş həyat yoldaşı Fatiməyə və onun atası Eynullaya əl qol atmışdır. 5-10 dəqiqə davam edən mübahisə zamanı onlar polisin yaxınlaşdığını görüb sakitləşmişlər. Həmin zaman günorta olduğundan mübahisə zamanı ətrafa adam toplaşmamışdır. Məhkəmə binası H.Əliyev prospektində yerləşdiyindən orada kənardan keçən tanımadığı vətəndaşlar olmuşdur. Məhkəmənin iş fəaliyyəti pozulmamışdır. O, Elçinə ictimai yerdə olduğunu, şikayətini rəsmi formada etməli olduğunu izah etdikdən sonra Elçin anası və uşaqları ilə birlikdə ərazidən uzaqlaşan zaman orada olan Fatimə bildirmişdir ki, polis şöbəsinə ərizə yazmağa gedir. Belə olan halda oradan uzaqlaşmağa çalışan Elçini Neftçala RPŞ-ya gətirmişlər. X4 barmağını sındırdığını eşitmişlər. Onlar hadisə yerində olarkən onların mübahisəsini ayıran və ya müdaxilə edən kənar vətəndaş olmamışdır. Elçinin orada söyüşlər söydüyünü eşitməmişdir. Amma hər iki tərəf birbirilərinə qarşı ucadan və aqressiv formada cavab verdiyindən kənardan olan tanımadığı şəxslərin diqqətini çəkmişdir. Onlar da ailə münaqişəsi olduğunu görüb öz yollarına davam etmişlər. Onlar hadisə yerinə yaxınşanda onları görən kimi sakitlik yaranmışdır. Polisin qanuni tələbləri pozulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan Şahid5 qanuni nümayəndəsi, Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşı Qanuni nümayəndə1 iştirakı ilə dindirilərkən ifadəsində göstərdi ki, 2020-ci ilin təxminən yanvar ayından anasından ayrılıb atası ilə birlikdə Neftçala şəhərində yaşayır. Neftçalaya gəldiyi üçün də məktəbə burada gedir. Əvvəllər anası ilǝ ara-sıra danışsa da, Neftçala Rayon Məhkəməsinin qarşısındakı mübahisədən sonra danışmamışdır. Anası ilə münasibəti normaldır. Onunla görüşmək istəsə görüşər. Anası atasından boşanmaq üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermişdir. xx.xx.2022-ci il tarixdə sonuncu məhkəmə iclası olmuşdur. Valideynləri boşanmaqla yanaşı məhkəmə bacısı və onun fikrini soruşmadan onları analarının himayəsinə vermişdir. Faktiki olaraq atası və nənəsi Sənəmlə yaşayırlar. Atası və onlar bu qərardan narazı qalmışlar. Saat təxminən 15:40 radələrində çölə çıxmış, görmüşdür ki, babası Eynulla atasının qolundan tutub aparır. Bu zaman nənəsi Sənəm babasının atasını aparmasına mane olmuşdur. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin zaman günorta olduğundan ətrafda elə də çox adam toplanmamışdır. Orada atası, anası, babası Eynulla və nənəsi Sənəm mübahisə etsə də atası, anası Fatiməni vurmamış və döyməmişdir. Onlar yol ilə evlərinə gedərkən Samura nənəsi Gülayı zorla maşına mindirmək istəyəndə atası Gülayın çağırışına geri qayıtmışdır. Mübahisə də həmin vaxtı başlamış və bitmişdir. Amma atası anasını döyməmiş və vurmamışdır. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan Şahid6 qanuni nümayəndəsi, Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qanuni nümayəndə1 və mütəxəssis-Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta məktəbin direktor müavini- pedaqoq X3 iştirakı ilə şahid qismində dindirilərkən Şahid5 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi X1 vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsində məhkəmə prosesi bitdikdən sonra çölə çıxan zaman məhkəmənin həyətində qaynatası Şahid2 onun qoluna girib uzaqlaşdırmaq istəyən zaman o da uşaqlarla birlikdə Eynullaya yaxınlaşıb Elçini hara apardığını soruşduqda Eynulla onu təhqir etdiyi üçün aralarında mübahisə yaranmış və o Eynullanı özü döymüşdür. Oğlu isə nə Fatiməni nə də qaynatası Eynullanı vurmamışdır. Onlar oğlu Elçinə şər atırlar. Əksinə mübahisə zamanı oğlu Elçini Fatimə arxadan itələdiyi üçün Elçin yerə yıxılmışdır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatəti əsasnda şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Neftçala RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Neftçala şəhəri, H.Əliyev prospektində xidmətdə olmuşdur. Həmin günü saat 15:40 radələrində Neftçala RPŞ-nın dövlət yol polisi əməkdaşı Şahid4 onunla xidmətdə olan Şahid3 zəng edərək Neftçala Rayon Məhkəməsinin qarşısında bir qrup şəxsin mübahisə etdiyini bildirmişdir. O da ona bildirmişdir ki, hadisə yerinə yaxındır. Neftçala Rayon Məhkəməsinin qarşısına çatanda 3- 4 nəfər şəxsin bir-biri ilə mübahisə etdiyini görmüşdür. Sonradan onların mübahisəsindən aydın olmuşdur ki, aralarında ailə münaqişəsi vardır. Orada sonradan tanıdığı Elçin, anası və iki azyaşlı övladı qarşı tərəfdən adlarını bilmədiyi iki xanım və bir kişi olmuşdur. Onlar oraya yaxınlaşanda hər iki tərəf bir-birinə əl qol ataraq mübahisə etmişdir. 5-10 dəqiqə davam edən mübahisə zamanı onlar polisin yaxınlaşdığını görüb sakitləşmişlər. Məhkəmə binası H.Əliyev prospektində yerləşdiyindən orada kənardan keçən tanımadığı vətəndaşlar olmuşdur. Şahid3, Elçinə ictimai yerdə olduğunu, şikayətini rəsmi formada etməli olduğunu izah etdikdən sonra Elçin anası və uşaqları ilə birlikdə ərazidən uzaqlaşan zaman orada olan Fatimə bildirmişdir ki, polis şöbəsinə ərizə yazmağa gedir. Belə olan halda oradan uzaqlaşmağa çalışan Elçini Neftçala RPŞ-ya gətirmişlər. X4 barmağını sındırdığını eşitmişdir. Onlar hadisə yerində olarkən onlardan başqa mübahisəni ayıran və ya müdaxilə edən kənar vətəndaş olmamışdır. Elçinin orada söyüşlər söydüyünü eşitməmişdir. Amma hər iki tərəf bir-birilərinə qarşı ucadan və aqressiv formada cavab verdiyindən kənardan olan tanımadığı şəxslərin diqqətini çəkmişdir. Onlar da ailə münaqişəsi olduğunu görüb öz yollarına davam etmişlər. Onlar hadisə yerinə yaxınlaşanda onları görən kimi sakitlik yaranmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi cinayət əməlini etiraf etməsə də, onun bu əməli törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, habelə cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 24 avqust 2022ci il tarixli, 984 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər- sol bazunun şişkinlik və qançırı (hematoması), həmin nahiyyənin, sol saidin qançırları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin 04 noyabr 2022-ci il tarixli, 233 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-Sol əlin İV barmağın qançır və şişkinliyi, falanqasının yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin 03 noyabr 2022-ci il tarixli, 234 saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Şahid2 Tǝriş oğlunun məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-Sağ alın, sağ gözün üst qapağının qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zǝrǝrvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Cəlal Qurbanov küçəsi ilə Etibar Bəkirov küçələrinin kəsişməsində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun sol qolunun bazu nahiyəsindən əli ilə tutub sıxaraq və həmin qolunun said nahiyəsindən dəfələrlə yumruqla vuraraq Zərərçəkmiş şəxs sol bazunun şişkinlik və qançırı (hematoması), həmin nahiyənin, sol saidin qançırlarından ibarət ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan basqa, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə, saat 15:40 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində, Neftçala Rayon Məhkəməsinin qarşısında həmin gün məhkəmədə Zərərçəkmiş şəxs ilə aralarında rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxx 2008-ci il təvəllüdlü Şahid5 və xx xxx 2009-cu il təvəllüdlü Şahid6 ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi ilə bağlı qətnamə çıxarıldığı üçün Zərərçəkmiş şəxs övladları Şahid5 və Mənǝfova Gülay Elçin qızını özü ilə evlərinə aparmaq istəyərkən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yaxın qohumu hesab olunan atası X2, anası Şahid1, övladları Mənǝfov Nihat Elçin oğlu və Şahid6 gözlərinin qarşısında aşkar surətdə onlara azab və işgəncə verdiyini dərk etməklə müstəsna qəddarlıq nümayiş etdirib xüsusi amansızlıqla Zərərçəkmiş şəxs sol ǝl nahiyəsinə yumruqla qəsdən vuraraq ona sol əlin İV barmağında qançır və şişkinliyi, falanqasının yerdəyişən sınığı ilə müşayiət olunan xəsarətləri yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuş, ona xüsusi amansızlıqla həyatı üçün təhlükəli olmayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Cəlal Qurbanov küçəsi ilə Etibar Bəkirov küçələrinin kəsişməsində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun sol qolunun bazu nahiyəsindən əli ilə tutub sıxaraq və həmin qolunun said nahiyəsindən dəfələrlə yumruqla vuraraq Zərərçəkmiş şəxs sol bazunun şişkinlik və qançırı (hematoması), həmin nahiyənin, sol saidin qançırlarından ibarət ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurması halı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə, saat 15:40 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində, Neftçala Rayon Məhkəməsinin qarşısında həmin gün məhkəmədə Zərərçəkmiş şəxs ilə aralarında rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxx 2008-ci il təvəllüdlü Şahid5 və xx xxx 2009-cu il təvəllüdlü Şahid6 ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi ilə bağlı qətnamə çıxarıldığı üçün Zərərçəkmiş şəxs övladları Şahid5 və Mənǝfova Gülay Elçin qızını özü ilə evlərinə aparmaq istəyərkən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yaxın qohumu hesab olunan atası X2, anası Şahid1, övladları Mənǝfov Nihat Elçin oğlu və Şahid6 gözlərinin qarşısında aşkar surətdə onlara azab və işgəncə verdiyini dərk etməklə müstəsna qəddarlıq nümayiş etdirib xüsusi amansızlıqla Zərərçəkmiş şəxs xəsarətlər yetirərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurması tam sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqında baş vermiş hadisənin araşdırılması zamanı hadisənin təfərrüatları dəqiqləşdirilmiş, Fatimə Elçinlə atası Eynullanın dava etmələrinin qarşısını almaq, onları aralaşdırmaq üçün Elçinin yaxasından tutduğunu və bu zaman Elçinin onun əlini sıxdığını bildirmiş və sonradan ona məlum olmuşdur ki, mübahisə nəticəsində barmağı sınmışdır. Yəni, istintaqa verdiyi ifadəsində dediyi kimi Elçinin onun qəsdən əlinə xəsarət yetirmək üçün yumruqla vurmadığını, onun əlini yaxasından kənarlaşdırmaq üçün sıxdığını etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə görə məsuliyyət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurulduğu halda yaranır. Həmin Məcəllənin 127.2.2-ci maddəsinə görə məsuliyyət xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə yaranır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid7 və digər şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkəmənin 01 noyabr 2022-ci il tarixdə elan olunmuş qətnaməsindən sonra uşaqlarını özü ilə aparmaq istəyən keçmiş qaynatası Şahid2 ilə qarşılıqlı mübahisə edərkən Təqsirləndirilən şəxs anası Şahid7 mübahisəyə müdaxilə edərək Şahid2la əlbəyaxa olmuşdur. Tərəflər arasında mübahisə ailə münaqişəsi zəmnində baş verməklə qarşılıqlı dava-dalaşa çevrilmiş və belə vəziyyətdə orada iştirak edən yaxınların hər hansı formada xəsarət alması qaçılmazdır. Şahid2 və mübahisə iştirakçılarını sakitləşdirməyə çalışan Fatimə Məfənəfova Təqsirləndirilən şəxs ilə mübahisə zamanı sonuncunun yaxasından tutmuş, bu zaman təqsirləndirilən şəxs onu özündən kənarlaşdırmaq üçün zərərçəkənin sol əlini sıxması nəticəsində onun İV barmağında qançır və şişkinlik, falanqasının yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Yəni, hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi əzab və iztirab vermək niyyəti olmamış, sadəcə olaraq Fatimənin əlini tutub sıxaraq yaxasından ayırmışdır. Göründüyü kimi bu hadisə ailə münaqişəsidir. Onun uşaqlarının anası olan Zərərçəkmiş şəxs xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirərək xüsusi amansızlıq etməsi (zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi) hallarının qətiyyən olmaması həm şahid ifadələrində, həm təqsirləndirilən şəxsin ifadəsində və ən əsası da zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı etirafında özünü açıq formada göstərir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anası Şahid1 və uşaqlarının gözü qarşısında yuxarıda qeyd olunan şəkildə xüsusi əzab və işgəncə vermədən xəsarət yetirməsi isə qətiyyən xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs torətdiyi sağlamlıq əleyhinə olan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törətməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsi), faktiki olaraq himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 128ci maddələrinin sanksiyaları çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İşdə maddi sübut, mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs müvafiq cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə, habelə həmin Məcəllənin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 – 12 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-20/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-20/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver