Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-23/2023 12.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi4 iştirakı ilə xx xxxxxx 2001-ci ildə Neftçala rayonu, Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan və yaşayan, 02 – 04 noyabr 2022-ci il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxx 1993-cü ildə Neftçala rayonu, Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Neftçala rayonu, Qırmızıkənd kəndində yaşayan, 02 – 04 noyabr 2022-ci il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1996-cı ildə Neftçala rayonu, Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan və yaşayan, 22 – 23 yanvar 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmadığı dövrdə, yəni 14 sentyabr 2018-ci ildə saat 16 radələrində qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində açıq sahəyə otlamaq məqsədi ilə buraxılmış, Zərərçəkmiş şəxs məxsus, hər birinin dəyəri 150 manat olan 4 baş qoyunu, ümumilikdə 600 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 sentyabr 2018-ci ildə saat 16 radələrində Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində açıq sahəyə otlamaq məqsədi ilə buraxılmış, Zərərçəkmiş şəxs məxsus, hər birinin dəyəri 150 manat olan 4 baş qoyunu, ümumilikdə 600 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 sentyabr 2018-ci ildə saat 16 radələrində Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində açıq sahəyə otlamaq məqsədi ilə buraxılmış, Zərərçəkmiş şəxs məxsus, hər birinin dəyəri 150 manat olan 4 baş qoyunu, ümumilikdə 600 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olmaqla orada yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs2 onun mərhum atasının ögey əmisi oğludur. Təqsirləndirilən şəxs3 isə Elməddinin xalası oğludur. Onların aralarında hər hansı bir ədavət və ya qərəzli münasibət yoxdur. Münasibətləri həmişə normal olub. Bir neçə il əvvəl orta məktəbi bitirdikdən sonra Elməddingilə məxsus xırdabuynuzlu heyvanları kəndlərində örüş sahəsinə aparıb-gətirirdi. 2018-ci ilin sentyabr ayının ortalarında saat 16 radələrində heyvanları örüş sahəsinə aparanda kəndarası yolda 4 baş qoyun qaçaraq apardığı heyvanların sürüsünə qoşulmuşdur. Həmin qoyunlar da heyvanlardan aralanmayıb sürü halında örüşə getmişlər. O, örüşdə olanda Elməddinin mobil telefonuna zəng edib bu barədə məlumat vermişdir. Elməddin ona demişdir ki, gəlir. Bundan bir neçə dəqiqə sonra Elməddin Rəşadla onun yanına gəlmişdir. Onlar orada razılaşmışlar ki, ehtiyac olduğu üçün həmin heyvanları satıb pulunu aralarında bölsünlər. Bu məqsədlə onlar yaxınlıqda yerdən kəndir tapmış və heyvanların 4-nün də ayaqlarını köməkləşib kəndirlə bağlamışlar. Daha sonra oradan uzaqlaşmışlar. Heyvanları isə həmin yerdə, sahənin boş su arxında qoymaqla gizlətmişlər. O, Elməddingilin heyvanlarını həyətlərinə aparmışdır. Elməddin və Rəşad da harasa getmişlər. Həmin gün axşam saatlarında yenə həmin yerdə görüşmüşlər. Rəşad oraya özünə məxsus Vaz 2106 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir. Birlikdə qoyunları avtomobilin baqajına yükləmişlər. Bundan sonra heyvanları Elməddinin və ya Rəşadın tanışı olan bir nəfər şəxsə satmaq məqsədilə Neftçala rayonu, Xolqarabucaq kəndinə aparmışlar. Həmin vaxt o, arxa oturacaqda bir qədər yuxulamışdır. Bir müddət sonra gözünü açdıqda Elməddin və Rəşadın heyvanları yolun kənarına qoyduqlarını və Rəşadın tanımadığı bir nəfər şəxslə söhbət etdiyini görmüşdür. Elməddin və Rəşad daha sonra avtomobilə əyləşərək heyvanları həmin şəxsə satdıqlarını bildirmişlər. Qeyd edir ki, heyvanları satmaq barədə təklif Elməddin və Rəşad tərəfindən ona edilmişdir. Heyvanları neçəyə satdıqlarını və kimə satdıqlarını dəqiq bilməmişdir. Səhəri gün Elməddingildə olarkən ona Rəşad tərəfindən 50 manat pul verilmiş və bildirilmişdir ki, heyvanların ümumu satışından hərəyə cəmi 50 manat pul düşür. Daha sonra hərə öz evinə getmişdir. O, da pulu müxtəlif şeylərə xərcləmişdir. Təxminən 1-2 gün sonra o, kənddə eşitmişdir ki, Ağalar adlı şəxsə məxsus qoyunlar oğurlanmışdır. O, həmin vaxt bilmişdir ki, onların satdıqları heyvanlar Ağalara məxsus olmuşdur. Həmin vaxt qorxusundan Ağalara bu barədə bir söz deyə bilməmişdir. Bu cinayətdən başqa oğurluq etməmişdir. Oğurluqda başqa şəxslər iştirak etməmiş, özü, Elməddin və Rəşad olmuşlar. Zərərçəkmiş şəxsə vurulmuş maddi ziyandan 200 manat ödəmişdir. Zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın qalan 400 manatlıq hissəsini zərərçəkmiş şəxsə hər biri 200 manat olmaqla müvafiq olaraq Elməddin və Rəşad ödəyib. Verilmiş suallara cavab olaraq qeyd edir ki, Rəşadın guya oğurluqda iştirak etmədiyinə dair məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Cinayəti hər üçü birlikdə, yuxarıda təsvir etdiyi qaydada törədiblər. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktik olaraq Neftçala rayonu, Qırmızıkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Təsərrüfatla məşğul olmaqla dolanır. Təqsirləndirilən şəxs1 onun ögey əmisinin nəvəsidir. Təqsirləndirilən şəxs3 isə onun xalası oğludur. Aralarında hər hansı ədavət və ya qərəzli münasibət olmayıb. Həmişə normal münasibətləri olub. Cəmil bir neçə il əvvəl onlara məxsus xırdabuynuzlu heyvanları kəndlərində örüş sahəsinə aparıb-gətirmişdir. Bir dəfə 2018-ci ilin sentyabr ayının ortalarında saat 16 radələrində Cəmil ona mobil telefonla zəng edərək 4 baş qoyunun onların heyvanlarına qoşulması barədə xəbər vermişdir. O, həmin vaxt Rəşadla bir yerdə olmuşdur. Pula ehtiyacları olduğu üçün Rəşadla birgə qərara gəlmişlər ki, həmin heyvanları satıb pulunu aralarında bölsünlər. Rəşad bir tanışına heyvanları sata biləcəyini demişdir. Bundan sonra Cəmilə də bunu bildirmişlər və Cəmil də bu barədə onlarla razılaşmışdır. Bundan sonra Cəmilə gəldiklərini demiş və bir neçə dəqiqə sonra o, Rəşadla Cəmilin dediyi yerə getmişlər. Onlar yaxınlıqda yerdən kəndir tapmış heyvanların 4-nün də ayaqlarını köməkləşib bağlamışlar. Daha sonra heyvanları ayaqları bağlı vəziyyətdə sahədə olan boş su arxının içərisində gizlədib oradan uzaqlaşmışlar. Cəmil onların heyvanlarını həyətlərinə aparmışdır. Özü ilə Rəşad isə kəndə gedib çay evində oturub bir qədər vaxtın keçməsini gözləmişlər. Onlar axşam tərəfi yenə həmin yerdə görüşmüşlər. Həmin vaxt Rəşad özünə məxsus Vaz 2106 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir. Onlar qoyunları Rəşadın idarə etdiyi avtomobilin baqajına yükləmişlər. Daha sonra heyvanları birlikdə Rəşadın tanışı olan bir nəfər şəxsə satmaqdan ötrü Neftçala rayonu, Xoltəzəkənd kəndinə aparmışlar. Kəndə çatanda Rəşad tanışı olan adını Ramil kimi xatırladığı şəxsə zəng etmişdir. Onlar Ramillə kənddə yolun kənarında görüşmüşlər. Ramilin həmin heyvanlara görə nə qədər pul verdiyini bilmir. Rəşad heyvanların pulunu həmin gecə almasına baxmayaraq, səhəri gün Cəmillə birlikdə öz evlərində olarkən gəlib onların hərəsinə cəmi 50 manat pul vermişdir. O, da pulu müxtəlif ehtiyacları üçün xərcləmişdir. Təxminən 1-2 gün sonra o, kənddə eşitmişdir ki, Ağalar adlı şəxsə məxsus qoyunlar oğurlanmışdır. Bu zaman bilmişdir ki, onların satdıqları heyvanlar Ağalara məxsus olub. Həmin vaxt qorxusundan Ağalara bu barədə bir söz deyə bilməmişdir. Bu cinayətdən başqa oğurluq etməmişdir. Oğurluqda başqa şəxslər iştirak etməmiş, özü, Cəmil və Rəşad olmuşlar. 200 manat özü, 200 manat isə Rəşadın ona verdiyi pulu, ümumilikdə 400 manat məbləğində pulu qardaşı Vüqarın vasitəsilə zərərçəkmişə ödəmişdir. Qalan 200 manatı zərərçəkmiş şəxsə Cəmil ödəyib. Verilmiş suallara cavab olaraq qeyd edir ki, Rəşadın guya oğurluqda iştirak etmədiyinə dair məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Cinayəti hər üçü birlikdə, yuxarıda təsvir etdiyi qaydada törədiblər. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, əvvəllər DİN-in Daxili Qoşunlarının XTD-də xidmət etmişdir. 2016-cı ildə əsgər kimi xidmət etdiyi vaxt aprel döyüşlərində iştirak etmişdir. Həmin ayda da xidmətini başa vurmuşdur. Bundan sonra 2019-cu ilin fevral ayında DQ-də işə düzəlmişdir. O, 2020-ci ilin sentyabr ayında başlayan vətən müharibəsində iştirak etmiş və bır neçə medallarla təltif olunmuşdur. Təqsirləndirilən şəxs2 onun xalası oğludur. Təqsirləndirilən şəxs1 isə Elməddinin əmisinin nəvəsidir. Onların aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə normal münasibətləri olmuşdur. Cəmil bir neçə il əvvəl Elməddingilə məxsus xırdabuynuzlu heyvanları kəndlərində örüş sahəsinə aparıb-gətirmişdir. Cəmil bir dəfə 2018-ci ilin sentyabr ayının ortalarında axşam saatlarında ona mobil telefonla zəng edərək özünə məxsus 4 baş xırdabuynuzlu heyvanı satmaq üçün aparmaq istədiyini demişdir. Ondan da özünə məxsus avtomobillə gəlib kömək etməyi xahiş etmişdir. O, əvvəl çöldən gəldiyini bildirib yorğun olduğunu desə də, sonra Elməddinə görə onunla razılaşmışdır. Saat təxminən 21 radələrində həmin vaxtlar ona məxsus olan «Vaz 2106» markalı, 10LE591 dövlət qeydiyyat nişanlı avtomobillə Elməddinə məxsus yonca sahəsinin yaxınlığına getmişdir. Elməddin orada Cəmillə bir yerdə gözləmişdir. Elməddin və Cəmil köməkləşib 4 baş qoyunu avtomobilin baqaj yerinə qoymuşlar. O, Elməddinə yorğun olduğu üçün avtomobili özünün idarə etməsini bildirmişdir. Elməddin sürücü yerində əyləşib avtomobili idarə etməyə başlamışdır. Cəmil də Elməddinin yanında əyləşmişdir. O, qeyd etdiyi kimi yorğun olduğuna görə arxada əyləşən kimi yatmışdır. Daha sonra nə olub o, heç bir şey xatırlamır. Bir də yuxudan ayıldıqda görmüşdür ki, Elməddin həyətlərində butulkada avtomobilə benzin tökür. Elməddindən maraqlandıqda yol haqqı kimi benzini tökdüyünü demişdir. O, əslində Elməddindən benzin tökməsini istəməmişdir. Elməddin həmin vaxt da, sonralar da heyvanları kimə satdığını, neçəyə satdığını, harada satdığını deməmişdir. Bu barədə məlumatsızdır. Heyvanların oğurluq olduğunu isə yalnız Neftçala RPŞ-nə dəvət olunduqda bilmişdir. Bildirir ki, o, oğurluqda iştirak etməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmadığını da bilməmişdir. Həm də onu Elməddin çağırmışdır. Zərərçəkmiş şəxsə heç bir məbləğ ödəməyib. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Qırmızıkənd kəndində ailəsi ilə birlikdə yaşayır. 2018ci ildə şəxsi təsərrüfatında 14 baş xırdabuynuzlu heyvanı olmuşdur. Həmin heyvanları hər gün səhər saat 08 radələrindən tövlədən evinin arxasındakı boş sahəyə buraxır. Heyvanlar kəndin arasında evinin yaxınlığında otlayıb axşam saat 19 radələrində həyətə gəlirlər. 14 sentyabr 2018-ci il tarixdə də eyni qaydada heyvanları evinin arxasına buraxmışdır. Yalnız 1 baş qoyun xəstə olduğu üçün tövlədə qalmışdır. Həmin gün saat 19 radələrində evin arxasına baxanda heyvanların orada olmadığını görüb arvadı Almasa kəndin içinə baxmasını demişdir. Almas təxminən 20 dəqiqə sonra 9 baş qoyunu həyətə gətirmişdir. O, 2-si erkək, 2-si dişi olmaqla 4 baş qoyunun həmin heyvanların arasında olmadığını görmüşdür. Almas ona demişdir ki, 9 baş qoyunu həmkəndliləri Solmazın evinin yaxınlığında tapmışdır. Dərhal gedib 4 baş qoyununu axtarmış, lakin tapa bilməmişdir. Səhəri gün ona məlum olmuşdur ki, həmin heyvanları həmkəndliləri Vüqar saat 16 radələrində kəndarası yolda görmüşdür. Həmin heyvanlar hər biri sarı rəngli olmaqla təxminən 15 kq. çəkidə olmuşlar. 4 baş xırdabuynuzlu heyvanının oğurlanması nəticəsində ona 600 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyanın 200 manatı Təqsirləndirilən şəxs1 tərəfindən, 400 manatı isə Təqsirləndirilən şəxs2 qardaşı Vüqar tərəfindən ona ödənilmişdir. Qeyd edir ki, oğurluq hadisəsindən xeyli müddət keçib. Heyvanları oğurlanmasaydı bu müddət ərzində heyvanların çəkilərinin artması, doğubtörəmələri nəticəsində xeyli mənfəət əldə etmiş olardı. Bundan başqa cinayət hadisəsi ilə əlaqədar müxtəlif orqanlara yazılı müraciətlər, telefon zəngləri etmiş, habelə dövlət orqanlarına gedib-gəlmişdir. Bütün bunlara görə təxminən 1.000 manat vəsait sərf etmişdir ki, bu da təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində ona vurulmuş əlavə maddi ziyandır. Göstərilənlərə əsasən təqsirləndirilən şəxslərə ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. Şahid1 bildirmişdir ki, Neftçala rayonu, Qırmızıkənd kəndində ailəsi ilə birlikdə yaşayır. 2018-ci ilin sentyabr ayında şəxsi təsərrüfatlarında 14 baş xırdabuynuzlu heyvanları olmuşdur. Həmin heyvanlarının 4 başı 14 sentyabr 2018-ci ildə yaşadıqları evin yaxınlığından oğurlanmışdır. Heyvanları hər gün səhər saat 08 radələrindən tövlədən evlərinin arxasına buraxmışlar. Heyvanlar kəndin ərazisi daxilində evlərinin yaxınlığında otlayıb axşam saat 19 radələrində həyətə gəlmişlər. 14 sentyabr 2018-ci il tarixdə də eyni qaydada heyvanları evlərinin arxasına boş sahəyə buraxmışlar. Yalnız xəstə olan 1 baş qoyun tövlədə qalmışdır. Həmin gün saat 19 radələrində əri Zərərçəkmiş şəxs 13 baş qoyunun gəlmədiyini, kəndin içinə baxmağı ona bildirmişdir. O, kəndi axtardıqda təxminən 9 baş qoyunu həmkəndliləri Solmazın evinin yaxınlığında tapmışdır. Digər 4 baş qoyunu tapa bilməmişdir. Daha sonra Ağalar da kəndi nə qədər axtarsa da qoyunları tapa bilməmişdir. Sonradan eşitmişlər ki, qoyunları 14 sentyabr 2018-ci il tarixdə saat 16 radələrində digər həmkəndliləri Vüqar kəndarası yolda görmüşdür. Polis şöbəsinə və müxtəlif orqanlara müraciət etdikdən xeyli müddət sonra məlum olmuşdur ki, həmin 4 baş qoyunları həmkəndliləri Cəmil, Elməddin və Rəşad tərəfindən oğurlanmışdır. Şahid2 bildirmişdir ki, Neftçala rayonu, Qırmızıkənd kəndində ailəsi ilə birlikdə yaşayır və təsərrüfatla məşğul olur. Şəxsi təsərrüfatında 70 baş xırdabuynuzlu heyvanı var. O, Zərərçəkmiş şəxs bir həmkəndli kimi tanıyır. Ağalarla həmkəndli kimi normal münasibətləri var. Ağaların da xırdabuynuzlu heyvanlar saxladığını bilir. Onun heyvanlarını kənddə görmüş və tanımışdır. 14 sentyabr 2018-ci il tarixdə saat 16 radələrində özünə məxsus xırdabuynuzlu heyvanları otlamaq məqsədi ilə kəndlərində olan yonca sahəsinə aparmışdır. Bu vaxt kəndlərində olan dördyoldan keçərkən Ağalara məxsus heyvanları orada görmüşdür. Həmin vaxt ətrafda heç kim olmayıb. O, xırdabuynuzlu heyvanlarını yonca sahəsinə aparmışdır. Daha sonra saat 19.30 radələrində yonca sahəsindən evə gedərkən Ağalara məxsus heyvanlar gördüyü yerdə olmamışdır. O, Ağalara məxsus heyvanların hansı şəraitdə yoxa çıxması və ya oğurlanması barədə heç nə bilməmiş, sonradan ona məlum olmuşdur ki, Ağaların 4 baş xırdabuynuzlu heyvanları həmkəndliləri olan təqsirləndirilən şəxslər tərəfindən oğurlanmışdır. Şahid3 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Neftçala rayonu, Mürsəqulu kəndində qeydiyyatda olmaqla orada yaşayır. Təxminən 4 il əvvəl Rəşad adlı şəxs ona zəng edərək özünə məxsus 4 baş xırdabuynuzlu heyvanı təcili olaraq satmaq istədiyini bildirmişdir. O, da Rəşada demişdir ki, «gətir heyvanlara baxım». Bundan sonra Rəşad özünə məxsus olan avtomobillə onun yanına gəlmişdir. Avtomobildə Rəşadla birlikdə üzdən tanıdığı, lakin adlarını bilmədiyi digər şəxslər də gəlmişlər. O, heyvanlara baxmış və həmin 4 baş xırdabuynuzlu heyvana görə Rəşada təxminən 350-400 manat məbləğində pul vermişdir. Daha sonra Rəşad və onunla birlikdə gələn şəxslər çıxıb getmişlər. Heyvanların oğurluq olduğunu bilməmiş, Rəşad ona həmin heyvanların özünə məxsus olduğunu dediyi üçün onları almışdır. Qeyd edir ki, əgər heyvanların oğurluq olduğunu bilsəydi, onları almazdı. Şahid verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, hadisədən beş ilə yaxın vaxt keçdiyinə görə hadisənin təfərrüatını, həmçinin təqsirləndirilən şəxslərin xarici görünüşünü tam xatırlamaya bilər. İbtidai istintaq dövründəki ifadəsini isə hadisədən qısa müddət sonra verib. Ona görə də həmin ifadəsində göstərilənlər daha dəqiqdir. Hər şey ibtidai istintaq dövründə vediyi ifadəsində təsvir olunmuş qaydada baş verib. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, habelə şahidləri dinləyib, məhkəmə istintaqında araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 özünü təqsirli bilmədiyinə baxmayaraq hər üç təqsirləndirilən şəxsin onlara ittiham olunan cinayət əməllərini törətməsi faktı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iş üzrə ibtidai istintaq dövründə təqsirləndirilən şəxs X1 ilə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, bu zaman digər iki Təqsirləndirilən şəxs3 üzünə qarşı bildirmişlər ki, müvafiq cinayət hadisəsini Təqsirləndirilən şəxs3 onlarla birlikdə törədib. İşin məhkəmə baxışı dövründə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 məhkəməyə bildirdiklərinin həqiqətə uyğun olmadığını, sonuncunun oğurluq cinayətini onlarla birlikdə törətdiyini bildirmişlər. Bununla yanaşı, Təqsirləndirilən şəxs3 məhkəməyə bildirdikləri Şahid3 həm istintaq dövründə, həm də işin məhkəmə baxışı zamanı verdiyi ifadələrlə təkzib olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xüsusatları ilə bağlı məhkəməyə bildirdikləri (cinayət əməlini etiraf etməməsi) qeyri-səmimi olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayətin törədildiyi dövrdə yetkinlik yaşına çatmadığını, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, bir nəfər azyaşlı uşağının olmasını və cinayət nəticəsində vurulmuş ziyanı ödəməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, iki nəfər azyaşlı uşağının olmasını və cinayət nəticəsində vurulmuş ziyanı ödədiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir (qeyd olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş zərərin 200 manatlıq hissəsinin Təqsirləndirilən şəxs3 tərəfindən ödənildiyini bildirdiklərinə baxmayaraq, Təqsirləndirilən şəxs3 bu halı etiraf etməməklə zərərçəkmiş şəxsə heç bir ödəniş etmədiyini bildirir). Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdikləri müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 02 – 04 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 02 – 04 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 22 – 23 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-23/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-23/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver