Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-23/2025 02.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1997-ci ildə Neftçala rayonu, Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 29 sentyabr 2024-cü il tarixdə, saat 08 radələrində Neftçala rayonu, Qoltuq kəndi istiqamətində Xəzər dənizinin sahilinə gələrək orada 01 ədəd AMA 5166 bort nömrəli taxta qayıqla dənizə girib, bir qədər dərinliyə üzdükdən sonra özü ilə gətirdiyi 01 ədəd sapının diametri 0,67 mm, dəliklərinin daxili ölçüsü 10x10 mm olan, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 10 metr, eni 4 metr olan, ağ rəngli torla 25 ədəd hər biri 11 manat olmaqla 275 manat dəyərində külmə, 03 ədəd hər biri 33 manat olmaqla 99 manat dəyərində xəşəm, 02 ədəd hər biri 33 manat olmaqla 66 manat dəyərində kütüm və 32 ədəd hər biri 22 manat olmaqla 704 manat dəyərində çəki balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1144 (min yüz qırx dörd) manat dəyərində maddi ziyan vurmuş və həmin tarixdə saat 17:40 radəsində Su NPİ-nin Neftçala XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd AMA 5166 bort nömrəli taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd sapının diametri 0,67 mm, dəliklərinin daxili ölçüsü 10x10 mm olan, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 10 metr, eni 4 metr olan, ağ rəngli tor, 25 ədəd külmə, 03 ədəd xəşəm, 02 ədəd kütüm və 32 ədəd çəki balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, 29 sentyabr 2024-cü il tarixdə, təxminən saat 08 radələrində balıq tutmaq üçün Neftçala rayonu, Qoltuq kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, orada həmkəndlisi Şahid1 məxsus olan 01 ədəd AMA 5166 bort nömrəli taxta qayıqdan istifadə edib dənizə girmiş, bir qədər qayıqla dərinliyə üzdükdən sonra özünə məxsus olan 01 ədəd uzunluğu 10 metr, eni 4 metr olan toru suda qurmuş və gözləmişdir ki, tora balıq düşsün. Xeyli vaxt keçdikdən sonra toru yığmağa başlamış və görmüşdür ki, tora xeyli sayda balıq düşüb. Həmin günü saat 17:40 radələrində tutduğu balıqlarla birlikdə sahilə çıxarkən X4 İdarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Neftçala rayonu, Qoltuq kəndi istiqamətində Xəzər dənizində balıq tutmağa qanuni icazəsi yoxdur. Polis əməkdaşları videoçəklişdən istifadə etməklə 01 ədəd AMA 5166 bort nömrəli taxta qayığa, 02 ədəd taxta avara, 01 ədəd uzunluğu 10 metr, eni 4 metr olan tora və tutduğu balıqlara baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, 25 ədəd külmə, 03 ədəd xəşəm, 02 ədəd kütüm və 32 ədəd çəki balıqlarını tutmuşdur. Baxışdan sonra istifadə etdiyi balıqovlama vasitələri və tutduğu balıqlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, 01 ədəd AMA 5166 bort nömrəli taxta qayıq özünün deyil, həmin qayıq həmkəndlisi Şahid1 məxsusdur. Kamrandan xahiş etmişdir ki, qayığından istifadə edib ailəsini dolandırsın. Kamran da qayığından istifadə etməyinə icazə vermişdir. Qayığı 2024-cü ilin sentyabr ayının 28-də Kamrandan götürmüşdür. Səhəri günü qayıqla dənizə girib balıq tutub, sahilə çıxan zaman X4 İdarəsinin əməkdaşları onu saxlamışlar. 2-3 gün sonra polislərin onu qayıqla saxlamaqlarını Kamrana bildirmişdir. Kamran ondan balıq istəməmiş, nə də tutacağı balıqlardan ona balıq verməyi ilə bağlı hər hansı şərtləri olmamamışdır. Kamran qayığını vermişdir ki, həm işlədib ailəsini dolandırsın, həmdə qayığına qulluq etsin. 01 ədəd sapının diametri 0,67 mm, dəliklərinin daxili ölçüsü 10x10 mm olan, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 10 metr, eni 4 metr olan, ağ rəngli tor onun torudur. Bu tor dədə-babadan qalma tordur. Balıq tutmaqda ona heç kim köməklik etməmiş, balıqları özü tək tutmuşdur. Ailəsinin maddi imkanları olduqca çətindir. Ailəsinə qida tədarük etmək üçün balıq tutmağa getmişdir. Əməlindən peşmandır. Dəymiş zərəri tam olaraq ödədiyini bildirir. Göstərilənləri nəzərə alaraq ona müvafiq qaydada köməklik göstərilməsini məhkəmədən xahiş edir. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının nümayəndəsi qismində cəlb edilmiş Nümayəndə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, 02 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə bir kənddə yaşayır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur, münasibəti yaxşıdır. 2024-cü ilin avqust ayında Neftçala rayon sakini X3 01 ədəd AMA 5166 bort nömrəli “Yamaha-30” markalı mühərriklə təchiz edilmiş taxta qayıq almışdır. Qayığı istifadə etmədiyinə görə üzərindəki “Yamaha-30” markalı mühərriki çıxarmışdır. Qayığını Neftçala rayonu, Qoltuq kəndində Xəzər dənizinin sahilində saxlamışdır. Həmin ilin, yəni 2024-cü ilin sentyabr ayının axırlarında həmkəndlisi Nicat maddi imkanı olmadığına görə ondan xahiş etmişdir ki, qayığından istifadə edib balıqçılıqla məşqul olsun. Nicatin maddi vəziyyətinin ağır olduğu üçün, həmdə qayıqdan istifadə etmədiyinə görə etiraz etməmişdir. Qayığı Nicata vermişdir ki, işlədib ailəsini dolandırsın. Qayığı Nicata verdiyi vaxtdan az bir müddət sonra, təxminən 2024-cü ilin oktyabr ayının əvvəlində Nicat ona demişdir ki, qayığı ilə Qoltuq kəndi istiqamətində Xəzər dənizində balıq tutub sahilə çıxan zaman X4 İdarəsinin əməkdaşları onu saxlamışlar və polis əməkdaşları tutduğu balıqları və qayığı götürmüşlər. Şahid1 əlavə olaraq bildirmişdir ki, Qayıqdan istifadə etmədiyinə görə “Yamaha-30” markalı mühərriki qayıqdan çıxardıb evinə qoymuşdur. Təqsirləndirilən şəxs heç yerdə işləmir, qayığı ona vermişdir ki, işlətsin ailəsini dolandırsın, həm də qayığına baxsın, qayığa baxmadıqda, qaldıqca çürümə gedir. Nicatla heç bir şərikliyi yoxdur. Sadəcə qayığını Nicata vermişdir ki, işlədə - işlədə qayığa qulluq etsin. Qayıq onun özünündür. 2024-cü ilin avqust ayında qayığı Neftçala rayonu, Mayak kənd sakini X3 etibarnamə ilə almışdır. Ümumiyyətlə Neftçala rayonunda bir çox insanlar balıqçılıqla məşqul olmasa da imkan düşəndə qayıq alırlar. O niyyətlə qayıq almışdır ki, gələcəkdə qanuni icazə aldıqdan sonra balıqçılıqla məşqul olar. Qayığı tam ada keçirmək uzun prosesdir. Ancaq etibarnamə ilə almaq rahat yoldur. Ümumiyyətlə qayıq alanların çoxsu bu yolla almağa üstünlük verir, yəni etibarnamə ilə alırlar. Ancaq nəzərində tutmuşdur ki, gələcəkdə qayığı tam öz adına keçirəcəkdir. Təqsirləndirilən şəxs istifadə etdiyi tor onun toru deyil, ümumiyyətlə Nicatın bu tordan istifadə etməsindən xəbəri olmamışdır. Sadəcə qayığını vermiş və qayığının üzərində 2 ədəd avar olmuşdur. Balıq tutmaq üçün Nicata yalnız qayıq vermiş, başqa balıqovlama vasitəsi verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Su NPİ-nin Neftçala XPMnin rəisi Şahid4 bildirmişdir ki, 29 sentyabr 20240-cü il tarixdə Su NPİ-nin XPM-nin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 17 radələrində Neftçala rayonu, Qoltuq kəndi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı videoçəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd uzunluğu 10 metr, eni 4 metr olan tor, 25 ədəd külmə, 03 ədəd xəşəm, 02 ədəd kütüm və 32 ədəd çəki balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 25 ədəd külmə, 03 ədəd xəşəm, 02 ədəd kütüm və 32 ədəd çəki balıqlarını 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd uzunluğu 10 metr, eni 4 metr olan tor ilə Neftçala rayonu, Qoltuq kəndi istiqamətində Xəzər dənizindən tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Neftçala rayonu, Qoltuq kəndi istiqamətində Xəzər dənizində balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 yuxarıda göstərilən şahidin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. 18 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4900 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd edilir ki, «tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Zərflər üçün» dairəvi möhür əksi olan «...Təqsirləndirilən şəxs götürülmüş tor; üç imza, Tərtib etdi: təhqiqatçı - Məmmədov imza» yazı əlavəsi olan polietilen bağlamada olan ağ rəngli torun sapının diametri təxminən -0,67 mm, dəliklərin daxili ölçüsü 10 x 10 mm, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır». Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs 25 ədəd külmə, 03 ədəd xəşəm, 02 ədəd kütüm və 32 ədəd çəki balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına və su bioresusrslarına 1144 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-866/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-yə aid 12723 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs balıq ehtiyyatlarına dəymiş 1144 manat zərəri tamamilə ödəmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə olunmuş digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini, peşman olduğunu, dəymiş ziyanın tamamilə aradan qaldırıldığını və ona qarşı heç bir şikayət, tələbin olmadığını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Su NPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar və Su NPİ-nin XPM-nin rəisi Şahid4 təhvil verilmiş 01 (bir) ədəd sapının diametri 0,67 mm, dəliklərinin daxili ölçüsü 10x10 mm olan, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən isyehsal olunmuş, uzunluğu 10 (on) metr, eni 4 metr ölçüdə olan ağ rəngli 01 (bir) ədəd tor dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 25 (iyirmi beş) ədəd külmə, 03 (üç) ədəd xəşəm, 02 (iki) ədəd kütüm və 32 (otuz iki) ədəd çəki balıqlarının iş üzrə ibtidai araşdırma dövründə xx.xx.2025-ci ildə fiziki şəxs X2 təhvil verildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tamamilə ödənildiyindən ödənildiyi mülki iddianın baxılmasına xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 02 (iki) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Su NPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar və Su NPİ-nin XPM-nin rəisi Şahid4 təhvil verilmiş 01 (bir) ədəd sapının diametri 0,67 mm, dəliklərinin daxili ölçüsü 10x10 mm olan, 2 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən isyehsal olunmuş, uzunluğu 10 (on) metr, eni 4 metr ölçüdə olan ağ rəngli 01 (bir) ədəd tor dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 25 (iyirmi beş) ədəd külmə, 03 (üç) ədəd xəşəm, 02 (iki) ədəd kütüm və 32 (otuz iki) ədəd çəki balıqlarının iş üzrə ibtidai araşdırma dövründə xx.xx.2025-ci ildə fiziki şəxs X2 təhvil verildiyi nəzərə alınsın. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tamamilə ödənildiyindən mülki iddianın baxılmasına xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-23/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-23/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver