Məhkəmə qərarları › İş №1(053)-26/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-26/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-26/2024 29.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-cı ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 21 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 19 yanvar 2024-cü ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının ortalarından 2024-cü ilin yanvar ayının ortalarına qədər olan müddət ərzində günü istintaqa məlum olmayan tarixlərdə, günorta saatlarında 4 dəfə vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən hazırda fəaliyyət göstərməyən «Dostluq» universamının şüşəsi olmayan pəncərəsindən içəri qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 100 manat olan 200 manat dəyərində 2 ədəd dəmir seyfi, 80 manat dəyərində 1 ədəd transformatoru, hər birinin qiyməti 10 manat olan 250 manat dəyərində 25 ədəd dəmir arabanı, 40 manat dəyərində 1 ədəd qapının dəmir barmaqlığını, hər birinin qiyməti 10 manat olan 40 manat dəyərində 4 ədəd stolu, hər birinin qiyməti 40 manat olan 200 manat dəyərində 5 ədəd pəncərənin dəmir barmaqlığını və hər birinin qiyməti 30 manat olan 150 manat dəyərində 5 ədəd alüminium şiferi, 2024-cü ilin yanvar ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə saat 15 radələrində sonuncu, yəni 5-ci dəfə vahid niyyətlə yetkinlik yaşına çatmayan xx xxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 əmlakın özünə məxsus olması barədə yanlış təsəvvür yaratmaqla aldadıb və əldə olunmuş əmlakın satılmasından əldə olunacaq gəlirdən pul verəcəyi barədə vəd verməklə cinayətkar fəaliyyətə cəlb edib Zərərçəkmiş şəxs1 məxsus Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən hazırda fəaliyyət göstərməyən «Dostluq» universamının şüşəsi olmayan pəncərəsindən oraya qanunsuz daxil olaraq oradan birlikdə qabaqcadan aralarında razılıq olmadan 100 manat dəyərində 1 ədəd dəmir seyfi, vahid niyyətlə ümumilikdə 1.060 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, işləmir. Əvvəllər müxtəlif cinayətlər törətdiyinə görə məhkum olunub. Bir dəfə Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən hazırda fəaliyyət göstərməyən «Dostluq» universamının yanından keçmişdir. Bu vaxt ehtiyacı olduğu üçün həmin universama girib nə tapsa oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 2023-cü il dekabr ayının ortalarında saat 12 radələrində həmin yerin yaxınlığına gəlmişdir. Universamın kənarına keçib oradan şüşəsi olmayan pəncərədən içəri daxil olmuşdur. Ətrafda heç kim olmamışdır. O, universamın içərisini gəzdikdə görmüşdür ki, içəridə satılası xeyli əşyalar var. Fikirləşmişdir ki, əşyaları bir dəfəyə aparmağa gücü çatmaz. Ona görə də həmin əşyaları hissələrlə aparmaq qərarına gəlmişdir. O, ilk növbədə universamın otaqlarından birinin dəmir barmaqlığını yerindən çıxarıb açıq pəncərədən çölə atmışdır. Daha sonra həmin otaqda olan bir neçə ədəd dəmir arabanı və sökülmüş halda olan dəmir arabanı daşıyıb çölə atmışdır. Daha sonra «Muravey» sürücüsü olan tanışı İdrisağaya mobil telefonla zəng edib ona olduğu yeri başa salmış və həmin yerə gəlməsini xahiş etmişdir. Bir müddət sonra İdrisağa universamın yanına gəlmişdir. İdrisağaya həmin əşyaları universamın sahibindən aldığını demişdir. Sonra İdrisağa ilə birlikdə köməkləşib əşyaları «Muravey»ə yükləmişlər. Bundan sonra həmin əşyaları satmaq məqsədilə Neftçala şəhərində metal qəbulu ilə məşğul olan Anar adlı şəxsin yanına aparmışdır. Həmin əşyaları Anara 84 manata satmışdır. Bir neçə gün sonra təxminən 2023-cü ilin dekabr ayının sonlarında saat 14 radələrində bir daha universama həmin pəncərədən keçməklə daxil olmuşdur. Bu dəfə oradan bir neçə ədəd arabanı götürüb çölə tullamış və sonra həmin arabaları eyni qaydada İdrisağanın «Muravey»i ilə aparıb Anara 84 manata satmışdır. O, daha sonra təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində saat 13 radələrində universama yenə də həmin pəncərədən girmiş, bu dəfə də oradan bir neçə ədəd arabanı götürüb çölə tullamışdır. Həmin arabaları da eyni qaydada İdrisağanın «Muravey»i ilə aparıb Anara 70 manata satmışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində saat 12 radələrində universama yenə həmin pəncərədən girmişdir. Bu dəfə oradan 2 ədəd dəmir seyfi sürüb apararaq çölə tullamış, həmçinin oradan müxtəlif dəmir əşyalarını da götürüb çölə tullamışdır. Həmin əşyalar müxtəlif cür olduğundan onları dəqiq xatırlamır. Onları da eyni qaydada İdrisağanın «Muravey»i ilə aparıb Anara cəmi 110 manata satmışdır. O, universamda başqa 1 ədəd dəmir seyfi də görmüş, lakin çəkisinə görə onu yerindən tərpədə bilməmişdir. Yaşadığı qəsəbədə qonşusu Əlini görüb ondan bu işdə köməklik etməsini xahiş etmişdir. Əli də onunla razılaşmışdır. Təxminən 2024-cü ilin yanvar ayının ortalarında saat 15 radələrində universama yenə həmin pəncərədən girmişdir. Həmin vaxt Əliyə də zəng edib universamın yanına gəlməsini bildirmişdir. Əli gəldikdə ona universamdan 1 ədəd dəmir seyfi aldığını və götürüb satmaq üçün kömək etməsinin lazım olduğunu demişdir. Əli ilə universamın içərisinə keçib seyfi köməkləşib pəncərənin yaxınlığına gətirmişlər və birlikdə seyfi pəncərədən çölə atmışlar. Əli daha sonra çıxıb getmişdir. Həmin dəmir seyfi də eyni qaydada İdrisağanın «Muravey»i ilə aparıb Anara 62 manata satmışdır. O, hər dəfə Anara həmin əşyaları Neftçala şəhəri 4 saylı orta məktəbin söküntüsündə fəhlə kimi işlədiyini və bunun əvəzində aldığını demişdir. Universama ümumilikdə 5 dəfə girmişdir. Hər dəfə də İdrisağaya əşyaları aparması üçün 6 manat pul vermişdir. Sonuncu dəfə seyfi satdıqdan sonra Əlini qəsəbədə görüb zəhmət haqqı kimi ona da 15 manat pul verib. 19 yanvar 2024-cü il tarixdə axşam saatlarında evdən çıxıb küçə ilə gedərkən ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin ona universamda baş vermiş oğurluqda şübhəli olduğunu demişlər. O, bu vaxt törətdiyi oğurluğu etiraf edib, bu barədə polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nə gətirmişlər. Bu cinayətdən başqa oğurluq etməmişdir. Oğurluqda başqa şəxslər iştirak etməmiş, özü tək olmuşdur. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində, qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşayır. Neftçala rayonu, Həsənabad qəsəbə Ş.Orucov adına tam orta məktəbin 9-cu sinfinə qədər təhsil almışdır. Hazırda heç bir yerdə oxumur. Təqsirləndirilən şəxs Neftçala rayonu, Həsənabad qəsəbə sakini kimi tanıyır. Elmarla hər hansı ədavəti və ya qərəzli münasibəti yoxdur. Onların bir qonşu kimi normal münasibətləri var. Elmar bir dəfə təxminən 2024-cü ilin yanvar ayının ortalarında küçədə onu görüb bir yerdən yük daşımağa kömək etməyini xahiş etmişdir. O, da kömək edə biləcəyini demişdir. Elmar elə həmin gün ona zəng edib Neftçala şəhərində yerləşən universamın yanına gəlməsini xahiş etmiş və həmin yeri ona izah edərək başa salmışdır. O, da həmin universamın yanına gəlmişdir. Elmar ondan binadan bir ədəd seyfi çıxarmaqda kömək etməsini istəmiş və həmin əşyanı satıb ona şirinlik pul verəcəyini demişdir. O, özü Elmardan heç nə istəməmişdir. Elmar ona seyfi yerin sahibindən aldığını demişdir. Elmarla binanın yan tərəfindən şüşəsi olmayan pəncərədən içəri daxil olmuşlar. O, Elmara kömək etmiş və Elmar seyfi pəncərə tərəfə gətirib yerə atmışdır. Bundan sonra o, çıxıb getmişdir. Bir neçə gün sonra qəsəbədə Elmarla rastlaşmış və Elmar ona 15 manat pul vermişdir. Bildirir ki, Elmara inanmış, seyfin oğurluq olduğunu bilməmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə yazdığı 15 may 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs1 işin 24 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasına gəlmiş, lakin həmin məhkəmə baxışı iclası dövlət ittihamçısı məhkəmə iclasına gəlmədiyinə görə təxirə salınmış, Zərərçəkmiş şəxs1 24 aprel 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsin ona vurduğu ziyanı tam olaraq ödədiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, keçiriləcək növbəti məhkəmə iclasları və məhkəmə çıxışlarında səhhəti ilə əlaqədar olaraq, üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib, növbəti məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onun iştirakı olmadan keçirib iş üzrə yekun qərar qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Seyfəl oğlu bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Özünə məxsus «Muravey» markalı nəqliyyat vasitəsi ilə müxtəlif şəxslərin yüklərini daşımaqla dolanır. Təqsirləndirilən şəxs Neftçala rayonu, Həsənabad qəsəbə sakini kimi tanıyır. Elmarla hər hansı ədavəti və ya qərəzli münasibəti yoxdur. Onların normal münasibətləri var. Elmar təxminən 2023-cü ilin dekabr ayının ortalarında ona mobil telefonla zəng edib Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən universamın yanına çağırmışdır. Həmin yerə gələndə Elmarın bir neçə dəmir əşyaları universamın çöl tərəfinə yığdığını görmüşdür. Elmar ona həmin əşyaları sahibindən aldığını və bir neçə dəfəyə olmaqla onları daşıyıb metal qəbulu sexinə aparıb satmaq istədiyini demişdir. Bunun üçün ona hər dəfə üçün 6 manat pul verəcəyini də bildirmişdir. Elmarla razılaşaraq həmin əşyaları «Muravey»ə yükləmiş və Elmarın göstərişinə uyğun olaraq Anarın metal qəbulu sexinə aparmışdır. Elmar özü də onunla birlikdə getmişdir. Elmar əşyaları Anara satmış və onun 6 manat pulunu vermişdir. Daha sonra da təxminən 1 ay ərzində o, Elmar üçün universamdan Anarın metal qəbulu sexinə eyni qaydada 4 dəfə yük aparmışdır. Qeyd edir ki, o, Elmara aid yükü ümumilikdə 5 dəfəyə daşıyıb. Həmin əşyaların oğurluq olduğunu bilməyib. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 07 mart 2024-cü il tarixli 9/1684 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına və 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 1.060,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənildiyini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1 və 177.2.3 maddələrinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 7 ədəd dəmir araba və 3 ədəd dəmir seyf Zərərçəkmiş şəxs1 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 19 yanvar 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 7 ədəd dəmir araba və 3 ədəd dəmir seyf Zərərçəkmiş şəxs1 təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar