Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-27/2024 28.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1980-ci ildə Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)- 33/2012 nömrəli iş üzrə 16 fevral 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 29, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 29, 120.2.2-ci maddəsi ilə 11 il 03 ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuş, həmin Məcəllənin 66.3, 67 və 68.1.3-cü maddələri tətbiq olunmaqla və cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2011ci ildən hesablanmaqla qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-182/2012 nömrəli iş üzrə 19 sentyabr 2012-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası 03 il 06 aya qədər artırılmış, həmin Məcəllənin 66.3, 67 və 68.1.3-cü maddələri tətbiq olunmaqla üzərində qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, Binəqədi Rayon Məhkəməsinin 7(001)-111/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20 oktyabr 2017-ci il və 01 may 2020-ci il tarixli Qanunlar tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 11 il 04 ay 22 gün müddətinə endirilmiş, Binəqədi Rayon Məhkəməsinin 7(001)-921/2022 nömrəli iş üzrə 05 dekabr 2022ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 20 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş (cəza müddəti 24 yanvar 2023-cü ildə bitib), 13 – 15 yanvar 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2024cü ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 13 yanvar 2024-cü il tarixdə saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olan, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki tövləyə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan 360 manat dəyərində 1 baş erkək quzunu gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində yaşayır. Hazırda işləmir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zəfərin yaşadığı evinin həyətində yerləşən tövlədə bir neçə xırdabuynuzlu heyvan saxladığını bilirdi. Ehtiyacı olduğu üçün həmin tövlədən heyvan oğurlamaq qərarına gəlmiş və bu məqsədlə 13 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Zəfərin həyətinə küçə tərəfdən yaxınlaşmışdır. Həmin vaxt ətrafda heç kim olmayıb. Bunun üçün hasarın yanından keçən boruya ayağını qoyub tövlənin dam hissəsinə qalxmış, daha sonra oradan tövləyə tullanmışdır. Tövlədə heyvanlara baxıb özü üçün 1 baş erkək quzunu seçmişdir. Həmin quzunu tutub ayaqlarını ətrafdan tapdığı iplə bağladıqdan sonra quzunu tövlədən Zəfərin həyətinin giriş hissəsinə atmış, daha sonra bir qədər kənara gəlib tövlənin nisbətən açıqlıq hissəsindən tullanıb bayıra çıxmışdır. Bundan sonra quzunu da qucağına götürüb həyətdən çıxaraq avtomobil yolunun kənarı ilə evinə getmişdir. Quzunu həyətində qoyub evə keçmişdir. Bir qədər sonra quzunun səsinin gəldiyini eşitmiş, qonşuların xəbər tutmasından ehtiyatlanaraq onu kəsmək qərarına gəlmişdir. Ona görə də həyətə düşüb quzunu kəsmişdir. Quzunu kəsdikdən sonra hissələrə doğramış, bir hissəsini həyətində saxladığı itə vermiş, qalan hissələrini isə evindəki soyuducuya qoymuşdur. Əti soyuducuya yerləşdirdikdən sonra gedib yatmışdır. Həmin tarixdə günorta saatlarında evdən çıxıb küçə ilə gedən zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və oğurluqda şübhəli olduğunu ona demişlər. Bu zaman törətdiyi oğurluq əməlini etiraf edərək hadisəni polis əməkdaşlarına danışmış, həmçinin onlara soyuducuda saxladığı əti təhvil verə biləcəyini demişdir. Daha sonra polis əməkdaşları onu Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olmaqla dolanır. Həyətində yerləşən tövlədə bir neçə baş xırdabuynuzlu heyvan saxlayır. 13 yanvar 2024-cü il tarixdə evdə olduğu vaxt saat 01 radələrində həyətindən heyvanların səsinin gəldiyini eşitmiş, həyətə getsə də, heç bir şey görə bilməmişdir. Səhəri gün tövləyə quraşdırdığı kameraya baxdıqda görmüşdür ki, kimsə tövləyə oğurluğa girib. Cavan olduğuna görə həmin şəxsi tanıya bilməmiş, həmçinin həyəcanlı olduğu üçün heyvanları dəqiq saymadan 3 baş quzusunun oğurlandığı barədə DİN-in «102» xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan tövləyə girib heyvanlarını saydıqda isə tövlədən diri çəkisi təxminən 40 kiloqram və qiyməti 400 manat olan cəmi 1 baş 7 aylıq erkək quzunun oğurlandığını dəqiqləşdirmişdir. O, həmçinin hadisə ilə bağlı Neftçala Rayon Polis Şöbəsinə də ərizə ilə müraciət etmiş və polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Həmin oğurluğun həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən törədildiyi polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, ona dəymiş maddi ziyan ödənilib. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 yanvar 2024-cü il tarixdə Neftçala Rayon Polis Şöbəsinin məsul növbətçisi onu və bölmənin digər əməkdaşlarını çağıraraq bildirmişdir ki, Neftçala rayonu, Ərəbqardaşbəyli kənd sakini Zərərçəkmiş şəxs DİN-in «102» xidmətinə müraciət edərək gecə saatlarında xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat vermişdir. Onlar dərhal əməliyyat istintaq qrupu ilə birlikdə hadisə yerinə getmişlər. Orada hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin foto şəkilləri çəkilmişdir. Baş vermiş hadisə barədə dərhal tərəflərindən bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini müəyyən etmişlər. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlayıb maddi sübutla birgə cinayət işi üzrə dindirilməsi üçün Neftçala Rayon Polis Şöbəsinə gətirib istintaq qrupuna təhvil vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 07 mart 2024-cü il tarixli 9/1685 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 baş 7 aylıq, diri çəkisi 40 kiloqram olan erkək quzunun 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 360,00 manat müəyyən edilir». Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş 27 aprel 2024-cü il tarixli, 5364 nömrəli məktubda aşağıdakılar qeyd olunur: «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsi Sizin 1(053)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğunuza cavab olaraq bildirir ki, xx.xx.1980-ci il təvəllüdlü Neftçala rayonu, Qardaşbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2007-ci il tarixində yuxarıda adı göstərilən xəstəxanaya stasionar müayinəyə qəbul olunub. xx.xx.2007-ci il tarixində xəstəxanadan evə yazılıb. Diaqnoz: «Qarışıq tipli şəxsiyyətin pozuntusu. Baş-beyin travması anamnezində». Məlumat üçün bildiririk ki, Sizə verdiyimiz məlumat sorğuda göstərilən şəxslərin yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub-olmamasını əks etdirir. Həmin şəxsin (və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət etməyiniz tövsiyə olunur». Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş 29 aprel 2024-cü il tarixli 3-43-47/2-499/2024 nömrəli məktubda qeyd olunur: «…Neftçala rayonu, Ərəbqardaşbəyli kənd sakini xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli əmrinə əsasən, Xəstəliklər Cədvəlinin İ qrafasının 18-ci maddəsinin «B» bəndinə müvafiq olaraq «dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilərək hərbi vəzifəlilərin ehtiyatına keçirilmişdir. xx.xx.2007-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində hərbi qeydiyyatdadır». Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs «Salyan Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş 3 may 2024-cü il tarixli 18-1-68/2-903/2024 nömrəli məktubda qeyd olunur: ««Salyan Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinə daxil olmuş 1(053)-27/2024cü il saylı xx.xx.2024-cü il tarixli məktubunuza cavab olaraq, Poliklinika şöbəsinin həkim psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində doğulmuş və hazırda həmin kənddə yaşayan, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən, «Baş beyin travması nəticəsində davranış və şəxsiyyət pozuntusu psixopata bənzər davranış. Alkoqolizm İİ st» diaqnozu ilə psixonevrolojiyə müraciət edib. Stasionar müalicəyə imtina edib. Yaşayış yerinə narkoloqa göndərilib». Məhkəmənin 05 iyun 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilərək iş üzrə ambulator məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. 24 iyul 2024-cü il tarixli 2154 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs qarışıq şəxsiyyət pozuntusu (F61) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri – yeniyetmə yaşlarından xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik anlarında özünə yüngül xəsarətlər yetirməsi, hərbi xidmətə çağırış zamanı SN 1 saylı RPX-da müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, əvvəllər ambulator və stasionar məhkəmə psixiatrik ekspertizasından keçərkən yuxarıda göstərilən diaqnozun təyin olunması, Salyan MRX-də müayinə olunduqdan sonra ambulator qaydada müalicə olunması, həmçinin hazırkı müayinə zamanı əhvali- ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən «qarışıq şəxsiyyət pozuntusu» onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs hər-hansısa psixi xəstəlikdən əzab çəkirmi, əgər çəkirsə, onun diaqnozu nədir və həmin xəstəliyə nə vaxt (cinayət əməlini törətməzdən əvvəl və ya bundan sonra) düçar olmuşdur? Cavab: Təqsirləndirilən şəxs qarışıq şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs «qarışıq şəxsiyyət pozuntusu» yeniyetməlik dövründə, yəni törətdiyi cinayət əməlindən xeyli əvvəl yaranmışdır. 2-ci sual: Əgər hər-hansısa psixi xəstəlikdən əziyyət çəkirsə, o, ittiham olunan əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onu idarə etmək iqtidarında olmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs aşkar edilən «qarışıq şəxsiyyət pozuntusu» onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 3-cü sual: Əgər o, hər-hansısa psixi xəstəlikdən əziyyət çəkirsə, həmin xəstəliyin əlamətlərinə görə hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onu idarə edə bilmək iqtidarındadırmı? Cavab: Təqsirləndirilən şəxs hal-hazırda «qarışıq şəxsiyyət pozuntusu» qeyd olunsa da, həmin pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. 4cü sual: Əgər o, hər-hansısa psixi xəstəlikdən əziyyət çəkirsə, həmin xəstəliyi ilə bağlı cinayət əməlini törətdiyi vaxt və ya hazırda anlaqsız hesab edilməlidirmi? Cavab: «Qarışıq şəxsiyyət pozuntusu» Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmədiyindən o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurduğu zərərin əvəzini ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Məmmədov X1 Ağır Cinayətlər Məhkəməsinin 1(089)-33/2012 nömrəli iş üzrə 16 fevral 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 29, 120.2.2-ci maddəsi ilə 11 il 03 ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuş, həmin Məcəllənin 66.3, 67 və 68.1.3-cü maddələri tətbiq olunmaqla və cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2011ci ildən hesablanmaqla ona qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-182/2012 nömrəli iş üzrə 19 sentyabr 2012-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası 03 il 06 aya qədər artırılmış, həmin Məcəllənin 66.3, 67 və 68.1.3-cü maddələri tətbiq olunmaqla üzərində qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, Binəqədi Rayon Məhkəməsinin 7(001)- 111/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20 oktyabr 2017-ci il və 01 may 2020-ci il tarixli Qanunlar tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 11 il 04 ay 22 gün müddətinə endirilmiş, Binəqədi Rayon Məhkəməsinin 7(001)-921/2022 nömrəli iş üzrə 05 dekabr 2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 20 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cəza müddəti 24 yanvar 2023-cü ildə bitib). Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu götürülmədən və ya ödənilmədən törədib. Bu Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 08 (səkkiz) kiloqram quzu əti Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 – 15 yanvar 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 28 avqust 2024-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 08 (səkkiz) kiloqram quzu əti Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-27/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-27/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver