Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-27/2025 09.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi (vəkil) - X1, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, DOST MMC-də bağban işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 01 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o, 23 avqust 2024-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi VAZ-2101 minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ilə Neftçala rayonunun Bankǝ qəsəbəsindən Neftçala şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən X8 Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq olmamaqla avtomobili idarə etməli olduğu halda, həmin tələbləri pozaraq ehtiyatsızlıqdan qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə, yəni Neftçala şəhərindən rayonun Bankə qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi KİA K3 minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə özünün idarə etdiyi avtomobildə olan sərnişinlər-Zərərçəkmiş şəxs2 açıq kəllə-beyin travması, baş beyininin orta dərəcəli əzilməsi, sol alın-gicgah-burun sümükləri və orbitanın yuxarı divar sınıqları, sol burun ətrafı ciblərdə potoloji maye, sol alın bazal nahiyədə hemorragik kontuziva, pnevmosefaliya, alın və bilateral periorbital yumşaq toxumaların əzilməsi ilə müşayiət olunan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 sol bud sümüyünün diafizinin qapalı yerini dəyişən sınığı ilə müşayiət olunan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs3 sol İ, Vİ, Vİİ, Vİİİ qabırğaların sınıqları, aşağı və yuxarı ətraflarda yumşaq toxumaların əzilməsi, hər iki ağciyərin əzilməsi, tənəffüs yetməzliyi ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs4 məxsus KİA K3 minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4050 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır. Təxminən 4 il olar ki, “VAZ-2101” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edir. Avtomobil idarə etmək üçün onun sürücülük vəsiqəsi olsa da etibarnaməsi yoxdur. 23 avqust 2024-cü il tarixdə, axşam saat 21 radələrində özünə məxsus olan avtomobillə Neftçala rayonunun Bankə qəsəbəsindən Neftçala şəhərinə gedib. İdarə etdiyi avtomobilin sürəti təxminən 60 km/s olmuşdur. Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ilə rayonun Bankə qəsəbəsinin körpüsündən Neftçala şəhəri istiqamətində hərəkət edib. İdarə etdiyi avtomobildə qabaq sağ tərəfdə yəni, onun yanında Zərərçəkmiş şəxs3, arxa sol tərəfdə, onun oturacağının arxa tərəfində Zərərçəkmiş şəxs1 və Məhrubənin yanında yəni, avtomobilin arxa sağ oturacağında Zərərçəkmiş şəxs2 oturmuşdur. O, sərxoş olmamış və ayıq vəziyyətdə olmuşdur. Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən bir avtomobilin gəldiyini görmüş, həmin avtomobilin arxasından ani olaraq “KİA” markalı avtomobil çıxmışdır. Təxminən onların arasında 25 - 30 metr məsafə qalmış, onun hərəkəti üçün təhlükəli məqam yaranmışdır. Ona indi elə gəlir ki, yəni, o, hal-hazırda belə fikirləşir ki, o, həmin “KİA” markalı avtomobilin hərəkət yoluna çıxmamış və onun hərəkət yolunda toqquşma baş vermişdir. Belə ki, onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə “KİA” markalı avtomobilin qabaq sol tərəfi toqquşmuş, zərbənin təsirindən “KİA” markalı avtomobil hərəkətdə olduğu yolun sağ ehtiyat hissəsinə çıxaraq orada aşmışdır. Hadisədən sonra hadisə yerinə toplaşan adamlar onların hamısını köməkləşib avtomobildən kənara çıxartmışlar. Bundan sonra onları Neftçala RMX-na aparmışlar. Orada onlara ilkin tibbi yardım göstərsələr də hamısında sınıq xəsarətlərinin olduğu müəyyən edilmişdir. Onun bildiyinə görə “KİA” markalı avtomobilin sürücüsü və avtomobildə olan bir nəfər qadın sərnişin heç bir bədən xəsarəti almamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş zərəri tam ödədiyini, həmin şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, uzun müddət özü Neftçala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləmişdir. 23 avqust 2024-cü il tarixdə, axşam saat təxminən 21 radələrində Neftçala rayonu, Bankə qəsəbəsindən Neftçala şəhərinə gəlmişdir. O, Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs məxsus olan avtomobillə gəlmiş və avtomobildə arxa sağ tərəfdə oturmuşdur. Onun yanında qohumu İradə, qabaqda sağ tərəfdə isə digər qohumu Gülxəndə oturmuşdur. Avtomobili Fərrux özü idarə etmiş, onlar Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən Neftçala şəhəri istiqamətində təxminən 80-90 km/s sürətlə hərəkət etmişlər. Bankə qəsəbəsi ərazisindəki Kür çayının üstündəki körpünü keçən kimi qarşı istiqamətdə nəqliyyat vasitəsinin gəldiyini işıqlarından bilmişdir. Bu zaman o, Fərruxa demişdir ki, indi yol-nəqliyyat hadisəsi baş verəcək. Bu zaman toqquşma olmuşdur. Hadisədən sonra sürücü Fərrux və arxada oturan qohumu İradə özü avtomobildən aşağı birtəhər düşmüşlər. Onu və Gülxəndəni isə hadisə yerinə toplaşan adamlar köməkləşərək avtomobildən dartıb çıxartmışlar. Onların hamısını Neftçala TTYS-na aid olan avtomobillə Neftçala RMX-na aparmışlar. Orada həkimlər onlara lazımı tibbi yardımı etmişlər. Müayinə zamanı məlum olmuşdur ki, onun sol bud sümüyündə sınıq var. Hal-hazırkı vaxtadək onun müalicəsi davam edir. Bir dəfə yəni, 10 sentyabr 2024-cü il tarixdə Salyan RMX-da cərrahiyyə əməliyyatı keçirmişdir. Avtoqəza nəticəsində onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, özü heç bir yerdə işləmir və evdar qadındır. 23 avqust 2024-cü il tarixdə, axşam saat təxminən 21 radələrində Neftçala rayonu, Bankə qəsəbəsindən Neftçala şəhərinə gəlmişdir. O, Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs məxsus olan avtomobillə gəlib və avtomobildə arxa sol tərəfdə oturmuşdur. Onun yanında qohumu Məhrubə, qabaqda sağ tərəfdə isə bacısı Gülxəndə oturmuşdur. Avtomobili Fərrux özü idarə etmişdir. Onlar Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən Neftçala şəhəri istiqamətində təxminən 80- 90 km/s sürətlə hərəkət etmişlər. Bankə qəsəbəsi ərazisindəki Kür çayının üstündəki körpünü keçən kimi qarşı istiqamətdə nəqliyyat vasitəsinin gəldiyini işıqlarından bilmişdir. Bu zaman toqquşma olmuş, hadisədən sonra sürücü Fərrux və o özü avtomobildən aşağı birtəhər düşmüşlər. Məhrubəni və Gülxəndəni isə hadisə yerinə toplaşan adamlar köməkləşərək avtomobildən dartıb çıxartmışlar. Onların hamısını Neftçala TTYS-na aid olan avtomobillə Neftçala RMX-na aparmışlar. Orada həkimlər onlara lazımı tibbi yardımı etmişlər. Müayinə zamanı məlum olmuşdur ki, o, başından ağır bədən xəsarəti almışdır. Avtoqəza nəticəsində onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirmişdir ki, 23 avqust 2024-cü il tarixdə, axşam saat təxminən 21 radələrində Neftçala rayonu, Bankə qəsəbəsindən Neftçala şəhərinə gəlib. O, Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs məxsus olan avtomobililə gəlib və avtomobildə arxa sol tərəfdə bacısı Zərərçəkmiş şəxs2 oturmuşdur. Onun yanında qohumları Məhrubə, qabaqda sağ tərəfdə isə o oturmuşdur. Avtomobili Fərrux özü idarə etmişdir. Onlar Neftçala rayonu, Bankǝ qəsəbəsi ərazisindən Neftçala şəhəri istiqamətində təxminən 80-90 km/s sürətlə hərəkət etmişlər. Bankə qəsəbəsi ərazisindəki Kür çayının üstündəki körpünü keçən kimi qarşı istiqamətdə nəqliyyat vasitəsinin gəldiyini işıqlarından bilmişdir. Bu zaman onlar yəni, avtomobilin içərisində olanlar, Fərruxa demişlər ki, indi yol - nəqliyyat hadisəsi baş verəcək. Bu zaman həqiqətən də toqquşma olmuşdur. Hadisədən sonra sürücü Fərrux və bacısı Zərərçəkmiş şəxs2 avtomobildən aşağı birtəhər düşmüşlər. Onunla Məhrubəni isə hadisə yerinə toplaşan adamlar köməkləşərək avtomobildən dartıb çıxartmışlar. Onların hamısını Neftçala TTYS-na aid olan avtomobillə Neftçala RMX-na aparmışlar. Orada həkimlər onlara lazımı tibbi yardımı etmişlər. Müayinə zamanı məlum olmuşdur ki, o, qabırğalarından, sinəsindən az ağır zərərvurmaya aid bədən xəsarətləri almışdır. Avtoqəza nəticəsində onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır. Təxminən il yarım olar ki, “Kia-K3” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili özü idarə edir. Avtomobil idarə etmək üçün onun bütün sənədləri qaydasındadır. 23 avqust 2024-cü il tarixdə, axşam saat təxminən 21 radələrində özünə məxsus olan avtomobillə Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ilə Bankə avtomobil dairəsindən Bankə qəsəbəsi istiqamətində hərəkət etmişdir. İdarə etdiyi avtomobildə arxa sağ tərəfdə qohumu Ələsgərova Rǝna Cəmşidicəm qızı oturmuşdur. Avtomobilin sürəti təxminən 60 km/s olmuş və o, ayıq vəziyyətdə olmuşdur. Bankə qəsəbəsi istiqamətində hərəkətdə olarkən təxminən 20-30 metr qarşıdan təxminən 80-90 km/s sürətlə ağ rəngli “VAZ-2101” markalı avtomobilin gəldiyini görmüşdür. Onun qarşısında “VAZ-2107” markalı avtomobil hərəkət etmiş və onun hərəkət sürəti aşağı olmuşdur. “VAZ-2107” markalı avtomobilin hərəkət sürəti təxminən 50 km/s olmuşdur. Ona çatmağa təxminən 15 metr qalmış “VAZ-2101” markalı avtomobil qarşısında gedən “VAZ- 2107” markalı avtomobili ötüb keçmək üçün onun hərəkətdə olduğu yola çıxmış və bu zaman onun hərəkəti üçün təhlükəli məqam yaranmışdır. O, idarə etdiyi avtomobili sağ tərəfə çəkib hadisədən yayınmaq istəsə də bu alınmamış və onların arasında toqquşma baş vermişdir. Hadisədən sonra zərbədən onun idarə etdiyi avtomobil hərəkətdə olduğu yolun sağ ehtiyat hissəsindən sonra olan boş sahəyə düşmüşdür. Hadisədən sonra o, heç bir bədən xəsarəti almamışdır. Onun sərnişini olan Şahid heç bir bədən xəsarəti almamışdır. Lakin VAZ-2101 markalı avtomobildə olan 4 nəfər şəxsin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün onları hadisə yerinə gələn TTYS-ın əməkdaşları Neftçala RMX-na aparmışlar. İdarə etdiyi “KİA K3” markalı, **-TB-*** qeydiyyat nişanlı avtomobil texniki pasportla ona məxsus olmaqla onun mülkiyyətidir. O, həmin avtomobili 19 yanvar 2023-cü il tarixdə Bakı şəhərindən tanımadığı şəxsdən nağd pula, yəni 23.500 (iyirmi üç min beş yüz) manata almış, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona ümumilikdə 4050 (dörd min ǝlli) manat məbləğində maddi ziyan dəymişdir. Avtoqəza nəticəsində onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı məhkəmə baxışı dövründə təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, həmçinin özü, zərərçəkmiş şəxslər tərəfindən iş üzrə ibtidai araşdırma dövründə verilmiş izahat və ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 03 dekabr 2024-cü il tarixli, 255 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – L3-L4 fəqərələrinin köndələn çıxıntılarının qapalı yerdəyişməyən sınıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir”. 26 noyabr 2024-ci il tarixli, 236 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - açıq kəllə beyin travması, baş beynin orta dərəcəli əzilməsi, sol alın-gicgah-burun sümükləri və orbitanın yuxarı divar sınıqları, sol burun ətrafı ciblərdə patoloji maye, sol alın bazal nahiyədə hemorragik kontuziva, pnevmosefaliya, alın və bilateral periorbital nahiyədə yumuşaq toxumaların əzilməsi küt əşya(əşyalar) təsirin törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Həyat üçün təhlükəli olan ağır zərər vurmava aiddir”. 26 noyabr 2024-cü il tarixli, 237 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol bud sümüyünün diafizinin qapalı yerdəyişən sınığı küt əşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir”. 02 dekabr 2024-cü il tarixli, 238 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Sol İ,Vİ, Vİİ, Vİİİ qabırğaların sınıqları. Aşağı və yuxarı ətraflarda yumuşaq toxmaların əzilməsi. Hər iki ağciyərin əzilməsi, tənəffüs yetməzliyi küt əşya(əşyalar) təsirindən törənmiş,qərarda göstərilən müddət və şəraitdə,yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2024-cü il tarixli, 8/2598 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “1.3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2101 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X8» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2,4. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, yəni istintaq tərəfindən vəsatətə cavab məktubunda təhlükə yaranan anda nəqliyyat vasitələri arasında 15 metr məsafə olması real hadisə mexanizminə uyğun olmadığından Kia K3 markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir”. Neftçala şəhərində fəaliyyət göstərən X5 məxsus avtotəmir sexi tərəfindən təqdim olunmuş qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs4 məxsus “KİA K3” minik markalı, **- TB-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə 4050 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Cinayət işinin 54-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2024-cü il tarixli, 8/2598 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səkkiz beş) manatdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyləri və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün olaraq tövsüf olunmuş, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi cinayət işinin materialları, zərərçəkmiş və şahid ifadəsi, ekspert rəyi və təqsirləndirilən şəxsin etirafı ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəməyə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən təqdim olunmuş 04 və 09 aprel 2025ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4 və 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəmədə izahat verərək zərərçəkmiş şəxslərlə barışdığından, sonuncuların ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və sonunculara dəymiş ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384 və 385-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-27/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-27/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver