Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-28/2025 04.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Neftçala Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, 9 mm kalibrli, zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş "Makarov" konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan yivli odlu silahı-tapançanı, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı olan 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, "Makarov" konstruksiyalı tapançaların komplekt hissəsi-darağını və dörd ədəd 9x18 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş 9x18 kalibrli "Makarov" (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı-ştat patronlarını əldə edib ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin salonunda, döşəmənin altında bir ədəd qara rəngli parçaya bükülmüş vəziyyətdə qanunsuz saxlamış, 11 fevral 2025-ci il tarixdə, saat 20:17 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilən zaman, evin salonunun döşəməsinin altından bir ədəd qara rəngli parçaya bükülmüş vəziyyətdə bir ədəd nömrəsi silinmiş, 9 mm kalibrli, zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş "Makarov" konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan yivli odlu silah-tapança, bir ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı olan 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, "Makarov" konstruksiyalı tapançaların komplekt hissəsi-daraq və dörd ədəd 9x18 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş 9x18 kalibrli "Makarov" (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı-ştat patronları aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək bağbanlıq və fəhləlik etməklə dolanır, iş olmayanda isə rayon ərazisində metal toplayıb satmaqla dolanır. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 4 gün əvvəl Neftçala rayonu ərazisində "Qobu" adlanan ərazidə gəzərək metal axtaran zaman, qamışlıq ərazidə yulğun kolunun dibində bükülü vəziyyətdə qara rəngli əski parçası görmüşdür. Həmin bükülüdə nə olduğu ona maraqlı gəldiyi üçün yaxınlaşıb ayağı ilə bükülüyə toxunmuş, həmin vaxt bükülünün içərisində bərk bir əşyanın olduğunu bilmişdir. Buna görə bükülünü götürüb açmış, həmin bükülüdə bir ədəd "Makarov" tipli tapança olduğunu görmüşdür. O, tapançanı həmin əski parçasına büküb cibinə qoymuş və evinə getmişdir. Evdə tapançaya baxış keçirtdikdə üzərində 01 ədəd daraq olduğunu gömüşdür. Darağı tapançanın üzərindən çıxarmış və içərisində patronlar olduğu ona məlum olmuşdur. O, həmin patronları da daraqdan çıxarıb saymış və 04 ədəd patron olduğunu bilmişdir. Sonra patronları darağa doldurmuş və darağı tapançanın üzərinə taxmışdır. Bundan sonra tapançanı həmin qara rəngli ǝski parçasına büküb evinin salon hissəsində döşəmənin taxtalarından birini çıxararaq tapançanı həmin döşəmənin altına qoyub taxtanı öz yerinə yerləşdirmişdir. 11 fevral 2025-ci il tarixdə, saat təxminən 20:20 radələrində yaşadığı evdə olduğum vaxt kiminsə onu küçədən çağırdığını eşitmişdir. Buna görə də yaxınlaşıb küçə qapısını açmış, onu çağıranın polis əməkdaşı olduğunu və videoçəkiliş aparıldığını görmüşdür. Polis əməkdaşı özünü təqdim edərək Neftçala Rayon Polis Şöbəsinin müstəntiqi olduğunu bildirmiş və ondan kim olduğunu soruşmuş, o da özünü təqdim etmişdir. Müstəntiq ona yaşadığı evdə odlu silah saxlaması barədə məlumat daxil olduğunu, buna görə yaşadığı evə baxış keçiriləcəyini, bu barədə etirazının olubolmadığını soruşmuş, o da etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb müstəntiqə təqdim etmişdir. Müstəntiq ondan yaşadığı evdə odlu silah olub-olmadığını soruşmuş, o da yaşadığı evdə "Makarov" tipli tapança olduğunu və həmin tapançanı təqdim edə biləcəyini demişdir. Bundan sonra videoçəkilişlə müstəntiq və digər polis əməkdaşları ilə birlikdə evinin salonuna daxil olmuşdur. Salonda döşəmənin bir taxtasını qaldırıb altında gizlətdiyi qara rəngli əski parçasına bükülmüş tapançanı müstəntiqə təqdim etmişdir. Müstəntiq ondan təqdim etdiyi əşyanın nə olduğunu soruşmuş, o da "Makarov" tipli tapança olduğunu bildirmişdir. Müstəntiq ona həmin tapançanı necə əldə etdyini və hansı məqsədlə yaşadığı evdə saxladığını soruşmuş, o da təxminən 4 gün əvvəl olduğu kimi tapdığını və maraqlı gəldiyi üçün yaşadığı evdə saxladığını demişdir. Müstəntiq ondan həmin tapançadan istifadə edib-etmədiyini soruşmuş, o da istifadə etmədiyini demişdir. Bundan sonra müstəntiq tapançanın darağını və darağın içərisində olan 04 ədəd patronu çıxarmış və içərisi boş kağız zərfə qoyaraq qablaşdırıb, 203 saylı zərflər üçün möhürlə möhürləmişdir. Həmin tapança və hissələrinin ekspertizaya göndəriləcəyini, ekspertizanın nəticəsindən sonra məsuliyyətinin məlum olacağını demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Neftçala Rayon Polis Şöbəsinə gəlmişdir. Burada müstəntiq tərəfindən protokol tərtib edilib, ucadan oxunmuşdur. Protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar protokolu imzalamışlar. Daha sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təqdim edilərək hüquq və vəzifələri izah olunmuş və izahatı alınmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Neftçala rayon prokuroruna ərizə ilə müraciət edərək, 11 fevral 2025-ci il tarixdə yaşadığı evdən 1 ədəd "Makarov" tapançası, 1 ədəd həmin tapançanın darağı və 04 ədəd tapança patronlarının polis əməkdaşları tərəfindən aşkar edildiyini, özünə aid olduğunu, əməlindən səmimi peşman olduğunu göstərmişdir. Hazırda da əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala RPŞnin X1 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Mahiyyəti üzrə bildirmişdir ki, 11 fevral 2025-ci il tarixdə xidmətdə olarkən ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan əməliyyat məlumatı tərəfindən yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə onun ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsinə icazə verilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə təxirəsalınmadan baxış keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün rəhbərlikdən icazə alınmış və həmin qərar təsdiqlənmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə 11 fevral 2025-ci il tarixdə, saat təxminən 20:17 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər. Təqsirləndirilən şəxs həyətə çağırdıqdan sonra onu qəbul edilmiş qərarla tanış etmişlər, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq əldə etdiyi odlu silah və doyüş sursatı saxlaması barədə Neftçala RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etiraz etməmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs yaşdığı evin salonunda, döşəmənin altından bir ədəd "Makarov" silahı aşkarlanmışdır. Həmin silaha baxış keçirilən zaman silahın nömrəsinin silindiyi, silahda olan daraqda isə 04 ədəd patron müəyyən edilmişdir. Bundan sonra keçirilən baxış zamanı mənzildən başqa cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş bir ədəd "Makarov" silah və 04 ədəd patron qablaşdırılaraq DİN-in 203 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Sonra müstəntiq tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış ekspert rəyi və digər sübutlarla da tam təsdiq olunur. 12 fevral 2025-ci il tarixli 25/203 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur: «-Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, istehsal olunmuş 9 mm kalibrli, "Makarov" konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli "Makarov" konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə, Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli "Makarov" (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar (bax silahının tədqiqi hissəsinə). -Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisəyerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə məlumat veriləcəkdir. - DİN-nin KTİ-də fiziki-kimyavi məhkəmə ekspertizası keçirilməməsi səbəbindən, qərarın 7-ci sualına cavab verilmədi. Qeyd: Təqdim edilmiş 04 ədəd 9x18 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəş zamanı istifadə olundu». Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Rzayev X2 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 220 manat cərimə cəzasına məhkum edilmişdir. Neftçala rayon İcra və probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, xx.xx.2007-ci il tarixdə Neftçala Rayon Məhkəməsinin hökmü ilə 220 manat cərimə cəzasına məhkum ounmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarla cəzadan azad edilərək Neftçala RİPŞ-nin qeydiyyatından çıxarılmışdır. Neftçala Rayon Məhkəməsinin 4(053)-2/2025 nömrəli iş üzrə 13 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair Neftçala rayon prokurorunun təqdimatı təmin edilməklə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilməsi, həbs etmənin əvvəlinin 11 fevral 2025-ci il tarixindən hesablanması qərara alınmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini səmimi olaraq etiraf etdiyini və peşman olduğunu, himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd nömrəsi silinmiş “Makarov” tapançası, 01 (bir) ədəd daraq və 02 (iki) ədəd döyüş sursatı hesab olunan patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının əvvəli 11 fevral 2025-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd nömrəsi silinmiş “Makarov” tapançası, 01 (bir) ədəd daraq və 02 (iki) ədəd döyüş sursatı hesab olunan patronlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-28/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-28/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver