Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-3/2023 08.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 09 avqust 1974-cü ildə Neftçala rayonu, Mürsəqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, pensiyaçı, məhkumluğu olmayan, Neftçala rayonu, Mürsəqulu kəndində qeydiyyatda olan və həmin yerdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyul 2022-ci ildə saat 19.30-da yaşadığı Neftçala rayonu, Mürsəqulu kəndindəki evində kürəkəni Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunun hər iki qol nahiyəsinə istintaqla əldə edilməsi mümkün olmayan bıçaqla bir neçə dəfə qəsdən vuraraq ona sağ bazunun, sağ saidin, sol bazunun, sol saidin və sağ əlin ovuc səthinin yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək, qeyd etmişdir ki, Neftçala rayonu, Mürsəqulu kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun kürəkənidir. Zərərçəkmiş şəxs qızı Giləxanım Əzizova ilə ailə qurmuşdur. Əyyar qızı Giləxanmıla yola getmədikləri üçün bir neçə dəfə Giləxanımı evinə gətirmişdir. Giləxanım bir müddət onlarda qaldıqdan sonra Əyyarla barışaraq yenidən öz evinə getmişdir. X1 arasında münaqişə yenə də davam etmişdir. Əyyar sonuncu dəfə 16 iyul 2022-ci il tarixdə yaşadıqları evdə qızı Giləxanımı döymüşdür. Ona görə də 25 iyul 2022-ci il tarixdə Giləxanım Əyyar barəsində Neftçala Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Müraciəti əsasında RPŞ-nin TQ-da araşdırma aparılmışdır. Araşdırma zamanı Əyyarla Giləxanım barışsalar da həmin vaxtdan qızı Giləxanım uşaqları ilə birlikdə onun himayəsində qalırlar. 30 iyul 2022-ci il tarixdə saat 19.50 radələrində Mürsəqulu kəndində yaşadığı evə gəldikdə Zərərçəkmiş şəxs onlarda olduğunu görmüşdür. Həmin vaxt Əyyara evini tərk etməsini bildirərək onu evindən qovmuşdur. X2 döydüyü üçün onu evində görmək istəmirdi. Həmin vaxt Əyyar evdən çıxmayacağını bildirərək uşaqlarını görmək üçün gəldiyini bildirdikdə aralarında mübahisə baş verdi. Mübahisə zamanı Əyyarın üzərinə yeriyərək sinəsindən itələyib evindən bayıra çıxarmışdır. Əyyar da oradan çıxaraq idarə etdiyi Niva markalı avtomaşına əyləşib oradan uzaqlaşmışdır. Sonra isə DİN-in 102 xidmətinə zəng edərək Əyyarın yaşadığı ünvana gəlib münaqişə yaratması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda bildirdikləri ona qarşı yalan və böhtandır. Aralarında baş vermiş mübahisə zamanı mətbəxə keçərək əlinə mətbəx bıçağı götürməmiş, Əyyara xəsarət yetirməmişdir. Göstərilənləri nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Xolqarabucaq kəndində ailəsi ilə birlikdə yaşayır. O, xalası qızı Giləxanımla 2018ci ildə ailə qurmuşdur. Həmin vaxtdan qayınatası Təqsirləndirilən şəxs onların şəxsi həyatlarına müdaxilələr edib hər şeyə qarışırdı. Buna görə Giləxanımla mütəmadi münaqişələri olmuşdur. Belə mübahisələrin birində Giləxanım onun barəsində 25 iyul 2022-ci il tarixdə Neftçala Rayon Polis şöbəsinə şikayət etmişdir. Giləxanımın şikayət ərizəsi əsasında Neftçala RPŞ-nin TQ-da araşdırma aparılmışdır. Həmin vaxtdan da Giləxanım övladlarını da götürüb atası Bəhruzun evinə getmişdir. Giləxanım ona övladlarını göstərmək istəsə də, Bəhruz ona hər dəfə mane olurdu. 30 iyul 2022-ci il tarixdə saat 19.30-da o, Bəhruzun Neftçala rayonu, Mürsəqulu kəndindəki evinə uşaqlarını görmək məqsədilə getmişdir. Evə keçdikdə Bəhruzun evdə olmadığını görmüşdür. Buna görə də uşaqlarla evdə əyləşərək söhbət etməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Bəhruzun evə gəldiyini görmüşdür. Bəhruz onu evdə gördükdən sonra onunla mübahisə etməyə başlamış, onu evindən bayıra qovduqda Bəhruza uşaqlarını görmək üçün gəldiyini bildirmişdir. Bu zaman Bəhruz mətbəxdən əlinə dəstəsi taxtadan olan təxminən 15 sm uzunluğunda mətbəx bıçağını götürərək əsəbi halda üzərinə yeriyib bıçaqla ona bir neçə dəfə zərbələr endirmişdir. Həmin vaxt özünü müdafiə etmək məqsədilə qollarını qaldırıb müdafiə olunarkən Bəhruz hər iki qol nahiyəsini bıçaqla bir neçə yerdən kəsərək ona xəsarət yetirmişdir. Sonra isə həyətdən bayıra çıxaraq özünə məxsus idarə etdiyi “Niva” markalı, 90XR939 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib öz evinə getmişdir. Həmin vaxt evdə olan qardaşı Aslan ona kömək edib qolunu sarımışdır. Daha sonra Neftçala RPŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Hadisə Bəhruzun evində baş vermişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala rayonu, Xolqarabucaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Əyyar atası ilə qalır, o, isə təxminən 100 metr kənarda yerləşən bir evdə qalır. Əyyar təxminən 4 ildir ki, xalası Çəməngülün qızı Giləxanım ilə evlənmişdir. Əyyar və Giləxanım ailə qurduqları gündən xalasının əri Bəhruz mütəmadi olaraq heç bir səbəb olmadan onların həyatına müdaxilə etmiş, şəxsi işlərinə qarışmışdır. Buna görə də Əyyar və Giləxanım arasında tez-tez münaqişələr baş vermişdir. Atası bir neçə dəfə Bəhruza cavanların işlərinə qarışmamaq barədə xəbərdarlıq etmişdir. Aralarında baş vermiş sonuncu mübahisələrin birində Giləxanım övladlarını da götürüb atası evinə getmişdir. Bundan sonra Əyyara uşaqlarını göstərməmişlər. 30 iyul 2022-ci il tarixdə atasıgilin evində olarkən Əyyarın üst-başının qanlı halda evə gəldiyini görmüşdür. Əyyardan nə baş verdiyini soruşduqda Əyyar ona uşaqlarını görmək üçün Bəhruzgilə getdiyini, orada Bəhruz tərəfindən bıçaqlandığını bildirmişdir. O, dərhal Əyyara ilkin olaraq kömək göstərib qolunu evdə olan bintlə sarımışdır. Daha sonra Əyyar Neftçala RPŞ-nə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Neftçala rayonu, Xolqarabucaq kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun oğludur. Əyyar təxminən 4 ildir ki, baldızı Çəməngülün qızı Giləxanım ilə evlənmişdir. Əyyar və Giləxanım evlənən gündən bacanağı Bəhruz mütəmadi olaraq heç bir səbəb olmadan onların şəxsi həyatına müdaxilələr etmişdir. Buna görə də Əyyar və Giləxanım arasında münaqişələr baş vermişdir. O, neçə dəfə Bəhruza onların işlərinə qarışmamasını bildirmişdir. Əyyarla aralarında baş vermiş sonuncu mübahisədə Giləxanım övladlarını da götürüb atası evinə getmişdir. Bundan sonra Əyyar uşaqlarını görə bilməmişdir. Daha doğrusu Bəhruzun qadağası ilə uşaqları ona göstərməmişlər. O, 2022-ci ilin iyul ayının sonlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olmuşdur. 30 iyul 2022-ci il tarixdə Əyyar ona mobil telefonla zəng edib bildirmişdir ki, uşaqlarını görməyə gedən vaxt Bəhruz tərəfindən bıçaqlanıb. Əyyar bundan sonra ona Bəhruzdan ərizə ilə müraciət etmək üçün Neftçala RPŞ-nə getdiyini bildirmişdir. O, da dərhal Bakı şəhərindən rayona çıxmış və yaxınlaşarkən Əyyarla danışmış, Əyyar da ona Salyan Rayon Mərkəzi Xəstəxanasında olduğunu demişdir. Xəstəxanaya çatdıqda Əyyara tibbi yardım göstərildiyini, onun qollarına sarğı qoyulduğunu görmüşdür. Daha sonra da Əyyarla birlikdə evə gəlmişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 01 avqust 2022-ci il tarixli 165 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs "məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ bazunun, sağ saidin, sol bazunun, sol saidin və sağ əlin ovuc səthinin yaraları kəsici alət (alətlərin) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə 30 iyul 2022-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir". Təqsirləndirilən şəxsin məhkəməyə bildirdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, onun ifadəsi hadisənin real hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını və cinayətin ailə münasibətlərinin pozulması zəminində baş verdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-3/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-3/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver