Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-3/2024 01.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 və Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Tarix oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1976-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyun 2023-cü ildə saat 16.40 radələrində Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə səyyar görüşü keçirilən zaman işlə təmin olunmadığını bəhanə edərək ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq edərək nalayiq söyüşlər söyüb səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi kustar üsulla istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağını və bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağını nümayiş etdirib Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala rayonu, Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zərərçəkmiş şəxs Tarix oğlunu öldürməklə hədələyib ona qarşı zor tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq edən zaman ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs burun nahiyəsinə başı ilə vuraraq ona burunun yumşaq toxumalarının qançırı, şişkinliyi, burun sümüyünün orta 1/3-nin çatı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Bankə qəsəbəsində yaşayır. İşləmir. İşlə təmin olunması tələbi ilə dəfələrlə Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala rayonu, Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət etmiş, lakin heç bir işlə təmin olunmamışdır. 21 iyun 2023-cü ildə eşitmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında başçının qəsəbə sakinləri ilə görüşü keçirilir. İşlə təmin olunması üçün bacısı oğlu Şahid4 da götürüb həmin gün saat təxminən 16.40-da görüşün keçirildiyi yerə getmişdir. Lakin orada başçıya müraciət etmək istədikdə icra hakimiyyətinin əməkdaşları onu zaldan çıxarmaq istəmişlər. Bu zəmində mübahisə yaranmış və mübahisə zamanı özündə saxladığı və meyvə soymaq üçün istifadə etdiyi bıçaq cibindən yerə düşmüşdür. Qeyd edir ki, həmin bıçaqla heç kəsi vurmaq niyyəti olmayıb. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında həmçinin bildirmişdir ki, hadisə vaxtı söyüş söyməyib, zərərçəkmiş şəxsi vurmayıbdır. Ola bilər ki, bir-birini itələyəndə başı təsadüfən Zərərçəkmiş şəxs Tarix oğlunun burnuna dəyib. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında yuxarıda göstərilən məzmunda ifadə verdiyinə baxmayaraq, sonradan, yəni Zərərçəkmiş şəxs Tarix oğlu onun bilavasitə iştirakı ilə dindirildikdən sonra verilmiş suallara cavab olaraq başı ilə zərərçəkmiş şəxsin burun nahiyəsinə qəsdən zərbə vurduğunu etiraf etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs Tarix oğlu işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 2022-ci ildən 2023-cü ilin oktyabr ayının 26-dək Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala rayonu, Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib. 21 iyun 2023-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Həmin gün saat 16.40-da Vətən Müharibəsi iştirakçısı olan qəsəbə sakini Şahid4 və sonuncunun dayısı Təqsirləndirilən şəxs hər ikisi sərxoş vəziyyətdə akt zalına daxil olmuşlar. Həmin şəxslər söz almadan, hay-küylə və ətrafdakılara açıqca saymazlıq edərək danışmağa başlamış, görüşün gedişatını pozmuşlar. Bu səbəbdən o, və digər görüş iştirakçıları həmin şəxsləri zaldan kənarlaşdırmışlar. Sonuncular məktəbin dəhlizində də səs-küylərini davam etdiklərinə görə icra başçısı onları sakitləşdirmək məqsədilə yenidən zala dəvət etmişdir. İcra başçısı Təqsirləndirilən şəxs və Şahid4 etik qaydalara riayət etməyə çağırıb şikayətləri ilə maraqlanmış imkanı daxilində onlara köməklik göstərəcəyini bildirmişdir. Lakin Zaur icra başçısının sözünü kəsib, yenidən hörmətsizlik etmişdir. Zərərçəkmiş şəxs bildirir ki, təqsirləndirilən şəxs hadisə vaxtı nalayiq ifadələr işlədirdi. Bunlarla yanaşı, təqsirləndirilən şəxs cibindən 2 ədəd bıçaq çıxarıb nümayiş etdirmişdir. Ətrafdakılar nə qədər etsələr də Zauru sakitləşdirmək mümkün olmamışdır. Ona görə də o, özü Zaura yaxınlaşmış və onu sakitləşdirmək istəmişdir. Lakin Zaur bıçaqla onu hədələyərək başı ilə burun nahiyəsinə vurmuş və xəsarət yetirmişdir. Bu zaman Zaurun əlindəki bıçaqlar yerə düşmüşlər. Zaurun və bacısı oğlunun bu hərəkətləri təxminən 25 dəqiqə davam etmiş və onlar demək olar ki, bütün tədbirin (səyyar qəbulun) gedişini qərəzli şəkildə pozmuşlar. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 iş üzrə ibtidai araşdırma dövründə verdiyi yazılı ifadəsini təsdiq etdiyini bildirərək eyni zamanda qeyd etmişdir ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aparatının Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir. Üstündən xeyli vaxt keçdiyinə görə hadisəni tam xatırlamır. Lakin Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüş keçirdiyi yadındadır. Həmin gün təqsirləndirilən şəxs bacısı oğlu ilə birlikdə akt zalına daxil olaraq maddi təminatının aşağı olmasını əsas gətirməklə onlara iş verilməsini ətrafdakılara saymazlıq nümayiş etdirməklə tələb etməyə başlamışlar. Həmin şəxslər tədbirin gedişini pozduqlarına görə akt zalından çıxarılmışlar. Lakin onlar sonra yenidən zala daxil olmuş və hərəkətlərini davam etdirmişlər. İcra Hakimiyyəti başçısının Bankə qəsəbəsi üzrə nümayəndəsi Zərərçəkmiş şəxs Zauru sakitləşdirmək məqsədilə ona yaxınlaşmış, bu zaman Zaur cibindən iki ədəd bıçaq çıxararaq onu hədələmişdir. Eyni vaxtda mübahisə zəminində Zaur baş nahiyəsi ilə Tarelin burun nahiyəsinə zərbə endirib. Zaurun və bacısı oğlunun hərəkətləri nəticəsində tədbirin gedişi təxminən 25 – 30 dəqiqə ərzində pozulmuş, hadisə vaxtı onlar nalayiq ifadələr işlətmişlər. Şahid3 cinayət işinin 49 – 51-ci səhifələrində olan yazılı ifadəsində aşağıdakılar qeyd olunur: «Mənə verilən suallara cavab olaraq bildirirəm ki, mən ünvan 1 ünvanında ailəmlə birlikdə yaşayıram. Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri vəzifəsində işləyirəm. xx.xx.2023-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə səyyar görüşü keçirilirdi. Saat təxminən 16 radələri olardı. Bu vaxt Vətən Müharibəsində iştirak etmiş və müxtəlif medallarla təltif edilmiş qəsəbə sakini Şahid4 və sonradan adını bildiyim Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə akt zalına daxil oldular. Bu vaxt həmin şəxslər söz verilmədən danışmağa başladılar və görüşün gedişatını pozdular. Bu vaxt mən və digər görüş iştirakçıları həmin şəxsləri zaldan kənarlaşdırdıq. Daha sonra isə icra başçısının dəvəti ilə həmin şəxslər yenidən zala daxil oldular. İcra başçısı həmin şəxsləri etik qaydalara riayət etməyə çağırıb şikayətləri ilə maraqlandı. Bu vaxt Zaur icra başçısının sözünü kəsərək təhqiredici ifadələr işlədərək ucadan söyüş söyməyə başladı və cibindən bıçaq çıxarıb nümayiş etdirərək ona qanunsuz hərəkətlərinə görə öz iradını bildirən icra nümayəndəsi Tarelin üzərinə hücum çəkdi. Bu vaxt Zaur başı ilə icra nümayəndəsi Tarelin burun nahiyəsinə vuraraq xəsarət yetirdi. Həmçinin icra nümayəndəsi Tarel Zauru tutub sakitləşdirmək istədiyi vaxt əlində olan 2 ədəd bıçaq yerə düşdü. Bu barədə polis əməkdaşlarına məlumat verildi. Daha sonra polis əməkdaşları hadisə yerinə gəldikdə iclasın normal gedişi təmin olundu. Zaurun bu hərəkətləri təxminən 20-25 dəqiqə ərzində davam etdi. Həmin vaxt heç kim Zauru vurmamış, döyməmişdir. Baş vermiş hadisə barədə daha sonra orada tərəfimizdən akt tərtib olunub Neftçala RPŞ-nə göndərildi». İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 da iş üzrə ibtidai araşdırma dövründə verdiyi yazılı ifadəsini təsdiq edərək eyni zamanda bildirmişdir ki, X2 rəisi vəzifəsində işləyir. Hadisədən xeyli vaxt keçdiyinə görə onun detallarını tam xatırlamır. Eyni zamanda xatırlayır ki, Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə səyyar görüşü zamanı təqsirləndirilən şəxs bacısı oğlu ilə birlikdə zala daxil olaraq münaqişə yaratmış, onların hərəkətləri nəticəsində tədbirin gedişi təxminən 25 – 30 dəqiqə ərzində pozulmuşdur. Şahid2 cinayət işinin 40 – 42-ci səhifələrində olan yazılı ifadəsində aşağıdakılar qeyd olunub: «Mənə verilən suallara cavab olaraq bildirirəm ki, mən ünvan 3 ünvanında ailəmlə birlikdə yaşayıram. X2 vəzifəsində işləyirəm. xx.xx.2023-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə səyyar görüşü keçirilirdi. Saat təxminən 16 radələri olardı. Bu vaxt 2 nəfər qəsəbə sakini sərxoş vəziyyətdə akt zalına daxil oldular. Bu vaxt həmin şəxslər söz verilmədən danışmağa başladılar və görüşün gedişatını pozdular. Bu vaxt icra hakimiyyətinin əməkdaşları həmin şəxsləri zaldan kənarlaşdırdılar. Daha sonra isə icra başçısının dəvəti ilə həmin şəxslər yenidən zala daxil oldular. İcra başçısı həmin şəxsləri etik qaydalara riayət etməyə çağırıb şikayətləri ilə maraqlandı. Bu vaxt adının sonradan Zaur olduğunu bildiyim icra başçısının sözünü kəsərək təhqiredici ifadələr işlədərək ucadan söyüş söyməyə başladı və cibindən bıçaq çıxarıb nümayiş etdirərək ona qanunsuz hərəkətlərinə görə öz iradını bildirən icra nümayəndəsi Tarelin üzərinə hücum çəkdi. Bu vaxt Zaur başı ilə icra nümayəndəsi Tarelin burun nahiyəsinə vuraraq xəsarət yetirdi. Həmçinin icra nümayəndəsi Tarel Zauru tutub sakitləşdirmək istədiyi vaxt əlində olan 2 ədəd bıçaq yerə düşdü. Bu barədə polis əməkdaşlarına məlumat verildi. Daha sonra polis əməkdaşları hadisə yerinə gəldikdə iclasın normal gedişi təmin olundu. Zaurun bu hərəkətləri təxminən 20-25 dəqiqə ərzində davam etdi. Həmin vaxt heç kim Zauru vurmamış, döyməmişdir». İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, hazırda Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir. Yuxarıda təsvir olunan hadisə zamanı zaldan çölə çıxmış, bu səbəbdən də hadisənin necə baş verdiyini görməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Vətən Müharibəsi iştirakçısıdır. 21 iyun 2023-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsi, Səməd Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə sakinləri ilə görüşü keçirilmişdir. Bu vaxt dayısı Təqsirləndirilən şəxs mobil telefonla ona zəng edib həmin tədbirə getmək istədiyini bildirmiş və ayağındakı xəstəliyinə görə ona getmək üçün kömək etməsini xahiş etmişdir. O, Zaura kömək etmiş və onlar saat 16:40-da həmin görüşə getmişlər. X4 Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən müəllimdən ayağının müalicə xərcləri üçün işlə təmin olunmasını xahiş etmək istəyəndə icra hakimiyyətinin işçiləri onları zaldan çıxarmışlar. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, həmçinin şahidləri dinləyib, məhkəmə istintaqında araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq ona ittiham olunan cinayət əməllərini törətməsi faktı iş üzrə toplanmış sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs Tarix oğlunun, şahidlər Şahid3 və Şahid2 iş materiallarında olan yazılı və məhkəmə baxışı dövründəki şifahi ifadələri ilə təsdiq olunur. Şahid3 ilə Şahid2 işin məhkəmə baxışı dövründəki ifadələrində olan müəyyən natamamlıqları hadisədən xeyli vaxt keçməsi və bu səbəbdən hadisənin müəyyən detallarını tam xatırlamamaları ilə izah edirlər. Onlar eyni zamanda qeyd edirlər ki, iş materiallarında olan yazılı ifadələrini hadisədən qısa müddət sonra verdiklərinə görə həmin vaxt üçün hadisənin bütün təfərrüatlarını tam xatırlayırdılar. Ona görə də yuxarıda göstərilən yazılı ifadələrində bildirdiklərini tamamilə təsdiq edirlər. Məhkəmə şahidlərin həmin izahlarını qəbul edir. Məhkəmə Şahid4 bildirdiklərinə münasibətdə qeyd edir ki, o, təqsirləndirilən şəxsin bacısı oğludur. Onlar hadisə vaxtı bir yerdə olublar. Göstərilənləri işin s. faktik halları ilə məcmu şəklində qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, şahidin müvafiq ifadəsi (ifadələri) təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdə bilər. Şahid1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, hadisə vaxtı akt zalından çıxmış və hadisənin necə baş verdiyini görməmişdir (şahidin ibtidai araşdırma dövründə verdiyi ifadədə hadisənin baş verməsi təfərrüatı tam təsvir olunub). Məhkəmə işin faktik hallarını məcmu şəkildə qiymətləndirərək hesab edir ki, istənilən bir halda, yəni hətta Şahid1 hadisənin baş verməsini həmin məqamda zalda olmaması səbəbindən görməyibsə də belə, bu hadisənin ümumiyyətlə baş verməməsi anlamında təfsir oluna bilməz. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayət əməllərini törətməsi faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 25 iyun 2023-cü il tarixli 18/665 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «İ. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. İİ. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir». 26 iyun 2023-cü il tarixli 114 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Tarix oğlunun məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – burunun yumşaq toxumalarının qançırı, şişkinliyi, burun sümüyünün orta 1/3-nin çatı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kəllə ilə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını və xəstəlikdən əziyyət çəkdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən islah olunması mümkün deyil. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2 və 228.4-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 02 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 38 (otuz səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 01 may 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 02 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 38 (otuz səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-3/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-3/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver