Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-30/2025 11.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2005-ci il tarixdə Neftçala rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olan və orada yaşayan, 20 aprel 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 22 noyabr 2024-cü il tarixdə, saat 21 radələrində Neftçala şəhəri, M.Ə.Sabir küçəsində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi "CHANGAN-MİNİK" markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Neftçala şəhərindən rayonun Bankǝ qəsəbəsi istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli, avtomobili qarşı hərəkət zolağına çıxartmamalı, öz hərəkət zolağı ilə avtomobilin təhlükəsiz hərəkətini təmin etməli olduğu halda həmin tələbləri pozaraq, həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən maksimum sürətin 50 km/saata qədər məhdudlaşdırıldığı yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə etməklə ehtiyatsızlıqdan yolun əks istiqamətinə çıxaraq Neftçala rayon elektrik şəbəkəsinin yaxınlığında rayonun Bankǝ qəsəbəsindən Neftçala şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs5 idarə etdiyi "M" markalı dövlət qeydiyyat nişanı olmayan yedəkli motosikletlə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs5 həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid sol baldır sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqları və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid sol budun geniş həcmli sıyrılmış yaraları ilə müşayiət olunan xəsarətlər almaqla, almış olduğu xəsarətlər nəticəsində əmələ gələn travmatik-hemorragik İİİ-İV dərəcəli şok nəticəsində 22 noyabr 2024-cü il tarixdə, saat 23 radələrində Neftçala rayon mərkəzi xəstəxanasında ölümünə, motosikletdə olan sərnişinlər - Zərərçəkmiş şəxs1 çənə sümüyünün sınığı, sol said sümüklərinin açıq sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs4 İV bel fəqərəsinin arxa kənarının sınığı ilə müşayiət olunan, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zǝrǝrvurmaya, Zərərçəkmiş şəxs3 başın təpə nahiyəsinin yarası, qapalı kəllə - beyin travması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya, Zərərçəkmiş şəxs2 sol baldırın şüşkinliyi, qançırı ilə müşayiət olunan sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri almasına və Zərərçəkmiş şəxs5 məxsus "M" markalı dövlət qeydiyyat nişanı olmayan yedəkli motosikletlə 980 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq dolanır. Atasına texniki pasportla məxsus olan məxsus "CHANGAN-MİNİK" markalı, **-MJ-*** dövlət qetdiyyat nişan avtomobili öz pulu ilə aldığı üçün 2024-cü ilin aprel ayından etibarən arada bir idarə edir. 22 noyabr 2024-cü il tarixdə, axşam saat təxminən 21 radələrində idarə etdiyi avtomobillə Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisi ilə Neftçala şəhərindən Bankə qəsəbəsi istiqamətində hərəkət etmişdir. İdarə etdiyi avtomobildə tək olmuş, idarə etdiyi avtomobilin sürəti təxminən 70-80 km/s olmuşdur. O, avtomobilini ayıq vəziyyətdə idarə etmişdir. Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisindəki "X3"nin qarşısından keçərkən qarşısında gedən nəqliyyat vasitəsini ötüb keçmək üçün idarə etdiyi avtomobilin sükanını sol tərəfə çəkmiş və avtomobilinin sol tərəfi qarşı tərəfdən gələn nəqliyyat vasitələrinin hərəkət yoluna çıxmış, bu zaman qarşı tərəfdən öz yolu ilə işıqları olmayan hansısa nəqliyyat vasitəsinin gəldiyini ani vaxtda görmüşdür. O, idarə etdiyi nəqliyyat vasitəsini sağa tərəf yəni, öz hərəkət yoluna doğru çəkə bilməmiş və bu zaman onların arasında toqquşma baş vermişdir. Belə ki, onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə həmin nəqliyyat vasitəsinin qabaq tərəfi arasında toqquşma baş vermişdir. O, avtomobilini toqquşmadan sonra biz az qabaqda yolun hərəkət hissəsində saxlamış və aşağı düşərək hadisə yerinə piyada gəlmişdir. Bu zaman yedəkli motosikletlə toqquşduğunu başa düşmüşdür. Hadisə yerinə TTY avtomobili gəlib və xəsarət alan 3 nəfər şəxsi Neftçala RMX-na aparmışlar. O, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş maddi ziyanı ödəmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır. Zərərçəkmiş şəxs5 onun atası olub. Atasının özünə məxsus olan idarə etdiyi “M” markalı yedəkli motosikleti olmuş və həmin motosikleti özü idarə etmişdir. Motosiklet sürmək üçün onun sürücülük vəsiqəsi olmamışdır. 22 noyabr 2024-cü il tarixdə, axşam saat 22 radələrində şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərində olduğu vaxt istifadə etdiyi mobil telefona Neftçala RMX-dan tanımadığı kişi zəng vuraraq atası Zərərçəkmiş şəxs5, bacısı Zərərçəkmiş şəxs1 və onun övladlarını yəni, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 özünə məxsus olan yedəkli motosikletlə həmin gün axşam saat 21 radələrində Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisindəki “X3”nin yaxınlığında “CHANGAN-MİNİK” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu bildirmişdir. Hal-hazırda ailə üzvlərinin hamısının Neftçala RMX-da tibbi yardım aldıqlarını demişdir. O, bu xəbəri eşidən kimi Bakı şəhərindən birbaşa Neftçala RMX-na gəlmişdir. Xəstəxanaya çatanda bilmişdir ki, artıq atası baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəstəxanada ölmüşdür. Digər qohumları isə müxtəlif bədən xəsarətləri alaraq müalicələrini xəstəxanada davam etdirmişlər. Hazırda atası Zərərçəkmiş şəxs5 avtomobil ilə vuran Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını bildirmişdir. O, bu barədə ərizə də təqdim etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, özü heç bir yerdə işləmir və evdar qadındır. Zərərçəkmiş şəxs5 onun atası olub. Atasının özünə məxsus olan idarə etdiyi “M” markalı yedǝkli motosikleti olmuş və həmin motosikleti özü idarə etmişdir. Motosiklet sürmək üçün onun sürücülük vəsiqəsi olmamış, 22 noyabr 2024-cü il tarixdə, axşam saat 21 radələrində atası Zərərçəkmiş şəxs5 onu və onun övladlarını özünə məxsus olan motosikletlə Neftçala şəhərinə apararkən, motosikleti atası idarə etmişdir. Motosikletin yedəyində o, qızı Zərərçəkmiş şəxs2, oğlu Zərərçəkmiş şəxs3 və digər oğlu Zərərçəkmiş şəxs4 oturmuşlar. Motosiklet tam olaraq yüklü olduğu üçün onun sürəti çox yavaş olmuşdur. O, hadisənin dəqiq necə və nə cür yəni, hansı şəraitdə baş verdiyini bilməmiş və xatırlamır. Belə ki, hava soyuq olduğu üçün və onlar açıq havada yol getdiklərindən başını aşağı salmış, heç nəyi doğru və düzgün görməmişdir. Yalnız onların içərisində olduqları motosikleti “CHANGAN-MİNİK” markalı, 99-MJ- 125 dövlət qeydiyyat nişanlı avtomobilin vurduğunu zərbədən bilmişdir. Hadisə yerinə gələn Neftçala TTY stansiyasının əməkdaşları onu və onun ailə üzvlərini Neftçala RMX-na aparmışlar. Orada ona və onun balalarına ilkin tibbi yardım göstərsələr də sonradan atasının baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində xəstəxanada öldüyünü bilmişdir. Hazırda atası Zərərçəkmiş şəxs5 avtomobil ilə vuran Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. O, bu barədə ərizə də təqdim etmişdir. Əlavə olaraq qeyd edir ki, cinayət işi üzrə qanuni nümayəndə kimi Fuad İbrahimovda tanınmış, lakin işi ilə əlaqədar xarici ölkədə olduğundan gələ bilməmişdir. Ona görə uşaqları Ləman, Natiq və Yahyanın qanuni nümayəndəsi kimi tanındığını və uşaqlarının da təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. O, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, özü heç bir yerdə işləmir. Neftçala şəhəri, 4 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs5 babası olmuşdur. Babasının özünə məxsus olan idarə etdiyi “M” markalı yedəkli motosikleti olmuş və həmin motosikleti özü idarə etmişdir. Motosiklet sürmək üçün onun sürücülük vəsiqəsi olmamışdır. 22 noyabr 2024-cü il tarixdə, axşam saat 21 radələrində babası Zərərçəkmiş şəxs5 onu, anasını və qardaşlarını özünə məxsus olan motosikletlə Neftçala şəhərinə apararkən, motosikleti babası idarə etmişdir. Motosikletin yedəyində o, anası Zərərçəkmiş şəxs1, qardaşı Zərərçəkmiş şəxs3 və digər qardaşı Zərərçəkmiş şəxs4 oturmuşlar. Motosiklet tam olaraq yüklü olduğu üçün onun sürəti çox yavaş olmuşdur. O, hadisənin dəqiq necə və nə cür yəni, hansı şəraitdə baş verdiyini bilməmiş və xatırlamır. Belə ki, hava soyuq olduğu üçün və onlar açıq havada yol getdiklərindən başını aşağı salmış, heç nəyi doğru və düzgün görməmişdir. Yalnız onların içərisində olduqları motosikleti “CHANGAN-MİNİK” markalı, **- MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğunu zərbədən bilmişdir. Hadisə yerinə gələn Neftçala TTY stansiyasının əməkdaşları onu və onun ailə üzvlərini Neftçala RMX-na aparmışlar. Orada ona və onun ailə üzvlərinə ilkin tibbi yardım göstərsələr də sonradan babasının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəstəxanada öldüyünü bilmişdir. Hazırda babası Zərərçəkmiş şəxs5 avtomobil ilə vuran Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs2 izahatına uyğun məzmumlu ifadələr vermişlər. İttiham və müdafiə tərəfini dinləyib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və yuxarıda təsvir olunmuş ifadələrlə yanaşı iş üzrə toplanmış sübutlar, o cümlədən işə əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. «Meyitin ekspertizası» ilə bağlı 16 dekabr 2024-ci il tarixli, 21 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, “1960-cı ildə anadan olmuş Zərərçəkmiş şəxs5 meyitinin məhkəmə-tibbi müayinəsinə, əlavə müayinənin cavabına, ilk məlumata ekspert qarşısında qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm: 1. Meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol baldır sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqları, sol budun geniş həcmli sıyrılmış yarası küt əşya (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, ola bilsin ki, qərarda təsviri hissəsində göstərilən vaxt və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə idarə etdiyi motosikletin minik avtomobili ilə toqquşması nəticəsində törənsin, dərəcələrinə görə baldır sümüklərinin açıq sınıqları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlərdən sol budun sıyrılmış yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 2. Zərərçəkmiş şəxs5 ölümünə səbəb: almış olduğu xəsarətlər nəticəsində əmələ gələn travmatik-hemorragik İİİ-İV dərəcəli şok olmuşdur”. xx.xx.2025-ci il tarixli, 11 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1996cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-Çənə sümüyünün sınığı,sol said sümüklərinin açıq sınığı küt əşya (əşyalar) təsirindən törənmiş qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir». xx.xx.2025-ci il tarixli, 12 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «2010cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Başın təpə nahiyəsinin yarası, qapalı kəllə beyin travması küt əşya (əşyalar) təsirindən törənmiş qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». xx.xx.2025-ci il tarixli, 13 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «2010cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - İV bel fəqərəsinin arxa kənarının sınığı küt əşya təsirindən törənmiş qərarda göstərilən müddət və şəraitdə,yani xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zararvurmaya aiddir». xx.xx.2025-ci il tarixli, 14 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «2009cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Sol baldırın şişkinliyi,qançırı küt əşya (əşyalar) təsirindən törənmiş qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir». 19 mart 2025-ci il tarixli, 8/47 nömrəli məhkəmə yol - nəqliyyat hadisələrinin ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1,2.Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “M” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü Zərərçəkmiş şəxs5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Sürücü Zərərçəkmiş şəxs5 motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Zərərçəkmiş şəxs5 motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Zərərçəkmiş şəxs5 maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsin avtomobili 50 km/saatdan artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. 3,4.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Changan markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişan avtomobili 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində haqqında» Azərbaycan Respublikasi Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırmas gadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur». Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş xx.xx.2025-ci tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini və heç bir şikayət və tələbinin olmadığını, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, özünün və qanuni nümayəndəsi olduğu övladları Ləman, Natiq və Yahyanın da təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmadığını bildirmiş, adları qeyd edilən zərərçəkmiş şəxslər ərizəni imzalamışlar. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxslərə zəruri yardım göstərilməsi üçün özündən aslı olan bütün tədbirləri gördüyünü, mərhumun dəfni və yas mərasimi ilə bağlı zəruri xərcləri qarşıladığını, zərərçəkmiş şəxsin hüququ varisinin və digər zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını, həmçinin, dəymiş ziyanın aradan qaldırılmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrumetmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-30/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-30/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver