Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-31/2024 15.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin hazırlıq iclasında audio video yazı istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokolda aşağıdakılar qeyd olunur: «Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə, saat 17 radələrində ünvan 1 ünvanında yaşadıqları evdə aralarında baş vermiş ailə-məişət zəminində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxsın sifət nahiyəsinə sillə ilə vurmaqla onu döyərək sonuncuya alt dodağın selikli qişasının qansızması, alt çənənin qansızması və şişkinliyi ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər yetirmişdir». Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini qeyd edərək, müvafiq cinayət əməlini yekun protokolda və iş üzrə ibtidai araşdırma dövründə verdiyi ifadədə göstərdiyi qaydada törətdiyini bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam ödədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasına gəlməmiş, 15 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə zərərçəkmiş şəxs qismində tanındığını, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadğını, ona vurulmuş ziyanın da tamamilə aradan qaldırıldığını nəzərə alaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin bildirdiklərini və məhkəməyədək sadələşdirilmiş icraat materialını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış sübutlarla təsdiq olunur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, cinayət nəticəsində ona vurulmuş zərərin ödənildiyini bildirmiş, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də müdafiəçisinin iştirakı ilə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Canlı şəxsin ekspertizası ilə bağlı 20 aprel 2024-cü il tarixli, 70 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, «1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alt dodağın selikli qişasının qansızması, alt çənənin qansızması və şişkinliyi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zǝrǝrvurmaya aiddir». Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinin mənasına görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsinə əsasən «Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir». Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən «Cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur». Qeyd olunur ki, təqsirləndirilən şəxs barəsində iş üzrə ibtidai araşdırma dövründə qətimkan tədbiri seçilməyib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 300, 305, 306, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndiriləməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-31/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-31/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver