Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-32/2023 31.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 1987-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)- 19/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2021-ci il tarixindən hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 7(003)-1702/2022 nömrəli iş üzrə 07 oktyabr 2022-ci il tarixli qərarına əsasən yuxarıda göstərilən hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 08 (səkkiz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Neftçala Rayon Məhkəməsinin 4(053)-5/2023 nömrəli iş üzrə 30 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində əvvəli 28 yanvar 2023-cü il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxx 1987-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)- 69/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixindən hesablanmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 4-cü bəndi tətbiq olunmaqla cəzasının çəkilməmiş qalan hissəsi 06 (altı) ay azaldılmış, Neftçala Rayon Məhkəməsinin 4(053)- 6/2023 nömrəli iş üzrə 30 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 28 yanvar 2023-cü ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2022-ci ilin dekabr ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin zirzəmisinin qapısını dartıb açmaqla zirzəmiyə qanunsuz daxil olaraq zirzəmidən 1 metrinin qiyməti 5 manat olan 250 manat dəyərində 50 metr uzunluğunda mis naqili, 10 manat dəyərində 1 ədəd aşsüzəni və 40 manat dəyərində 40 litr tutumlu 1 ədəd su bidonunu, ümumilikdə 300 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2023-cü ilin yanvar ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdə yerləşən yardımçı tikilidən hər biri 20 manat dəyərində olan 60 sm diametrli 3 ədəd alüminium teşti, 1 metrinin qiyməti 40 qəpik olan 40 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilini və 25 manat dəyərində 3 litr tutumlu mis su qabını, ümumilikdə 125 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2023-cü ilin yanvar ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin pəncərəsinin şüşəsini çıxarmaqla evə qanunsuz daxil olaraq evdən hər biri 20 manat dəyərində olan 50 sm diametrli 2 ədəd alüminium teşti, 20 manat dəyərində 60 sm diametrli 1 ədəd alüminium teşti, 10 manat dəyərində 15 litr tutumlu 1 ədəd alüminium qazanı və 1 metrinin qiyməti 1 manat olan 50 manat dəyərində 50 metr uzunluğunda mis naqili, ümumilikdə 120 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə əlbir olub bir qrup şəxs halında, 2022-ci ilin dekabr ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin zirzəmisinin qapısını dartıb açmaqla zirzəmiyə qanunsuz daxil olaraq zirzəmidən 1 metrinin qiyməti 5 manat olan 250 manat dəyərində 50 metr uzunluğunda mis naqili, 10 manat dəyərində 1 ədəd aşsüzəni və 40 manat dəyərində 40 litr tutumlu 1 ədəd su bidonunu, ümumilikdə 300 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2023-cü ilin yanvar ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdə yerləşən yardımçı tikilidən hər biri 20 manat dəyərində olan 60 sm diametrli 3 ədəd alüminium teşti, 1 metrinin qiyməti 40 qəpik olan 40 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilini və 25 manat dəyərində 3 litr tutumlu mis su qabını, ümumilikdə 125 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2023-cü ilin yanvar ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin pəncərəsinin şüşəsini çıxarmaqla evə qanunsuz daxil olaraq evdən hər biri 20 manat dəyərində olan 50 sm diametrli 2 ədəd alüminium teşti, 20 manat dəyərində 60 sm diametrli 1 ədəd alüminium teşti, 10 manat dəyərində 15 litr tutumlu 1 ədəd alüminium qazanı və 1 metrinin qiyməti 1 manat olan 50 manat dəyərində 50 metr uzunluğunda mis naqili, ümumilikdə 120 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin yanvar ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə saat 23 radələrində X3 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə dəmir tor hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən 1 metrinin qiyməti 1 manat olan 100 manat dəyərində 100 metr uzunluğunda dəmir armaturu, həyətdə yerləşən evə isə evin taxta pəncərəsini itələyib açmaqla qanunsuz daxil olaraq evdə yerləşən soyuducunun 120 manat dəyərində kompressor sistemini, ümumilikdə 220 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Hazırda işləmir. Təqsirləndirilən şəxs2 onun tanışıdır. Həmişə münasibətləri yaxşı olmuşdur. Bir dəfə Cəlalla yaşadıqları qəsəbədə oturub söhbət edərkən pula ehtiyacları olduğu üçün qərara gəlmişlər ki, qəsəbədə yaşayış olmayan bəzi evlərə oğurluğa girsinlər. Bu məqsədlə onlar qəsəbəni gəzib belə evləri axtarmağa başlamışlar. Onlar 2022-ci ilin dekabr ayının sonlarında saat 22 radələrində Faiq adlı şəxsin evi kimi tanıdığı bir evin yanından keçmişlər. Ətrafda heç kimin olmadığını görüb hasardan həyətə tullanmışlar. Həyəti axtardıqda nə isə tapa bilməmişlər. Evin yan tərəfinə keçəndə isə zirzəmiyə açılan taxta qapı diqqətlərini cəlb etmişdir. O, taxta qapını dartıb kilidini sındırıb açmış və birlikdə zirzəmiyə girmişlər. Zirzəmini axtardıqda oradan təxminən 10 metrə qədər olan mis kabeli, 1 ədəd aşsüzəni və 1 ədəd su bidonunu tapmışlar. Bundan sonra onlar köməkləşib həmin əşyalarla gəldikləri kimi hasardan küçəyə tullanmışlar. Daha sonra mis kabeli Kür çayının sahilinə aparıb yandırmışlar. Aşsüzən və su bidonunu isə daşla vurub əymişlər. Onlar həmin əşyaları yaxınlıqda bir yerdə gizlədib evə getmişlər. Səhəri gün görüşüb həmin əşyaları qoyduqları yerdən götürüb özləri ilə gətirdikləri kisələrə yığmışlar. Bundan sonra yola çıxıb tanımadıqları bir taksi ilə Salyan rayonu, Qaraqaşlı kəndinə getmişlər. Orada yolun kənarında olan metal qəbulu məntəqəsinə həmin əşyaları 40 manata satmış və pulu aralarında bölmüşlər. Bundan bir neçə gün sonra təxminən 2023-cü ilin yanvar ayının əvvəlində saat 21 radələrində Cəlalgilin evinin yaxınlığında olan Mahizər adlı qadının həyətinə hasardan tullanmaqla daxil olmuşlar. Onlar həyəti axtardıqda orada olan ətrafı açıq tikilidən topa halında çəkisi təxminən 3 kiloqrama qədər olan mis naqili, 3 ədəd teşti və 1 ədəd mis su qabını tapmışlar. Bundan sonra həmin həyətdə başqa harasa girməmişlər. Götürdükləri əşyaları hasardan aşmaqla küçəyə yığmışlar və daha sonra aparıb Kür çayının sahilində gizlədib evə qayıtmışlar. Səhəri gün həmin yerdə görüşmüşlər. Onlar teştləri yerdən götürdükləri daşlarla əyib özləri ilə gətirdikləri kisəyə yığmışlar. Daha sonra ara yola çıxıb tanımadıqları bir taksi ilə Salyan rayonu, Qaraqaşlı kəndinə həmin metal qəbulu məntəqəsinə aparmışlar. Həmin əşyaları orada 35 manata satıb pulu da aralarında bölmüşlər. Təxminən 1 gün sonra 2023-cü ilin yanvar ayının əvvəlində saat 22 radələrində Cəlalgilin evinin yaxınlığında olan Valeh adlı şəxsin həyətinə hasardan tullanmaqla daxil olmuşlar. Onlar həyətdə heç bir şey tapa bilmədikləri üçün evin taxta pəncərələrindən birini çıxarıb yerə qoymuşlar. Həmin yerdən əvvəl Cəlal sonra da o, evə daxil olmuşlar və evin divarlarından keçən təxminən 40 metrlik elektrik naqilini dartıb qırmışlar. Daha sonra evin otaqlarının birindən 3 ədəd teşt və 1 ədəd qazan tapmışlar. Həmin əşyaları evdən çıxarmışlar və sonra onları hasardan küçəyə tullayıb özləri də həyətdən çıxmışlar. Onlar əşyaları yenə Kür çayı sahilinə aparmışlar. Orada naqili əridib təxminən 3 kiloqram metal əldə etmişlər. Teştləri və qazanı isə əvvəlki üsulla əyib kisəyə yığmışlar. Səhəri gün əvvəl olduğu kimi görüşüb yola çıxaraq tanımadıqları bir taksi ilə həmin əşyaları Salyan rayonu, Qaraqaşlı kəndindəki metal qəbulu məntəqəsinə aparmışlar. Orada onlara həmin əşyaların müqabilində 45 manat pul verilmişdir. Həmin pulu da öz aralarında bölmüşlər. O, ümumi olaraq oğurluq nəticəsində əldə etdiyi bütün pulları özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Onlar oğurladıqları əşyaları satdıqları məntəqədə metalların özlərinə məxsus olduğunu demişlər. 28 yanvar 2023-cü il tarixdə o, evdən çıxıb küçə ilə gedərkən ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin ona qəsəbədə baş vermiş oğurluqlarda şübhəli olduğunu demişlər. Bu zaman o, törətdiyi əməlləri etiraf edib polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nə gətirmişlər. Bu cinayətlərdən başqa oğurluq etməmişdir. Oğurluqda başqa şəxslər iştirak etməmiş, yalnız özü və Cəlal olmuşlar. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Həbs olunmamışdan əvvəl rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 onun tanışıdır. Həmişə münasibətləri yaxşı olmuşdur. Onlar bir dəfə Firudinlə yaşadıqları Xıllı qəsəbəsində oturub söhbət edəndə pula ehtiyacları olduğu üçün qərara gəlmişlər ki, qəsəbədə heç kimin qalmadığı bəzi evlərə oğurluğa girsinlər. Bu məqsədlə onlar qəsəbəni gəzib belə evləri axtarmağa başlamışlar. 2022-ci ilin dekabr ayının sonlarında saat 22 radələrində Faiq adlı şəxsin evi kimi tanıdıqları bir evin yanından keçmişlər. Bu zaman ətrafda heç kimin olmadığını görmüş və hasardan həyətə tullanmışlar. Onlar həyəti axtardıqda nə isə tapa bilməmişlər. Evin yan tərəfinə keçəndə zirzəmiyə açılan taxta qapı diqqətlərini cəlb etmişdir. Firudin taxta qapını dartıb kilidini sındırıb açmışdır. Onlar zirzəmiyə girmişlər. Zirzəmini axtardıqda oradan təxminən 10 metr uzunluğunda mis kabeli, 1 ədəd aşsüzəni və 1 ədəd su bidonunu tapmışlar. Bundan sonra köməkləşib həmin əşyalarla gəldikləri kimi hasardan küçəyə tullanmışlar. Daha sonra mis kabeli Kür çayının sahilinə aparıb yandırmışlar. Aşsüzən və su bidonunu isə daşla vuraraq əymişlər. Onlar həmin əşyaları yaxınlıqda bir yerdə gizlədib sonra evə getmişlər. Səhəri gün görüşüb həmin əşyaları qoyduqları yerdən götürüb özləri ilə gətirdikləri kisələrə yığmışlar. Bundan sonra yola çıxıb tanımadıqları bir taksi ilə Salyan rayonu, Qaraqaşlı kəndinə getmişlər. Orada yolun kənarında olan metal qəbulu məntəqəsinə həmin əşyaları 40 manata satmış və pulu aralarında bölmüşlər. Bundan bir neçə gün sonra təxminən 2023-cü ilin yanvar ayının əvvəlində saat 21 radələrində evlərinin yaxınlığında olan Mahizər adlı qadının həyətinə hasardan aşmaqla daxil olmuşlar. Həyəti axtardıqda orada olan ətrafı açıq tikilidən topa halında çəkisi təxminən 3 kiloqrama yaxın olan mis naqili, 3 ədəd teşti və 1 ədəd mis su qabını tapmışlar. Bundan sonra həmin həyətdə başqa harasa girməmişlər. Götürdükləri əşyaları da hasardan tullayıb küçəyə yığmış və daha sonra aparıb Kür çayının sahilində gizlədib evə getmişlər. Səhəri gün həmin yerdə görüşmüşlər. Onlar teştləri yerdən götürdükləri daşlarla əyib özləri ilə gətirdikləri kisəyə yığmışlar. Daha sonra ara yola çıxıb tanımadıqları bir taksi ilə Salyan rayonu, Qaraqaşlı kəndinə həmin metal qəbulu məntəqəsinə aparmışlar. Həmin əşyaları orada 35 manata satıb pulu da aralarında bölmüşlər. Təxminən 1 gün sonra 2023-cü ilin yanvar ayının əvvəlində saat 22 radələrində yenə də Firudinlə birlikdə evlərinin yaxınlığında olan Valeh adlı şəxsin həyətinə hasardan tullanmaqla daxil olmuşlar. Həyətdə heç bir şey tapa bilmədikləri üçün evin taxta pəncərələrindən birini çıxarıb yerə qoymuşlar və həmin yerdən əvvəl o, sonra da Firudin evə girmişlər. Onlar evin divarlarından keçən təxminən 40 metr elektrik naqilini dartıb qırmışlar. Daha sonra evin otaqlarının birindən 3 ədəd teşt və 1 ədəd qazan tapıb onları evdən çıxarmışlar. Daha sonra hasardan küçəyə tullayıb özləri də həyətdən çıxmışlar. Götürdükləri əşyaları yenə də Kür çayının sahilinə aparmışlar. Orada naqili əridib təxminən 3 kiloqram metal əldə etmişlər. Teştləri və qazanı isə əvvəlki kimi əyib kisəyə yığmışlar. Səhəri gün əvvəl olduğu kimi görüşüb yola çıxaraq tanımadıqları bir taksi ilə həmin əşyaları Salyan rayonu, Qaraqaşlı kəndindəki metal qəbulu məntəqəsinə aparmışlar. Həmin əşyaların müqabilində onlara 45 manat pul verilmişdir. Həmin pulu da Firudinlə öz aralarında bölmüşlər. Bundan sonra bir dəfə də tək təxminən 2023-cü ilin yanvar ayının ortalarında saat 23 radələrində qonşuları Tahir adlı şəxsin həyətinə hasardan aşmaqla daxil olmuşdur. O, əvvəl həyəti gəzmişdir. Həyətdə metal kimi satılası nə isə tapmamışdır. Daha sonra evin içəridən bağlanmamış, açıq vəziyyətdə olan taxta pəncərəsini dartıb açmış və sonra pəncərənin setkasını cırıb özü üçün yer etmişdir. Bundan sonra qalxıb pəncərədən içəri keçmişdir. Evin otaqlarını axtardıqda köhnə soyuducunu görmüşdür. Həmin soyuducuya yaxınlaşıb baxdıqda isə arxa tərəfində motorunu görmüşdür. O, motoru soyuducunun arxasından dartıb çıxarmış və sonra evdən çıxmışdır. Həyətdən armatur və ya başqa nə isə götürməmişdir. Hasardan küçəyə tullanıb motoru evlərinin yaxınlığında kolların arasında aparıb gizlətmişdir. Səhəri gün həmin yerə gedib motoru özü ilə gətirdiyi sellofana qoyub Salyan rayonu, Qaraqaşlı kəndindəki həmin metal qəbulu məntəqəsinə aparmışdır. Orada motoru 9 manata satmışdır. Oğurladıqları əşyaların satışından əldə etdikləri pulun ona düşən hissəsini özü üçün xərcləmişdir. Onlar oğurladıqları əşyaları satdıqları məntəqədə metalların özlərinə məxsus olduğunu demişlər. 28 yanvar 2023-cü il tarixdə küçədə olarkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona Neftçala rayonu, Xıllı qəsəbəsində baş vermiş oğurluqlarda şübhəli olduğunu demişlər. O, bu vaxt tutduğu əməli etiraf edib polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nə gətirmişlər. Oğurluqda başqa şəxslər iştirak etməmiş, bir dəfə təkcə özü, digər oğurluqları isə Firudinlə etmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Onun həmin qəsəbədə yerləşən özünə məxsus başqa bir evi də var. O, həmin evi müxtəlif şəxslərə kirayə verir. Təxminən 1 ildir ki, həmin evdə heç kim qalmır. O, özü də sonuncu dəfə həmin evdə 2022-ci ilin dekabr ayının əvvəllərində olmuşdur. 26 yanvar 2023-cü il tarixdə səhər saatlarında eşitmişdir ki, qəsəbədə heç kimin qalmadığı bəzi evlərdən oğurluqlar olmuşdur. Bu səbəbdən o, dərhal həmin evə getmişdir. Evə çatdıqda həqiqətən evdən oğurluq olduğunu aşkar etmişdir. Ətraflı baxdıqda görmüşdür ki, evin zirzəmisinin qapısının kilidi sındırılaraq oradan 1 metrinin dəyəri 7 manat olan 50 metr mis naqili, 50 manat dəyərində aşsüzən və 50 manat dəyərində su bidonu oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona təxminən 450 manat məbləğində maddi ziyan dəymişdir. Bununla əlaqədar Neftçala RPŞ-nə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin oğurluğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri müəyyən edilmişdir. Evinin zirzəmisindən oğurlanmış mis naqil 50 metr uzunluğunda olmaqla 2x10 mm ölçülərdə, 1 ədəd sadə formalı aşsüzən və 40 litr tutumlu su bidonu olmuşdur. O, Neftçala RPŞ-nə verdiyi şikayət ərizəsində həmin əşyaların təxmini qiymətlərini göstərmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs X5 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Onun Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən özünə məxsus evi var. 26 yanvar 2023-cü il tarixdə səhər vaxtı eşitmişdir ki, qəsəbədə heç kimin qalmadığı bəzi evlərdən oğurluqlar olmuşdur. Bu səbəbdən o, dərhal yola çıxaraq öz evinə gəlmişdir. Evə baxdıqda həqiqətən oradan oğurluq olduğunu bilmişdir. Bir qədər ətraflı baxdıqda görmüşdür ki, həyətindən 1 metrinin dəyəri 2 manat olan 100 metr dəmir armatur, evdən isə soyuducunun 300 manat dəyərində olan kompressor sistemi oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona təxminən 500 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Neftçala RPŞ-nə ərizə ilə müraciət etmiş, polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, oğurluq hadisəsi Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarına gəlməmiş, ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, işin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmçinin vurulmuş maddi zərərlə bağlı təqsirləndirilən şəxslərin qohumları ilə razılığa gəldiyini, ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şahid məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin ibtidai istintaqı zamanı Şahid ailəsi ilə birlikdə Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşadığını, evinin qarşısında Salyan-Neftçala avtomobil yolunun kənarında yerləşən metal qəbulu sexi olduğunu, metalları qəbul edib, daha sonra həmin metalları Bakı şəhərindəki sexlərə satdığını, təxminən 2023-cü ilin yanvar ayı ərzində Neftçala rayonu, Xıllı qəsəbəsindən olduqlarını deyən Firudin və Cəlal adlı şəxslərin bir neçə müxtəlif ev əşyalarını satmağa gətirdiklərini, həmin əşyaların teştlər, qazanlar, əridilmiş halda mislər, su bidonu və digər əşyalar olduğunu, həmin şəxslərin əşyaların özünə məxsus olduğunu dediklərini, əşyaları kiloqramla aldığı üçün dəqiq saylarını bilmədiyini, hər dəfə həmin şəxslərə müxtəlif məbləğlərdə pul verdiyini, hazırda həmin əşyalardan heç birinin sexdə qalmadığını və əşyaların oğurluq olduğunu bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməlini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 07 mart 2023-cü il tarixli 9/1601 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza təyini haqqında qərarda göstərilən 12 adda malların 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 765.00 manat müəyyən olunur». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Qafarov X1 Rayon Məhkəməsinin 1(053)-19/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2021-ci il tarixindən hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 7(003)-1702/2022 nömrəli iş üzrə 07 oktyabr 2022-ci il tarixli qərarına əsasən yuxarıda göstərilən hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 08 (səkkiz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə dövründə törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə işin faktik hallarını nəzərə alaraq həmçinin hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 1(053)-19/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli hökmü ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin 7(003)-1702/2022 nömrəli iş üzrə 07 oktyabr 2022ci il tarixli qərarı ilə tətbiq edilmiş 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv olunmalı, həmin müddət hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək, Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Miriyev X4 Rayon Məhkəməsinin 1(053)-69/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2021-ci il tarixindən hesablanmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 4-cü bəndi tətbiq olunmaqla cəzasının çəkilməmiş qalan hissəsi 06 (altı) ay azaldılmışdır. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayəti yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Neftçala Rayon Məhkəməsinin 1(053)-19/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli hökmü ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin 7(003)-1702/2022 nömrəli iş üzrə 07 oktyabr 2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3cü maddəsinə əsasən ləğv edilsin, həmin müddət hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək, Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 yanvar 2023cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 yanvar 2023cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-32/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-32/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver