Məhkəmə qərarları › İş №1(053)-33/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-33/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-33/2024 24.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi (əri) X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 iştirakı ilə X3 X11 qarşı xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Rəşid Vaqif oğluna qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib. Şikayətdə qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayət vermiş X6 1979-cu ildən hal-hazıradək “Neftçala MRX” PHŞ-in kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləyir. İşlədiyi müddət ərzində istər “Neftçala MRX” PHŞ-in rəhbərliyinə, istərsə də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə barəsində edilmiş şikayətlər bu qurumlar tərəfindən araşdırılmış və sonda təqsirsiz olduğu sübuta yetirildiyindən rəhbərlik tərəfindən heç bir cəza tədbirinə məruz qalmamışdır. 13 may 2024-cü il tarixdə, onunla eyni küçədə yaşayan, uşaq yaşlarından tanıdığı, son zamanlar özünü gah “Həqiqət yolu” qəzetinin xüsusi müxbiri, gah müstəqil bloger adlandıran, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X12 iş yerinə gələrək ona tələb etdiyi məbləği vermədiyi təqdirdə “Tik-Tok” sosial şəbəkəsindəki səhifəsində barəsində ifşaedici materiallar yerləşdirəcəyi barədə hədə-qorxu gəlməyə başlamış, o isə R.Rəhimovdan otağı tərk etməsini tələb etmişdir. Rəşid Rəhimov həmin günün ertəsi, yəni xx.xx.2024 cü-il tarixdə “Tik-tok” sosial şəbəkəsindəki səhifəsində barəsində yalan, böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatlar yerləşdirərək, guya 2017-ci ildə ailə qurub Bakı şəhərinə köçməyi ilə əlaqədar öz ərizəsi ilə “Neftçala MRX” PHŞ-in pediatriya şöbəsində xadimə vəzifəsindən işdən azad edilən X5 şəxsi münasibətlər zəminində işdən azad etdiyini bildirir, onu cinayətkar, korrupsioner adlandırmışdır. Fakt isə budur ki, yuxarıda qeyd etdiyi kimi, X9 2017-ci ildə ailə qurub, Bakı şəhərinə köçməsi səbəbindən ərizəsi əsasında öz xahişi ilə işdən azad edilmişdir. Bir müddət ailə münasibətlərinin pozulması səbəbindən yenidən Neftçala rayonuna qayıdan Fəridə Rüstəmova guya işdən çıxması ilə əlaqədar yazdığı ərizənin onun tərəfindən yazılmadığını əsas göstərərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və TƏBİB-ə şikayət ərizələri ilə müraciət etmişdir. Onun ərizələri əsasında aparılmış araşdırmalar nəticəsində Fəridə Rüstəmovanın şikayəti əssasız hesab edilmiş və bu barədə müvafiq arayış tərtib edilmişdir. Məhkəmə sorğusu əsasında bu arayışın surəti məhkəməyə təqdim edilə bilər. Rəşid Rəhimov heç bir fakt, sübut təqdim etmədən bu hadisəni sanki dünən baş vermiş kimi təqdim edərək, kütləvi nümayiş olunan “Tik-Tok” sosial şəbəkəsindəki səhifəsində barəsində həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli məlumat yaymışdır. Bu məlumatlar onu “cinayətkar” adlandıran Rəşid Rəhimov eyni zamanda bununla Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzuna xələl gətirmişdir. "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır. Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır. Şəxsiyyətin onun haqqında toplanan məlumatlarla tanış olmaq hüquqi vardır. Göründüyü kimi, söz və mətbuat azadlığını özbaşnalıq işi kimi qavrayan Rəşid Rəhimov “jurnalist”, “bloger” adları altında şantaj rekertliklə məşğul olaraq bu “peşəni” gəlir mənbəyinə çevirmişdir. Qeyd olunanları nəzərə almaqla xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olub, bu ünvanda faktiki yaşayan X12 Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsində təsbit edilmiş cinayət əməlini törətdiyindən, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi və Rəşid Rəhimov barəsində ittiham hökmü çıxararaq həmin maddənin sanksiyası həddində cəzalandırması barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi (əri) X4 məhkəmənin hazırlıq iclasında ərizədə göstərilənləri təsdiq edərək aralarında hər hansı barışıq olmadığını qeyd etmiş və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 məhkəmənin hazırlıq iclasında özünü təqsirli hesab etmədiyini, şikayətçi X6 ilə aralarında barışıq olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunur ki, bu Məcəllənin 293.3.1-ci maddəsinə əsasən «şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Hazırkı iş üzrə şikayətdə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsinin ərizəçiyə aid məlumatların göstərildiyi hissədə doğulduğu il, məşğuliyyət növü və vəzifəsi göstərilməyib. Bunlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayətin verildiyi tarix (il, ay və gün) və yer» göstərilməlidir. Şikayətdə isə onun verildiyi tarix göstərildiyinə baxmayaraq şikayətin verildiyi yer göstərilməyib. Beləliklə, şikayət verilərkən Azərbaycan Respublikası CPM-nin yuxarıda istinad olunan maddələrinin tələbləri pozulub. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək «bu Məcəllənin 302.1.2 – 302.1.4, 302.1.6 – 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə» qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 X11 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 X11 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar