Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-35/2024 24.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1960-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala Rayon Məhkəməsinin 1(053)-38/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti 29 yanvar 2024cü il tarixdə başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, Neftçala Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 29,82 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 18 mart 2024-cü il tarixdə, saat 16:50 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı küçədə saxlanılaraq Neftçala rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən şəffaf sellofan bükülüdə təmiz çəkisi 29,82 qram, xeyli miqdar olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, öz evində ailəsi ilə birlikdə yaşayır. Heç yerdə işləmir. Zibillikdən dəmir yığıb satır. Özü 23 avqust 2023-cü il tarixdə həbsdən azad olmuşdur. 17 mart 2024-cü il tarixdə, saat təxminən 16 radələrində Neftçala rayonu, Bankə qəsəbəsində yaşadığı evdən bir qədər kənardakı zibil qutusundan sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana tapmışdır. Onu görən kimi tanımış, cibinə qoyub işinə davam etmişdir. Fikri olmuşdur ki, istifadə edər. Özü narkotik vasitə istifadəçisidir. 18 mart 2024-cü il tarixdə, saat 16 radələrində həmin narkotik vasitə üstündə olduğu halda dəmir yığmaq üçün çölə çıxmışdır. Fikirləşmişdir ki, lazım olsa küçədə istifadə edər. Yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı küçədə gəzərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını deyǝrǝk avtomobilə mindirmiş və Neftçala rayon polis şöbəsinə aparmışlar. Neftçala rayon polis şöbəsində təhqiqatçı ona bildirmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunur, aparılan videoçəkiliş zamanı ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmişdir. Maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa taqdim etsin. O, əynindəki qara rəngli gödəkçənin sol yan iç cibinə qoyduğu marixuana olan sellofan bükülünü təqdim etmişdir. Həmin sellofan bükülüdə olan marixuana sellofanla birlikdə kağız zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o da protokola va narkotik vasitə qoyulan zərfə imza etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı özü qəbul edəcəkmiş. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Neftçala RPŞ-nin X1 baş kriminalisti vəzifəsində xidmət edir. Hadisə ilə əlaqədar onu qeyd edə bilər ki, Neftçala rayonu, Bankǝ qəsəbə sakini Təqsirləndirilən şəxs Baybala oğlunun qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı aidiyyatı əməkdaşlar tərəfindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 18 mart 2024-cü il tarixdə, saat təxminən 16:50 radələrində Təqsirləndirilən şəxs Bǝybala oğlu Neftçala rayonu, Bankə qəsəbəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı küçədə tərəflərindən saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, tərəflərindən polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs Bǝybala oğlu tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman təhqiqatçı Təqsirləndirilən şəxs Bǝybala oğluna üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs Bǝybala oğlu üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bǝybala oğlu əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən şəffaf sellofan bükülüdə təqdim etdiyi büküm açılıb-baxıldıqda içində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Əməliyyatçı Şahid1 tərəfindən həmin şəxsin üzərinə baxış keçirilərkən hər hansı qadağan olunmuş əşya və ya predmet aşkar edilmədi. Üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürləndi. Orada təhqiqatçı tərəfindən protokol tərtib edildi, protokol iştirakçılara ucadan oxundu, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid1 məhkəmə baxışı iclasına gəlməmiş, ərizə göndərərək xidməti işi ilə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin ibtidai istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, “hazırda Neftçala RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Hadisə ilə əlaqədar onu qeyd etmişdir ki, Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs Bǝybala oğlunun qanunsuz olaraq narkotik vasitə üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı tərəflərindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 18 mart 2024-cü il tarixdə, saat təxminən 16:50 radələrində Lətifov X2 rayonu, Bankǝ qəsəbəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı küçədə tərəflərindən saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, polis şöbəsinə gətirilmişdir. Tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, Təhqiqat Qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman təhqiqatçı X3 İlham Bǝybala oğluna üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən şəffaf sellofan bükülüdə təqdim etdiyi büküm açılıbbaxıldıqda içində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra həmin şəxsin üzərinə tərəfindən baxış keçirərkən hər hansı qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, 19 mart 2024-cü il tarixli, 3-16-16/2-18/309 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış imzalar olan kağız paketdə 1 ədəd polietilen kəsiyi bükülüdə təmiz çəkisi- 29,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir. 20 aprel 2024-cü il tarixli, 2547 nömrəli Məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. “Neftçala RMX” X4 verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-63/2-344/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bǝybala oğlu “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində 2008-ci ildən narkoloji qeydiyyatındadır. Əsəb ruhi dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Neftçala Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bǝybala oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 1 (bir) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cǝza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən onun əməli Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin 1(053)-38/2023 nömrəli iş üzrə 23 may 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti 29 yanvar 2024-cü il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs məhkum olunduğu ittiham üzrə ona təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olduğundan onun əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivi kimi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,80 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının əvvəli 18 mart 2024-cü il tarixindən hesablansın. Azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,80 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-35/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-35/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver