Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-36/2023 09.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1961-ci il tarixdə Neftçala rayonu, 2-ci Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, Neftçala rayonu Zərərçəkmiş şəxs icraçı direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, 2-ci Qaralı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində 20 fevral 2023-cü il tarixində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Hüseynov X6 rayonu Zərərçəkmiş şəxs üzrə qəbul edilmiş xx.xx.2006cı il tarixli, 1 nömrəli əmrlə Birliyin sədri, həmin X13 xx.xx.2016-cı il tarixli, 02 nömrəli əmri ilə icraçı direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Zərərçəkmiş şəxs Nizamnaməsinə əsasən müəssisənin cari fəaliyyətini təmin etmək və rəhbərlik etmək, Birliyin xidmət göstərdiyi ərazilərdə yerləşən meliorasiya və irriqasiya sistemlərinin lazımi qaydada istismarını təmin etmək, Birliyin üzvlərinin və üzvü olmayan şəxslərin torpaq sahələrinin və onlara verilən suyun uçotunu aparmaq, su haqlarının yığılmasını təşkil etmək, Birliyin maliyyə və təsərrüfat əməliyyatlarını təmin etmək, Birliyin xidmət göstərdiyi ərazilərdə suyun paylanmasına nəzarət etmə, maliyyə və ştat intizamına əməl olunması üçün məsuliyyət daşımaq, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları"na əsasən su təsərrüfatı müəssisə, idarə və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaq, xidmət göstərdiyi ərazilərdə suvarma suyunun təchizatı üzrə uçotun aparılması, su istehlakçılarının siyahısının müəyyənləşdirilməsi, sudan istifadə qrafiklərinə əməl olunmasına və ödənişlərin aparılmasına nəzarət etməkdən ibarət və digər səlahiyyətlərə malik təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi-məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, Zərərçəkmiş şəxsnə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Zərərçəkmiş şəxs tərəfindən əkin sahələri su ilə təmin edilən Neftçala rayonu, Yuxarı Qaramanlı, Qaralı və Pirəppə kənd sakinləri qarşısında özünü, Birliyin rəhbər şəxsi olaraq nüfuzlu və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 2018-ci il ərzində Birliyin ümumi yığıncağının qərarı ilə 1000 m3 suyun dəyəri 1.54 manat məbləğində müəyyən edilməklə Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti X9 İdarəsindən ayrıclardan faktiki verilən 11983.40 min m3 suya görə su istehlakçıları tərəfindən ödənilməli olan 18454.44 manat məbləğində pul vəsaitindən 9990.0 manat məbləğində ödənişi təmin edilməklə, qalan 8464.44 manat məbləğində pul vəsaitini, eyni niyyətlə 2019-cu il ərzində Birliyin ümumi yığıncağının qərarı ilə 1000 m3 suyun dəyəri 1.37 manat müəyyən edilməklə Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti X9 İdarəsindən ayrıclardan faktiki verilən 11983.40 min m3 suya görə su istehlakçıları tərəfindən ödənilməli olan 18454.44 manat məbləğində pul vəsaitindən 9990.0 manat məbləğində ödənişi təmin edilməklə, qalan 8464.44 manat məbləğində pul vəsaitini, eyni niyyətlə 2019-cu il ərzində Birliyin ümumi yığıncağının qərarı ilə 1000 m3 suyun dəyəri 1.37 manat məbləğində müəyyən edilməklə Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti X9 İdarəsindən ayrıclardan faktiki verilən 12733.50 min m3 suya görə su istehlakçıları tərəfindən ödənilməli olan 17444.90 manat məbləğində pul vəsaitindən 13711.0 manat məbləğində ödənişi təmin edilməklə, qalan 3733.90 manat məbləğində pul vəsaiti, eyni niyyətlə 2020-ci il ərzində Birliyin ümumi yığıncağının qərarı ilə 1000 m3 suyun dəyəri 1.96 manat məbləğində müəyyən edilməklə Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti X9 İdarəsindən ayrıclardan faktiki verilən 14586.30 min m3 suya görə su istehlakçıları tərəfindən ödənilməli olan 28589.15 manat məbləğində pul vəsaitindən 24320.0 manat məbləğində ödənişi təmin edilməklə, qalan 4269.15 manat məbləğində pul vəsaiti, eyni niyyətlə 2021-ci il ərzində Birliyin ümumi yığıncağının qərarı ilə 1000 m3 suyun dəyəri 1.96 manat məbləğində müəyyən edilməklə Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti X9 İdarəsindən ayrıclardan faktiki verilən 15326.80 min m3 suya görə su istehlakçıları tərəfindən ödənilməli olan 30040.53 manat məbləğində pul vəsaitindən 20153.75 manat məbləğində ödənişi təmin edilməklə, qalan 9886.78 manat məbləğində pul vəsaiti, olmaqla ümumilikdə 26354.27 manat məbləğində pul vəsaitinin xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında bağlanmış 153 №-li Xidmət müqaviləsi əsasında fəaliyyət göstərən həmin MMC-nin "xxxx" ASC-də olan AZ03AİİB******************** nömrəli hesabına ödənilməsini təmin etməyərək 26354.27 manat dəyərində Zərərçəkmiş şəxsnə məxsus suyun Neftçala rayonu, Yuxarı Qaramanlı, Qaralı və Pirəppə kəndində yaşayan su istehlakçıları tərəfindən sərf edilərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə həmin məbləğdə pul vəsaitini israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, xidmət göstərdiyi ərazilərdə suvarma suyunun təchizatı üzrə uçotun aparılması, su istehlakçılarının siyahısının müəyyənləşdirilməsi, sudan istifadə qrafiklərinə əməl olunmasına və ödənişlərin aparılmasının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2000-ci il tarixdən 2006-cı il tarixədək yaradılmış "Bərəkət" X1 direktoru vəzifəsində çalışmışdır. 15 may 2006-cı il tarixdə Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində təsərrüfat sahiblərinin əkin sahələrinin suvarılmasına, suvarılma suyunun paylanmasına və səmərəli istifadəsinə nəzarət məqsədi ilə Zərərçəkmiş şəxs yaradılmışdır. Birliyin üzvlərinin razılığı ilə həmin birliyin icraçı direktoru olaraq təyin olunmuşdur. 2006-cı il tarixdə də Assosiyasiyanın qurluşu dəyişərək Birlik olmuş və həmin tarixdən bu günə kimi Zərərçəkmiş şəxs direktoru vəzifəsində çalışmışdır. Qeyd etmişdir ki, rəhbəri olduğu qurum Nazirlər Kabinteinin qərarı əsasında yaradılmış və məqsəd əkin sahələrinin suvarılmasına, suyun paylanmasında səmərəliliyin və effektliyin artırılması istiqamətində atılmış addım idi. Həm Assosiyasiya, həm də Birlik rəsmi olaraq qeyri-dövlət təşkilatı olsa da faktiki olaraq onların fəaliyyətinə ilk olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, daha sonra isə yaradılmış Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti nəzarət etmişdir. Birlik Neftçala rayonu, Yuxarı Qaramanlı, Qaralı və Pirəppə kənd sakinlərinin həmin ərazilərdə olan əkin sahələrini su ilə təmin edir. Belə ki, Birlik Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti ilə hər il müqavilə bağlayaraq illik kvota əsasında 1000 kub metri 0,50 manatdan su alır və Birliyin xərclər smetası hesablanaraq üzərinə müəyyən məbləğdə pul qoyulmaqla vətəndaşlara satılır. Birlik Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən illik 12 000 000 -13 000 000 kub metr arası su alır. Birlik 2018-ci il tarixə kimi vətəndaşlardan verilən suya görə pulları nağd şəklində qəbul etmişdir. 2018-ci ildə Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin Neftçala rayon Suvarma Sistemləri İdarəsində keçirilən toplantıda idarənin rəhbərliyinin tapşırığına əsasən pulların yığılması "xxxx" MMC vasitəsilə həyata keçirilməsi bildirilmişdir. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında 153 N-li Xidmət Müqaviləsi bağlanmışdır. Birlikdə quraşdırılmış serverlərə yerləşdirilən məlumatlar "xxxx" MMC-də göründüyü üçün vətəndaşlara su ödənişini etmək üçün verdikləri kod onlar tərəfindən də görünmüşdür. Onlar vətəndaşa suya görə ödəməli olduğu pulu onlara verdiyi kodla birlikdə poçta yaxınlaşmasını və ödəməsini bildirdikdən sonra vətəndaş poçta gedib həmin kodu təqdim etməklə ödənişi həyata keçirmişdir. Pul vəsaiti "xxxx" MMC-ni hesabına ödənilən zaman onlar da öz sistemlərində ödənişin olduğunu görmüşlər. "xxxx" MMC tərəfindən yığılan pul bağlanmış müqaviləyə əsasən hər ay Birliyin hesabına köçürülmüşdür. Birliyin hesabına köçürülmüş pul isə müvafiq olaraq zəruri xərclərə və Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin Neftçala rayon Suvarma Sistemləri İdarəsindən alınmış suya görə sonuncunun hesabına köçürülür. Azərbaycan Elmi-Tədqiqat İnstutunun müəyyən etdiyi suvarma normaları və il ərzində 1 (bir) dəfə olmaqla "vertuşka" adlı cihazla kənd ərazisində suvarılan müxtəlif sahələrdən nümunələr götürülərək həmin il ərzində sahəyə verilən suyun təxmini miqdarı müəyyən olunur. "xxxx" ASC-də X9 İdarəsinin balansında cəmi 1 cihaz olduğuna görə o, ildə bir dəfə ölçmə işlərini aparmışdır. Müqavilə bağlamış fermerlərin əkin sahəsi suvarıldıqdan sonra müqavilə bağlamayan vətəndaşların da əkin sahəsinin suvarılması aparılır. Birliyin üzvü olmayan vətəndaşlara ödəniş müəyyən olunmuş məbləğdən 40% artıq nəzərdə tutulur, lakin rayon yeri olduğundan, habelə kənd camaatı arasında narazılıqlar olduğundan onlardan da 7 manat alınır, çünki, artıq məbləğ deyiləndə onlar da narazı qalırlar. Buna görə də ümumi götürülmüş norma kimi 7 manat ödəniş edirlər. Eyni qayda olaraq vəsaitlər Birliyin bank hesabına köçürülür. Birliyin üzvlərinə suvardığı əkin sahəsinin ölçüsünə görə, yəni 1 ha sahǝyǝ görə 7 manat su pulu hesablanmışdır. Vətəndaşa verdikləri su puluna görə ödəniş qəbzində 7 manatlıq su sərfiyyatını metrlə göstərilmişdir. Birliyini üzvlərini 1000 kub metr suyu 2.13 manatdan verdikləri nəzərə alınmaqla 1 ha üçün 7 manatlıq suyu 3286 kub metrlə göstərmişlər. Birliyin xidmət göstərdiyi ərazidə aztəminatlı və şəhid ailələri yaşadığından o, onlara güzəşt edib, pul ödənilməməsini bildirmiş, buna görə də onlar pul ödəməmişlər. Bunun nəticəsində də 2018-2021-ci illər ərzində 26000 manatdan çox məbləğdə fərq yaranmışdır. İstintaq döründə yəni xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə dəymiş 26354.27 manat ziyandan 2000 (iki min) manat hissəsini Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Beynəlxalq Bankı ASC-də olan depozit hesabına ödəmiş, iş məhkəmənin icraatında olduğu müddətdə isə cinayət işi üzrə dəymiş ziyandan 3900 (üç min doqquz yüz) manat hissəsini ödəməklə ümumilikdə 5900 manat məbləğində pulu Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Beynəlxalq Bankı ASC-də olan depozit hesabına ödənilmiş, hazırda həmin məbləğ hesabda saxlanılır. Əməlindən peşimandır. Qeyd olunanların nəzərə alınmasını və ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində Nümayəndə izahatında bildirmişdir ki, o, Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmışdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət etdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə torpaq istifadəçiləri tərəfindən "Meliorasiya və İrriqasiya" haqqında Azərbaycan Respublikası Qanununa uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi formasıdır. Birlik Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində yerləşir. Birliyin mənafeyinə ziyan vurulduğu üçün kənd sakinlərinin şikayəti əsasında Neftçala rayonu Zərərçəkmiş şəxs icraçı direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar 2000 manat, işin məhkəmə icraatı zamanı isə 3900 manat pul vəsaitini Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Bu səbəbdən, həmin məbləğ büdcəyə qaytarılmalı olan məbləğ kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan qismən ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Ona görə də cəza təyin olunarkən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, hazırda fərdi təsərrüfatla məşğuldur. Özləri isə aztəminatlı ailədir, ailə üzvlərindən heç kim işləməmişdir. 2006-2007-ci ildən Neftçala rayonu, 2-ci Qaralı kəndində yerləşən, ona və ailə üzvlərinə məxsus 2.46 ha torpaq sahəsində əkinlə məşğul olur. Həmin torpaq sahələrində arpa və taxıl bitkiləri əkini etmişdir. Zərərçəkmiş şəxs Sudan İstifadə edənlər Birliyi ilə suvarmaya görə hər il müqavilə bağlamışdır. Lakin müqavilənin nüsxəsi ona verilməmiş, həmçinin şərtləri ilə tanış deyil. Torpaq sahələrini vaxtı-vaxtında suvarmışdır. Aztəminatlı ailə olduğu üçün torpaq sahəsinin suvarlmasına görə suyun pulunun ödənilməsində Birliyin direktoru Rəfail Hüseyonov tərəfindən ona güzəşt olunmuş, suyun pulu alınmamışdır. O, heç kimə su pulu ödəməmişdir. Su pulunun da nə qədər olması ilə bağlı məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, hazırda fərdi təsərrüfatla məşğuldur. Oğlu 2-ci Qarabağ müharibəsi veteranıdır. Özləri isə aztəminatlı ailədir, ailə üzvlərindən heç kim işləməmişdir. 2006-2007-ci ildən Neftçala rayonu, 2-ci Qaralı kəndində yerləşən, ona və ailə üzvlərinə məxsus 4.10 ha torpaq sahəsində əkinlə məşğul olur. Həmin torlaq sahələrində arpa və pambıq əkini etmişdir. Zərərçəkmiş şəxs ilə suvarmaya görə hər il müqavilə bağlamışdır. Lakin müqavilənin nüsxəsi ona verilməmişdir. Torpaq sahələrini vaxtıvaxtında suvarmışdır. Aztəminatlı ailə olduğu üçün torpaq sahəsinin suvarlmasına görə suyun pulunun ödənilməsində ona güzəşt olunmuşdur. O, heç kimə su pulu ödəməmişdir. Su pulunun da nə qədər olması ilə bağlı məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, hazırda fərdi təsərrüfatla məşğuldur. Oğlu 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. 1995-ci ildən Neftçala rayonu, 2-ci Qaralı kəndində yerləşən, ona və ailə üzvlərinə məxsus 6 ha torpaq sahəsində və Yuxarı Qaramanlı kəndində yerləşən ona məxsus 2 ha torpaq sahəsində əkinlə məşğul olur. Həmin torpaq sahələrində arpa və pambıq əkini etmişdir. Zərərçəkmiş şəxs ilə suvarmaya görə heç bir müqavilə bağımamışdır. Torpaq sahələrini vaxtı-vaxtında suvarmışdır. Şəhid ailəsi olduğu üçün torpaq sahəsinin suvarılmasına görə suyun pulunun ödənilməsində ona güzəşt olunmuşdur. O, heç kimə su pulu ödəməmişdir. Su pulunun da nə qədər olması ilə bağlı məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1996 - 1997-ci ildən etibarən Neftçala rayonu, 2-ci Qaralı kəndində yerləşən, mənə maxsus olan 2 ha torpaq sahəsində əkinlə məşğul oluram. Torpaq 3 ha sahədə 1 ha yonca, 1 ha sahədə buğda əkini etmişəm. Torpaq sahəsinin suvarılmasını Kür çayının suyundan istifadə etməklə edirik. X9 İdarəsinin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs ilə hər il müqavilə bağlamaqla mən öz təsərrüfatımın suvarılması üçün lazım olan suyun təmin edilməsini həmin müəssisəyə həvalə edirəm. Mən də ərizə ilə müraciət edərək həmin Birliyin üzvü olmuşam. Hər il əkindən sonra suyun verilməsi məqsədilə biz Birliyə dəvət edirlər və müqaviləyə imza etmişik. Lakin müqavilənin nüsxəsi bizə verilməyib, bu səbəbdən də həmin müqavilənin şərtləri ilə tanış deyiləm. Bildiriəm ki, müqavilə imzaladıqdan sonra hər il əkin sahəsinin suvarılması üçün kənd sakinləri növbəyə durur. Növbə çatdıqda əkin sahəsinin suvarılmasından sonra bizə birliyin əməkdaşı Mirzağa adlı şəxs tərəfindən hesab nömrəsi verilir və sudan istifadə etdiyimizə görə xidmət haqqını həmin hesaba ödəməyimizi tələb edir. Təxminən 2021-ci ilədək torpağın hər hektarına görə 5 manat, 2021-ci ildən etibarən isə hər dəfə əkin sahəsini suvaranda torpaq sahəsinin hər hektarına görə mən verilən bank hesabına 7 manat olmaqla, 1 ha torpaq sahəsinin suvarılamasına görə ödəyirəm. Mənim kimi digər kənd sakinləri də eyni formada sudan istifadə edir və xidmət haqqı ödəyirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1996-1997-ci ildən etibarən Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində yerləşən, mənə və ailə üzvlərimə məxsus olan 2.62 ha torpaq sahəsində əkinlə məşğul oluram. Torpağın 2.62 ha sahədə arpa əkini etmişəm. Torpaq sahəsinin suvarılmasını Kür çayının suyundan istifadə etməklə edirik. X9 İdarəsinin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs ilə hər il müqavilə bağlamaqla mən öz təsərrüfatımın suvarılması üçün lazım olan suyun təmin edilməsini həmin müəssisəyə həvalə edirəm. Mən də ərizə ilə müraciət edərək həmin Birliyin üzvü olmuşam. Hər il əkindən sonra suyun verilməsi məqsədilə biz Birliyi dəvət edirlər və müqaviləyə imza etmişik. Lakin müqavilənin nüsxəsi bizə verilməyib, bu səbəbdən də həmin müqavilənin şərtləri ilə tanış deyiləm. Bildiriəm ki, müqavilə imzalandıqdan sonra hər il əkin sahəsinin suvarılması üçün kənd sakinləri növbəyə durur. Növbə çatdıqda əkin sahəsinin suvarılmasından sonra bizə Birliyin əməkdaşı Mirzağa adlı şəxs tərəfindən hesab nömrəsi verilir və sudan istifadə etdiyimizə görə xidmət haqqını həmin hesaba ödəməyimizi tələb edir. Təxminən 2021-ci ilədək torpağın hər hektarına görə 5 manat, 2021-ciildən etibarən isə hər dəfə əkin sahəsini suvaranda torpaq sahəsinin hər hektarına görə mən verilən bank hesabına 7 manat olmaqla torpaq sahəsinin suvarılamasına görə ödəyirəm. Mənim kimi digər kənd sakinləri də eyni formada sudan istifadə edir və xidmət haqqı ödəyirlər. Qiymət artımını elektrik enerjisi və digər kommunal xərclərin artması ilə izah etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid21 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1996-1997-ci ildən etibarən Neftçala rayonu, 2-ci Qaralı kəndində yerləşən, mənə məxsus olan 2.50 ha torpaq sahəsində əkinlə məşğul oluram. Torpağın 2 ha sahədə 1.5 yonca, 1 ha buğda əkini etmişəm. Torpaq sahəsinin suvarılmasını Kür çayının suyundan istifadə etməklə edirik. X9 İdarəsinin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs ilə hər il müqavilə bağlamaqla mən öz təsərrüfatımın suvarılması üçün lazım olan suyun təmin edilməsini həmin müəssisəyə həvalə edirəm. Mən də ərizə ilə müraciət edərək həmin Birliyin üzvü olmuşam. Hər il əkindən sonra suyun verilməsi məqsədilə bizi Birliyə dəvət edirlər və müqaviləyə imza etmişik. Lakin müqavilənin nüsxəsi bizə verilməyib, bu səbəbdən də həmin müqavilənin şərtləri ilə tanış deyiləm. Bildiriəm ki, müqavilə imzalandıqdan sonra hər il əkin sahəsinin suvarılması üçün kənd sakinləri növbəyə durur. Növbə çatdıqda əkin sahəsinin suvarılmasından sonra bizə birliyin əməkdaşı Mirzağa adlı şəxs tərəfindən hesab nömrəsi verilir və sudan istifadə etdiyimizə görə xidmət haqqını həmin hesaba ödəməyimizi tələb edir. Təxminən 2021-ci ilədək torpağın hər hektarına göre 5 manat, 2021-ci ildən etibarən isə hər dəfə əkin sahəsini suvaranda torpaq sahəsinin hər hektarına görə mən verilən bank hesabına 7 manat olmaqla torpaq sahəsinin suvarılmasına görə ödəyirəm. Mənim kimi digər kənd sakinləri də eyni formada sudan istifadə edir və xidmət haqqı ödəyirlər. Qiymət artımını elektrik enerjisi və digər kommunal xərclərin artması ilə izah etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1996-1997-ci ildən etibarən Neftçala rayonu, Pirəppə kəndində yerləşən, mənə maxsus olan 0.64 ha pay torpğı sahəsində, 4.4 ha ailə üzvlərimə məxsus torpaq sahəsində əkinlə məşğul oluram. Torpaq 1 ha sahədə arpa əkini, 4 ha da yonca əkini etmişəm. Torpaq sahəsinin suvarılmasını Kür çayının suyundan istifadə etməklə edirik. X9 İdarəsinin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs ilə hər il müqavilə bağlamaqla mən öz təsərrüfatımın suvarılması üçün lazım olan suyun təmin edilməsini həmin müəssisəyə həvalə edirəm. Mən də ərizə ilə müraciət edərək həmin Birliyin üzvü olmuşam. Hər il əkindən sonra suyun verilməsi məqsədilə bizi Birliyə dəvət edirlər və müqaviləyə imza etmişik. Lakin müqavilənin nüsxəsi bizə verilməyib, bu səbəbdən də həmin müqavilənin şərtləri ilə tanış deyiləm. Bildirirəm ki, müqavilə imzalandıqdan sonra hər il əkin sahəsinin suvarılması üçün kənd sakinləri növbəyə durur. Növbə çatdıqda əkin sahəsinin suvarılmasından sonra bizə birliyin əməkdaşı Mirzağa adlı şəxs tərəfindən hesab nömrəsi verilir və sudan istifadə etdiyimizə görə xidmət haqqını həmin hesaba ödəməyimizi tələb edir. Təxminən 2021-ci ilǝdək torpağın hər hektarına görə 5 manat, 2021-ci ildən etibarən isə hər dəfə əkin sahəsini suvaranda torpaq sahəsinin hər hektarına görə mən verilən bank hesabına 7 manat olmaqla, 1 ha torpaq sahəsinin suvarılmasına görə ödəyir. Mənim kimi digər kənd sakinləri də eyni formada sudan istifadə edir və xidmət haqqı ödəyirlər. Qiymət artımını elektrik enerjisi və digər kommunal xərclərin artması ilə izah etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1996-1997-ci ildən etibarən Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində yerləşən, mənə məxsus olan 2 ha torpaq sahəsində əkinlə məşğul oluram. 2 ha torpağın 1 ha sahədə arpa əkini etmişəm. Digər 1 ha yararsızdır. Torpaq sahəsinin suvarılmasını Kür çayının suyundan istifadə etməklə edirik. X9 İdarəsinin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs ilə hər il müqavilə bağlamaqla mən öz təsərrüfatımın suvarılması üçün lazım olan suyun təmin edilməsini həmin müəssisəyə həvalə edirəm. Mən də ərizə ilə müraciət edərək həmin Birliyin üzvü olmuşam. Hər il əkindən sonra suyun verilməsi məqsədilə bizi Birliyə dəvət edirlər və müqaviləyə imza etmişik. Lakin müqavilənin nüsxəsi bizə verilməyib, bu səbəbdən də həmin müqavilənin şərtləri ilə tanış deyiləm. Bildiriəm ki, müqavilə imzaladıqdan sonra hər il əkin sahəsinin suvarılması üçün kənd sakinləri növbəyə durur. Növbə çatdıqda əkin sahəsinin suvarılmasından sonra bizə Birliyin əməkdaşı Mirzağa adlı şəxs tərəfindən hesab nömrəsi verilir və sudan istifadə etdiyimizə görə xidmət haqqını həmin hesaba ödəməyimizi tələb edir. Təxminən 2021-ci ilədək torpağın hər hektarına görə 5 manat, 2021-ci ildən etibarən isə hər dəfə əkin sahəsini suvaranda torpaq sahəsinin hər hektarına görə mən verilən bank hesabına 7 manat olmaqla torpaq sahəsinin suvarılamsına görə ödəyirəm. Mənim kimi digər kənd sakinləri də eyni formada sudan istifadə edir və xidmət haqqı ödəyirlər. Qiymət artımını elektrik enerjisi və digər kommunal xərclərin artması ilə izah etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şahid X5 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək qeyd etdiklərinin nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şahid3 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək qeyd etdiklərinin nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şahid X3 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək qeyd etdiklərinin nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şahid20 Əliş oğlu məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək qeyd etdiklərinin nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şahid14 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək qeyd etdiklərinin nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şahid11 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək qeyd etdiklərinin nəzərə almasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 27 iyul 2022-ci il tarixli arayışından görünür ki, 2018-ci il ərzində Zərərçəkmiş şəxs ümumi yığıncağının qərarı ilə 1000 m3 suyun dəyəri 1.54 manat məbləğində müəyyən edilməklə Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti X9 İdarəsindən ayrıclardan verilən faktiki verilən 11983.40 min m3 suya görə su istehlakçıları tərəfindən ödənilməli olan 18454.44 manat məbləğində pul vəsaitindən 9990.0 manat məbləğində ödənişi təmin edilməklə, qalan 8464.44 manat məbləğində pul vəsaiti, 2019-cu il ərzində Birliyin ümumi yığıncağının qərarı ilə 1000 m suyun dəyəri 1.37 manat məbləğində müəyyən edilməklə Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti X9 İdarəsindən ayrıclardan verilən faktiki verilən 12733.50 min m3 suya görə su istehlakçıları tərəfindən ödənilməli olan 17444.90 manat məbləğində pul vəsaitindən 13711.0 manat məbləğində ödənişi təmin edilməklə, qalan 3733.90 manat məbləğində pul vəsaiti, 2020-ci il ərzində Birliyin ümumi yığıncağının qərarı ilə 1000 m3 suyun dəyəri 1.96 manat məbləğində müəyyən edilməklə Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti X9 İdarəsindən ayrıclardan verilən faktiki verilən 14586.30 min m3 suya görə su istehlakçıları tərəfindən ödənilməli olan 28589.15 manat məbləğində pul vəsaitindən 24320.0 manat məbləğində ödənişi təmin edilməklə, qalan 4269.15 manat məbləğində pul vəsaiti, 2021-ci il ərzində Birliyin ümumi yığıncağının qərarı ilə 1000 m3 suyun dəyəri 1.96 manat məbləğində müəyyən edilməklə Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti X9 İdarəsindən ayrıclardan verilən faktiki verilən 15326.80 min m3 suya görə su istehlakçıları tərəfindən ödənilməli olan 30040.53 manat məbləğində pul vəsaitindən 20153.75 manat məbləğində ödənişi təmin edilməklə, qalan 9886.78 manat məbləğində pul vəsaiti, ümumilikdə 26354.27 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında bağlanmış 153 N-li Xidmət müqaviləsi əsasında fəaliyyət göstərən həmin MMC-nin "xxxx" ASC-de olan AZ03A||B******************** nömrəli hesabına ödənilməsini təmin etməmişdir. 26354.27 manat dəyərində Zərərçəkmiş şəxsnə məxsus suyun Neftçala rayonu, Yuxarı Qaramanlı, Qaralı və Pirəppə kəndində yaşayan su istehlakçıları tərəfindən sərf edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nın 19 iyul 2022-ci il tarixli məktubuna əlavə olunmuş "xxxx" MMC-nin hesabından xx.xx.2018-ci il tarixdən cari tarixədək hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında bağlanmış 153 №-li Xidmət müqaviləsi əsasında həmin MMC-nin "xxxx" ASC-də olan AZ03AİİB******************** nömrəli hesabı mövcuddur və su istehlakçıları tərəfindən həmin hesaba ödənilməsi təmin edilmişdir. Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin Neftçala Rayon Suvarma Sistemləri İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “SİB” tərəfindən su istifadəçilərinə verilən suyun sərfi, birliklərin balansında heç bir su sayğacı və su ölçən cihaz olmadığı üçün qarşılıqlı razılıq əsasında müəyyən edilir. Məlumat üçün bildirilmişdir ki, Kolxoz dövründən torpaqlar islahata gedəndən sonra əkin sahələrində düzləndirmə işləri aparılmadığı üçün havaların quraqlıq keçməsi, qurunt sularının normadan aşağı səviyyədə olması, torpaq səthi temperaturunun normadan isti olması və digər səbəblərdən 1 ha sahənin suvarılmasına 3000-3500 m3 su sǝft olunur. Əkin sahələri üzrə aparılmış monitoring zamanı müəyyən edilmişdir ki, sahələrdə ilkin hesablamalar aparılmadığından və suvarma texnologiyasına tələb olunan qaydada əməl olunmamasından torpaq məcralı sahə kanalından su itkisi 43% və əkinlərin suvarması üçün tələb edilən su 3015m3/ha, yəni tələb olunandan 2-3 dəfə artıq olmuşdur. Həmçinin 2-ci və 3-cü dərəcəli suvarma kanallarında su itkilərinin müəyyənləşdirilməsi üçün monitorinq işləri aparılmış və kanalların faydalı iş əmsallarının 66-68% arasında dəyişdiyi müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli iclasının qərarına əsasən suvarma suyu 1000 m3-ə görə 0.50 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Nizamnaməsinə əsasən Təqsirləndirilən şəxs müəssisənin cari fəaliyyətini təmin etmək və rəhbərlik etmək, birliyin xidmət göstərdiyi ərazilərdə yerləşən meliorasiya və irriqasina sistemlərinin lazımi qaydada istismarını təmin etmək, Birliyin üzvlərinin və üzvü olmayan şəxslərin torpaq sahələrinin və onlara verilən suyun uçotunu aparmaq, su haqlarının yığılmasını təşkil etmək, Birliyin maliyyə və təsərrüfat əməliyyatlarını təmin etmək, Birliyin xidmət göstərdiyi ərazilərdə suyun paylanmasına nəzarət etmə, maliyyə və ştat intizamına əməl olunması üçün məsuliyyət daşımaq kimi səlahiyyətlərə malikdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində xx.xx.2006-cı il tarixdə 0506-QN2-17 qeydiyyat nömrəsi ilə xx.xx.2000-ci il tarixdə həmin şöbədə 5/59 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Məhdud Məsuliyyətli "Bərəkət" X1 əsasında təşkil edilmiş, hüquqi ünvanı Neftçala rayonu, Yuxarı Qaramanlı kəndidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları"ndan görünür ki, su təsərrüfatı müəssisə, idarə və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaq, xidmət göstərdiyi ərazilərdə suvarma suyunun təchizatı üzrə uçotun aparılması, su istehlakçılarının siyahısının müəyyənləşdirilməsi, sudan istifadə qrafiklərinə əməl olunmasına və ödənişlərin aparılmasına nəzarət etməkdən ibarətdir. İş materiallarına əlavə edilmiş 03 №-li təqdimatın surətindən görünür ki, Hüseynov X6 rayonu Zərərçəkmiş şəxs üzrə qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 2 nömrəli protokolu ilə və 2 nömrəli əmrlə sədri, həmin X13 xx.xx.2016-cı il tarixli, 02 nömrəli əmri ilə icraçı direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 2018-2020-ci illər tarixində illik smeta və ödəniş cədvəlləri 30 yanvar 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınmışdır. İş materiallarında olan ərizədən və ödəniş tapşırığından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə dəymiş 26354.27 manat ziyandan 2000 (iki min) manat hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Beynəlxalq Bankı ASC-də olan depozit hesabına ödənilmiş, hazırda həmin hesabda saxlanılır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə dəymiş ziyandan 3900 (üç min doqquz yüz) manat hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Beynəlxalq Bankı ASC-də olan depozit hesabına ödənilmiş, hazırda həmin hesabda saxlanılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan cəmi 5900 (beş min doqquz yüz) manat pul ödənilmişdir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi, yəni öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israfetmə yolu ilə talaması özünün səmimi etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Lakin məhkəmə törədilən əməllərin tövsifi məsələsində aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün tövsif edilməmişdir. Təqsirləndirilən şəxs həmin əməllərinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli cinayət hesab edilir. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 39-cu bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israfetmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-nin 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə törətmiş olduğu israfetmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, CM-nin 308.1-ci maddəsi üzrə təqsirli bilinməsinə dair hissə ittihamdan xaric edilməlidir. Bununla da məhkəmə əməlin tövsifi məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 maddələri ilə tövsif edilməsi hissəsi isə əsaslı olmuşdur, ona görə də törətmiş olduğu əməllərin Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməsi hissəsi düzgündür. Bu səbəbdən də Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməli və Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən həmin maddələr üzrə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Neftçala RİH başçısının Yuxarı Qaramanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfində verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, X8 xx.xx.1961-ci il tarixdə Neftçala rayonu, 2-ci Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli olmaqla Neftçala rayonu Zərərçəkmiş şəxs icraçı direktoru vəzifəsində işləyir, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, 2-ci Qaralı kəndində qeydiyyatda olmaqla yaşayır. Seçkili orqana seçilməmiş, dövlət və ya digər təltifləri yoxdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsi (5900beş min doqquz yüz manat) və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmaması Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir”. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilmişdir ki, “törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər”. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi nəzərdə tutulmasa da Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin cəza növünün əlavə cəza kimi təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 5900 (beş min doqquz yüz) manat vəsait hökm qanuni qüvvəyə mindikdən sonra dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilsin. İş materiallarında olan 2018-2020-ci il tarixli illik smeta və ödəniş cədvəlləri maddi sübut qismində tanınaraq cinayət işi materiallarında saxlanılsın. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 5900 (beş min doqquz yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra dövlət büdcəsinə ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır. Hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-36/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-36/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver