Məhkəmə qərarları › İş №1(053)-36/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-36/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-36/2024 03.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Neftçala Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.4cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Neftçala şəhəri, SMD-31 yaşayış massivində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə baxışı iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 may 2024-cü il tarixdə, təxminən saat 22 radələrində Neftçala şəhəri SMD-31 yaşayış massivində, yaşadığı evin həyətində aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, ünvan 3 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruqla vurmaqla onu döyərək sonuncuya «hər iki dodağın şişkinliyi, üst dodağın selikli qişasının yarası, alt dodağın selikli qişasının qan sızması, üst çənədə ön diş diblərinin qansızması» ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zǝrǝrvurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Neftçala şəhəri, SMD-31 yaşayış massivində yaşayır. Zərərçəkmiş şəxs tanıyır, münasibəti yaxşı olmuşdur. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 12 may 2024-cü il tarixdə, saat təxminən 21 radələrində tanışı Səbuhi ilə Anar adlı şəxsin kafesində oturub yemək yemişlər. Kafedə digər masada isə Əliyarın dayısı Səbuhi də əyləşmişdir. O, Əliyarın dayısı Səbuhi ilə zarafat edən zaman Əliyar da kafeyə gəlmiş, onların zarafatlarını eşitmişdir. Əliyar ona dayısı ilə niyə zarafat etdiyinə görə iradını bildirəndə aralarında mübahisə yaranmışdır. Bu vaxt tanışı Səbuhi onları sakitləşdirmişdir. Daha sonra ordan çıxıb evə getmişlər. Bir az keçmiş Əliyar ona mobil telefonla zəng edərək söymüş, onunla niyə mübahisə etdiyini soruşmuşdur. O, Əliyarın onu söyməsindən əsəbləşmiş, ona “gəl bizə səbəbini deyəcǝyǝm” deyə bildirmişdir. Sonra da tanışı Ələddini Əliyargilə göndərmişdir ki, onu gətirsin. Həmin gün saat 22 radələrində Əliyar Ələddinin idarə etdiyi avtomobillə onlara gəlmişdir. Əliyar avtomobildən düşəndən sonra Ələddin çıxıb getmişdir. O, Əliyarı həyətə dəvət edəndən sonra həyətində, onu telefonda söydüyünə görə Əliyarın sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Səhəri günü bilmişdir ki, Əliiyar ondan Neftçala RPŞ-nə şikayət etmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs onu söyməmiş, döyməmişdir. Hadisə onun yaşadığı fərdi yaşayış evinin həyətində baş vermişdir. Hadisə vaxtı Əliyar ilə ondan başqa dostu Səbuhi də orada olmuşdur. Törətdiyi əməlindən peşmandır. Hazırda barışdıqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. O, təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Neftçala şəhərində tək yaşayır. Eyni zamanda Neftçala şəhərində yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Hər ikisi ilə münasibəti yaxşıdır. 12 may 2024-cü il tarixdə, saat təxminən 21 radələrində tanışı Adil ilə Anar adlı şəxsin kafesində oturub yemək yeyirmişlər. Kafedə digər masada isə Əliyarın dayısı Səbuhi də əyləşmişdir. Adil Əliyarın dayısı Səbuhi ilə zarafat edən zaman Əliyar da kafeyə gəlmiş və onların zarafatını eşitmişdir. Əliyar Adilə dayısı ilə zarafat etdiyinə görə iradını bildirəndə aralarında mübahisə yaranmışdır. O, hər iksini sakitləşdirmişdir. Daha sonra ordan Adil ilǝ birlikdə çıxaraq, Adilin yaşadığı evə getmişlər. Bir az keçmiş Əliyar Adilin mobil telefonuna zəng edərək söyüşlə onunla niyə mübahisə etdiyini soruşmuşdur. Adil Əliyara onlara gəlməsini bildirmişdir. Sonra da tanışı Ələddini Əliyargilə göndərmişdir ki, Əliyarı gətirsin. Həmin günü saat 22 radələrində Əliyar Ələddinin idarə etdiyi avtomobillə Adilin yaşadığı evə gəlmişdir. Əliyar avtomobildən düşəndən sonra Ələddin çıxıb getmişdir. Adil Əliyarı həyətə dəvət edəndən sonra, telefonda Adili söydüyünə görə sifət nahiyəsinə bir iki dəfə yumruqla vurmuşdur. O, Adil ilə Əlyarı ayıraraq Əliyarı, Adilin yaşadığı həyətdən çıxardıb evlərinə yola salmışdır. Səhəri günü bilmişdir ki, X2 RPŞ-nə şikayət etmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs Adili döyməmiş, söyməmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2024-cü il tarixli, 97 saylı ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – hər iki dodağın şişkinliyi, üst dodağın selikli qişasının qansızması, üst çənədə ön diş diblərinin qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül Zərərvurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, eləcə də barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar