Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-37/2023 02.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 Fikrət oğlunun, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi - mülki iddiaçı X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3 Abasət oğlunun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxxx 2006-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Neftçala Peşə məktəbinin Avtomobil Çilingəri və Təmiri ixtisasının 2-ci kurs tələbəsi, (natamam orta-ixtisas təhsilli) subay, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, Məhəllə 5-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, 20-22 yanvar 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx xxxxxx 2006-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, 20-22 yanvar 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx xxx 1993-cü il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 3 ünvanda yaşamış, Neftçala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cərimə cəzası ödənilməmiş, Neftçala Rayon Məhkəməsinin 22 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində, əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Neftçala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1, tanışı Fǝrǝcullayev Fərid Firuz oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2022-ci ilin iyul ayının sonlarında, günü istintaqa məlum olmayan tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən 1 metrinin qiyməti 60 qəpik olan 18 manat dəyərində 30 metr uzunluğunda elektrik naqilini, daha sonra həyətdəki yardımçı tikilinin qapısını açıb yardımçı tikiliyə qanunsuz daxil olaraq, yardımçı tikilidən 10 manat dəyərində 1 ədəd aliminum tavanı, daha sonra həyətdəki evin qapısının kilidini sındırıb evə qanunsuz daxil olaraq evin yataq otağındakı sandığın içərisində saxlanılan 425 manat dəyərində 1 ədəd paxlava formalı qızıl üzüyü, 1020 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 510 manat dəyərində 1 ədəd qızıl bilərziyi və 510 manat dəyərində qızıl muncuqları, ümumilikdə 2493 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 23 oktyabr 2022-ci tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Neftçala şəhəri, məhəllə 6-da yerləşən mağazaya həmin mağazanın tavan hissəsini sındırmaqla qanunsuz daxil olaraq mağazadan 100 manat nəğd pulu, hər birinin qiyməti 4 manat 20 qəpik olan 84 manat dəyərində 20 ədəd 450 qramlıq “Ariel” markalı yuyucu tozunu, hər birinin qiyməti 4 manat 50 qəpik olan 18 manat dəyərində 4 ədəd 450 qramlıq “Pervol” markalı təmizləyicini, hər birinin qiyməti 11 manat olan 66 manat dəyərində 6 ədəd 500 qramlıq “Berqa” markalı çayı, hər birinin qiyməti 6 manat 50 qəpik olan 130 manat dəyərində 20 ədəd 250 qramlıq “Berqa” markalı çayı, hər birinin qiyməti 2 manat 80 qəpik olan 140 manat dəyərində 50 ədəd 100 qramlıq “Berqa” markalı çayı, hər birinin qiyməti 9 manat 50 qəpik olan 47 manat 50 qəpik dəyərində 5 ədəd 3 kiloqramlıq “Azərşəkər” markalı qəndi, hər birinin qiyməti 3 manat 40 qəpik olan 17 manat dəyərində 5 ədəd 1 kiloqramlıq “Azərşəkər” markalı qəndi, 1 kiloqramının qiyməti 9 manat 50 qəpik olan 237 manat 50 qəpik dəyərində 25 kiloqram “Oxotnik” markalı kolbasanı, 1 kiloqramının qiyməti 12 manat olan 300 manat dəyərində 25 kiloqram “Manqalüstü” markalı sosiskanı, hər birinin qiyməti 8 manat 50 qəpik olan 255 manat dəyərində 30 ədəd 650 ml “Elidor” markalı şampunu, hər birinin qiyməti 4 manat 80 qəpik olan 43 manat 20 qəpik dəyərində 9 ədəd 2 litrlik “Əfsanə” markalı pivəni, hər birinin qiyməti 1 manat olan 100 manat dəyərində 100 ədəd 100 vǝrǝqlik dəftəri, hər birinin qiyməti 4 manat 10 qəpik olan 123 manat dəyərində 30 ədəd “Sobranie” markalı siqareti, hər birinin qiyməti 3 manat 80 qəpik olan 152 manat dəyərində 40 ədəd “Kent” 4 markalı siqareti, hər birinin qiyməti 2 manat 70 qəpik olan 135 manat dəyərində 50 ədəd “Palmall” markalı siqareti, hər birinin qiyməti 3 manat 60 qəpik olan 108 manat dəyərində 30 ədəd “Winston” markalı siqareti, hər birinin qiyməti 3 manat 20 qəpik olan 128 manat dəyərində 40 ədəd “LD” markalı siqareti, hər birinin qiyməti 2 manat 50 qəpik olan 200 manat dəyərində 80 ədəd “Winchester” markalı siqareti, hər birinin qiyməti 2 manat 20 qəpik olan 66 manat dəyərində 30 ədəd “Keno” markalı siqareti, hər birinin qiyməti 2 manat 20 qəpik olan 88 manat dəyərində 40 ədəd “Arqo” markalı siqareti, hər birinin qiyməti 2 manat 20 qəpik olan 110 manat dəyərində 50 ədəd “Viceroy” markalı siqareti, hər birinin qiyməti 2 manat 50 qəpik olan 75 manat dəyərində 30 ədəd “West” markalı siqareti, hər birinin qiyməti 2 manat 50 qəpik olan 125 manat dəyərində 50 ədəd “Maqna” markalı siqareti, 1 kiloqramının qiyməti 5 manat olan 50 manat dəyərində 10 kiloqram “Çio Rio” markalı şokaladı, hər birinin qiyməti 12 manat 50 qəpik olan 125 manat dəyərində 10 ədəd 1 litrlik “Stolichnaya” arağını, hər birinin qiyməti 10 manat olan 120 manat dəyərində 12 ədəd 0,7 litrlik Stolicnaya arağını, hər birinin qiyməti 9 manat olan 135 manat dəyərində 15 ədəd 0,5 litrlik “Stolicnaya” arağını, hər birinin qiyməti 13 manat 50 qəpik olan 67 manat 50 qəpik dəyərində 5 ədəd 1 litrlik “Xan” arağını, hər birinin qiyməti 11 manat 50 qəpik olan 92 manat dəyərində 8 ədəd 0,7 litrlik “Xan” arağını, hər birinin qiyməti 18 manat olan 108 manat dəyərində 6 ədəd 1,5 litrlik “Qrafinka” arağını, hər birinin qiyməti 5 manat olan 150 manat dəyərində 30 ədəd 0,7 litrlik şampanı, hər birinin qiyməti 9 manat 60 qəpik olan 96 manat dəyərində 10 ədəd 0,5 litrlik “Xan” arağını, hər birinin qiyməti 18 manat olan 72 manat dəyərində 4 ədəd 1 kloqramlıq “Anchor” kərə yağını, ümumilikdə 3863 manat 70 qəpik dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 28 noyabr 2022-ci tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Neftçala şəhəri, 20 yanvar küçəsində yerləşən aptekǝ Təqsirləndirilən şəxs3 dam örtüyünün üzərində dayanıb gözətçilik etməsi şəraitində sonuncunun cinayətin onlar tərəfindən edilməsinin aşkar olunmaması üçün təşkil etdiyi əlcək və maskadan istifadə edib Fərid Fǝrǝcullayev ilə birlikdə həmin aptekin tavan hissəsini sındırmaqla içəri qanunsuz daxil olub aptekin kassasından 183 manat məbləğində pulu, eyni zamanda həmin mağazada quraşdırılmış "xxxx" MMC-yə məxsus ödəniş terminalının pul kasetini sındıraraq oradan xeyli miqdarda, 7521 manat məbləğində pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışı Fǝrǝcullayev Fərid Firuz oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 20 yanvar 2023-cü tarixdə, saat 01:45 radələrində Zərərçəkmiş şəxs5 məxsus Neftçala şəhəri, Köhnə qəsəbədə yerləşən mağazaya həmin mağazanın tavan hissəsini sındırmaqla qanunsuz daxil olaraq mağazadan 300 manat dəyərində müxtəlif ərzaq məhsullarını gizli olaraq talamaqla oğurlamaq istəyərkən həmin vaxt xidmətdə olan Neftçala rayon polis şöbəsinin post-patrul xidməti bölüyünün əməkdaşları Şahid3, Şahid4 və Şahid5 onları gördüyündən iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2022-ci ilin iyul ayının sonlarında, günü istintaqa məlum olmayan tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış olmayan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən 1 metrinin qiyməti 60 qəpik olan 18 manat dəyərində, 30 metr uzunluğunda elektrik naqilini, daha sonra həyətdəki yardımçı tikilinin qapısını açıb oraya qanunsuz daxil olaraq həmin tikilidən 10 manat dəyərində 1 ədəd aliminum tavanı, daha sonra həyətdəki evin qapısının kilidini sındırıb evə qanunsuz daxil olaraq evin yataq otağındakı sandığın içərisində saxlanılan 425 manat dəyərində 1 ədəd paxlava formalı qızıl üzüyü, 1020 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 510 manat dəyərində 1 ədəd qızıl bilərziyi və 510 manat dəyərində qızıl muncuqları, ümumilikdə 2493 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şaxs halında, 23 oktyabr 2022-ci tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Neftçala şəhəri, Məhəllə 6-da yerləşən mağazaya həmin mağazanın tavan hissəsini sındırmaqla qanunsuz daxil olaraq mağazadan 100 manat nağd pulu, hər birinin qiyməti 4 manat 20 qəpik olan 84 manat dəyərində 20 ədǝd 450 qramlıq “Ariel” markalı yuyucu tozunu, hər birinin qiyməti 4 manat 50 qəpik olan 18 manat dəyərində 4 ədəd 450 qramlıq “Pervol” markalı təmizləyicini, hər birinin qiyməti 11 manat olan 66 manat dəyərində 6 ədəd 500 qramlıq “Berqa” markalı çayı, hər birinin qiyməti 6 manat 50 qəpik olan 130 manat dəyərində 20 ədəd 250 qramlıq “Berga” markalı çayı, hər birinin qiyməti 2 manat 80 qəpik olan 140 manat dəyərində 50 ədəd 100 qramlıq “Berqa” markalı çayı, hər birinin qiyməti 9 manat 50 qəpik olan 47 manat 50 qəpik dəyərində 5 ədəd 3 kiloqramlıq “Azərşəkər” markalı qəndi, hər birinin qiyməti 3 manat 40 qəpik olan 17 manat dəyərində 5 ədəd 1 kiloqramlıq “Azərşəkər” markalı qəndi, 1 kilogramının qiyməti 9 manat 50 qəpik olan 237 manat 50 qəpik dəyərində 25 kiloqram “Oxotnik” markalı kolbasanı, 1 kiloqramının qiyməti 12 manat olan 300 manat dəyərində 25 kiloqram “Manqalüstü” markalı sosiskanı, hər birinin qiyməti 8 manat 50 qəpik olan 255 manat dəyərində 30 ədəd 650 ml “Elidor” markalı şampunu, hər birinin qiyməti 4 manat 80 qəpik olan 43 manat 20 qəpik dəyərində 9 ədəd 2 litrlik “Əfsanə” markalı pivəni, hər birinin qiyməti 1 manat olan 100 manat dəyərində 100 ədəd 100 vərəqlik dəftəri, hər birinin qiyməti 4 manat 10 qəpik olan 123 manat dəyərində 30 ədəd “Sobranie” markalı siqareti, hər birinin qiyməti 3 manat 80 qəpik olan 152 manat dəyərində 40 ədəd “Kent” 4 markalı siqareti, hər birinin qiyməti 2 manat 70 qəpik olan 135 manat dəyərində 50 ədəd “Palmall” markalı siqareti, hər birinin qiyməti 3 manat 60 qəpik olan 108 manat dəyərində 30 ədəd “Winston” markalı siqareti, hər birinin qiyməti 3 manat 20 qəpik olan 128 manat dəyərində 40 ədəd “LD” markalı siqareti, hər birinin qiyməti 2 manat 50 qəpik olan 200 manat dəyərində 80 ədəd “Winchester” markalı siqareti, hər birinin qiyməti 2 manat 20 qəpik olan 66 manat dəyərində 30 ədəd “Keno” markalı siqareti, hər birinin qiyməti 2 manat 20 qəpik olan 88 manat dəyərində 40 ədəd “Argo” markalı siqareti, hər birinin qiyməti 2 manat 20 qəpik olan 110 manat dəyərində 50 ədəd “Viceroy” markalı siqareti, hər birinin qiyməti 2 manat 50 qəpik olan 75 manat dəyərində 30 ədəd “West” markah siqareti, hər birinin qiyməti 2 manat 50 qəpik olan 125 manat dəyərində 50 ədəd “Maqna” markalı siqareti, 1 kiloqramın qiyməti 5 manat olan 50 manat dəyərində 10 kiloqram “Çio Rio” markalı şokaladı, hər birinin qiyməti 12 manat 50 qəpik olan 125 manat dəyərində 10 ədəd 1 litrlik “Stolichnaya” arağını, hər birinin qiyməti 10 manat olan 120 manat dəyərində 12 ədəd 0,7 litrlik “Stolicnaya” arağını, hər birinin qiyməti 9 manat olan 135 manat dəyərində 15 ədəd 0.5 litrlik Stolicnaya arağını, hər birinin qiyməti 13 manat 50 qəpik olan 67 manat 50 qəpik dəyərində 5 ədəd 1 litrlik “Xan” arağını, hər birinin qiyməti 11 manat 50 qəpik olan 92 manat dəyərində 8 ədəd 0.7 litrlik “Xan” arağını, hər birinin qiyməti 18 manat olan 108 manat dəyərində 6 ədəd 1,5 litrlik Qrafinka arağını, hər birinin qiyməti 5 manat olan 150 manat dəyərində 30 ədəd 0,7 litrlik şampanı, hər birinin qiyməti 9 manat 60 qəpik olan 96 manat dəyərində 10 ədəd 0,5 litrlik “Xan” arağını, hər birinin qiyməti 18 manat olan 72 manat dəyərində 4 ədəd 1 kiloqramlıq “Anchor” kərə yağını, ümumilikdə 3863 manat 70 qəpik dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs1 və yaxın qohumu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 28 noyabr 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Neftçala şəhəri, 20 Yanvar küçəsində yerləşən aptekǝ Təqsirləndirilən şəxs3 dam örtüyünün üzərində dayanıb gözətçilik etməsi şəraitində sonuncunun cinayətin onlar tərəfindən edilməsinin aşkar olunmaması üçün təşkil etdiyi əlcək və maskadan istifadə edib Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin aptekin tavan hissəsini sındırmaqla içəri qanunsuz daxil olub aptekin kassasından 183 manat məbləğində pulu, eyni zamanda həmin mağazada quraşdırılmış "xxxx" MMC-yə məxsus ödəniş terminalının pul kassetini sındıraraq oradan xeyli miqdarda, 7521 manat məbləğində pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 20 yanvar 2023-cü il tarixdə, saat 01:45 radələrində Zərərçəkmiş şəxs5 məxsus Neftçala şəhəri, Köhnə qəsəbədə yerləşən mağazaya həmin mağazanın tavan hissəsini sındırmaqla qanunsuz daxil olaraq mağazadan 300 manat dəyərində müxtəlif ərzaq məhsullarını gizli olaraq talamaqla oğurlamaq istəyərkən həmin vaxt xidmətdə olan Neftçala rayon polis şöbəsinin postpatrul xidməti bölüyünün əməkdaşları Şahid3, Şahid4 və Şahid5 onları gördüyündən iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs3, yetkinlik yaşına çatmayan yaxın qohumu xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 və tanışı yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1, Neftçala şəhəri, 20 Yanvar küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus aptekdən və həmin aptekdə quraşdırılmış "xxxx" MMC-yə məxsus ödəniş terminalından oğurluq edib əldə olunacaq əmlakdan onlara pay verəcəyi ilə əlaqədar vədlər verməklə, cinayətin onlar tərəfindən edilməsinin aşkar olunmaması üçün əlcək və maska ilə təmin edib onları cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 28 noyabr 2022-ci tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Neftçala şəhəri, 20 Yanvar küçəsində yerləşən aptekin dam örtüyünün üzərində dayanıb gözətçilik etmiş, Təqsirləndirilən şəxs1 və Fərid Fǝrǝcullayevin həmin aptekin tavan hissəsini sındırmaqla içəri qanunsuz daxil olmasını təşkil edib, aptekin kassasından 183 manat məbləğində pulu, eyni zamanda həmin mağazada quraşdırılmış "xxxx" MMC-yə məxsus ödəniş terminalının pul kasetini sındıraraq oradan xeyli miqdarda, 7521 manat məbləğində pulu gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhəri, məhəllə 5-də yaşayır. X11 məktəbinin Avtomobil Çilingəri və Təmiri ixtisasının 2-ci kurs tələbəsidir. Təqsirləndirilən şəxs2 onun tanışıdır. Onların aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə münasibətləri yaxşı olmuşdur. Onlar Fəridlə bir dəfə söhbət etdikdə qərara gəlmişlər ki, pula ehtiyac olduğu üçün Neftçala şəhərində bəzi evlərə və mağazalara oğurluğa girsinlər. Bu məqsədlə onlar Fəridlə 2022-ci ilin iyul ayının sonlarında, saat təxminən 16 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən sahibi olmayan bir həyətə hasardan aşmaqla daxil olmuşlar. Onlar həyətdə evə gedən təxminən 40 metr uzunluğunda elektrik naqilini kəsib götürmüşlər. Daha sonra həyətdə olan mətbəx kimi istifadə olunan bir yerə keçmişlər. Oradan yalnız 1 ədəd aliminium tava tapmışlar. Həmin şeyləri götürüb həyətə yığmışlar. Daha sonra həyətdəki evin qapısının kilidini Fərid sındırmış və onlar evə girmişlər. Bundan sonra evi axtarmağa başlamışlar. Onlar evin yataq otağında üzərində yorğanlar olan sandıq görmüş və yorğanları yerə atmışlar. Sandığı açıb baxdıqda orada olan pulqabının içərisində müxtəlif qızıl əşyaları görmüşdür. O, həmin qızıllardan 1 ədəd qızıl boyunbağını və qızıl muncuqları götürmüşdür. Fərid isə 1 ədəd qızıl bilərziyi və 1 ədəd qızıl üzüyü götürmüşdür. Daha sonra onlar evdən çıxmışlar. Tava və kəsdikləri naqili qızıl tapdıqlarına görə atmışlar. Fərid özü ona dediyinə görə qızılları aparıb Salyan şəhərində satacaqdır. O isə götürdüyü qızılları anası Zərxanımın tanışı olan, Neftçala şəhərində fəaliyyət göstərən Mirzəyə satmağa aparmışdır. Mirzəyə yalandan özlərinin qızılı kimi anasının adından satmaq istədiyini bildirmişdir. Bu barədə anasına da bir söz deməmişdir. Mirzə isə ondan qızıl götürə bilməyəcəyini demişdir. O, Mirzənin ondan şübhələnib kiməsə deyəcəyindən ehtiyat etdiyi üçün qızılları elə həmin günü Qobu adlanan gölün yanından keçəndə ora atmışdır. Bundan sonra onlar Fəridlə 23 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində “Qoltuq Market”ə oğurluğa girmişlər. O, evdən özlərinə məxsus dəmir lingi gətirmişdir. Onlar çöldən mağazanın yuxarı hissəsinə qalxmışlar. Mağazanın şiferlərini kənara çəkib linglə yuxarıdan lambiri sındırmışlar. Əvvəl Fərid sonra da o mağazaya daxil olmuşlar. Onlar mağazadan müxtəlif qəpik pulları, müxtəlif içkilər, kolbasalar olmaqla ərzaq məhsullarını, müxtəlif təmizlik ləvazimatlarını, eləcə də dəftərləri götürüb mağazadan tapdıqları kisələrə yığmışlar. Daha sonra mağazadan girdikləri yerdən çıxmışlar. Oğurladıqları şeyləri, yığdıqları 4 ədəd kisəni də köməkləşib çıxarmışlar. Həmin kisələri onların həyətə daşımışlar. Həyətdə oğurladıqları əşyaları və pulu öz aralarında bölmüşlər. Daha sonra Fərid çıxıb getmiş, o, öz payına düşən şeyləri özü üçün istifadə etmişdir. Bir qismini də anasının qorxusundan zibilliyə atmışdır. Bundan sonra onlar Seymur adlı şəxsin Neftçala şəhəri, 20 Yanvar küçəsində yerləşən aptekinə girmişlər. Bir dəfə səhər vaxtı Fəridlə söhbət edəndə geyim və digər şeylər almaq üçün pul lazım olduğu üçün ona həmin yerə girməyi təklif etmişdir. O, razılaşmışdır. Həmin günü axşam onlar görüşmüşlər. Fərid yanında dayısı Amidlə gəlmişdir. Fərid demişdir ki, Amid də onlara kömək edəcək. Bu vaxt Amid onlara demişdir ki, girək oğurlayaq, pulları öz aramızda bölərik. 28 noyabr 2022-ci il tarixdə, saat təxminən 03 radələrində onlar park tərəfdən aptekǝ yaxınlaşmışlar. Amid Fərid və onun üçün iz düşməsin deyə əlcək və maska almışdır. Həmin əlcək və maskaları əyinlərinə geyinmişlər. Amid daha sonra yaxınlıqdakı su çəninin üstünə çıxıb oradan aptekin üstünə tullanmışdır. O və Fərid isə aptekin nəfəsliyini açmaq istəsələr də alınmamışdır. Çünki nəfəslik içəridən bağlanmışdır. Daha sonra onlar da Amidin yanına çıxmışlar. Amid ətrafa baxıb gözətçilik etmişdir. O, yerdən götürdüyü dəmir kimi bir şeylə lambiri kəsməyə başlamışdır. Fərid də təpiklə vurub lambiri sındırmışdır. O və Fərid aptekə daxil olmuşlar. Fərid aptekin girdikləri otağında durub gözləmiş, o isə içəri keçmişdir. Elmar aptekin kassasına yaxınlaşıb açmış və oradan təxminən 180 manat pul görüb götürmüşdür. Daha sonra aptekin qapısına tərəf yaxınlaşıb “MilliÖn” aparatını sürüyərək Fəridin yanına aparmağa çalışmışdır. Həmin vaxt dolabların yanından keçirə bilmədiyi üçün Fəridi çağırmışdır. Fərid əyilərək yanına gəlmişdir. Fərid dolabları kənara itələyib getmişdir. O, yenə aparatı sürüyərək Fərid gözləyən otağa aparmışdır. Həmin vaxt Amid onların yanına gəlmək istəmiş, lakin Farid demişdir ki, gəlməsin, birdən gələn olar. Amid yuxarı qalxmışdır. Fərid bu vaxt ətrafdan bir ədəd vintaçan tapıb götürmüşdür. Fərid aparatın pul yığılan hissəsini sındırmışdır. Onlar aparatdakı pulları öz ciblərinə yığmışlar. Daha sonra nəfəsliyi açıb çölə çıxmışlar. Onlar üçü də Fəridgilin evinin yaxınlığa getmişlər. Əlcək və maskaları orada yandırmışlar. Onlar daha sonra küçədə gizlin bir yerə keçib pulları yerə tökmüşlər. Fərid oradan 10 ǝdǝd 100 - lük əskinaz olmaqla ona 1000 manat pul vermişdir. Fərid ona demişdir ki, qalanı Amidlə ikisinindir. Daha sonra Fərid çıxıb getmişdir. O, sonra Fəriddən eşitmişdir ki, səhəri günü Amidlə bir yerdə Bakı şəhərinə gedib pulları xərcləmişlər. Həmçinin o da sonradan Fəridin təkidi ilə Bakı şəhərinə getmişdir. Onlar bir neçə restoranda oturub yeyib- içmişlər. Bütün hesabları da o vermişdir. X8 dediyinə görə 1700 manat pul vermişdir. 19 yanvar 2023-cü il tarixdə onlar Fəridlə Neftçala şəhər H.Cavid parkında yerləşən çayxanada oturmuşlar. Səhəri günü Fəridin ad günü olduğu üçün onlar qərarlaşdırmışlar ki, hansısa mağazaya oğurluğa girib qonaqlıq etmək üçün araqlar, meyvə şirələri, yemək üçün toyuqlar olmaqla təxminən 300 manatlıq ərzaq məhsulları götürüb çıxsınlar. O, öz həyətlərindən dəmir lingi götürmüşdür. Onlar Fəridlə 20 yanvar 2023-cü il tarixdə, saat təxminən 01:45 radələrində Neftçala şəhəri, Köhnə qəsəbədə yerləşən bir mağazanın yanına gəlmişlər. Əvvəl o, Fəridin mağazanın yuxarı hissəsinə çıxmağına kömək etmişdir. Daha sonra Fərid əlini ona vermiş və yuxarı qalxmışdır. Onlar linglə mağazanın şiferlərini kənara çəkməyə başlamışlar. Daha sonra Fərid əliylə mağazanın tavan hissəsini itələyib sındırmışdır. Bu vaxt ətrafdan tanımadıqları bir şəxsin yuxarıya baxaraq keçdiyini görmüşlər. O, Fəridə demişdir ki, kimdisə bəlkə onları gördü. Bundan sonra Fərid ona demişdir ki, ətrafa baxıb gəlir. Fərid çıxıb getmişdir. Bundan sonra o da aşağı düşüb mağazanın yaxınlığında gizlənib oturmuşdur. Bir müddət sonra mağazanın yaxınlığında bir avtomobilin durduğunu eşitmişdir. O qalxıb baxdıqda görmüşdür ki, polis avtomobilidir. O, bundan sonra qaçmağa başlamışdır. Həmin polislər də onun arxasınca qaçmağa başlamışlar. O, qaçanda birdən ayağı bir qədər irəlidə olan dəmir setkaya ilişmişdir. O, qaça bilməmiş və polis əməkdaşları onu yaxalamışlar. O bu cinayətlərdən başqa oğurluq etməmişdir. Törətdiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü və Fərid olmuşdur. Aptekə də oğurluğa girəndə Amidlə bir yerdə olmuşlar. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam, zərəçəkmiş hüquqi şəxsə isə qismən ödəmişlər. Hazırda etdiyi əməldən peşmandır. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 Fikrət oğlunun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayır. O, orta məktəbi 9-cu sinifdə bitirmişdir. Təqsirləndirilən şəxs1 onun tanışıdır. Onların aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə münasibətləri yaxşı olmuşdur. Onlar Elmarla bir dəfə söhbət etdikdə qərara gəlmişlər ki, pula ehtiyac olduğu üçün Neftçala şəhərində bəzi evlərə və mağazalara oğurluğa girsinlər. Bu məqsədlə onlar Elmarla təxminən 2022-ci ilin iyul ayının sonlarında, saat 16 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən sahibi olmayan bir həyətə hasardan aşmaqla daxil olmuşlar. Onlar əvvəl həyətdə evə gedən təxminən 40 metr uzunluqda elektrik naqilini kəsib götürmüşlər. Daha sonra həyətdə olan mətbəxə oxşar bir yerə girmişlər. Oradan yalnız 1 ədəd aliminium tava tapmışlar. Həmin şeyləri götürüb həyətə yığmışlar. Daha sonra o, həyətdəki evin qapısının kilidini sındırmış və onlar evə girmişlər. Bundan sonra evi axtarmağa başlamışlar. Onlar evin yataq otağında üzərində yorğanlar olan sandıq görmüş, yorğanları yerə atmışlar. Sandıqı açıb baxdıqda Elmar orada olan pulqabının içərisində müxtəlif qızıl əşyaları görmüşdür. O, evdən 1 ədəd qızıl bilərziyi və 1 ədəd qızıl üzüyü götürmüşdür. Elmar isə həmin qızıllardan 1 ədəd qızıl boyunbağını və qızıl muncuqları götürmüşdür. Daha sonra onlar həyətdən çıxmışlar. Evdən qızıl tapdıqlarına görə tava və kəsdikləri naqili küçəyə atmışlar. O, Elmara qızılları Salyan şəhərində satacağını bildirmişdir. Elmar isə ona qızılları Neftçala şəhərində yerləşən Mirzə adlı şəxsin dükanında satacağını bildirmişdir. O, qızılları tanımadığı bir taksi ilə Salyan şəhərinə aparıb satmaq istədikdə yolda qızıllara diqqətlə baxıb qızılların əsl qızıl olmadığını fikirləşmiş, həm də satmağa qorxmuşdur. Buna görə Salyan şəhərinə çatdıqda avtomobildən düşüb piyada tanımadığı bir küçədən keçdikdə yerə atmışdır. Daha sonra evə getmişdir. Bundan sonra onlar Elmarla 23 oktyabr 2022-ci il tarixdə, saat təxminən 01 radələrində “Qoltuq Market”ə oğurluğa girmişlər. Elmar bu vaxt evdən dəmir lingi gətirmişdir. Onlar çöldən mağazanın yuxarı hissəsinə qalxmışlar. Mağazanın şiferlərini kənara çəkib linglə yuxarıdan lambiri sındırmışlar. Sonra o, mağazaya daxil olmuşdur. Onlar mağazadan müxtəlif qəpik pulları, müxtəlif içkilər, kolbasalar olmaqla ərzaq məhsullarını, müxtəlif təmizlik ləvazimatlarını, eləcə də dəftərləri götürüb mağazadan tapdıqları kisələrə yığmışlar. Daha sonra mağazadan girdikləri yerdən çıxmışlar. Oğurladıqları şeyləri yığdıqları 4 ədəd kisəni də köməkləşib çıxarmışlar. Həmin kisələri Elmarın həyətinə daşımışlar. Həyətdə oğurladıqları əşyaları və pulu öz aralarında bölmüşlər. Daha sonra o, çıxıb evə getmişdir. O, payına düşən şeyləri gətirib həyətlərində gizlədərək özü üçün arabir götürüb istifadə etmişdir. Bir qismini də valideynləri görər deyə heç istifadə etmədən zibilliyə atmışdır. Həmçinin o, həmin oğurladığı şeylərdən tanışı Elşən adlı şəxsə 1 ədəd pivə, 3 qutu siqaret və 3 ədəd dəftər pay vermişdir. Elşənə həmin əşyaların özünün olduğunu demişdir. Bundan sonra onlar Seymur adlı şəxsin Neftçala şəhəri, 20 Yanvar küçəsində yerləşən aptekinə girmişlər. Təqsirləndirilən şəxs3 onun dayısıdır. Amid bir dəfə söhbət edəndə ona Seymurun aptekinə girib ödəniş terminalından pul oğurlama və pulu aralarında bölməyi təklif etmişdir. O da daha sonra bu barədə Elmarla söhbət edəndə geyim və digər şeylər almaq üçün pul lazım olduğunu və onları almaq üçün aptekə girməli olduqlarını bildirmişdir. Elmar onların fikriylə razılaşmışdır. Həmin gün axşam onlar Neftçala şəhəri, H.Cavid parkında görüşmüşlər. Onlar görüşəndə dayısı Amid də onlarla olmuşdur. O, Elmara Amidin onlara kömək edəcəyini bildirmişdir. Amid Elmarla onun üçün əlcək və maska gətirmişdir. Amidin əlcək və maskaları hardan aldığını bilməmişdir. Onlar həmin şeyləri əyinlərinə geyinmişlər. 28 noyabr 2022ci il tarixdə, saat təxminən 03 radələrində onlar park tərəfdən aptekə yaxınlaşmışlar. Amid yaxınlıqdakı su çəninin üstünə çıxıb oradan aptekin üstünə tullanmışdır. O və Elmar isə aptekin nəfəsliyini açmaq istəsələr də alınmamışdır. Çünki nəfəslik içəridən bağlanmışdır. Daha sonra onlar da Amidin yanına çıxmışlar. Amid ətrafa baxıb gözətçilik etmişdir. Elmar yerdən tapdığı dəmir kimi bir şeylə lambiri kəsməyə başlamışdır. O isə təpiklə vurub lambiri sındırmışdır. O və Elmar aptekə daxil olmuşlar. O, aptekin girdikləri otağında durub gözləmişdir. Elmar içəri keçmiş və aptekin kassasına yaxınlaşıb açmış, oradan pulu görüb götürmüşdür. Daha sonra aptek qapısına tərəf yaxınlaşıb “MilliÖn” aparatını sürüyərək onun yanına gətirməyə çalışmışdır. Həmin vaxt Elmar aparatı dolabların yanından keçirə bilmədiyi üçün onu çağırmışdır. O, əyilərək Elmarın yanına getmişdir. O, dolabları kənara itələyib getmişdir. Elmar yenə aparatı sürüyərək o gözləyən otağa gətirmişdir. Həmin vaxt Amid onların yanına gəlmək istəmişdir. O isə Amidə birdən çöldən gələn olar deyə gəlmə demişdir. O, aptekdən bir ədəd vintaçan tapıb götürmüşdür. O, aparatın pul yığılan hissəsini sındırmışdır. Onlar aparatdakı pulları öz ciblərinə yığmışlar. Daha sonra nəfəsliyi açıb çölə çıxmışlar. Onlar üçü onun evinin yanına gəlmişlər. Orada əlcək və maskaları yandırmışlar. Bundan sonra onlar küçədə gizlin bir yerə keçib pulları yerə tökmüşlər. O, Elmara oradan 10 ədəd 100-lük əskinaz olmaqla 1000 manat pul vermişdir. Dayısı Amid ona həmin puldan 8 ədəd 100 manat vermiş və o, evə getmişdir. Onlar saat 07 radələrində dayısı Amidlə Bakı şəhərinə gəzmək məqsədilə getmişlər. Yolda olarkən Amid ona daha 900 manat da pul vermişdir. Amidin özünə həmin puldan nə qədər qaldığını o, bilməmişdir. Daha sonra təxminən saat 12 radələrində Elmar da onların yanına Bakı şəhərinə gəlmiş və onlar görüşmüşlər. Onlar bir neçə restoranda oturub yeyib içmişlər. Bütün hesabları da o və Elmar vermişdir. 19 yanvar 2023-cü il tarixdə onlar Fəridlə Neftçala şəhər H.Cavid parkında yerləşən çayxanada oturmuşlar. Səhəri günü onun ad günü olduğu üçün onlar qərarlaşdırmışlar ki, hansısa mağazaya oğurluğa girib qonaqlıq etmək üçün araqlar, meyvə şirələri, yemək üçün toyuqlar olmaqla təxminən 300 manatlıq ərzaq məhsulları götürüb çıxsınlar. Elmar öz həyətlərindən dəmir lingi götürüb gəlmişdir. Onlar Elmarla 20 yanvar 2023-cü il tarixdə saat təxminən 01:45 radələrində Neftçala şəhəri, Köhnə qəsəbədə yerləşən bir mağazanın yanına gəlmişlər. Əvvəl Elmar ona mağazanın yuxarı hissəsinə çıxmağa kömək etmişdir. Daha sonra Elmar əlini ona vermiş və onu yuxarı qaldırmışdır. Onlar linglə mağazanın şiferlərini kənara çəkməyə başlamışlar. Daha sonra o, əliylə mağazanın tavan hissəsini itələyib sındırmışdır. Bu vaxt ətrafdan tanımadıqları bir şəxsin yuxarıya baxaraq keçdiyini görmüşlər. Elmar ona demişdir ki, kimdisə bəlkə onları gördü. Bundan sonra o, Elmara ətrafa baxıb gəlirəm deyib çıxıb getmişdir. Bundan sonra Elmar da aşağı düşüb mağazanın yaxınlığında gizlənib oturmuşdur. O, mağazanın ətrafını gəzərkən polis avtomobilinin və Elmarı tutduqlarını görərək dərhal oradan evlərinə gəlmişdir. Təxminən 1 saat sonra polis əməkdaşları gələrək onu evlərindən Neftçala RPŞə dəvət etmişlər. Bu cinayətlərdən başqa oğurluq etməmişdir. Törətdiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü və Elmar olmuşdur. Aptekə də oğurluğa girəndə Amidlə bir yerdə olmuşlar. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam, zərəçəkmiş hüquqi şəxsə isə qismən ödəmişlər. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhəri, Köhnə qəsəbə, ev 24, mənzil 18 ünvanında yaşayır. Müxtəlif işlərdə fəhləlik etməklə dolanır. Fərǝcullayev Fərid Firuz oğlu onun bacısı oğludur. Təqsirləndirilən şəxs1 isə Fəridin tanışıdır. 27 noyabr 2022-ci il tarixdə, səhər saatlarında bacısı oğlu Fərid və Elmarla bir yerdə Neftçala şəhərində görüşmüşlər. Bu zaman Fərid onlara paltar almaq üçün pulunun olmadığını və bunun üçün Neftçala şəhərindəki Seymurun aptekindən ödəniş aparatını oğurlamağı təklif etmişdir. O və Elmar Fəridin bu fikriylə razılaşmışlar. Həmin günü axşam onlar görüşmüşlər. O, Fərid və Elmara kömək edəcəyini bildirmişdir. 28 noyabr 2022-ci il tarixdə, saat təxminən 03 radələrində onlar park tərəfdən aptekə yaxınlaşmışlar. O, sadəcə olaraq yaxınlıqda gözləyib kimsə gələn olsa xəbər versin deyə gözətçi olmuşdur. Fəridlə Elmar aptekin tavan hissəsinə çıxaraq lambiri sındıraraq içəri daxil olmuşlar. Təxminən 35 dəqiqə sonra onun yanına gələrək aparatdan pulları götürdüklərini və dərhal getmək lazım olduğunu bildirmişlər. Onlar oradan uzaqlaşaraq Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında Fərid və Elmardan ayrılmışdır. Səhəri gün 29 noyabr 2022-ci il tarixdə Fəridlə birlikdə Bakı şəhərinə getmişdir. Yolda olarkən Fərid ona 100 manat pul vermişdir. Bakı şəhərinə çatdıqdan sonra Elmarda onların yanına gəlmiş, 150 manat pul vermişdir. Təxminən 2 saat sonra Fərid ona daha 100 manat pul vermişdir. Elmar vǝ Fərid pulun qalanını neynəyiblər bilmir, ona yalnız qeyd etdiyi məbləğdə pul verilmişdir. Bu cinayətdən başqa oğurluq etməmişdir. Fərid və Elmarın yetkinlik yaşına çatmayan şəxslər olduqlarını bilmişdir. Fərid 9-cu sinifdən sonra məktəbi bitirdiyi üçün artıq məktəbə getmir. Oxusaydı hazırda 11-ci sinifdə oxumalı idi. Elmar isə Fəridlə həmyaşıddır. Buna baxmayaraq onun Fərid və Elmarı cinayətkar fəaliyyətə cəlb etmək niyyəti olmamışdır. Oturub öz aralarında danışıb razılaşmışlar. Oğurluqda istifadə etmək üçün Fəridlə Elmar üçün maska və əlcək almamışdır. Dəymiş ziyanı qismən də olsa ödəmişdir. Törətdiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, üçü olmuşdur. Bundan əvvəl Neftçala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Həmin cərimə məbləğini yaxın vaxtlarda ödəyəcəkdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi- mülki iddiaçı X9 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonu, Separadi kəndində yaşayır. "xxxx" MMC-nin təhlükəsizlik departamentinin Sətəm, rejim və təhlükəsizlik sistemləri şöbəsinin Lənkəran regional xidmət mərkəzinin qrup rəhbəri işləyir. Şirkətin müxtəlif rayonların ərazilərində obyekyektlərdə fəaliyyət göstərən “MilliÖn” ödəniş aparatları var. Həmin aparatlardan biri də Neftçala şəhəri, 20 Yanvar küçəsindəki aptekdə yerləşir. 28 noyabr 2022-ci il tarixdə, səhər vaxtı şirkətə həmin aparatdan 7521 manat oğurluq olması barədə məlumat verilmişdir. Bu vaxt şirkətin işçiləri dərhal Neftçala şəhərinə gələrək həmin aparatı götürüb Bakı şəhərindəki ofisə aparmışlar. Orada aparata baxış keçirilmişdir. Bu vaxt həmçinin aparatın sındırılması nəticəsində 595 manat ziyan dəyməsi də müəyyən edilmişdir. Törədilmiş oğurluq hadisəsi nəticəsində dəymiş maddi ziyandan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən 4500 manat ödəniş edilmiş, qalan məbləğ isə hələ də ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən maddi ziyanın ödənilməmiş hissəsinin tutulmaqla mülki iddianın təmin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Özü heç bir bir yerdə işləmir və mağazada ticarətlə məşğul olaraq dolanır. 2010-cu ildən etibarən özünə məxsus olan və Neftçala şəhəri, 6-cı Məhəllə ərazisində Neftçala-Həsənabad yolunun sol kənarında yerləşən "Qoltuq Market” adlı işləyən ərzaq malları mağazası var. 22 oktyabr 2022-ci il tarixdə, axşam saat 09:15 radələrində həmin mağazanı bağlayaraq evinə getmişdir. Mağazada onun yanında bir nəfər X6 adında satıcı da işləyir. 23 oktyabr 2022-ci il tarixdə, səhər saat 09 radələrində mağazasına gələndə ona məlum olmuşdur ki, 2022-ci il oktyabr ayının 22-dən 23-nə keçən gecə Neftçala şəhəri, 6-cı Məhəllə ərazisində yerləşən mağazasının şifer və plastikdən ibarət olan tavanının sındırılması yolu ilə içəri daxil olmuş naməlum şəxs və ya şəxslər tərəfindən 100 manat nağd pulu və 3267 manat dəyərində siqaretləri, çayları, araqları, kolbasa-sosiska məmulatları, yuyucu tozları, şampunları, pivələri, şokoladları və sair əmlakının naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-in "102" xidmətinə zəng edərək bildirmiş və Neftçala RPS-in əməkdaşları hadisə yerində lazımı sənədləşmə işləri aparmışlar. Baş vermiş oğurluq cinayəti hadisəsi nəticəsində ona ümumilikdə 3367 manat məbləğində maddi ziyan dəymişdir. O, baş vermiş oğurluq cinayəti hadisəsi ilə bağlı heç kimdən şübhələnməmişdir. Mağazasından oğurlanmış əmlaklar 20 ədəd 450 qramlıq “Ariel” markalı yuyucu toz, 4 ǝdǝd 450 qramlıq “Pervol” markalı təmizləyici, 6 ədəd 500 qramlıq “Berqa” markalı çayı, 20 ǝdəd 250 qramlıq “Berqa” markalı çay, 50 ədəd 100 qramlıq “Berqa” markalı çay, 5 ədəd 3 kiloqramlıq “Azərşəkər” markalı qənd, 5 ədəd 1 kiloqramlıq “Azərşəkər” markalı qǝnd, 25 kiloqram “Oxotnik” markalı kolbasa, 25 kiloqram “Manqalüstü” markalı sosiska, 30 ədəd 650 ml “Elidor” markalı şampunu, 9 ədəd 2 litrlik “Əfsanə” markalı pivə, 100 ədəd 100 vərəqlik dəftər, 30 ədəd “Sobranie” markalı siqaret, 40 ədəd “Kent” 4 markalı siqaret, 50 ǝdǝd “Palmall” markalı siqaret, 30 ədəd “Winston” markalı siqaret, 40 ədəd “LD” markalı siqaret, 80 ədəd “Winchester” markalı siqaret, 30 ədəd “Keno” markalı siqaret, 40 ədəd “Arqo” markalı siqaret, 50 adǝd “Viceroy” markalı siqaret, 30 ədəd “West” markalı siqaret, 50 ədəd “Maqna” markalı siqaret, 10 kiloqram “Çio Rio” markalı şokalad, 10 ədəd 1 litrlik “Stolichnaya” araq, 12 ədəd 0,7 litrlik “Stolicnaya” araq, 15 ədǝd 0,5 litrlik “Stolicnaya” araq, 5 ədəd 1 litrlik “Xan” araq, 8 ǝdǝd 0,7 litrlik “Xan” araq, 6 ədəd 1,5 litrlik “Qrafinka” araq, 30 ədəd 0,7 litrlik şampan, 10 ədǝd 0,5 litrlik “Xan” araq, 4 ədəd 1 kiloqramlıq “Anchor” kərə yağı olmuşdur. O, ərizəsində həmin əmlakların təxmini qiymətlərini nəzərə almaqla dəymiş ziyanı göstərmişdir. Törədilmiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsini göndərməmiş, lakin məhkəməyə göndərdiyi ərizədə işi ilə əlaqədar üzürlü səbəbdən işdə iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, həmçinin etdikləri əmələ görə ondan üzr istədiklərini, onları bağışladığını və hazırda onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qeyd etdiklərinin nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsini göndərməmiş, lakin məhkəməyə göndərdiyi ərizədə işi ilə əlaqədar üzürlü səbəbdən işdə iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini və hazırda onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qeyd etdiklərinin nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs3 məhkəmə baxışı iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş, lakin məhkəməyə göndərdiyi ərizədə işi ilə əlaqədar üzürlü səbəbdən işdə iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini və hazırda onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. O, fərdi qaydada metal alqı satqısı ilə məşğul olur. Onun Neftçala şəhərində qohumları olduğu üçün arabir gəlib-gedir. O, bir neçə dəfə öz həyətlərindən metal qəbul etdiyi Fərid adlı şəxsi tanıyır. Bir dəfə təxminən 2022-ci ilin oktyabr ayının sonlarında Neftçala şəhərində metal yığımı ilə məşğul olduğu vaxt Fəridi görmüşdür. Fərid bu vaxt ona pay kimi yadında qaldığı qədəriylə 1 ədəd pivə, 3 qutu siqaret və 3 ədəd dəftər vermişdir. O, həmin şeyləri istəməsə də, Fərid ona pay verdiyini deyərək həmin əşyaları motosikletinə qoyub getmişdir. Elə həmin əşyalar motosikletində qalmışdır. O, həmin əşyaları elə həmin vaxtlar istifadə etmişdir. Hazırda həmin əşyaların heç biri onda qalmamışdır. O, Fəridin verdiyi əşyaların oğurluq olduğunu bilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Neftçala RPŞ-nin PPXB-nin polis nəfəri sürücüsü vəzifəsində işləyir, polis baş serjantıdır. xx.xx.2023-cü il tarixdə, gecə saatlarında Şahid3 və Şahid5 ilə idarə etdiyi "Fiat Doblo" markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olduqları vaxt Neftçala şəhəri, Köhnə qəsəbə ərazisində Zərərçəkmiş şəxs5 məxsus mağazanın tavan hissəsində naməlum şəxslərin göründüyü barədə onlara məlumat daxil olmuşdur. Onlar dərhal deyilən yerə getmişlər. Həmin mağazanın yaxınlığında 2 nəfər şəxsin onları görərək həmin ərazidən uzaqlaşdığını görmüşlər. Onlar həmin şəxslərdən birini hadisə yerinin yaxınlığında saxlamışlar. Həmçinin oradan 1 ədəd dəmir ling aşkar etmişlər. Digər şəxs isə tərəflərindən təqib edilərək Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində evinin yaxınlığında saxlanılmışdır. Həmin şəxslər Neftçala RPŞ-nə gətirilmişdir. Neftçala RPŞ-də həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Fərǝcullayev Fərid Firuz oğlu olduğu müəyyən edilmişdir. Daha sonra bu barədə raportla məruzə edilmiş və həmin şəxslər istintaqa təqdim edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid1 məhkəmə baxışı iclasına gəlməmiş, ərizə göndərərək xidməti işi ilə əlaqədar Bakı şəhərində olduğu üçün məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş şahid X1 Elmar Məmmədağa oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməlini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, 07 mart 2023-cü il tarixli, 9/1600 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2022-ci ilin iyul-oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6256,70 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir». İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 istintaqa, eyni zamanda Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 məhkəməyə göndərdikləri ərizələrin məzmunundan görünür ki, onlar dəymiş ziyanın tam ödənildiyini bildirmişlər. Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi - mülki iddiaçı X9 istintaq zamanı ərizə ilə müraciət edərək dəymiş ziyandan 4500 manatın Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ödənildiyini bildirmişdir. İşdə olan Neftçala Rayon Məhkəməsinin 1(053)-16/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara ittiham olunan cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək onlara dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdirlər. Həmçinin, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMCnin nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək dəymiş ziyandan cəmi 4500 manat pulun ödənildiyini göstərmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayəti yetkinlik yaşına çatmayan vaxtı törətdiyini, 4 nəfər zərər çəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərəçəkmiş hüquqi şəxsə (Pashapay MMC) isə dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayəti yetkinlik yaşına çatmayan vaxtı törətdiyini, 4 nəfər zərər çəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərəçəkmiş hüquqi şəxsə (PashaPay MMC) isə dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 öz cinayət əməlini qismən etiraf etdiyini və peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, zərəçəkmiş hüquqi şəxsə dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası çərçivəsində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzalar qismən toplamaq yolu ilə üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına saxlanılmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Neftçala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 1000 (min) manat cərimə cəzası icra edilmədindən hazırkı hökm ilə təyin edilmiş cəza ilə tam toplanılmaqla üzərində qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrumetmə və 1000 (min) manat cərimə cəzası saxlanılmalı və Təqsirləndirilən şəxs3 təyin edilmiş cərimə cəzası müstəqil icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Neftçala rayon polis şöbəsində saxlanılan 1 ədəd dəmir ling və 1 ədəd vintaçan dövlət nəfinə müsadirə edilməli, 5 ədəd 100 vərəqlik dəftər qanuni sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia təmin edilməli, 3616 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Abasət oğlundan müştərək qaydada tutularaq zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMCyə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 20 – 22 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 20 – 22 yanvar 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Neftçala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 1000 (min) manat cərimə cəzası hazırkı hökm ilə təyin edilmiş cəza ilə tam toplanılmaqla üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə və 1000 (min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzasının əvvəli 20 yanvar 2023-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Neftçala rayon polis şöbəsində saxlanılan 1 ədəd dəmir ling və 1 ədəd vintaçan dövlət nəfinə müsadirə edilsin. 5 ədəd 100 vərəqlik dəftər qanuni sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 qaytarılsın . İş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. 3616 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Abasət oğlundan müştərək qaydada tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-37/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-37/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver