Məhkəmə qərarları › İş №1(053)-38/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-38/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-38/2024 04.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 və Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 08 avqust 1998-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 4(053)-2/2024 nömrəli iş üzrə 20 yanvar 2024-cü il tarixli qərarına əsasən barəsində əvvəli 18 yanvar 2024-cü il tarixindən hesablanmaqla 03 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 4(053)-14/2024 nömrəli iş üzrə 02 aprel 2024-cü il tarixli qərarı ilə «həbs» növündə qətimkan tədbiri eyni müddətə, yəni 18 aprel 2024-cü il tarixədək «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş (Neftçala Rayon Məhkəməsinin müvafiq qərarları ilə «ev dustaqlığı» qətimkan tədbirinin müddəti uzadılıb), Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə hazırlıq iclasının 28 iyun 2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxx 1996-cı ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanı üzrə qeydiyyatda olan, faktik olaraq Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan, Neftçala Rayon Məhkəməsinin 4(053)-3/2024 nömrəli iş üzrə 20 yanvar 2024-cü il tarixli qərarına əsasən barəsində əvvəli 18 yanvar 2024-cü il tarixindən hesablanmaqla 03 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 4(053)-15/2024 nömrəli iş üzrə 08 aprel 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri eyni müddətə, yəni 18 aprel 2024-cü il tarixədək «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş (Neftçala Rayon Məhkəməsinin müvafiq qərarları ilə «ev dustaqlığı» qətimkan tədbirinin müddəti uzadılıb), Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə hazırlıq iclasının 28 iyun 2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxxxxx 2000-ci ildə Rusiya Federasiyası, Tümen vilayəti, Xantı-Mansiysk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanı üzrə qeydiyyatda olan, 18 – 20 yanvar 2024-cü il tarixləri üzrə tutulmuş, 20 yanvar 2024-cü ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 07 yanvar 2024-cü il tarixdə saat 23.40 radələrində Neftçala şəhəri, 7-ci məhəllə ərazisində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Həsənabad qəsəbə sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106” markalı 65BB833 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək hərəkətdə olarkən Təqsirləndirilən şəxs2 ona yolu düzgün dönmədiyini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla vurduqdan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun baş nahiyəsinə yumruqla zərbələr vurmuş, avtomobili saxlatdırıb Zərərçəkmiş şəxs1 yerə düşürdükdən sonra, yerə yıxıb birlikdə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ qaşüstü nahiyənin, üst dodağın selikli qişasının yaraları, hər iki göz orbitasının qançırı, burunun yumşaq toxumalarının şişkinliyi, burun sümüyünün yerini dəyişən qəlpəli sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 17 yanvar 2024-cü il tarixdə saat 19.30 radələrində ictimai yer hesab olunan, insanların gediş-gəliş yolu kimi istifadə etdiyi Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində olan Şahid2 məxsus “Xəngəl” kafesinin yaxınlığında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında alkoqol sərxoşluğu vəziyyətində Neftçala şəhər sakini Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək ətrafda vətəndaşların olmasına məhəl qoymayaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq edərək cəmiyyətə açıqca hörmətsizlik edib, səs-küy salıb, nalayiq söyüşlər söyərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 sağ çiyin nahiyəsinə bir dəfə yumruqla vurduqdan sonra sonuncu hadisə yerindən qaçarkən yerə yıxılmış, bundan sonra o, da əli ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə, birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da əli ilə və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona başın təpə nahiyəsinin hematoması, şişkinliyi, qançırı, sağ budun bayır səthinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 07 yanvar 2024-cü il tarixdə saat 23.40 radələrində Neftçala şəhəri, 7-ci məhəllənin ərazisində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Neftçala rayonu, Həsənabad qəsəbə sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106" markalı 65BB833 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək hərəkətdə olarkən o, Zərərçəkmiş şəxs1 yolu düzgün dönmədiyini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə onun sifət nahiyəsinə yumruqla vurduqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə baş nahiyəsinə yumruqla zərbələr vurmuş, avtomobili saxlatdırıb Zərərçəkmiş şəxs1 yerə düşürdükdən sonra yerə yıxıb birlikdə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ qaşüstü nahiyənin, üst dodağın selikli qişasının yaraları, hər iki göz orbitasının qançırı, burunun yumşaq toxumalarının şişkinliyi, burun sümüyünün yerini dəyişən qəlpəli sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2, 17 yanvar 2024-cü il tarixdə saat 19.30 radələrində ictimai yer hesab olunan, insanların gediş-gəliş yolu kimi istifadə etdiyi Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində olan Şahid2 məxsus “Xəngəl” kafesinin yaxınlığında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında alkoqol sərxoşluğu vəziyyətində Neftçala şəhər sakini Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək ətrafda vətəndaşların olmasına məhəl qoymayaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq edərək cəmiyyətə açıqca hörmətsizlik edib, səs-küy salıb, nalayiq söyüşlər söyərək o, Zərərçəkmiş şəxs2 sağ çiyin nahiyəsinə bir dəfə yumruqla vurduqdan sonra, sonuncu hadisə yerindən qaçarkən yerə yıxılmış, bundan sonra Təqsirləndirilən şəxs1 da əli ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə, birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da əli ilə və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona başın təpə nahiyəsinin hematoması şişkinliyi, qançırı, sağ budun bayır səthinin qançırı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 17 yanvar 2024-cü il tarixdə saat 19.30 radələrində ictimai yer hesab olunan, insanların gediş-gəliş yolu kimi istifadə etdiyi Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində olan Şahid2 məxsus “Xəngəl” kafesinin yaxınlığında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında alkoqol sərxoşluğu vəziyyətində Neftçala şəhər sakini Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək ətrafda vətəndaşların olmasına məhəl qoymayaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq edərək cəmiyyətə açıqca hörmətsizlik edib, səsküy salıb, nalayiq söyüşlər söyərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 sağ çiyin nahiyəsinə bir dəfə yumruqla vurduqdan sonra, sonuncu hadisə yerindən qaçarkən yerə yıxılmış, bundan sonra Təqsirləndirilən şəxs1 da əli ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə, bundan sonra o, da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə əli ilə və təpiklə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə vuraraq ona başın təpə nahiyəsinin hematoması şişkinliyi, qançırı, sağ budun bayır səthinin qançırı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, "xxxx" MMC-də fəhlə işləyir və Vətən Müharibəsi iştirakçısıdır. Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Onlarla yaxşı və səmimi münasibəti var. 17 yanvar 2024-cü il tarixdə axşam saatlarında tanışları Hüseyn və Şədiyarla birlikdə Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində olan “Xəngəl” kafesinə gəlmiş, orada üçü birlikdə yemək yemiş, araq içmiş və sərxoşluq vəziyyətinə düşmüşlər. Kafedən çıxan zaman hava artıq qaralmışdır, amma saatın dəqiq neçə olduğunu xatırlamır. Həmin vaxt kafenin yaxınlığında olan avtoyuma yerində işləyən Cavid adlı oğlanla dostu Hüseynin mübahisə edərək dalaşdıqlarını görmüş, onların bir-birlərinə qarşı nalayiq və tərbiyəsiz sözlər dediklərini eşitmişdir. Bu zaman yaxınlıqda olan kafenin sahibi Babək adlı şəxsi hadisə yerinə çağırmışdır ki, Hüseynlə Cavidi aralaşdırsın. Özü və Şədiyar da sərxoş olduqları üçün onları aralaşdırıb sakitləşdirə bilməmişlər. Babək səsküyə hadisə yerinə gəlmiş və dalaşanları aralaşdırmışdır. Bu zaman Cavid hadisə yerindən evlərinə qaçıb getmişdir. O, Hüseyni evlərinə aparmışdır. Şədiyar da özü hadisə yerindən çıxıb birbaşa evlərinə getmişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində baş vermişdir və həmin vaxt orada özü, Hüseyn, Şədiyar, Cavid, İbrahim və Babək olubdur. Sərxoş olduğu üçün hadisə yerində onlardan başqa kiminsə olduğunu xatırlamır. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hadisə vaxtı üzərində bıçaq olmayıbdır, ümumiyyətlə bıçaq gəzdirmir. Bıçaqla bağlı heç bir məlumatı və xəbəri də yoxdur. Bundan əlavə 07 yanvar 2024-cü il tarixdə saat 23.40 radələrində sərxoş vəziyyətdə Neftçala şəhəri, 7-ci məhəllə ərazisində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 yumruq və təpiklə döymüş və ona az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Həmin vaxt hadisə yerində o, Hüseyn və Nazim birlikdə olmuş, onların üçündən başqa hadisə yerində heç kim olmamışdır. Hadisə təxminən 10-15 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. Onlarla yaxşı və səmimi münasibətləri var. 17 yanvar 2024-cü il tarixdə axşam saatlarında tanışları Namid və Şədiyarla birlikdə Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində olan "Xəngəl” kafesinə gəlmişlər. Orada üçü birlikdə yemək yeyərkən araq da içmişlər və sərxoş olmuşlar. Kafedən çıxan zaman hava artıq qaralmışdır, amma saatın dəqiq neçə olduğunu xatırlamır. Həmin vaxt kafenin yaxınlığında olan avtoyuma yerində işləyən Cavid adlı oğlanla rastlaşmış, sərxoş vəziyyətdə olduğu üçün Cavidi pis və nalayiq sözlərlə söyüb təhqir etməyə başlamışdır. Bu zaman yaxınlıqda olan kafenin sahibi Babək dayı hadisə yerinə gəlmişdir ki, onu, Namidi, Şədiyarı və Cavidi aralaşdırıb sakitləşdirsin. Namidlə Şədiyar da sərxoş olduqları üçün onları aralaşdırıb sakitləşdirə bilməmişlər. Babək isə səs-küyə hadisə yerinə gəlmişdir və onları aralaşdırmışdır. Bu zaman Cavid hadisə yerindən evlərinə qaçıb getmiş, onu Namid evinə aparmış, Şədiyar da özü çıxıb evlərinə getmişdir. Həmin hadisə təxminən 5-10 dəqiqə ərzində baş vermişdir. Orada özünün, Namidin, Şədiyarın, Cavidin, İbrahimin və Babək dayının olduğunu xatırlayır, lakin sərxoş olduğu üçün hadisə yerində onlardan başqa kiminsə olduğunu xatırlamır. Hadisə zamanı özü heç bir bədən xəsarəti almayıb. Qeyd edir ki, 17 yanvar 2024-cü il tarixdə saat 19.30 radələrində Zərərçəkmiş şəxs2 bıçaqla hədələməyib, ümumiyyətlə bu barədə heç bir məlumatı və xəbəri yoxdur. Həmçinin «moyka»dan pul götürməyibdir. Cavidlə ümumiyyətlə niyə dava etdiyini özü də bilmir. Hadisə vaxtı üzərində bıçaq olmayıb, ümumiyyətlə bıçaq gəzdirmir və bu barədə də heç bir məlumatı yoxdur. Bundan başqa 07 yanvar 2024-cü il tarixdə saat 23.40 radələrində Neftçala şəhəri, 7-ci məhəllə ərazisində taksi sürücüsü Neftçala rayonu, Həsənabad qəsəbə sakini Zərərçəkmiş şəxs1 dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə yumruq və təpiklə döymüş və ona az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Həmin vaxt hadisə yerində o, Namid və Nazim birlikdə olmuşlar, onlardan başqa hadisə yerində heç kim olmayıb. Hadisə təxminən 10-15 dəqiqə ərzində baş vermişdir. Hər iki zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla yaxşı və səmimi münasibətləri var. 17 yanvar 2024-cü il tarixdə axşam saatlarında tanışları Hüseyn və Namidlə birlikdə Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində olan “Xəngəl” kafesinə gəlmiş, orada üçü birlikdə yemək yeyərkən araq da içdikdən sonra sərxoş olmuşlar. Kafedən çıxarkən hava artıq qaranlıq olmuş, lakin saatın dəqiq neçə olduğunu bilməmişdir. Həmin vaxt kafenin yaxınlığında olan avtoyuma yerində işləyən Cavid adlı oğlanla dostu Hüseynin mübahisə edərək dalaşdıqlarını, onların birbirlərinə qarşı nalayiq və tərbiyəsiz sözlər dediklərini görmüşdür. Bu zaman onlar, yəni Namidlə özü yaxınlıqda olan kafenin sahibi Babəki hadisə yerinə çağırmışlar ki, Hüseynlə Cavidi aralaşdırsın. Ozü və Namid sərxoş vəziyyətdə olduqları üçün onları aralaşdırıb sakitləşdirə bilməmişlər. Babək hadisə yerinə gəlib dalaşanları aralaşdırmışdır. Bundan sonra Cavid hadisə yerindən çıxıb evlərinə qaçıb getmişdir. Daha sonra Namid Hüseyni evlərinə aparmış, anası zəng edib Hüseyni axtarmış, o, da yaşadığı evə getmişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində baş vermiş, orada özü, Hüseyn, Namid, Cavid, İbrahim və kafe sahibi Babək adlı şəxs olmuşdur. Sərxoş olduğu üçün hadisə yerində onlardan başqa şəxslərin olmasını xatırlamır. Hadisə zamanı heç bir bədən xəsarəti almayıb. Qeyd edir ki, hadisə vaxtı cəmi bir dəfə Zərərçəkmiş şəxs2 sağ çiyin nahiyəsinə yumruqla vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs2lə barışmış və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, o, “X2" LTD şirkətində növbəli iş rejimində operator vəzifəsində işləyir. İş növbəsində olmadığı günlərdə isə “VAZ-2106” markalı 65BB833 dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi işləyərək də dolanır. Neftçala şəhər sakini olan Təqsirləndirilən şəxs2 əvvəldən tanımışdır. Onunla uzaq qohumluq əlaqəsi də var. Neftçala şəhər sakini olan Təqsirləndirilən şəxs1 isə əvvəldən tanımamışdır. Onu yalnız baş vermiş məlum hadisədən sonra tanımışdır. 07 yanvar 2024-cü il tarixdə saat 23.40 radələrində Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində Hüseyn və onunla birlikdə olan Namid onun avtomobilinə əyləşmişlər. Namid qabaqda, Hüseyn isə arxada oturmuş və ona demişlər ki, onları Hüseynin evinə aparsın. Onları Hüseynin evinə aparmış, orada ikisi də düşüb evə getmiş və təxminən 5-10 dəqiqə sonra yenidən geri qayıdıb avtomobilə oturmuşlar. Bu dəfə Hüseyn qabaqda, Namid isə arxada oturmuş və onları Qoltuq qəsəbəsinə, yəni Neftçala şəhəri, 7-ci məhəlləyə aparmağı sifariş etmişlər. 7-ci məhəllədə sağa-sola döndükdən sonra Hüseyn onu qəfildən ani olaraq yumruqla vurmuş, ondan bunun səbəbini soruşanda isə demişdir ki, yolu düz dönməyib. Bundan sonra Hüseyn onun bir dəfə də burnundan vurmuşdur və bu vaxt burnundan qan açılmışdır. Daha sonra isə Namid arxadan onu qolu ilə boğazından tutaraq boğmağa başlamış və yumruqla da başından vurmuşdur. Namid arxa qapını açaraq aşağı düşmüş və onu ayağından tutaraq aşağı dartıb yerə yıxmışdır. Bundan sonra hər ikisi onu yerdə döyməyə başlamışlar. Daha sonra isə Namid onun avtomobilinə əyləşmiş və avtomobilini sürməyə başlamışdır. Bu zaman Namid və Hüseyn hər ikisi sərxoş vəziyyətdə olmuşlar. O, yaxınlıqda olan tanımadığı adamın evinin dəmir qapısına çıxıb kömək istəmiş və ev yiyəsini çağırmağa başlamışdır. Onun səs-küy saldığını görən Namid və Hüseyn ona məxsus olan “Redmi Not 10” markalı mobil telefonunu avtomobilinə vurub sındırmışdır. Namid Hüseynin sözü ilə bu cür etmişdir, yəni Hüseyn Namidə demişdir ki, «telefonu vur sındır, ora-bura zəng eləməsin». Bundan sonra Namid və Hüseyn oradan qaçaraq çıxıb getmişlər. O, isə “Qoltuq” marketin yaxınlığına gəlmiş, orada bir az dayanmış və nəfəsini dərmişdir. Baş vermiş hadisə onu çaşdırmış və özünü itirmişdir. Sonra yaşadığı Neftçala rayonu, Həsənabad qəsəbəsinə gəlmiş, orada dostları Həsənağa və Emillə rastlaşmışdır. Dostları onu bu vəziyyətdə görüb Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada həkimlər ona ilkin tibbi yardım göstərmişlər. Qeyd edir ki, hadisədən 1 və ya 2 gün öncə Hüseyn və tanımadığı qadını avtomobilinə əyləşdirib dedikləri ünvana apardıqdan sonra avtomobildən aşağı düşəndə Hüseyn ona demişdir ki, “səninlə yenə də görüşərik”. O, öz-özlüyündə fikirləşmişdir ki, bəlkə maqnitofona çox səs vermiş və buna görə də Hüseyn ona belə sözlər demişdir. Hadisə təxminən 5 dəqiqə ərzində baş vermiş, orada o, Hüseyn və Namid olmuş, başqa heç kim olmamışdır. Hadisə zamanı sifətindən, dodağından və gözündən xəsarətlər almışdır. Zərərçəkmiş şəxs1 həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 17 yanvar 2024-cü il tarixdə saat 19.30 radələrində Neftçala şəhəri, H. Əliyev prospekti ünvanında olan “Xəngəl” kafesinin yaxınlığındakı iş yerində, yəni avtoyuma məntəqəsində olmuş, həmin vaxt iş yoldaşı İbrahim də yanında olmuşdur. Məntəqəni bağlayıb yaşadığı evə gedərkən əvvəldən tanıdığı Hüseyn adlı oğlan sərxoş vəziyyətdə avtoyuma məntəqəsinin içərisinə girmişdir. Bildiyi qədər Hüseynin əlində bıçaq olmuşdur. Hüseyn bıçağı ona tərəf çevirmişdir ki, onu vursun. Bu zaman o, qorxudan tez kənara çəkilmiş və Hüseyndən nə istədiyini soruşmuşdur. Sonra heç bir söz demədən Hüseyn yumruqla onun sağ çiyin nahiyəsinə 1 dəfə vurmuşdur. O, qorxudan tez küçəyə qaçmışdır. İbrahim isə qıcolma xəstəliyi tutduğu üçün «moyka»nın içərisində Hüseynlə birlikdə qalmışdır. O, yaşadığı evə qaçıb getmək istəmiş, lakin, ayağı ilişmiş və yerə yıxılmışdır. Onun arxasınca Hüseynin dostları olan Namid və Şədiyar qaçıb gəlmişlər. Hüseyn də oraya gəlmiş, birlikdə hər üçü nalayiq söyüş söyüb onu yerdə bədəninin müxtəlif yerlərinə təpik və yumruqla vurmaqla döyməyə başlamışlar. Əlini başına tutub özünü qorumağa çalışmışdır. Namidin də əlində bıçaq olmuş və o, həmin bıçağın arxa tərəfi ilə onun başına zərbə vurmuşdur. Bu zaman yaxınlıqda olan “Xəngəl” kafesinin sahibi Babək adlı şəxs qaça-qaça ona tərəf gəlmişdir. O, Namidin, Hüseynin və Şədiyarın zərbələrindən onu qorumağa çalışmışdır. Namid, Hüseyn və Şədiyar sərxoş halda olmuşlar. Babək özünü qabağa verdiyi üçün o, imkan tapıb tez hadisə yerindən qaçıb getmişdir. Bundan sonra DİN-nin ”102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə ətraflı məlumat vermişdir. Hadisə təxminən 15 dəqiqəlik müddət ərzində baş vermişdir və bu zaman orada o, Babək, İbrahim, Hüseyn, Namid və Şədiyar, habelə həmin vaxt yaxınlıqdakı kafelərdə istirahət edən, yolu təsadüfən keçən şəxslər olmuşlar. Həmin şəxsləri tanımamış, onlar baş verənlərə tamaşa etmiş, səs-küy və nalayiq söyüş ifadələrini eşitmişlər. Hadisə zamanı Hüseyn, Namid və Şədivar onu təpik və yumruqla başından, o cümlədən bədəninin müxtəlif nahiyələrindən vuraraq ona bədən xəsarətləri yetirmişlər. O, həmin vaxt yerdə əli ilə sifətini tutub sifətini qorumağa çalışdığından kimin hansı xəsarəti yetirməsini dəqiq bilmir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 17 yanvar 2024-cü il tarixdə saat 19.30 radələrində Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində olan “Xəngəl” kafesinin yaxınlığındakı iş yerində, yəni avtoyuma məntəqəsində olmuşdur. Məntəqəni bağlayıb yaşadığı evə gedərkən əvvəldən tanıdığı Hüseyn adlı oğlan sərxoş vəziyyətdə məntəqənin içərisinə girmişdir. Sonra heç bir söz demədən Hüseyn yumruqla Cavidin çiyin nahiyəsinə bir dəfə vurdu. Cavid qorxusundan tez küçəyə qaçmışdır, o, isə qıcolma xəstəliyi tutduğu üçün «moyka»nın içərisində Hüseynlə birlikdə qalmışdır. Cavid çıxan kimi yaşadığı evə qaçıb getmək istəmiş, lakin ayağı ilişmiş və yerə yıxılmışdır. Cavidin arxasınca Hüseynin dostları olan Namid və Şədiyar qaçıb gəlmişlər. Hüseyn də oraya gəlmiş və birlikdə hər üçü nalayiq söyüşlər söyərək yerdə bədəninin müxtəlif yerlərinə təpik və yumruqla vurmaqla Cavidi döyməyə başlamışlar. Cavid əlini başına tutub özünü qorumağa çalışmışdır. Bu zaman yaxınlıqda olan “Xəngəl” kafesinin sahibi Babək adlı şəxs kafedən çıxaraq Cavidə tərəf gəlmişdir. O, Namid, Hüseyn və Şədiyarın zərbələrindən Cavidi qorumağa çalışırmış. Həmin vaxt Namid, Hüseyn və Şədiyar hər üçü sərxoş halda olmuşlar. Babək özünü qabağa verdiyi üçün Cavid imkan tapıb tez hadisə yerindən qaçıb getmişdir. Bundan sonra DİN-nin ”102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə ətraflı qaydada məlumat vermişdir. Qeyd edir ki, hadisə zamanı özü heç bir xəsarət almayıb. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 17 yanvar 2024-cü il tarixdə saat 19.30 radələrində Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində olan özünə məxsus “Xəngəl” kafesində olmuş və içəridə iş görmüşdür. Bu zaman küçədə səs-küy, nalayiq söyüş ifadələri eşitmişdir. Bundan sonra tez kafedən kənara çıxmış və görmüşdür ki, yaxınlıqdakı avtoyuma məntəqəsində işləyən Cavid adlı oğlan yaşadığı evə tərəf qaçır. Cavidin arxasınca isə iki nəfər cavan oğlan qaçmışdır. Həmin adamlar Namid və onun tanışı Şədiyar olmuşdur. Bu zaman Cavidin ayağı ilişmiş və o, yerə yıxılmışdır. Bundan sonra Namid və Şədiyar Cavidi təpik və yumruqla döyüb vurmağa başlamışlar. O, tez özünü qabağa vermiş və Cavidi onların əlindən almağa çalışmışdır. Namid və Şədiyarın dalınca daha bir nəfər Hüseyn adlı oğlan da gəlmiş və onlar üçü birlikdə Cavidi yumruq və təpiklə döyməyə başlamışlar. O, onları sakitləşdirmiş və bundan sonra onlar çıxıb getmişlər. Cavidlə avtoyumada birlikdə işləyən İbrahim adlı oğlan isə qorxudan hərəkətsiz halda dayanmış və hadisəyə heç bir müdaxiəl edə bilməmişdir. Hadisə təxminən 15 dəqiqə ərzində baş vermiş, orada, Cavid, İbrahim, Hüseyn, Namid və Şədiyar, habelə həmin vaxt yaxınlıqdakı kafelərdə istirahət edən, yolu təsadüfən keçən şəxslər olmuşlar. Həmin şəxsləri tanımamış, onlar baş verənlərə tamaşa etmiş, səs-küy və nalayiq söyüş ifadələrini eşitmişlər. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətmələri faktı onların özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. 15 yanvar 2024-cü il tarixli 02 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ qaşüstü nahiyənin, üst dodağın selikli qişasının yaraları, hər iki göz orbitasının qançırı, burnun yumşaq toxumalarının şişkinliyi, burun sümüyünün yerini dəyişən qəlpəli sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir». 19 yanvar 2024-cü il tarixli 09 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın təpə nahiyəsinin hematoması şişkinliyi, qançırı, sağ budun bayır səthinin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın arxası ilə başına və təpiklə buduna vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». 04 mart 2024-cü il tarixli 620 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU" F07.8 formasında psixi pozuntu müəyyən edilir. Bunu anamnestik məlumatlar və tibbi sənədlər (döyüşlərdə iştirak etməsi və bu zaman kontuziya alması, aldığı kontuziyadan sonra onda hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, əsəbilik, yuxu pozuntusu, baş ağrıları meydana gəlməsi, bununla əlaqədar müayinə və müalicələrdə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neftçala Rayon Mərkəzi Xəstəxanasında "Barotravma nəticəsində QKTB-nin qalıq əlamətləri ifadəli şəxsiyyət və davranış pozuntusu" diaqnozu ilə poliklinika şöbəsində əsəb-ruhi qeydiyyatda olması), halhazırki müayinənin nəticələri (əhval ruhiyəsinin dəyişkən olması, emosional qeyri-sabitliyi və s.) sübut edir. İİ. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlikdən əziyyət çəkirmi və əgər çəkirsə hansı xəstəlikdən əziyyət çəkir? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 "üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu" müəyyən edilir. 2-ci sual: Psixi pozuntunun dərəcəsi və xarakteri şəxsin özünə və ətrafındakılara qarşı təhlükəliliyi, yaxud onun başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü, daimi və intensiv müşahidə tələb edib-etməməsi, xəstəliyin ehtimal edilən müalicə müddəti, psixi pozuntunun tranzitor (qısa müddətli), yaxud xroniki olub-olmaması müəyyən edilsin. Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzvi şəxsiyyət pozuntusu aşkar edilir. Bu pozuntu xroniki xəstəlik hesab edilir və bu pozuntu hazırda kompensasiya (yaxşılaşma) mərhələsindədir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. 3-cü sual: Təqsirləndirilən şəxs1 cinayətin törədildiyi vaxt və hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edirmi və onları idarə etmək iqtidarına malik olmuşdurmu? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayətin törədildiyi vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 cinayətin törədildiyi vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. 4-cü sual: Təqsirləndirilən şəxs1 xəstədirsə müalicəyə ehtiyacı varmı və əgər varsa hansı müalicəyə ehtiyacı var? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. 5-ci sual: Təqsirləndirilən şəxs1 psixi pozuntularının dərəcəsi və xarakteri nəzərə alınmaqla öz prosessual hüquqlarını şəxsən həyata keçirmək imkanı varmı? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 öz prosessual hüquqlarını şəxsən həyata keçirmək iqtidarındadır». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin yuxarıda göstərilən maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin və tələbinin olmadığını, habelə «Vətən müharibəsi iştirakçısı», «Xocavəndin, Zəngilanın, Qubadlının və Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmiş 2-ci Qarabağ müharibəsi veteranı olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 18 yanvar – 28 iyun 2024-cü il tarixləri üzrə tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 10 (on) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 10 (on) ay 20 (iyirmi) gün yuxarıda qeyd olunan 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 07 (yeddi) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 18 yanvar – 28 iyun 2024-cü il tarixləri üzrə tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 10 (on) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 10 (on) ay 20 (iyirmi) gün yuxarıda qeyd olunan 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 10 (on) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 18 – 20 yanvar 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar