Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-39/2023 24.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1968-ci ildə Neftçala rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 23 – 25 noyabr 2022-ci il tarixləri üzrə tutulmuş, Neftçala Rayon Məhkəməsinin 4(053)- 4/2023 nömrəli iş üzrə 28 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 26 yanvar 2023-cü il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşıyarkən 23 noyabr 2022-ci il tarixdə saat 19.35 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan alt cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,830 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşıyarkən 26 yanvar 2023-cü il tarixdə saat 16.05 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,23 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Yenikənd kəndində ailə üzvləri ilə birgə yaşayır. Fərdi əməklə məşğul olmaqla dolanır. Xeyli müddətdir ki, narkotik vasitə istifadəçisidir. 23 noyabr 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı kənddən çıxıb piyada Bankə qəsəbəsinə gedərkən yerdə şəffaf sellofan büküm diqqətini cəlb etmişdir. Həmin sellofanı yerdən götürüb açdıqda içərisindən narkotik vasitə olan qəhvəyi rəngli kokos yəni, heroin olmasını görüb. Narkotik istifadəçisi olduğu üçün heroini dərhal tanıyıb götürərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin heroini əynindəki qəhvəyi rəngli qış gödəkcəsinin sol yan alt cibinə qoymuşdur. Həmin gün saat 16.35 radələrində Bankə qəsəbəsində küçə ilə piyada gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üstündə qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını deyərək avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Neftçala RPŞ-də təhqiqatçı tərəfindən ona üzərində qanunsuz narkotik vasitə saxlaması barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunacağı bildirilmiş, müdafiəçi barədə hüquqları izah olunmuş və müdafiəçi siyahısı təqdim olunmuşdur. Müdafiəçi qismində ona Neftçala rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. Maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək, ona təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa təqdim etsin. O, əynindəki qəhvəyi rəngli qış gödəkcəsinin sol yan alt cibinə qoyduğu, heroin olan şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin 1 ədəd şəffaf sellofan bükümdə olan heroin kağız zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokola, həmçinin narkotik vasitə qoyulan zərfə imza etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini özü qəbul etmək məqsədi ilə saxlamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin iyun ayında kəndlərinin yaxınlığında Kür çayı sahilində gəzərkən yulğun kollarının arasında olan kibrit qutusu diqqətini cəlb etmişdir. Həmin kibrit qutusunu götürüb baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuananı görmüşdür. Daha sonra həmin kibrit qutusunda olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün cibinə qoyub gətirib evində gizlətmişdir. Arabir həmin marixuanadan bir qədər götürüb istifadə etmişdir. 26 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Neftçala rayonu, Bankə qəsəbəsində küçə ilə piyada gedərkən həmin kibrit qutusunda olan qurudulmuş marixuana əynindəki gödəkcəsinin sağ yan cibində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-nə aparacaqlarını deyib avtomobilə əyləşdirmişlər. Bundan sonra onu Neftçala RPŞ-nə gətirmişlər. Neftçala RPŞdə təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilib və ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi təqdim edilmişdir. Daha sonra Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirilərək üzərində narkotik vasitə və sair cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmiş və sonra əynində olan gödəkcəsinin sağ yan cibində kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılıb, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. Protokola imza etmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala RPŞ-nin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 23 noyabr 2022-ci il tarixdə saat 16.35 radələrində Neftçala rayonu, Yenikənd kənd sakini Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində saxlanılıb Neftçala RPŞ-nə gətirilmişdir. Bu əməliyyatda onunla birlikdə Neftçala RPŞ-nin əməkdaşları olan Şahid2, Şahid3 və Şahid4 da iştirak etmişlər. X1 rəhbərliyi altında Neftçala RPŞ-nin növbətçi hissəsində olan polis əməkdaşlarının və müdafiəçi vəkil Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sol yan alt cibində saxladığı bir ədəd polietilen sellofan bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş həmin narkotik vasitə heroinə bənzər kütlə ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-nin «203» saylı möhürü ilə möhürlənmişdir. Həmin 1 ədəd ağ zərfi orada olan müdafiəçi vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu, onu 23 noyabr 2022-ci il tarixdə saat təxminən 12 radələrində Bankə qəsəbəsinə piyada gedərkən yolda yerdən tapdığını və şəxsi istifadəsi üçün də üzərində saxladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Yenikənd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr qəbul etməsi, saxlaması və üzərində daşıması barədə Neftçala RPŞ-nin əməliyyat aparatına əməliyyat məlumatları daxil olmuşdur. Həmin əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26 yanvar 2023-cü il tarixdə saat 16.05 radələrində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində saxlanılıb Neftçala RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında və Polis Şöbəsinə gətirilməsində onunla birlikdə Neftçala RPŞ-in əməkdaşları olan Şahid6 və Şahid7 da iştirak etmişlər. Baş təhqiqatçı Taryel Əmirovun rəhbərliyi altında Neftçala RPŞ-nin növbətçi hissəsində olan polis əməkdaşlarının və vəkil Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ağ zərfə qoyulub qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-in «203» saylı möhürü ilə möhürlənmişdir. Həmin 1 ədəd ağ zərfi orada olan vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və onu 2022-ci ilin iyun ayında Kür çayının sahilində yulğun kollarının arasından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid5 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişdir. xx.xx.2022-ci il tarixli 18/1254 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi – 0,830 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). xx.xx.2023-cü il tarixli 18/92 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs…» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). xx.xx.2023-cü il tarixli 1293 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi həmin Məcəllənin 61.1.1-ci maddəsinin tələbinə görə iş üzrə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra ümumi qalıq çəkisi 0,780 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə ümumi qalıq çəkisi 6,21 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 – 25 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 26 yanvar 2023-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra ümumi qalıq çəkisi 0,780 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə ümumi qalıq çəkisi 6,21 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-39/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-39/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver