Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-39/2024 10.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 09 sentyabr 1989-cu ildə Neftçala rayonu, 1-ci Mayak kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, 1-ci Mayak kəndində qeydiyyatda olan və yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 17 mart 2024-cü il tarixdə, saat 21 radələrində Kür çayının Neftçala rayonu, 1-ci Mayak kəndi ərazisinə gələrək, orada özü ilə gətirdiyi 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon va sapının diametrinin ölçüsü 0,32 mm, dəliklərinin daxili ölçüsü 20x20 mm olan, neylon sintetik liflərindən istehsal olunmuş, 3 qatlı sapla toxunmuş, açıq qəhvəyi rəngli 01 ədəd tordan istifadə etməklə 18 mart 2024-cü il tarixdə, saat 02:40-dək olan müddət ərzində 32 ədəd hər biri 33 manat olmaqla 1056 manat dəyərində şamayı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 (bir min əlli altı) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 02:50-də X3 İdarəsinin X5 Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, sapının diametrinin ölçüsü 0,32 mm, dəliklərinin daxili ölçüsü 20x20 mm olan, neylon sintetik liflərindən istehsal olunmuş 3 qatlı sapla toxunmuş açıq qəhvəyi rəngli, uzunluğu 15 metr, eni 1.5 metr ölçüdə olan 01 ədəd tor və 32 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, o, əvvəllər məhkum olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün Neftçala rayonu, 1-ci Mayak kəndi istiqamətində keçən Kür çayından balıq tutmaqla ailəsinə qida əldə etmişdir. Balıq tutmaq üçün 1 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon və uzunluğu 15 metr, eni 1.5 metr olan 01 ədəd tordan istifadə etmişdir. 17 mart 2024-cü il tarixdə növbəti dəfə balıq tutmaq məqsədi ilə saat 21:00-da Neftçala rayonu, 1-ci Mayak kəndi istiqamətində Kür çayının sahilinə getmişdir. Orada özünə məxsus 1 ǝdǝd taxta qayıqdan, 2 ədəd avardan və 1 ədəd rezin kombinezondan istifadə etməklə Kür çayına daxil olmuşdur. Əvvəlcədən özü ilə götürdüyü uzunluğu 15 mefr, eni 1.5 metr olan toru suya səpmiş və gözləmişdir. Daha sonra balıq tutmağa başlamışdır. 18 mart saat 02:40-a kimi 32 ədəd şamayı balıqları tutmuşdur. Toru və balıqları sudan çıxardıb sahilə çıxarkən, saat 02-50-də Su NPİ-nin Neftçala XPM-nin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 1 ədəd taxta qayığı, 2 ədəd taxta avarı, 01 ədəd rezin kombinezonu, uzunluğu 15 metr, eni 1.5 metr olan 1 ədəd toru və həmin balıqovlama vasitəsindən istifadə etməklə Kür çayından qanunsuz tutduğu 32 ədəd şamayı balıqlarını aşkar edib maddi sübut kimi götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına Kür çayından balıq tutmağa rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Polis əməkdaşları ondan aşkar edilmiş balıqovlama vasitəsinə və həmin balıqovlama vasitəsindən istifadə etməklə Kür çayından qanunsuz tutduğu 32 ədəd şamayı balıqlarına baxış keçirib, bu barədə müvafiq protokol tərtib etmişlər. Qeyd edir ki. Kür çayından qanunsuz balıq tutmanın qadağan edildiyini bilirmiş, lakin evdə olan ac uşaqlarını qida ilə təmin etmək üçün başqa çıxış yolu olmadığına görə, ancaq qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Əməlindən peşmandır. Həmçinin qeyd edir ki, cinayət nəticəsində balıq ehtiyatlarına vurduğu ziyandan dövlət büdcəsinə 350 manat miqdarında ödəniş edib. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi- müfəttiş vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Su NPİ-nin X5 Şöbəsinin əməkdaşları ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Neftçala rayonu 1-ci Mayak kəndində yaşayan Şirinov X2 rayonu, 1-ci Mayak kəndi istiqamətində, Kür çayı ərazisində qanunsuz balıq tutarkən saxlanılmış və baxış zamanı ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 1 ədəd tor və 32 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Neftçala rayonu, 1-ci Mayak kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyyatlarına 1.056 manat zərər dəymişdir. Nümayəndə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğı ziyandan maddi vəziyyəti ilə əlaqədar ibtidai istintaq dövründə 300 manat, işin məhkəmə icraatı zamanı isə 50 manat olmaqla, ümumilikdə 350 manat ödəniş etmişdir. Ona ağır cəza verilməsini istəmir. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi mülki iddianın qalan hissəsinin təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2010cu il tarixdən DİO-na xidmətə qəbul olmuş və 2015-ci il tarixdən Su NPİ-nin Neftçala XPMnin polis nəfəri vəzifəsində xidmət edir. Bildirir ki, 18 mart 2024-cü il tarixdə X3 İdarəsinin X5 Məntəqəsinin rəisi, polis kapitanı Şahid1 va polis nəfəri Şahid3 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 02 radələrində Neftçala rayonu 1-ci Mayak kəndi istiqamətində, Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəfimizdən saxlanıldı. Bundan sonra video çəkilişlə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 1 ədəd rezin kombinezon, 1 ədəd eni 1.5 metr, uzunluğu 15 metr olan tor və 32 ədəd şamayı balıqları aşkar edilərək götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 32 ədəd şamayı balıqlarını tor vasitəsilə Kür çayından tutubdur. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edildi və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalandı. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 yuxarıda göstərilən şahidin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. 01 may 2024-cü il tarixli, 3-16-16/2-6/1760 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd edilir ki, «tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi X3 İdarəsi Zərflər üçün» dairəvi möhür əksləri olan; “S Şirinov “imza”, HK-1/29” yazıları və digər ad, soyad, imzalar olan 01 (bir) ədəd polietilen kisədəki açıq qəhvəyi rəngli torun toxunduğu sap neylon sintetik liflərindən istehsal olunmuşdur. Həmin bu torun toxunduğu sap üç qatlıdır, sapin diametrinin ölçüsü 0,32 mm və dəliklərin daxili ölçüsü 20x20 mm-dir. Qərarda qeyd edilən “1, 6 və 7” -ci bəndlərdəki suallar maddə və materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə (predmetinə) aid olmadığından cavablandırılmadı». Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, mülki iddiaçının və şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə olunmuş digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, dəymiş ziyanı qismən ödədiyini, həmçinin evli olmaqla himayəsində iki azyaşlı uşağının olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Su NPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 1 (bir) ədəd taxta qayıq, 2 (iki) ədəd taxta avar, 1 (bir) ədəd rezin kombinezon, uzunluğu 15 (on beş) metr, eni 1,5 metr olan 1 (bir) ədəd tor dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 32 (otuz iki) ədəd şamayı balıqlarının iş üzrə ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iş üzrə ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsə qarşı mülki iddia vermiş, məhkəmədə işə baxılarkən iddia tələbinin qismən ödənildiyi nəzərə alınaraq mülki iddiaçı tərəfindən qəbzlər təqdim etmişdir. Ona görə də mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 706 (yeddi yüz altı) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 03 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Su NPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 1 (bir) ədəd taxta qayıq, 2 (iki) ədəd taxta avar, 1 (bir) ədəd rezin kombinezon, uzunluğu 15 (on beş) metr, eni 1,5 metr olan 1 (bir) ədəd tor dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 32 (otuz iki) ədəd şamayı balıqlarının iş üzrə ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 706 (yeddi yüz altı) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-39/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-39/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver