Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-4/2025 12.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1974-cü il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, X2 İdarəsində maşinist vəzifəsində işləyən, Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan və orada yaşayan, 02-04 avqust 2024-cü il tarixləri üzrə tutulmuş, 04 avqust 2024-cü il tarixdə barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 5,73 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, üzərində daşıyaraq saxlamış, 02 avqust 2024-cü il tarixdə, saat 13:00 radələrində Neftçala Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisindəki “Aygün” marketin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 5,73 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Neftçala rayonu, Xolqarabucaq kəndində ailəsi ilə birlikdə yaşayır. X2 İdarəsində maşinist işləyir. O, narkotik vasitə qurudulmuş marixuanadan arabir olanda istifadə etmişdir. O, təxminən 2024-cü ilin iyul ayının sonlarında kəndlərində yol ilə piyada gedərkən avtomobil yolunun kənarında bir ədəd təmiz kibrit qutusu diqqətini cəlb etmişdir. Həmin kibrit qutusunu götürüb baxdıqda, içərisində narkotik vasitə olan qurudulmuş marixuananı görmüşdür. O, həmin kibrit qutusunda olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Həmin gündən sonra qurudulmuş marixuanadan bir dəfə siqaretə doldurub çəkməklə istifadə etmişdir. O, 02 avqust 2024-cü il tarixdə, saat 13:00 radələrində şəxsi işi ilə əlaqədar olaraq avtobusla Neftçala şəhərinə gələn zaman Neftçala rayonu, Həsənabad qəsəbəsindən keçəndə mağazaya getmək istəmiş və həmin kibrit qutusunda olan qurudulmuş marixuana əynindəki şalvarının sol yan cibində olmuşdur. Həsənabad qəsəbəsində yol üzərindəki “Aygün” marketin qarşısında mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-ya aparacaqlarını demişlər. Bundan sonra onu avtomobilə əyləşdirmiş və Neftçala RPŞ-yǝ aparmışlar. Neftçala RPŞ-də təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş və ona huquq və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirib, üzərində narkotik vasitə və sair cinayət xarakterli nəsə varsa təqdim etməsi təklif edilmişdir. O, bu vaxt üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, əynində olan şalvarın sol yan cibində 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. İştirakçılar kimi o da protokola imza etmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Xolqarabucaq kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı aidiyyatı əməkdaşlar tərəfindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. O da yaradılmış əməliyyat qrupunun üzvü olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında 02 avqust 2024-cü il tarixdə, saat 13 radələrində Cavadov X1 rayonu, Həsənabad qəsəbəsi ərazisində “Aygün” marketin yaxınlığında tərəflərindən saxlanılmışdır. Həmin vaxt ətrafda kənar şəxslərin çox olması, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, tərəflərindən Neftçala Rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, Təhqiqat Qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nın növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edib, içində qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar olunmuş kibrit qutusu açılıb baxıldıqda içində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlə aşkar olunduğu kibrit qutusunda zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid1 məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək məhkəmədə iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasını və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin ibtidai istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, “o, Neftçala RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Hadisə ilə əlaqədar bildirir ki, Neftçala rayonu, Xolqarabucaq kənd sakini Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etdim və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 02 avqust 2024-cü il tarixdə, saat təxminən 13:00 radələrində Cavadov X1 rayonu, Həsənabad qəsəbəsi ərazisində “Aygün” marketin yaxınlığında saxlanılmışdır. Həmin vaxt ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə Təqsirləndirilən şəxs tərəflərindən Neftçala Rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra X4 təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Qulamın üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edib, içində qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar olunmuş kibrit qutusu açılıb-baxıldıqda içində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlə aşkar olunduğu kibrit qutusunda zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da, həmin protokola imza etmişdir”. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/717 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: « Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli, 741 nömrəli narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Köhnə redaksiyada) 226-cı maddəsinin 2-ci hissəsi, 226-2-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib (qanunsuz narkotik maddə istifadə etmə və qanunsuz narkotik maddələrin satışı) 07 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu yoxdur. Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Xol Qarabucaq kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan bir övladı vardır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,71 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 – 04 avqust 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,71 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-4/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-4/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver