Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-40/2024 03.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 2002-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Neftçala Rayon Məhkəməsinin 1(053)-5/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrumetmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab olunmuş, məhkumluğu olan, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Neftçala Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 26 mart 2024-cü ildən hesablanmaqla «Həbs» növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 13,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 26 mart 2024-cü il tarixdə, saat 18:45 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Xəzər kəndində yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı küçədə saxlanılaraq Neftçala rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan üst cibindən şəffaf sellofan bükülüdə, təmiz çəkisi 13,65 qram, xeyli miqdar olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Xəzər kəndində ailəsi ilə birlikdə yaşayır. X4 iştirakçısıdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən müharibədə iştirak etdiyi üçün mükafatlandırılmışdır. Müharibədə zədələndiyi üçün və əsəbləri pozulduğundan müalicə almışdır. Lakin, müalicələr yetərli olmadığından narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən beş-altı aydan çoxdur ki, narkotik vasitə olan marixuanadan istifadəni artırmışdır. Təxminən on beş, on altı gün əvvəl Bakı şəhəri, 8-ci km-də tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün qurudulmuş marixuana almış, siqaretə doldurub çəkib istifadə etmiş, həqiqətən də narkotik vasitə olan marixuana olduğunu bilmişdir. Həmin marixuanadan qalan hissəni şəffaf polietilen bükümə qoyub istifadəsi üçün saxlamışdır. 26 mart 2024-cü il tarixdə, saat təxminən 18:40 radələrində içində marixuana olan həmin sellofan bükümü əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan üst cibinə qoyub küçə ilə kafeyə gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını deyərək avtomobilə mindirmişlər. Bundan onu Neftçala rayon polis şöbəsinə aparmışlar. Neftçala rayon polis şöbəsində təhqiqatçı gəlib ona bildirmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunur. Ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa təqdim etsin. O bildirmişdir ki, üzərində heç nə yoxdur. Ondan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli sukeçirməz qış gödəkçəsinin sağ yan üst cibində saxladığı içində marixuana olan həmin sellofan büküm aşkar edilib götürülmüşdür. Həmin sellofan bükülüdə olan marixuana sellofanla birlikdə kağız zərfə qoyulub möhürlənərək, bu barədə protokol tərtib edilmiş, o da protokola və narkotik vasitə qoyulan zərfə imza etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı özü qəbul edəcəkdi. O, Bakı şəhərində narkotik vasitə aldığı şəxsin adını bilmir. Onu “Coni” ləqəbi ilə tanıyır. Narkotik vasitə lazım olanda 8-ci km bazarına gedib orada daimi gəzdiyi yerləri gəzib tapır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Hazırda əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Neftçala rayon polis şöbəsinin CAB üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Qeyd edir ki, Neftçala rayonu, Xəzər kənd sakini Təqsirləndirilən şəxs Neftçala rayonu, Xəzər kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 26 mart 2024-cü il tarixdə, saat təxminən 18:45 radələrində Camalov X2 rayonu, Xəzər kəndi ərazisində yaşadığı evin yaxınlığındakı küçədə tərəflərindən saxlanılmışdır. Həmin vaxt ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, tərəflərindən Neftçala rayon polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş predmet olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Abdulalı Bağırov şəxsin üzərində axtarış aparan zaman vətəndaş Camalovun əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan üst cibindən bir ədəd şəffaf sellofan kəsiyində büküm aşkar etmişdir. Elmandan həmin bükümün nə olduğunu soruşduqda Elman bükümün içərisində nəşə yəni, qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar olunmuş büküm açılıb-baxıldıqda içində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 27 mart 2024-cü il tarixli, 3-16-16/2-18/333 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd edilir ki, «tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindən....» sözləri, yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükülüdə təmiz çəkisi- 13,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na (Siyahı İ) daxildir». 20 aprel 2024-cü il tarixli, 2564 nömrəli «Ambulator X1» nın rəyinin nəticə hissəsindən görünür ki, «Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür». 20 may 2024-cü il tarixli, 1438 nömrəli «Ambulator Məhkəmə Psixiatik Ekspertizası» nın rəyinin nəticə hissəsindən görünür ki, «1. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika psixiatriya Xəstəxanası”da “Üzvi şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalarla İntihar cəhdi və özünükəsmələrlə” diaqnozu ilə stasionar müalicədə olmasi və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhval-ruhiyyəsinin dəyişkən olması emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Onda müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbur müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur». Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müdddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs üzərində 1 il 06 ay sınaq müddəti müəyyən olunmuşdur. Neftçala rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 66736 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş sınaq müddətinin 01 il 01 ay 06 gününü çəkmişdir. «Neftçala RMX» X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-63/2- 343/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Neftçala RMX» X5n polikilinika şöbəsində F07.0 epilepsiya şəxsiyyət pozulması diaqnozu ilə qeydiyyatdadır. Narkoloji dispanser qeydiyyatında yoxdur. İşdə olan İ-12141 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan İ-2001 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etdiyini və peşman olduğunu, “Vətən Müharibəsi iştirakçısı” olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Qeyd olunur ki, Camalov X2 Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs üzərində 01 il 06 ay sınaq müddəti müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona təyin edilmiş sınaq müddətinin 01 il 01 ay 06 gününü çəkmişdir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, sınaq müddəti başa çatmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, məhkumluq ödənilmədən yenidən az ağır cinayətlər kateqoriyasına aid olan qəsdən cinayət əməlini törətmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman CM-nin 71.5 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə göstərilmişdir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrumetmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “Həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,63 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli və iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanıldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin, eyni hökmlə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının əvvəli 26 mart 2024-cü il tarixindən hesablansın. Azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,63 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-40/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-40/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver