Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-43/2025 03.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X2 üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olmaqla orada yaşamış, Neftçala Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərarı ilə barəsində əvvəli 24 aprel 2025-ci ildən hesablanmaqla 3 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2025-ci ilin fevral ayının əvvəllərində günü istintaqa dəqiq məlum olmyana gecə saatlarında Zərərçəkmiş şəxs məxsus Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən yaşayış olmayan evin mişar daşlarından hörülmüş həyət divarından içəri qanunsuz daxil olub həyətə keçdikdən sonra evin qarşı tərəfində olan pəncərəsini əlləri ilə geriyə itələyib açmaqla içəri qanunsuz daxil olaraq evin qonaq otağında olan 01 ədəd 1600 manat dəyərində "Samsung" markalı 108 diaqonallı televizoru gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 12,02 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 10 fevral 2025-ci il tarixdə saat 17:20 radələrində Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkət edərkən saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçənin sağ üst cibindən 01 ədəd bükümdə təmiz çəkisi 12,02 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. İşin halları və ittihamın dəlilləri: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ara-sıra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Əvvəllər bir dəfə məhkumluq həyatı yaşamışdır. Belə ki, oğurluq və qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına görə Neftçala rayon Məhkəməsi tərəfindən 2022-ci ildə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sonradan barəsində seçilmiş azadlığın məhdudlaşdırılması cəzasının şərtlərini pozduğu üçün cəzası dəyişdirilərək həbslə əvəz edilmişdir. 14 dekabr 2023-cü il tarixdə o, vaxtından əvvəl şərti azad olunmuşdur. Həmin vaxtdan sonra o, bir müddət Bankə dairəsi adlanan ərazidə yerləşən sexdə avtomobil ustasının yanında köməkçi işləmişdir. Həmin ərəfələrdə təxminən 2025-ci ilin fevral ayının əvvəllərində başqa iş tapmaq üçün Bakı şəhərinə getmək qərarına gəlmişdir. Lakin bunun üçün onun pulu olmamışdır. Bu səbəblə oğurluq etmək qərarına gəlmişdir. Beləliklə, 2025-ci ilin fevral ayının təxminən 2-si və ya 3-ü tarixlərində onunla qonşuluqda evi olan, lakin Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs Bankə qəsəbəsindəki yaşayış olmayan evinin həyətinə hasardan tullanaraq daxil olmuşdur. Həmin vaxt saat təxminən 5 radələri olardı. Evin zalının taxta materialdan olan pəncərəsini əliylə geriyə itələyərək açmışdır. Bundan sonra həmin pəncərədən içəriyə daxil olmuşdur. Evin zalında ilk olaraq gözünə televizor görünmüşdür. O, da dərhal həmin televizoru götürüb evə daxil olduğu pəncərədən bayıra çıxartmışdır. Həyətə çıxdıqdan sonra pəncərəni bağlayıb əvvəlki vəziyyətdə qoymuşdur. Bundan sonra televizoru götürüb hasarın üzərinə qoymuşdur. Özü isə hasara qalxmaq istəyən zaman televizora toxunmuş və televizor yerə düşərək ekranı sınmışdır. O, televizoru götürüb qonşuluqda yerləşən öz evinə gətirmiş və yataq otağında saxlamışdır. İşlədiyi sexin yaxınlığında yerləşən kafedə X4 afisiant işləyir. Onunla sexdə işlədiyi vaxtlarda tanış imiş. Hadisədən bir neçə ay əvvəl o, Səbinəyə özünə məxsus paltaryuyan maşın satmışdır. Bu səbəblə də Səbinəyə televizor satmaq istəyinin olduğunu bildirəcəyi təqdirdə onun həmin televizoru alacağımı güman etmişdir. Televizoru oğurladığı günün ertəsi günü Səbinəyə zəng edərək özünə məxsus televizorun olduğunu və satmaq istədiyini bildirmişdir. Şəbinə ona həmin televizoru baxmaq məqsədilə kafeyə gətirməsini bildirmişdir. O da həmin gün taksi duracağında dayanan Şahid1 məxsus “Azsamand" markalı maşının boş olduğunu görmüş və Rəsula yaşadığı evə aparmasını bildirmişdir. Bundan sonra həmin taksi ilə evə gəlmişdir. Evdə televizoru parçaya bükərək küçəyə çıxmış və maşına qoyub Səbinənin işlədiyi Bankə qəsəbəsində yerləşən kafeyə gəlmişdir. Taksi isə oradan getmişdir. O kafedə televizoru Səbinəyə göstərmiş, lakin Səbinə televizoru bəyənməyərək ondan almamışdır. Bundan sonra o da televizoru Bankə qəsəbəsində zibil tullantılarının atıldığı əraziyə atmışdır. Sonradan həmin ərazidən keçərkən televizorun da zibillərlə birlikdə yandırıldığını görmüşdür. İttiham da göstərilmiş narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus deyil. İstintaq dövründə məcbur olub narkotik vasitəni qəbul etməyini etiraf etmişdir. Həmin hissəni qəbul etmir. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, işə onun iştirakı olmadan baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Neftçala rayonu Bankə qəsəbəsində özünə məxsus evi osa da, səhəti ilə əlaqədar olaraq Neftçala şəhəri H.Əliyev prospektində yaşayır. O, yaşlı olduğu üçün Neftçala rayonu Bankə qəsəbəsində yerləşən evə tez-tez gedib baş çəkə bilmir. Həmin evdə yaşayış yoxdur. Demək olar ki, 2-3 aydan bir gedib həmin evə baş çəkir. Sonuncu dəfə təxminən 2025-ci ilin yanvar ayında o, Banks qəsəbəsində yerləşən evə getmişdir. Həmin vaxt evdə olan əşyalar hamısı yerində olmuş va har has oğurluq hadisəsi baş verməmişdir. Bundan təxminən 2 ay sonra isə 2025-ci ilin mart ayının 29-da sahar saatlarında o, təkrar evə baş çəkməyə gedən zaman pəncərənin açıq olduğunu və evin zalında yerləşən 01 ədəd "Samsung" markalı 108 diaqonallı televizorun naməlum şəxs və ya şəxslər tərəfindan oğurlanmasını aşkar etmişdir. Evdə olan digər əşyalara da baxış keçirmişdir. Lakin, həmin əşyaların yerində olduğunu, evdən sadəcə televizorun oğurlandığını aşkar etmişdir. Bununla bağlı DİN-nin 102 Xidməti Zəng Mərkəzinə müraciət edərək məlumat vermiş və rayon polis şöbəsinə gələrək ərizə yazmışdır. Oğurlanmış televizorun dəyəri 1600 manat təşkil edir. Ona maxsus televizorun konkret olaraq hansı tarixdə oğurlanmasını bilmir. Çünki, Bankə qəsəbəsində yerləşən evinə ara-sıra baş çəkir. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən evindən oğurluq edən şəxsin onunla qonşuluqda evi olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Tələbi bundan ibarətdir ki, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülsün və ona dəymiş 1600 manat maddi ziyan ödənilsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 fevral 2025-ci il tarixdə Neftçala rayonu Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 10 fevral 2025-ci il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkət edən zaman görüb video çəkiliş ilə saxlamışlar. Ona özülərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığı soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynində olan göy rəngli gödəkçənin sağ üst cibindən 01 ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirdi. Həmin bükümü açıb içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən 01 ədəd alışqan, 01 ədəd “Winçestr” markalı siqaret qutusu, 02 list dərman preparatı aşkar edilmiş və heç bir cinayət tərkibli olmadığından Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə kağız zərfdə qablaşdırılaraq 203 saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təqsirləndirilən şəxs Təhqiqat Bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və müdafiəçi Seymur Abdullayevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Aşkar olunmuş sellofan büküm açılıb baxıldıqda içində qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi mən də həmin protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 10 fevral 2025-ci il tarixdə Neftçala rayonu Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə NMQ-nın baş əməliyyat müvəkkili Şahid3 şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 10 fevral 2025-ci il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkət edən zaman görüb video çəkiliş ilə saxlamışlar. Ona özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığı soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynində olan göy rəngli gödəkçənin sağ üst cibindən 01 ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükümü açıb içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir, onun üzərindən 01 ədəd alışqan, 01 ədəd “Winçestr” markalı siqaret qutusu, 02 list dərman preparatı aşkar edildi və heç bir cinayət tərkibli olmadığından Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə kağız zərfdə qablaşdırılaraq 203 saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təqsirləndirilən şəxs Təhqiqat Bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və müdafiəçi Seymur Abdullayevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Aşkar olunmuş sellofan büküm açılıb baxıldıqda içində qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edildi. Aşkar edilmiş kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edildmiş protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi mən də həmin protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir və “AzSamand” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi işləyərək dolanır. Neftçala rayonu Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir ədavət və düşmənçiliyim olmamışdır. 2025-ci il fevral ayının əvvəllərində, dəqiq tarix yadında qalmayan vaxt günorta saatlarında Heydər onun dayandığı Bankə avtomobil duracağında ona yaxınlaşmışdır və demişdir ki, zəhmət olmasa onu yaşadığı evə aparsın. O, Heydərin təklifi ilə razılaşmış və yol pulu kimi 2 manat əvvəlcədən almışdır. Heydəri Bankə qəsəbəsinə gətirmiş, orada tanımadığı həyət evlərinin birinin yaxınlığında avtomobili saxlamağını xahiş etmişdir və ona demişdir ki, zəhmət olmasa gözləsin. Təxminən 5-10 dəqiqə sonra Heydər qayıtmışdır və onun əlində parçaya bükülmüş dördkünc formada olan əşyanın olduğunu görmqüşdür. Heydər arxa qapını açmış və həmin əşyanı arxa oturacağın üstünə qoymuşdur. Bankə qəsəbəsində yerləşən kafenin yanına gəlmişlər. Orada Heydər parçaya bükülmüş vəziyyətdə olan əşyanı avtomobilin arxa oturacağından çıxaranda həmin əşyanın qara rəngdə olan televizor olduğunu görmüşdür. Heydər ona demişdir ki, verdiyi 2 manat puldan əlavə yol pulu verə bilmir. Bundan sonra isə Heydərə demişdir ki, yol pulu lazım deyil və bunu deyərək avtomobilinə əyləmişdir. Heydər əlində parçaya bükülmüş televizorla birlikdə kafeyə girmişdir. O, isə oradan çıxıb getmişdir. Daha sonra Heydərin hara getməsi və nə etməsi barədə heç nə bilmir, görməmiş və heç bir məlumatım yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Neftçala RPŞ-nın NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 idarənin rəisinə müraciət edərək xx.xx.1998-ci il təvəllüdlü Neftçala rayonu, Bankə qəsəbəsi S.Vurğun küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni saxlamada, daşımada şübhəli olması şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. İdarə rəisi Emil Cavadov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə Neftçala RPŞ-nın PPXB-nin polis nəfəri Şahid4, Neftçala RPŞ-nın KTQ-nin baş inspektor kriminalisti X5 daxil edilməklə, qrupa rəhbərliyin baş əməliyyat müvəkkili Şahid3 həvalə edilməsinə dair 3-13-100/Ə71/2025 nömrəli əmr verilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli 3-13-100\1-1911\2025 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid3 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17.20-də (başlanmış və video çəkilişlə qeydə alınmış) Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində yol kənarında hərəkət edərkəsn saxlanılaraq Neftçala RPŞ-ya gətirilmişdir. Təqsirləndirilən şəxs həmin gün Neftçala RPŞ-nın TB-nin təhqiqatçısı Abdulalı Bağırov tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. .(İŞ VƏR.: 3-26) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ üst cibindən bir ədəd polietilen bükülünü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası PŞnin 203 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “Panasonic-FULL HD HC-V770” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. .(İŞ VƏR.: 29-30) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 2 ədəd disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. .(İŞ VƏR.: 12,31) İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cı il tarixli 18/125 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə yazısı təmiz çəkisi 12,02 qram olan bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 12 qram qurudulmuş marixuana qalıq qalmışdır. .(İŞ VƏR.: 43-45) İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 234 nömrəli rəyindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan Kannabinoidlərdən istifadə halları olub. Aslılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunmur. Ərazi narkoloji kabinetində proflaktik qeydiyyata alınması qediyyata alınması məsləhət görülür.(İŞ VƏR.: 176) xx.xx.2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Neftçala rayonu Bankə qəsəbəsində baş vermişdir (i.v.127-131); - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın məbləği “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” xx.xx.2025-ci il tarixli qərarında olan, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilən olan 1600 manat deyil,məhkəmənin şifahi sorğularına əsasən əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli və “Loqofon” mağazasının 0xx.xx.2025-ci il tarixli məktublarında göstərilən məbləğ 300 manat qəbul edilməlidir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşıması, həmçinin yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaqla cinayətilərni törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci və 177.2.3-cü maddəlrəri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hüquqi məsələlər: Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109.1-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın təmiz çəkisi 12,02 qram təşkil etmişdir ki, qeyd olunan miqdar siyahıya əsasən, üzərindən aşkar edilmiş miqdara görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə 10 fevral 2025-ci il saat 17.20-dən hesablanmışdır. (iş vər.: 10) 12 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş vər.: 51) İş materiallarında olan Neftçala RPŞ-nın iB-nın baş müstəntiqi İsmayıl Zeynalovun xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilərək MSY-dən azad edilmişdir. Qərar xx.xx.2025-ci il tarixdə saat 16.00-da elan olunmuşdur. (iş vər.: 60) İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir.Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından, məhkəmə hökmü və qərarından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2,177.2.3,234.1,66.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Neftçala Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 09 ay 10 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzadan 01 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.66-68). Odur ki, yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs qüvvədə olan cinayət qanunvericiliyinin tələbinə əsasən məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə saat 17.20-dən 12 fevral 2025-ci il tarixə saat 16.00-dək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 12 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Neftçala RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Neftçala RPŞ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 24 aprel 2025-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,0 qram təşkil edən maddə – bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10(on) saata görə 110 (yüz on) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesablaşma hesabına ("xxxx" ASC Salyan rayon filialı, kod 805885, VÖEN **********, m/h AZ03NABZ********************, S.W.İ.F.T. İBAZAZ2X, hesab AZ74İBAZ********************, VÖEN: **********) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №1(053)-43/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-43/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver