Məhkəmə qərarları › İş №1(053)-44/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-44/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-44/2025 03.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət İttihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi: Qanuni nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yun 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam iltizam” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs avtomobil idarə edərkən yol-hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş cinayət əməlini törətmişdir. Belə ki, o, 21 oktyabr 2024-cü il tarixdə saat 17:40 radələrində idarə etdiyi "Vaz 21074" markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə Neftçala şəhəri 5-ci məhəllə istiqamətindən Neftçala rayonu Oryad kəndi istiqamətində 50 km/saat sürətlə hərəkət edən zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək avtomobilin ön hissəsi ilə Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində "Mustafanın çayxanası" adlanan yerdə yolu soldan sağa keçən piyada xx.xx.2015-ci il təvəllüdlü Neftçala şəhər sakini Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun travmatik şok İİİ. Qapalı kəllə-beyin travması, çanaq sümüklərinin sınığı, genikoloji orqanlarının zədələnməsi ilə nəticələnən, həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin halları və ittihamın dəlilləri: Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rayon ərazisində “Vaz 21074” markalı **-ST-*** dövlət qeydiyyt nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərir. 21 oktyabr 2024-cü tarixdə saat təxminən 18 radələrində çöldə qalmış heyvanını gətirmək üçün Neftçala rayonu Kürkənd kəndinə gedirmiş. Yolun kənarında bir nəfər şəxsin dayandığını görmüşdür. Həmin adam ona işarə edərək dayanmağını bildirmişdir. O da həmin şəxsin yanında dayanmışdır. Həmin şəxs onu Kürkənd kəndinin sonuna kimi neçə manata aparacağını soruşdu. O da 5 manata aparacağını demişdir. Həmin şəxs ona 3 manat pulu olduğunu bildirmişdir.O da həmin şəxslə razılaşmış və avtomobilinə əyləşməsini demişdir. Həmin şəxs avtomobilimə əyləşdikdən sonra Neftçala şəhəri ərazisində M.Ə.Rəsulzadə küçəsində Oryad kəndi istiqamətində təxminən 50 km/saat sürətlə hərəkət edirmiş. Həmin küçədə “Mustafanın çayxanası” adlanan yerə çatmasına bir qədər qalmış qarşı tərəfdə yolun sol tərəfində “Opel” markalı avtomobilin dayandığını görmüşdür. O avtomobilə çatmağa təxminən 15 metr məsafə qalmış avtomobilin sağ arxa qapısının açıldığını və bir nəfər qadının avtomobildən düşərək onun keçməyini gözləmişdir. Bu zaman kiminsə “keçmə maşın gəlir” dediyini eşitmişdir. O, həmin sözü sürücünün qadına dediyini düşünmüşdür, buna görə də yoluna davam etmişdir. Dayanmış avtomobilin arxası ilə paralel hərəkət etdiyi zaman bir nəfər qız uşağının yolun ortasında avtomobilinin qarşısında olduğunu görmüşdür. Məsafə və vaxt olmadığı üçün o həmin uşağı vurmamaq üçün heç bir hərəkət edə bilməmişdir. Uşağı vurduqdan sonra əyləc pedalına basmış avtomobil bir qədər sonra dayandı. Avtomobildən düşüb geri qayıtmış. Zərbənin təsirindən uşağın yolun sağ hissəsinə düşdüyünü və yerdə uzandığını görmüşdür. O, uşağın yanına getmişdir. Bu zaman uşağın valideynləri də oraya gəlmişlər. Uşağı avtomobilə qoymalarını bildirmişdir. Valideynləri uşağı mənim avtomobilimə qoymuşlar. O da uşağı xəstəxanaya aparmışdır. Bir qədər sonra polis əməkdaşları xəstəxanaya gəlmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Hal-hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq onun barəsində başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Neftçala şəhəri ,4 saylı E.Həbibov adına tam orta məktəbin 4-cü sinifində təhsil alır. O, hər gün dərsdən çıxdıqdan sonra Səfadət adlı taksi sürücüsü gəlib onu dərsdən götürürək evlərinə aparır. 21 oktyabr 2024-cü il tarixdə saat 17:40 radələrində yenə Səfadar öz avtomobili ilə gələrək təhsil aldığı 4 saylı məkəbin qarşısından götürmüşdür. Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində evlərinin yaxınlığında Səfadət avtomobili yolun sol tərəfində saxlamışdır. O, avtomobildən düşüb ətrafa baxmışdır. Yolun boş olduğunu, avtomobil gəlmədiyini gördüyü üçün Səfadətin avtomobilinin arxasından asfalt yola çıxaraq yolu soldan sağa keçməyə başlamışdır. Təxminən 3 addım irəli hərəkət etdikdən sonra Neftçala şəhəri istiqamətindən gələn avtomobil onu vurmuşdur. Bundan sonra baş verən hadisələri xatırlamır. Özümə gəldikdə xəstəxanada olduğunu görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir, qızı Cəfərova X3 şəhəri,4 saylı E.Həbibov adına tam orta məktəbin 4-cü sinifində təhsil alır. O, hər gün dərsdən çıxdıqdan sonra Səfadət adlı taksi sürücüsü gəlib onu dərsdən götürürək evimizə aparır. 21 oktyabr 2024-cü il tarixdə saat 17:40 radələrində yenə Səfadar öz avtomobili ilə gələrək onu təhsil aldığı 4 saylı məktəbin qarşısından götürmüşdü. Həmin vaxt ərim Şahid1 uşağın qarşısına çıxmışdır.Hal-hazırda Təqsirləndirilən şəxs bağışlamış, ona qarşı şikayəti və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. İş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Özü 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Hazırda hərbi təqaüdçüdür. Ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində Neftçala şəhəri ərazisində M.Ə.Rəsulzadə küçəsində yolun kənarında dayanıb qızı 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məktəbdən gəlməsini gözləyiriş. Qızını məktəbdən həmişə dostu Şahid2 gətirmişdir. O, Səfadətin yolun digər tərəfində dayandığını görmüşdür. Qızı avtomobilin sağ arxa qapısından düşüb yola baxmışdır. O,da yola baxırmış. Avtomobil gəlmədiyini gördükdən sonra qızına yolu keçməsini demişdir. Qızı təxminən 2-3 addım irəli hərəkət etdikdən sonra qəfil avtomobilin qızını vurduğunu və qızının zərbənin təsirindən havaya qalxıb yerə düşdüyünü görmüşdür. Tez qızının yanma qaçmışdır. Qızının yerdə hərəkətsiz qaldığını və qanaxması olduğunu görmüşdür. Bundan sonra orada olan şəxslər bizi ətrafına toplaşdılar. Bir nəfər şəxs onun yanına gəlib qızını avtomobil ilə vurduğunu və qızını avtomobilə qoyub xəstəxanaya aparmasını demişdir. Bundan sonra o qızını həmin şəxsin avtomobilinə qoyub xəstəxanaya aparmışdır. Sonradan qızını avtomobil ilə vuran şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Əlifağanın bundan əvvəldə avtomobil ilə piyada vurduğunu və avtomobili çox sürətlə sürdüyünü öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala rayon ərazisində özünə məxsus “Opel Astra” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanıdığı şəxslərin övladlarını məktəbə və evə aparır. Şahid1 da onun tanışıdır. O, Həsənağanın qızı Zərərçəkmiş şəxs də hər gün məktəbə aparıb, dərs qurtardıqdan sonra evlərinə gətirir. 21 oktyabr 2024-cü il tarixdə saat təxminən 17:40 radələrində 4 saylı məktəbə gedərək, Adiləni və digər 2 nəfər azyaşlı qız uşaqlarını məktəbdən götürüb geri qayıtmışdır. Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində Həsənağagilin yaşadığı küçənin qarşısında üzü Neftçala şəhəri istiqamətində gələn zaman yolun sağ tərəfində dayanmışdır. Yolun digər tərəfində biraz aralıda Həsənağanında qızını gözlədiyini görmüşdür. Avtomobili saxladıqdan sonra Adilə avtomobilin sağ arxa qapısından düşdü və yola baxmışdır. O da yola baxmış və yolun boş olduğunu görmüşdür. Adilə də yolun boş olduğunu gördükdən sonra yolu sağdan sola doğru keçməyə başlamışdır. O da Adilənin artıq yolu təhlükəsiz keçəcəyindən əmin olduğu üçün irəli baxıb avtomobilini hərəkət etdirmək istəmişdir. Bu zaman Vaz 21074 markalı avtomobilin Adiləni vurduğunu, zərbənin təsirindən Adilənin yuxarı qalxaraq bir qədər irəli düşdüyünü görmüşdür. Adiləni vuran avtomobil bir qədər irəli hərəkət edib dayanmışdır. O, tez avtomobildən düşüb Adilənin yanına getmişdir. Həsənağa və orada olan digər şəxslərdə hadisə yerinə gəlmişlər. O,sonradan Adiləni avtomobil ilə vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yolun üzəri hamar və düzdür. Yolun üzəri asvaltlı və yaş halda, hərəkət zolağının sayı iki, hərəkət hissəsinin eni 2.60 metrdir. Piyadanın vurulması soldan sağa keçən zaman yolun sol çiyninə qədər məsafə 4,37 m, sağ ciyninə qədər məsafə 1.60 metrdir. (i.v. 5-10) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, «VAZ-21074» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön kapot və bufer hissəsində əziklər, radiotor qoruyucusunun qırılması aşkar olunmuşdur. (i.v. 27- 28) AE seriyalı 525526 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC dərəcəli sürücüdür. (i.v. 17) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 72-73) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2025-ci il tarixli 57 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər -travmatik şok, İİİ qapalı kəllə beyin travması, çanaq sümüklərini sınığı, ginikoloji orqanların zədələnməsi küt əşyanın (əşyaların) təsirindən törəmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. (i.v. 39-40) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/46 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, «VAZ-21074» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 35-38) “Sübutların qiymətləndirilməsi haqqında” qərarda İş üzrə yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şahid qismində dindilmiş Şahid1 və Şahid2 Əlifağa oğlunun ifadələri, məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası SN-in “MTE və PAB” PHŞ-nin verdiyi xx.xx.2025-ci il tarixli 57No-li rəy, məhkəmə yol- nəqliyyat hadisələri üzrə ekspertizası üzrə Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixli 8/46 nömrəli rəy, sərxoşluğun müayinə aktı iş materialları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 88-92) “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 117) Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanınma haqqında qərardan görünür ki , Qanuni nümayəndə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınmışdır.(i.v.41) İş materiallarında olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs bağışlamış, ona qarşı şikayəti və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. İş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq xitam verilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə təqsirləndirilən şəxsə qarşı verdiyi mülki iddiadan imtina etdiyi üçün həmin iddia üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 179-cu və Mülki Prosessual Məcəlləsinin 261.0.4cü maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi15 (on beş) saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 320-321-ci, 346-347-ci, 356-cı, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 263.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesablaşma hesabına ("xxxx" ASC Neftçala rayon filialı, kod 200640, VÖEN **********, m/h AZ37NABZ013501**********1944, S.W.İ.F.T. AİİBAZ2X, hesab AZ26AİİB**********0********) ödənilsin. Qərardan elan edildiyi gündən 20 (iyirmi) gün müddətində işə baxan Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar