Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-45/2023 31.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxx 1960-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə və xx xxxxxx 1982-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan, uzunluğu 25 metrdən artıq olan sintetik sapdan toxunmuş qurma torlarla qanunsuz balıq tutmaq məqsədi ilə 20 fevral 2023-cü il tarixdə saat 08.30-da Neftçala rayonu, Şirvanlı kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, tanışı X2 məxsus 1 ədəd «Yamaha-48» markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd yanacaq qabı ilə təchiz edilmiş «PN-90» adlı taxta qayıqdan istifadə etməklə dənizə girib 3 ədəd istifadəsi qadağan edilmiş hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm olan «jilka» adlandırılan sintetik sapdan toxunmuş torları suda quraraq, 25 fevral 2023-cü il tarixə saat 15.35-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 ilə birlikdə hər biri 33 manat olan 35 ədəd kütüm balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1.155 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 16.20-də sahildə olarkən X6 İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin və Neftçala xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılaraq tutduqları balıqlara və balıqovlama vasitələrinə keçirilən baxış zamanı onlardan 1 ədəd «Yamaha-48» markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd yanacaq qabı ilə təchiz edilmiş «PN-90» adlı taxta qayıq, 3 ədəd hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm olan «jilka» adlandırılan sintetik sapdan toxunmuş tor və 35 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan, uzunluğu 25 metrdən artıq olan sintetik sapdan toxunmuş qurma torlarla qanunsuz balıq tutmaq məqsədi ilə 20 fevral 2023-cü il tarixdə saat 08.30-da Neftçala rayonu, Şirvanlı kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, tanışı X2 məxsus 1 ədəd «Yamaha-48» markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd yanacaq qabı ilə təchiz edilmiş «PN-90» adlı taxta qayıqdan istifadə etməklə dənizə girib 3 ədəd istifadəsi qadağan edilmiş hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm olan «jilka» adlandırılan sintetik sapdan toxunmuş torları suda quraraq, 25 fevral 2023-cü il tarixə saat 15.35-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 ilə birlikdə hər biri 33 manat olan 35 ədəd kütüm balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1.155 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 16.20-də sahildə olarkən X6 İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin və Neftçala xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılaraq tutduqları balıqlara və balıqovlama vasitələrinə keçirilən baxış zamanı onlardan 1 ədəd «Yamaha-48» markalı mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd yanacaq qabı ilə təchiz edilmiş «PN-90» adlı taxta qayıq, 3 ədəd hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm olan «jilka» adlandırılan sintetik sapdan toxunmuş tor və 35 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 08.30-da tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə balıq tutmaq məqsədi ilə Neftçala rayonu, Şirvanlı kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş və X2 məxsus 1 ədəd «Yamaha-48» markalı asma mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan «PN- 90» adlı taxta qayıqdan istifadə edərək dənizə çıxmışlar. Dənizdə özləri ilə götürdükləri hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm olan 3 ədəd torları qurub yaşadıqları evə qayıtmışlar. Hava 5 gün küləkli olduğu üçün dənizə çıxa bilməmişlər. 25 fevral 2023-cü il tarixdə külək səngidiyi üçün saat 09.00-da yenidən Təqsirləndirilən şəxs2 ilə birlikdə Neftçala rayonu, Şirvanlı kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib 1 ədəd «Yamaha-48» markalı asma mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan «PN-90» adlı taxta qayıqdan istifadə edərək dənizə çıxıb torlarını qurduqları yerə gəlmişlər. Saat 15:35-dək torları sudan çıxarıb yoxlayarkən çoxlu sayda kütüm balıqları tutduqlarını görmüşdür. Torlarını tutduqları kütüm balıqları ilə birlikdə qayığa yığmışlar və saat 15.35-də sahilə çıxmışlar. Saat 16.20-dək sahildə balıqları tordan təmizləyərkən görmüşlər ki, tutduqları balıqların sayı 35 ədəddir. Bu zaman X6 İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin və Neftçala xətt polis məntəqəsinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib onları saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Xəzər dənizində torla balıq tutmaq üçün onların balıqovlama bileti yoxdur. Polis əməkdaşları Xəzər dənizinə çıxmaq üçün istifadə etdikləri 1 ədəd «Yamaha-48» markalı asma mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan «PN-90» adlı taxta qayığa və qayıqda olan hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm olan 3 ədəd tora və 35 ədəd kütüm balıqlarına videoçəkiliş edərək baxış keçirmişlər. Aşkar edilmiş balıqovlama vasitələrinə və qanunsuz tutduqları 35 ədəd kütüm balıqlarına baxış keçirildikdən sonra protokol tərtib edilmişdir. Həmin protokol onlar və proses iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra aşkar edilmiş balıqovlama vasitələri və balıqlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Əməlindən peşmandır. Həmçinin qeyd edir ki, əvvəllər balıqovlama biletləri olmuşdur, lakin onun istifadə müddəti başa çatmışdır. Ailələrinə qida əldə etmək məqsədilə qanunsuz balıq ovuna getmişlər. Cinayət nəticəsində balıq ehtiyatlarına vurduqları ziyanın əvəzi olaraq dövlət büdcəsinə 1.155 miqdarında ödəniş etmişlər. Hazırda mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 08.30-da tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə balıq tutmaq məqsədi ilə Neftçala rayonu, Şirvanlı kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişlər. X1 məxsus 1 ədəd «Yamaha-48» markalı asma mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan «PN-90» adlı taxta qayıqdan istifadə edərək dənizə çıxmışlar. Dənizdə özləri ilə götürdükləri hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm olan 3 ədəd torları qurub yaşadıqları evə qayıtmışlar. Hava 5 gün küləkli olduğu üçün dənizə çıxa bilməmişlər. 25 fevral 2023-cü il tarixdə külək səngidiyi üçün saat 09.00-da yenidən Təqsirləndirilən şəxs1 ilə birlikdə Neftçala rayonu, Şirvanlı kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişlər. Yenə də 1 ədəd «Yamaha-48» markalı asma mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan «PN-90» adlı taxta qayıqdan istifadə edərək dənizə çıxıb torlarını qurduqları yerə gəlmişlər. Saat 15.35-dək torları sudan çıxarıb yoxlayarkən çoxlu sayda kütüm balıqları tutduqlarını görmüşlər. Torlarını tutduqları kütüm balıqları ilə birlikdə qayığa yığıb saat 15.5-də sahilə çıxmışlar. Saat 16.20-dək sahildə balıqları tordan təmizləyərkən görmüşlər ki, tutduqları balıqların sayı 35 ədəddir. Bu zaman X6 İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin və Neftçala xətt polis məntəqəsinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib onları saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Xəzər dənizində torla balıq tutmağa onların balıqovlama bileti yoxdur. Polis əməkdaşları Xəzər dənizinə çıxmaq üçün istifadə etdikləri 1 ədəd «Yamaha-48» markalı asma mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş 1 ədəd özüüzən nəqliyyat vasitəsi sayılan «PN-90» adlı taxta qayığa və qayıqda olan hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm olan 3 ədəd tora və 35 ədəd kütüm balıqlarına videoçəkiliş edərək baxış keçirmişlər. Aşkar edilmiş balıqovlama vasitələrinə və qanunsuz tutduqları 35 ədəd kütüm balıqlarına baxış keçirildikdən sonra keçirilmiş baxışın nəticəsi olaraq protokol tərtib edilmişdir. Həmin protokol onlar və proses iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra aşkar edilmiş balıqovlama vasitələri və balıqlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Əməlindən peşmandır. Həmçinin qeyd edir ki, əvvəllər balıqovlama bileti əsasında balıq ovu ilə məşğul olmuşlar. Həmin balıqovlama biletinin istifadə müddəti başa çatmış, yenisini isə almamışlar. Ailələri üçün qida əldə etmək məqsədilə qanunsuz balıq ovu ilə məşğul olmuşlar. Cinayət nəticəsində balıq ehtiyatlarına vurduqları ziyanın əvəzi olaraq dövlət büdcəsinə 1.155 miqdarında ödəniş etmişlər. Hazırda mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində balıq ehtiyatlarına 1.155 manat miqdarında ziyan vurulmuşdur. Nümayəndə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurduqları ziyanı tam şəkildə ödəmişlər. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 25 fevral 2023-cü il tarixdə X6 İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizə bölməsinin, habelə Neftçala xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirmişlər. Həmin gün saat 16.20-də şəxsiyyətləri sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Neftçala rayonu, Şirvanlı kəndi istiqamətində Xəzər dənizinin sahilində mühərrikli qayıqla olmalarını müşahidə edib onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 balıqovlama biletlərinin olmamasını və 35 ədəd kütüm balıqlarını 3 ədəd torla tutduqlarını onlara bildirmişlər. Dərhal onların tutduğu balıqlara və balıqovlama vasitələrinə tərəflərindən telefonun videokamerası vasitəsi ilə baxış keçiriləcəyi barədə xəbərdarlıq edildikdən sonra baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 1 ədəd «Yamaha-48» markalı asma mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş «PN-90» adlı taxta qayıq, «jilka» adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm olan 3 ədəd tor və 35 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı təqsirləndirilən şəxslər həmin 35 ədəd kütüm balıqlarını 1 ədəd «Yamaha-48» markalı asma mühərriklə, 2 ədəd taxta avarla və 1 ədəd 30 litr həcmində olan yanacaq qabı ilə təchiz edilmiş «PN-90» adlı taxta qayıqdan istifadə etməklə Neftçala rayonu, Şirvanlı kəndi istiqamətində Xəzər dənizindən «jilka» adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 52x52 mm olan 3 ədəd torla birlikdə qanunsuz tutduqlarını bildirmişlər. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətməsi faktı onların özlərinin səmimi etirafı, mülki iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, mülki tələbi tam ödədiyini və mülki iddiaçının ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 3 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, mülki tələbi ödədiyini və mülki iddiaçının ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 oğlunun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Yamaha-48» markalı asma mühərriklə, 02 (iki) ədəd taxta avarla və 01 (bir) 30 (otuz) litr həcmdə olan yanacaq qabı ilə təchiz edilmiş 01 (bir) ədəd özüüzən nəqliyyat vasitəsi sayılan «PN-90» adlı taxta qayıq, 01 (bir) ədəd «jilka» adlandırılan, sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 30 (otuz) metr, eni 03 (üç) metr, gözlərinin ölçüsü 52x52 mm olan 03 (üç) ədəd tor dövlət nəfinə keçirilməli, üzrə maddi sübut kimi tanınmış 35 (otuz beş) ədəd kütüm balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X3 təhvil verildiyi nəzərə alınmalı və iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxslərə (mülki cavabdehlərə) qarşı mülki iddiasına münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur”, “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir” və “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir”. İşin faktik hallarından görünür ki, cinayət nəticəsində balıq ehtiyatlarına 1.155 manat miqdarında ziyan vurulmuş, həmin məbləğ təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmişdir. Mülki iddiaçının nümayəndəsi Nümayəndə ziyan məbləğinin tam ödənildiyini nəzərə alaraq təmsil etdiyi qurumun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığın bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Göstərilənləri, o cümlədən cinayət nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 oğlunun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Yamaha-48» markalı asma mühərriklə, 02 (iki) ədəd taxta avarla və 01 (bir) 30 (otuz) litr həcmdə olan yanacaq qabı ilə təchiz edilmiş 01 (bir) ədəd özüüzən nəqliyyat vasitəsi sayılan «PN-90» adlı taxta qayıq, 01 (bir) ədəd «jilka» adlandırılan, sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 30 (otuz) metr, eni 03 (üç) metr, gözlərinin ölçüsü 52x52 mm olan 03 (üç) ədəd tor dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 35 (otuz beş) ədəd kütüm balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X3 təhvil verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlansın. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası rədd edilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-45/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-45/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver