Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-46/2025 16.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxx 1968-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədri vəzifəsində işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(053)-46/2025 nömrəli cinayət işi 04 iyul 2025-ci ildə Neftçala Rayon Məhkəməsinə daxil olmuş və “Elektron məhkəmə” informasiya sistemində qeydə alındıqdan sonra təsadüfi paylanma (bölüşdürmə) yolu ilə məhkəmənin sədri Qədimov Ceyhun Tofiq oğlunun icraatına verilmişdir. Qədimov Ceyhun Tofiq oğlu həmin iş üzrə özü-özünə etiraz edib. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinin tələbinə görə “birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı – apellyasiya instansiyası məhkəməsinin hakimi” həll edir. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Neftçala Rayon Məhkəməsinin sədri tərəfindən edilmiş özü-özünə etirazın həlli üçün hazırkı cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Sədr Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-46/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-46/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver