Məhkəmə qərarları › İş №1(053)-47/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-47/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-47/2023 21.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslərin (mülki cavabdehlər) müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, 1-ci Mayak kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12-14 fevral 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə və xx xxxx 1980-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12-14 fevral 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə və xx xxxxxx 1950-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, 1-ci Mayak kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12-14 fevral 2023cü il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 12 fevral 2023-cü il tarixdə, saat 08 radələrindən həmin gün saat 14 radələrinə kimi olan müddət ərzində Neftçala rayonu, 2-ci Mayak kəndi istiqamətində Kür çayı sahilinə gələrək balıq ovunda istifadəsi qadağan edilməmiş, ona məxsus, 2 ədəd 3 sağanaqdan ibarət balıq ovu aləti olan xərçəng toplayan səbətlərlə hər birinin dəyəri 11 manat olan 301 ədǝd ilanbalığı balığını balıqovlama bileti olmadan qanunsuz olaraq tutaraq balıq ehtiyatlarına ümumilikdə 3311 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2, qohumu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 12 fevral 2023-cü il tarixdə, saat 08 radələrindən həmin gün saat 14 radələrinə kimi olan müddət ərzində Neftçala rayonu, 2-ci Mayak kəndi istiqamətində Kür çayı sahilinə gələrək balıq ovunda istifadəsi qadağan edilməmiş, Təqsirləndirilən şəxs1 məxsus, 2 ədəd 3 sağanaqdan ibarət balıqovu aləti olan xərçəng toplayan səbətlərlə hər birinin dəyəri 11 manat olan 301 ədəd ilanbalığı balığını balıqovlama bileti olmadan qanunsuz olaraq tutaraq balıq ehtiyatlarına ümumilikdə 3311 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3, qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 12 fevral 2023-cü il tarixdə, saat 08 radələrindən həmin gün saat 14 radələrinə kimi olan müddət ərzində Neftçala rayonu, 2- Mayak kəndi istiqamətində Kür çayı sahilinə gələrək balıq ovunda istifadəsi qadağan edilməmiş, Təqsirləndirilən şəxs1 məxsus, 2 ədəd 3 sağanaqdan ibarət balıq ovu aləti olan xərçəng toplayan səbətlərlə hər birinin dəyəri 11 manat olan 301 ədəd ilanbalığı balığını balıqovlama bilet olmadan qanunsuz olaraq tutaraq baliq ehtiyatlarına ümumilikdə 3311 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, 1-ci Mayak kəndində qeydiyyatda olmaqla orada yaşayır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun tanışlarıdır. Onlar bir dəfə Füzuli və Ramillə söhbət edəndə pula ehtiyacları olduğu üçün ilanbalığı ovlayıb satmaq qərarına gəlmişlər. Bu məqsədlə onlar 12 fevral 2023-cü il tarixdə, saat 08 radələrində Füzuliyə məxsus "Niva" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kür çayının Neftçala rayonu, 2-ci Mayak kəndi ərazisindən keçən hissəsinə getmişlər. O, bu vaxt özü ilə 2 ədəd səbət tor və 3 ədəd domca götürmüşdür. Onlar orada köməkləşib balıq ovlamaq üçün Kür çayına 2 ədəd səbət torları atmışlar. Onlar bir neçə dəfə səbətləri yoxladıqda tora düşmüşlə ilanbalıqlarını 3 ǝdǝd domcayla sudan götürüb özləriylə gətirdikləri polietilen torbalara yığmışlar. Onlar həmçinin 2 ədəd səbəti və 3 ədəd domcanı ağ rəngli sintetik torbaya qoyduqdan sonra mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları sintetik torbada nə olduğunu xəbər aldıqda onlara torlar, domcalar və 301 ədəd ilanbalığının olduğunu bildirmişlər. Polis əməkdaşları onlardan balıq ovu ilə məşğul olmaq üçün balıq ovlama biletlərinin olub- olmadığını soruşduqda onlar balıq ovu üçün hər hansı icazə, balıq ovlama biletlərinin olmadığı cavabını vermişlər. Həqiqətən onun balıqovlama bileti yoxdur. Polis əməkdaşlarına həmin balıqları çörək pulu qazanmaq məqsədilə ovladıqlarını bildirmişlər. Polis əməkdaşları onları dəvət edərək Neftçala rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirmişlər. Orada hal şahidlərinin və onların iştirakları ilə balıqlar sayılmış, ovladıqları səbətlərin fotoşəkilləri çəkilib protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi həmin protokola imza etmişdir. Onlar balıq ovlayərkən başqa şəxslər kömək eməmiş, yalnız Füzuli və Ramillə köməkləşib ovlamışlar. Balıq ovlayərkən ətrafda onları heç kim görməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Həmçinin qeyd etmişdir ki, qardaşı X2 1994-cü il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İşsiz olduğundan ailələrinin gündəlik tələbatını qarşılamaq üçün qida əldə etmək məqsədilə qanunsuz balıq ovuna getmişlər. Cinayət nəticəsində balıq ehtiyatlarına vurduqları ziyanın əvəzi olaraq dövlət büdcəsinə ümumilikdə 270 manat miqdarında ödəniş etmişlər. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla orada yaşayır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs3 onun dayısı, Təqsirləndirilən şəxs1 isə tanışıdır. Onlar bir dəfə Füzuli və Qabillə söhbət edəndə pula ehtiyacları olduğu üçün ilanbalığı ovlayıb satmaq qərarına gəlmişlər. Bu məqsədlə onlar 12 fevral 2023-cü il tarixdə, saat təxminən 08 radələrində Füzuliyə məxsus "Niva" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kür çayının Neftçala rayonu, 2-ci Mayak kəndi ərazisindən keçən hissəsinə getmişlər. Qabil bu vaxt özü ilə 2 ədəd səbət tor və 3 ədəd domca götürmüşdür. Onlar orada köməkləşib balıq ovlamaq üçün Kür çayına 2 ədəd səbət torları atmışlar. Onlar bir neçə dəfə səbətləri yoxladıqda tora düşmüş ilanbalıqlarını 3 ədəd domcayla sudan götürüb özləri ilə gətirdikləri polietilen torbalara yığmışlar. Onlar həmçinin 2 ədəd səbəti və 3 ədəd domcanı ağ rəngli sintetik torbaya qoyduqdan sonra mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları sintetik torbada nə olduğunu xəbər aldıqda onlara torlar, domcalar və 301 ədəd ilanbalığının olduğunu bildirmişlər. Polis əməkdaşları onlardan balıq ovu ilə məşğul olmaq üçün balıq ovlama biletlərinin olub- olmadığını soruşduqda onlar balıq ovu üçün hər hansı icazə balıq ovlama biletlərinin olmadığını cavabını vermişlər. Həqiqətən onun balıqovlama bileti yoxdur. Polis əməkdaşlarına həmin balıqları çörək pulu qazanmaq məqsədilə ovladıqlarını bildirmişlər. Polis əməkdaşları onları dəvət edərək Neftçala rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirmişlər. Orada hal şahidlərinin və onların iştirakları ilə balıqları sayıb, ovladıqları səbətlərin fotoşəklini çəkib protokol tərtib etmişlər. O da digər iştirakçılar kimi həmin protokola imza etmişdir. Onlar balıq ovlayərkən başqa şəxslər kömək eməmiş, yalnız Füzuli və Qabillə köməkləşib ovlamışlar. Balıq ovlayərkən ətrafda onları heç kim görməmişdir. Hazırda etdiyi əməldən peşimandır. Həmçinin qeyd edir ki, ailələri üçün qida əldə etmək məqsədilə qanunsuz balıq ovu ilə məşğul olmuşlar. Cinayət nəticəsində balıq ehtiyatlarına vurduqları ziyanın əvəzi olaraq dövlət büdcəsinə ümumilikdə 270 manat miqdarında ödəniş etmişlər. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, 1-ci Mayak kəndində qeydiyyatda olmaqla orada yaşayır. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun bacısı oğlu, Təqsirləndirilən şəxs1 isə tanışıdır. Onlar bir dəfə Ramil və Qabillə oturub söhbət edəndə pula ehtiyacları olduğu üçün ilanbalığı ovlayıb satmaq qərarına gəlmişlər. Bu məqsədlə onlar 12 fevral 2023-cü il tarixdə, saat təxminən 08 radələrində ona məxsus "Niva" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kür çayının Neftçala rayonu, 2-ci Mayak kəndi ərazisindən keçən hissəsinə getmişlər. Qabil bu vaxt özü ilə 2 ədəd səbət tor və 3 ədəd domca götürmüşdür. Onlar orada köməkləşib balıq ovlamaq üçün Kür çayına 2 ədəd səbət torları atmışlar. Onlar bir neçə dəfə səbətləri yoxladıqda tora düşmüş ilanbalıqlarını 3 ədəd domcayla sudan götürüb özləriylə gətirdikləri polietilen torbalara yığmışlar. Onlar həmçinin 2 ədəd səbəti və 3 ədəd domcanı ağ rəngli sintetik torbaya qoyduqdan sonra mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları sintetik torbada nə olduğunu xəbər aldıqda onlara torlar, domcalar və 301 ədəd ilanbalığının olduğunu bildirmişlər. Polis əməkdaşları onlardan balıq ovu ilə məşğul olmaq üçün balıq ovlama biletlərinin olubolmadığını soruşduqda onlar balıq ovu üçün hər hansı icazə balıq ovlama biletlərinin olmadığı cavabını vermişlər. Həqiqətən onun balıqovlama bileti yoxdur. Polis əməkdaşlarına həmin balıqları çörək pulu qazanmaq məqsədilə ovladıqlarını bildirmişlər. Polis əməkdaşları onları dəvət edərək Neftçala rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirmişlər. Orada hal şahidlərinin və onların iştirakları ilə balıqları sayıb, ovladıqları səbətlərin fotoşəklini çəkib protokol tərtib etmişlər. O da digər iştirakçılar kimi həmin protokola imza etmişdir. Onlar balıq ovlayərkən başqa şəxslər kömək eməmiş, yalnız Ramil və Qabillə köməkləşib ovlamışlar. Balıq ovlayərkən ətrafda onları heç kim görməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Həmçinin qeyd edir ki, ailələri üçün qida əldə etmək məqsədilə qanunsuz balıq ovu ilə məşğul olmuşlar. Cinayət nəticəsində balıq ehtiyatlarına vurduqları ziyanın əvəzi olaraq dövlət büdcəsinə ümumilikdə 270 manat miqdarında ödəniş etmişlər. Maddi vəziyyətlərinin ağır olması ilə əlaqədar hələlik tam ödəniş edə bilməmişlər. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi-mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində balıq ehtiyatlarına 3311 manat miqdarında ziyan vurulmuşdur. Nümayəndə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət nəticəsində vurduqları ziyandan maddi vəziyyətləri ilə əlaqədar qismən ödəniş etmişlər. Onlara ağır cəza verilməsini istəmir. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi mülki iddianın qalan hissəsinin təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Neftçala Su-Kanal idarəsində çilingər işləyir. 12 fevral 2023-cü il tarixdə tanışı Şahid3la Neftçala RPŞ-nin inzibati binasının yaxınlığından keçərkən polis əməkdaşları yaxınlaşaraq onu və Şahid3 polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Orada onlara bildirilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq balıq ovladıqları üçün ovladıqları balıqlar və balıqovlama vasitəsi olan torla Neftçala RPŞ-nə gətirilmişlər. Balıqlara və balıqovlama alətlərinə baxış keçirilməlidir. Baxışa görə iki nəfər hal şahidi orada iştirak etməlidir. O, Şahid3la baxışda iştirak etməyə etiraz etməmişlər. Onlara hüquq və vəzifələri orada izah olunmuşdur. Neftçala RPŞ-nin inzibati binasının həyətində onların iştirakları ilə 301 ədəd ilanbalığına və balıqovlama alətlərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin balıqları 12 fevral 2023-cü il tarixdə Neftçala rayonu, 2-ci Mayak kəndi ərazisində Kür çayından qeyd olunan alətlərlə ovladıqlarını bildirmişlər. Orada protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımamış, onlarla hər hansı münasibəti olmamışdır. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətməsi faktı onların özlərinin səmimi etirafı, mülki iddiaçının nümayəndəsinin və şahid ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bütün bunlar təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, dəymiş ziyanı qismən də olsa ödədiyini, ailə üzvü olan qardaşının Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmasını və himayəsində üç nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış, 1 nəfər azyaşlı uşağının olmasını və dəymiş ziyanı qismən də olsa ödədiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 öz cinayət əməlini səmimi etiraf etdiyini, peşman olduğunu və dəymiş ziyanı qismən də olsa ödədiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, cinayət əməli nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 3311 manat məbləğində ziyan dəymiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş iş üzrə maddi sübut kimi tanınmış 301 (üç yüz bir) ədəd ilanbalığı balıqlarının 60 (altmış) manat 20 (iyirmi) qəpik müqabilində dəyəri ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyindən həmin məbləğdə pul Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülmüşdür. Eyni zamanda işin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 270 (iki yüz yetmiş) manat ödənilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Neftçala RPŞdə saxlanılan balıqovlama vasitəsi olan səbətlər və domcalar dövlət nəfinə keçirilməli, təqsirləndirilən şəxslərdən götürülmüş iş üzrə maddi sübut kimi tanınmış 301 (üç yüz bir) ədəd ilanbalığı balıqlarının 60 (altmış) manat 20 (iyirmi) qəpik müqabilində ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi və həmin məbləğdə pulun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməsi nəzərə alınmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxslərə (mülki cavabdehlərə) qarşı mülki iddiasına münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur”, “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir” və “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir”. İşin faktik hallarından görünür ki, cinayət nəticəsində balıq ehtiyatlarına 3311 manat miqdarında ziyan vurulmuş, həmin məbləğdən ümumilikdə cəmi 330 (üç yüz otuz) manat 20 (iyirmi) qəpik ödənilmişdir. Mülki iddiaçının nümayəndəsi Nümayəndə ziyan məbləğinin qismən ödənildiyini və mülki iddianın qalan hissəsinin təmin olunmasını xahiş etmişdir. Göstərilənləri, o cümlədən cinayət nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilmədyini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia qalan hissədə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 12 – 14 fevral 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 12 – 14 fevral 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 12 – 14 fevral 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış balıqovlama vasitəsi olan səbətlər və domcalar dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxslərdən götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış 301 (üç yüz bir) ədəd ilanbalığı balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi və 60 (altmış) manat 20 (iyirmi) qəpik pulun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 2980 (iki min doqquz yüz səksən) manat 80 (səksən) qəpik müştərək qaydada tutularaq mülki iddiaçı-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar